80
Sinir – 1.əsəb, hirs; 2.vətər
Yalın – 1.çılpaq; 2.tək, yalnız; 3.saf, sadə
Türk dilində yazılışca və deyilişcə bir-birinə bənzəyən sözlər vardır ki, bunları
omonimlərlə səhv salmaq olmaz.
Öğle – zaman öğle vakti -
Öyle – işaret sözcüğü
Eğer – koşul zarfı -
Eyer – binek hayvanların sırtına konan oturmalık
İyi- yaxşı -
İği- toxumaq üçün mil
Kısmetindir gezdiren
yer yer seni
Üzdü beni zalim kanlı
yaramaz,
Arşa çıksan akıbet
yer yer seni
Gayet çoktur,
değil benim yaram az,
Arşa çıksan akıbet
yer yer seni
Bana yardan gayri cerrah
yaramaz.
(K.Paşazade)
(Gevheri)
Araşdırmalar zamanı belə bir nəticəyə gəlirik ki, Türk və Azərbaycan dillərində
omonimlərin bir çox oxşar, eyni zamanda fərqli cəhətləri də vardır. Yazılışları eyni,
mənaları və tələffüzləri fərqli olan “ uzatma inceltme” işarəsi ilə yazılan sözlər
dilimizdən fərqli olaraq yalnız türk dilində mövcuddur.(alem, şura, adet, hala, aşık,
adem vb.) Bu sözləri omonimlər kimi qəbul etmirik. İstər Azərbaycan, istər türk
dillərində sinonimlər alınma sözlərin köməyi ilə də formalaşdırılır. (olgu-fakt, odak-
merkez, denetim-kontrol, hacim-kapasite, öbek-grup, asır- yüzyıl, devir-çağ, yöntem-
metot,
maksimum-azam , minimum-asgar vb.)
Nitq hissələri arasında ən çox isimlərin və zərflərin omonimlərinə rast gəlinir.
(akşam-gece, pek-fazla, biraz-azıcık, en-daha, sene-yıl, siyah-kara, fiil-eylem, kelime-
sözcük vb.) (6, s.310)
Hər bir dilin leksikası cəmiyyətin tarixi inkişaf prosesinin bütün cəhətlərini
özündə əks etdirir. Meydana gələn yeni əşyalar,hadisələr öz əksini ilk növbədə sözlər
şəklində dildə tapır.Bir sıra sözlər öz məzmununu dəyişərək yeni məzmun kəsb edir.
Omonimlər və çoxmənalı sözlər dilin leksik zənginliyinin göstəricisidir. Bir dili
mükəmməl bilmək üçün dilin məhz bu vahidlərinə dərindən bələd olmaq lazım gəlir.
Zamanla yeni məfhumlar formalaşdıqca, dil zənginləşdikcə bu daha da zəruri olur.Bir
dilin leksik-semantik vahidlərinin düzgün mənimsənilməsi o dilin dərindən
oyrənilməsinin vacib prinsipidir.
ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində:
1.
Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya, Bakı, “Maarif” nəşriyyatı,
1983. 320 s.
2.
Mirzəzadə H.İ. Azərbaycan dilinin tarixi morfologiyası (nəzəri kurs), Bakı, 1962,
301 s.
3.
Ə.A. Rəsulov, R.Ə. Rüstəmov. “Türk dili” Bakı Universiteti nəşriyyatı, 2007, 307
s.
4.
S.Ə.Cəfərov. ”Müasir Azərbaycan dili. Leksika”, II hissə ”Şərq-Qərb” nəşriyyatı,
2007,191 s.
Rus dilində:
5.
БаскаковН.А.
Историко-типологическая
характеристика
структуры
тюркских языков. Словосочетание и предложение, М., Наука, 1975. 287с.
81
6.
Кононов А.Н. Грамматика современного турецкого литературного языка,
М.- Л., Издательство АН СССР. 1956. 569 с.
7.
Дмитриев Н.К. Строй тюркских языков, М., Издательство восточной
литературы, 1962. 607c.
Türk dilində:
8.
Tahsin Banguoğlu. Türkçenin Grameri. İstanbul: Baha Matbaası, 1974,630 s.
9.
Bilgegil Kaya.
Türkçe Dil Bilgisi, Ankara yayınları, 2010, 286 s.
10.
Ergin M. Türk
Dil Bilgisi, İstanbul, Boğaziçi Yayınları, 1987. 407 s.
11.
Z. Korkmaz. Türkiye Türkçesi Grameri. Şekilbilgisi 4.baskı, İstanbul, 2014, 1027
s.
82
RƏŞİD QULİYEV
filologiya üzrə fəlsəfə doktoru,
AMEA akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun «Türk filologiyası»
şöbəsinin aparıcı elmi işçisi
AHMET HAMDİ TANPINARIN YARADICILIĞINDA HEKAYƏ JANRI
Açar sözlər: A.N.Tanpınar, bədii nəsr, hekayə, janr, Türkiyə ədəbiyyatı
Key words: A.H.Tanpinar,
artistic, prose, story, genre,
Turkish literature
Ahmet Hamdi Tanpınar XX yüzillik Türkiyə ədəbiyyatı tarixində görkəmli şair və
nasir kimi tanınır. Onun yaradıcılığında hekayə janrının da öz yeri vardır. Araşdırmalar
nəticəsində, müəyyən edilmişdir ki, yazar 1919-1956-cı illər arasında 16 hekayə
yazmışdır. Bunlardan bir çoxu «böyük hekayə» - yəni povest həcmindədir. Müəllif öz
sağlığında bu əsərləri ayrı-ayrı mətbuat orqanları səhifələrində dərc etdirmişdir. Onun
poeziyası kimi, hekayələri də toplu halında, yalnız iki dəfə – «Abdullah efendinin
rüyaları» (1943) və «Yaz yağmuru» (1955) nəşr olunmuşdur. Hər iki toplu
hekayələrdən birinin adını daşıyır. Birinci topluya 5, ikinci topluya isə 7 hekayə daxil
idi. Qalan 4 hekayə sonralar aşkara çıxarılmışdır. Ölümündən sonra, ədibin hekayələri
1983, 1991, 1996, 1999, 2002, 2007, 2010 və 2011-ci illərdə nəfis şəkildə
buraxılmışdır. Sonuncu toplu daha mükəmməl hesab olunur. Dr. İnci Enginünün nəşrə
hazırladığı bu toplu üç bölümdən («Abdullah efendinin rüyaları», «Yaz yağmuru» və
«Kitabların Dışındakı hekayeleri») ibarətdir. Üçüncü bölümə yazarın hələlik ilk
hekayəsi sayılan «Birinci ikramiye» («Birinci mükafat») adlı əsəri də daxil edilmişdir.
Bu hekayəni Doç.dr. Adnan Akgün aşkara çıxarmışdır. Hekayə 1919-cu ilin (1336 h.)
avqust ayının 15-də «Dersaadet qazetesi»ndə dərc olunmuşdur. Sənətkarlıq baxımından
istənilən səviyyədə deyilsə də, nasirin ilk qələm təcrübəsi kimi müəyyən maraq doğurur.
Süjetinə görə, əsəri novella da hesab etmək olar, lakin məzmun təsadüf üzərində
qurulmuşdur. Əsas obraz Emin əfəndidir. O, adi dəftərxana məmuru, sadə bir insandır.
Qəzetdə dərc olunan elana, əsasən, müsabiqədə «beş min lirə» mükafat udduğunu
güman edir. Sevincindən özünə yer tapa bilmir. Hələ arvadı ilə villa qurmaq barədə
şirin düşüncələrə də dalır. lakin bankdan «uduş»u almaq istəyəndə məlum olur ki, dərc
edilən rəqəmlər mətbəə xətası imiş. Ona görə də, Emin əfəndi buna dözə bilmir, elə
küçədəcə yıxılıb ölür. Hekayədən çıxan ümumi nəticə belədir; həyatda adi təsadüflər
həmişə insanı istədiyi xoşbəxtliyə çatdırmır. Emin əfəndi də belə insanlardan biridir.
Onun ölümünə səbəb isə adi bir təsadüfdür. İlk qələm təcrübələrindən olduğuna görə,
görünür, müəllif həyat hadisələrinin bədii təsvirinə hələ kifayət qədər nail ola
bilməmişdr.
«Abdullah əfəndinin rüyaları» yazarın ilk hekayələr toplusudur. Burada ilk əsər
həmin başlıq altda nəşr olunan hekayədir. Həcminə görə, onu uzun hekayə – «povest»
də adlandırmaq olar. Süjet və obrazlar aləminə görə, hekayə adlanması daha
məqsədəuyğundur. İstanbulun «Ahmet Halit kitabevi»ndə nəşr olunan ilk hekayələr
toplusuna yazar bir epiqraf vermişdir: «Bu hekayeleri dostum heykəltəraş Zühdü
Müridoğluna ithaf edirəm». (A.H.T.)
Göstərmək gərəkdir ki, bu hekayə 1937-ci ildə qələmə alınmış, «Tasviri-efkar»
dərgisinin 1941-ci il 6 və 23 iyul tarixli saylarında dərc olunmuş, iki il sonra topluya
salınmışdır.
Adından göründüyü kimi, əsərin baş qəhrəmanı Abdullah əfəndidir. Təsvir olunan
hadisələr isə onun yaşamı ilə bağlı göstərilir.