Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

 
 
76 
formaca  və  məzmunca  əmələ  gətirdiyi  qruplar,  sözlərin  mənşəyi  və  işlənmə  dairəsi 
öyrənilir.  Dilimizdəki  sözlərin  çoxunun  həm  leksik,  həm  də  qrammatik  mənası 
vardır.Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, 
sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. 
. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Sözlər 
əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir.Leksikologiyanın 
əsas  məqsədi  sözün  mahiyyətini,  tərkibini  sözlərin  mənasını  çoxmənalılığını 
aydınlaşdırmaqdan,  sözün  inkişaf  qanunlarını  dəqiqləşdirməkdən  və  sözlərin  mənaca 
qruplarını müəyyənləşdirməkdən ibarətdir. Burada, eyni zamanda, sözlərin əmələgəlmə 
tarixi və müasir ədəbi dilin lüğət tərkibinin necə yarandığı və inkişaf etdiyi də nəzərdən 
keçirilir.  
 Leksikologiya  müasir  və  tarixi  leksikologiya  olmaq  etibarilə  iki  yerə  ayrılır.  
Müasir  leksikologiya  o  dildə  danışan  xalqın  tarixi  ilə  əlaqədar  olaraq  yaranmış  lüğət 
tərkibinin əsas söz qruplarını və onların müasir vəziyyətini öyrənir. Tarixi leksikologiya 
isə lüğət tərkibinin əmələ gəlməsindən və onun inkişaf yollarından bəhs edir. (4, s.10) 
Dilin  lüğət  tərkibinin  zənginləşməsinin  birinci  və  əsas  mənbəyini  dilin  daxili 
vəsaiti təşkil edir. Bu mənbələrdən danışarkən sözlərin müxtəlif yolla yaranma üsulları 
da nəzərə  alınmalıdır: 
1.Leksik  yolla  yaranan  sözlər  –  Ümumxalq    danışıq  dili  və  onun  müxtəlif 
sözdüzəltmə  vəsaiti  (sözdüzəldici  şəkilçiləri  və  sözlərin  birləşməsi)  istər  dilin  tarixi 
inkişafı prosesində və istərsə də müasir dildə yeni sözlərin yaranmasında əsas olmuşdur.  
2.Morfoloji  yolla  yaranan  sözlər  –  Dünya  dillərində  sözdüzəldici  şəkilçilər;  ön, 
orta və son olmaq üzrə üç yerə bölünür. Lüğət tərkibinin zənginləşməsində sözdüzəldici 
şəkilçilərin  rolu  çox  böyükdür.  Məhsuldar  şəkilçilərin  köməyilə  bir  çox  yeni  söz  və 
terminlər düzəltmək mümkündür  
3.Sintaktik yolla yaranan sözlər – Dilin lüğət tərkibinin zənginləşməsində sözlərin 
birləşdirilməsinin  də  rolu  az  deyil.  Bu  üsulla  yaradılan  sözlər  müxtəlif  mənşədən  ola 
bilər. 
4.Kalka  (yamsılama)  yolu  ilə  yaranan  sözlər  –  Yeni  söz  və  terminlərin 
yaradılmasında  kalka  üsulunun  da  müəyyən  rolu  vardır.  Bu  üsulla  əmələ  gələn  yeni 
sözlər dilin öz daxili materialı əsasında yaradılır. 
Dildə  sözün  mənası  çox  zaman  sabit  olur.  Lakin,  bu  o  demək  deyil  ki,  sözün 
mənası  dəyişilməz  qalır.  Sözün  mənası  dəyişilir.  Bu  dəyişmə  özbaşına  əmələ  gəlmir. 
Bu, hər şeydən əvvəl, cəmiyyətin ictimai-siyasi quruluşu, dünyagörüşü və s. ilə əlaqədar 
olaraq  gedən  bir  prosesdir.  Çünki,  bu  sözlər  aid  olduğu  məna  və  məfhumla  obyektiv 
gerçəkliyi  əks  etdirir.  Bu  sözlərin  məna  qruplarına  gəlincə,  onları  belə  qruplaşdırmaq 
olar; çoxmənalı sözlər, omonimlər, sinonimlər, antonimlər və s. Omonimlər fonetik və 
qrafik cəhətdən eyni olub, mənaca fərqlənən sözlərə deyilir. Omonim olan sözlər iki və 
daha  çox,  bəzən  məntiqcə  yaxın,  bəzən  də  heç  bir  məntiqi  yaxınlığı  olmayan  müxtəlif 
məfhumları  ifadə  edir.  Hər  bir  dildə  omonimləşmə  hesabına  lüğət  tərkibinin 
zənginləşməsi  prosesi  onun  qədim  dövrlərindən  mövcüd  olmuşdur.  Omonimlik  həm 
eyni,  həm  də  müxtəlif  nitq  hissələrinə  aid  olan  leksik  vahidlərdə  özünü  göstərə  bilir. 
Danışıqda  eləcə  də,  bədii  ədəbiyyatda  omonimlərdən  istifadə  olunması,  fikrin 
ifadəliliyinə,  təsir  qüvvəsinin  artırılmasına  kömək  edir  və  nitqə  emosionallıq  verir. 
Zamanla  dilə  başqa  dillərdən  omonimlər,  sinonimlər  və  antonimlər  keçir.  Bu  da  lüğət 
tərkibinin  zənginləşməsinə  gətirib  çıxarır.  Sözlər  insanlar  arasında  ünsiyyəti 
formalaşdıran,  dilin  müstəqil  məna  verən  ən  kiçik  hissəsidir.  Sözlər  dildə  varlığı, 
anlayışı  əvəz  edir.  Zaman-zaman  bu  sözlər  dildə  baş  verən  dəyişikliklərin  təsiri  ilə 
müxtəlif mənalar qazana bilər: 
Dünkü maçta kolu kırılan çocuk, okula gelemedi. 


 
 
77 
Ağacın kollarından biri fırtınada gövdesinden ayrıldı. 
Cümlələrə  diqqət  yetirdiyimiz  zaman  birinci  cümlədə  “insan  bədənində 
çiyinlərdən  barmaqlara  qədər  uzanan  hissə”,    ikinci  cümlədə  “ağaclarda  gövdədən 
ayrılan qalın budaq” mənasında işləndiyini görürük.  
Bu  misallardan  göründüyü  kimi  bir  söz,  müxtəlif  cümlələrdə,  müxtəlif  mənalar 
qazana  bilər.  Sözlərin  bu  fərqli  anlamları  omonimlik  və  sözlərin  həqiqi,  məcazi 
mənalarının  yaranmasına  gətirib  çıxarır.Azərbaycan  və  Türk  dilinin  qrammatikasında 
bir sıra oxşarlıqlar var ki, bu da onların eyni kökə aid olmasından, qohum dil ailələrinə 
mənsub  olmasından  irəli  gəlir.    Bu  sözlərin    fərqliliyi,  müxtəlif  mənalarda  işlənməsi 
dilin  zənginliyindən,  rəngarəngliyindən  xəbər  verir.  Fonetik  və  qrafik  cəhətdən  eyni 
olub, məzmunca müxtəlif məfhumlar bildirən sözlər omonim  hesab olunur: 
-Padişah Keloğlan’a bir kese altın vermişti. (kiçik torba, kisə) 
-Keloğlan kese yoldan evine koştu. (qısa, kəsə yol) 
Omonim sözü yunanca homos  (bərabər, oxşar) və onima (ad deməkdir) sözlərinin 
birləşməsindən əmələ gəlmiş dilçilik terminidir.  
 Müstəqil  olduqları  kimi  şəkilçi  qəbul  etmiş  halda  da  ola  bilərlər.  Şəkilçi  qəbul 
etmiş  və  qəbul  etməmiş  sözlər  arasında  da  omonimlik  aktual  mövzudur.  Bu  şəkilçilər 
vəzifəcə fərqli şəkilçilər də ola bilərlər:  
“kara”  və  “kar-a” ( a- yönelme eki ) 
Sözlərin çoxmənalılığı türk dillərində hələ qədim dövrlərdə böyük rol oynamışdır. 
Bu  gün dilimizdə işlədilən “ türkün sözü” ifadəsi  bunu isbat  edir. Türkün sözü ifadəsi 
bir sözün başqa mənada,xüsusilə də mənfi mənada başa düşülməməsi üçün işlədilir. (4, 
s.17.)  
Omonim  olaraq  bildiyimiz  sözlər  cümlədə  yerinə  görə  çoxmənalı  sözlərlə 
qarışdırılır.  Yaxın  mənalı  və  əks  mənalı  sözlər  kimi  omonimlərin  də  izahı  və 
qavranılması  asan  mövzudur.  Omonimlərə  qısa  şəkildə  “yazılışı  eyni,  mənaları  fərqli 
sözlər”  şəklində  tərif  vermək  mümkündür.  Burada  diqqət  olunmalı  əsas  məsələ  eyni 
səslərin  köməyi  ilə  müxtəlif  və  bir-biriylə  əlaqəsi  olmayan  anlayışların  ortaya 
çıxmasıdır. Yəni səs etibarı ilə eyni olan bu sözlər məna etibarı ilə fərqlidirlər. Deməli, 
çoxmənalı  sözlərlə  omonimlər  arasında  ciddi  fərq  vardır.  Belə  ki,  çoxmənalı  sözlərdə  
hər  hansı  bir  söz  nə  qədər  müxtəlif  mənalar  ifadə  etsə  də,  onlar  əsasən,  bir  məfhum 
ətrafında toplaşaraq müxtəlif məna qrupları əmələ gətirir.  Buna görə də bir sözün bir 
neçə mənası ola bilər. Məsələn “yüz” ifadəsi: 
-Yüzü bana dönüktü. (üz: çöhrə, sima) 
-Düğününe yüz kişi gelmiş. (yüz: say) 
-Kıyıda iki çocuk yüzüyordu. (üzmek: suda) 
-Koyunun derisini yüzdüler. (üzmek: dərisini çıxarmaq, soymaq)   
 Bu xüsusiyyətlər çoxmənalı sözlərin müəyyənləşdirilməsinin əsas göstəriciləridir. 
Lakin  omonimləri  əmələ  gətirən  sözlərdə  vəziyyət  başqadır.  Omonim  olan  sözlər 
formaca nə qədər bir-birinə oxşasa da, onların arasında məna yaxınlığı olmur, yəni bir-
biri  ilə  əlaqəsi  olmayan  mənaları  ifadə  edir.  Ümumiyyətlə,  çoxmənalı  sözlər  müəyyən 
bir  məfhumun  müxtəlif cəhətlərini  bildirdiyi  halda,  omonimlər  müxtəlif məfhum  ifadə 
edir. (7, s.401.) Nümunələrə nəzər salmaq kifayətdir: 
1.  El insanın en önemli organıdır bence.(əl, insan orqanı)  
 El elin eşeğini türkü çağırarak ararmış.( yad, özgə)  
2.Adresimi hemen bir kenara yaz. (yazmak feili) 
Bu yaz yurtdışına çıkmayı düşünüyorum. (yay fəsli mənasını verir) 
3. Depodaki bidonlar ağzına kadar dolu. (sifət kimi işlənib) 
Bu mevsimde buralarda dolu yağar. (isim kimi işlənib, yağışın iri damlalı donmuş 
vəziyyətidir). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə