Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

 
 
68 
 
SUMMARY 
 
This  article  is  called  “
A  woman's  place  in  an  ancient  Turks  society  and  her 
image in the pre-Islamic Turkish literature”. As the name implies, this article examines 
the  role  of  Turkish  women  in  ancient  society,  her  rights  and  duties  as  a  mother,  wife, 
and a woman. To this end it has been analyzed literary monuments of ancient bales and, 
based on revealed its position in society and attitudes of members of society . 
Key words: legends, ancient Turkish legends, turkish woman  
 
 
РЕЗЮМЕ 
 
Данная статья называется «Место женщины в древнетюрком обществе и ее 
образ  в  Доисламской  тюркской  литературе».  Как  и  видно  из  названия,  в  данной 
статье рассматривается роль тюркской женщины в древнем обществе, ее права и 
обязанности  как  матери,  жены,  и  просто  женщины.    С  этой  целью  были 
проанализированы  литературные  памятники  древних  тюков  и  на  их  основе 
выявлено ее положение в обществе и отношение к ней членов общества.  
Ключевые  слова:  легенды  (дестаны),  древнетюркские  легенды,  тюркская 
женщина. 
 


 
 
69 
F.H.HЯСЯНОВА  
BDU 
MÜASIR TÜRK DİLLƏRİNDƏ BAĞLAYICILARIN  
XÜSUSİYYƏTLƏRİ  
 
        Bağlayıcılar, nominativ – lüğəvi mənası olmayan, morfoloji cəhətdən dəyişməyən, 
hər  bir  cümlə  üzvü  vəzifəsi  ifa  etməyən  leksik-qrammatik  kateqoriya  olub,  söz 
birləşməsi  və  cümlələri  bir-birinə  bağlayan  köməkçi  nitq  hissəsidir.  Görkəmli  alim  Q. 
Kazımov  yazir  ki,  "  Türk  dillərinin  və  o  cümlədən  Azərbaycan  dilinin  özünə  məxsus 
bağlayıcıları  azdır.  Tarixən  də  belə  olmuş,  qədim  dövrlərdə  Azərbaycan  dilində  bağ-
layıcılardan  az  istifadə  edilmişdir.  Canlı  türk-Azərbaycan  dilində  bağlayıcı  vəzifəsini 
intonasiya,  feli  bağlama,  feli  sifət  və  s.yerinə  yetirmişdir.  Bağlayıcıların  artması  və 
zənginləşməsi  yazılı  ədəbi  dilin  təşəkkülü  və  inkişafı  ilə  bağh  olmuşlur.  Bu  cəhəti  bir 
sıra başqa  amillər də  təsdiq  edir. Belə ki  şifahi  ədəbi  dilimizdə  bağlayıcılardan müasir 
dövrdə  də  az  istifadə  edilir.  Bir  sıra  hesablamalara  görə,  yazılı  ədəbi  dil  ilə  danışıq 
dilində  bağlayıcıların  işlənməsi  100-ün  16-ya  nisbəti  kimidir.  Odur  ki  elə  bağlayıcılar 
var  ki,  min  ildən  artıq  bir  dövrdə  ədəbi  dilimizdə  işlənsə  də,  canlı  dildə  onlara  rast 
gəlmək  olmur.  Bağlayıcılar  dilimizdə  bir  sıra  sözlərin  tədricən  bağlayıcılaşması  ilə 
yanaşı, alınmalar hesabına zənginləşmişdir" [1, s. 7] . Cümlənin üzvləri arasında əlaqə 
yaradan sözlər bağlayıcı hesab olunur. 
 Köməkçi nitq hissəsi olan bağlayıcı sözlər, cümlələr, abzaslar və mətnlər arasında 
əlaqə yaradır və onları qrammatik cəhətdən bir-birinə bağlayır. 
Bağlayıcılar  lüğəvi  mənaya  malik  olmayıb,  yalnız  ümumləşmiş  məna  daşıyır.  
Bağlayıcıların rolu qoşmalarla müqayisədə daha genişdir və dildə mühim yer almışdır. 
 Türk  sistemli  dillərin  özünəxas  bağlayıcıları  miqdar  etibarı  ilə  çox  azdır.  Bu  da 
onunla  izah  edilir  ki,  uzaq  keçmişdə  bu  dillər  çox  cüzi  bağlayıcı  ilə  kifayətlənmiş, 
bağlayıcılıq  vəzifəsi  intonasiya,  feli  sifətlər,  feli  bağlamalar  və  s.  vasitələrlə  yerinə 
yetirilmişdir. 
          Türk dili üzrə tədqiqat aparan mütəxəssislərin əksəriyyəti bu dildə bağlayıcıların 
əcnəbi  dillərin  təsiri  altında  meydana  çıxdığını  söyləmişlər.  Lakin  bunu  türk  dilinin 
hazırki dövrü barədə söyləmək düzgün olmaz, çünkü müasir türk dillərinin hamısı indi 
bağlayıcılarla zəngindir. 
          Bu  bağlayıcıların  bir  qismi  əgər  başqa  dillərdən  hazır  şəkildə  alınıbsa,  böyük 
əksəriyyəti türk dillərinin öz leksik bazası əsasında yaranmışdır. 
          Bağlayıcılarla  qoşmalar  arasında  müəyyən  oxşarlıqlar  var.  Xüsusən  tərkibində 
“göre,  için,  ötrü”  qoşmalar  olan  tabelilik  bağlayıcıları  ilə  eyni  qoşmaların  mənası 
arasında da yaxınlıq aydın dərk edilir . 
         Tanınmış  türkoloq  A.H.Kononov  türk  dilində  bağlayıcıları  iki  qrupa  ayırmışdır 
[6]:    tabezislik  və  tabelilik  bağıayıcıları.  A.H.Kononov    bağıayıcıların  bir  hissəsini 
nənaya görə təsnif edir, digərini məna baxımından ayırd etmir.  
        Müasir  türk  dillərinin  əksəriyyətində,  eləcə  də  Azərbaycan  dilçilik  ədəbiyyatında 
bağlayıcılar iki qrupa – tabeli və tabesiz bağlayıcılar qrupuna bölünür. 
          Həm xalis bağlayıcı və həm də bağlayıcı sözləri cümlə və onun tərkib hissələrini 
birləşdirərkən kəsb etdikləri mənalara görə aşağıdakı şəkildə də qruplaşdırmaq olar:  
1.
 
Birləşdirmə  bağlayıcıları.  Bu  qrupa  “ve,  ile,  da/de,  hem  de,  ister,  gerek” 
bağlayıcılarını aid etmək olar. 
2.
 
Fərqləndirmə bağlayıcıları. Bu qrupa “ya da, ya, yahut, ve  ya” bağlayıcılarını 
aid etmək olar.  
3.
 
Qarşılaşdırma bağlayıcıları. Bu qrupa “ama, fakat, lakin, yalnız, ancak, bunula 
beraber” bağlayıcılarını aid etmək olar. 


 
 
70 
4.
 
Alternativ bağlayıcılar. Belə şərti qrupa  “bir, bir...bir,  bazen...bazen” 
bağlayıcılarnıı daxil etmək olar. 
5.
 
Qüvvətləndirmə  bağlayıcıları.  Bu  qrupa  “de,  hatta,  üstelik,  zaten,  kaldı  ki, 
nasıl ki”  şərti bağlayıcılarını daxil etmək olar. 
6.
 
Aydınlaşdırma  bağlayıcıları.  Bu  qrupa  şərti  olaraq  “yani,  demek  ki,  daha 
doğrusu” bağlayıcılarını daxil etmək olar. 
7.
 
Güzəşt  bağlayıcıları.  Həmin  qrupa  “gerçekten,  nitekim,  halbuki,  oysa”  kimi 
bağlayıcıları daxil etmək olar.  
8.
 
Səbəb  bağlayıcıları.  Bu  qrupa  “çünkü,  zira,  ki,  bu  sebeple,  bundan  dolayı, 
bunun için” bağlayıcıları aiddir. 
9.
 
Ardıcıllıq  bağlayıcıları.  Həmin  şərti  qrupa  “buna  göre,  bundan  dolayı,  bunun 
üzerine, bunun için, bu sebeple, o zaman, şimdi” kimi bağlayıcılarıni şamil etmək olar. 
10.
 
Məqsəd bağlayıcıları. Şərti olaraq bu qrupa “-taki,diye, için, tek, ki, kim, yeter 
ki” bağlayıcılarını daxil edə bilərik. 
11.
 
Şərt bağlayıcıları. Həmin qrupa “eğer, şayet, yoksa, illa, o takdirde, aksi halde” 
bağlayıcılarını şamil etmək olar [3, s.170].  
Xalis bağlayıcılar 
Bağlayıcıların  türk  dillərində  yad  dillərin  təsiri  ilə  yaranmış  kateqoriya  olma  
fikrini  təkzib  edən  tanınmış  türkoloq  F.  Zeynalov  yazır  ki,  “bu  fikri    türk  dillərinin 
hazırkı dövrü barədə söyləmək düzgün olmaz, çünki müasir  türk dillərinin hamısı indi 
bağlayıcılarla zəngindir. Bu bağlayıcıların bir qismi  əgər başqa dillərdən hazır alınıbsa, 
böyük əksəriyyəti türk dillərinin öz leksik bazası əsasında yaranmışdır. Bu özünü başqa 
nitq hissələrinin  bağlayıcı vəzifəsində sabitləşməsində xüsusilə göstərməkdədir”. 
Müasir Azərbaycan və Türk dillərində işlədilən xalis bağlayıcılar bunlardır: 
Azərbaycan  dilində:  və,  həm,  ya,  ki,  amma,  ancaq,  fəqət,  yaxud,  çünkü,  yoxsa, 
zira, təki, yəni. 
Türk  dilində:  ve,  hem,  ya,  ki,  kah,  ama,  ancak,  lakin,  fakat,  yahut,  çünkü, 
yoksa,zira. 
“Və” bağlayıcısı. 
Müasir türk dillərinin oğuz qrupunda geniş yayılmış ərəb mənşəli “və” bağlayıcısı 
söz,  söz  birləşməsi,  tabesiz  mürəkkəb  cümlələri  bir  birinə  bağlamağa  xidmət  edir.  Bu  
bağlayıcı  müasir  türk  dillərində  –  Azərbaycan  (və),  Türk  (ve),  Uyğur  (və),  Türkmən 
(ve),  Özbək  (va)  dillərində  müşahidə  edilir.  Bu  bağlayıcı  müasir  ədəbi  dildə  ən  çox 
işlənən bağlayıcıdır. 
Birləşdirmə  vəzifəsini  ifa  edən  “və”  bağlayıcısından  başqa,  müasir  oğuz  qrupu 
türk dillərində bu vəzifədə “həm, həm də, da/də, bir də”    bağlayıcıları da geniş sürətdə 
işlənilir. 
“Ve”  bağlayıcısı  müasir  türk  ədəbi  dilində  də  çox  işlənən  bağlayıcılardan  biri 
olub,  soz  birləşməsi  və  cümlələr  arasında  tabesizlik  əlaqəsi  yaratmağa  xidmət  edir. 
Tanınmış  türkoloq    R.  Rüstəmov  yazır  ki,  “  bu  bağlayıcı  qrammatik  mənasına  görə 
birləşdirmə bağlayıcısıdır və müasir türk dilində  aşağıdakı funksiyaları yerinə yetirir: a) 
söz  birləşmələri  arasında  birləşdirmə  vəzifəsində  işlənir;  b)tabesiz  mürəkkəb  cümlənin 
komponentlərini bir-birinə bağlayan qrammatik vasitə kimi işlənir; c) cümlənin həmcins 
üzvləri arasında  əlaqə  yaratmağa xidmət edir; ç) cümlənin əvvəlində işlənərək mətndə 
situativ  əlaqə yaradır və cümlənin aktual üzvlənməsinə, ekspressivliyə yardım edir” [4]. 
 “Və”  bağlayıcısı  bir  çox  hallarda  bağladığı  söz  və  cümlələrin  birini  daha  çox 
nəzərə çatdırmaq vəzifəsini ifa edir. Məsələn:  
Cünkü  müphem  bir  his  bana,  kim  olursa  olsun  bir  insanı  tamamen  gördükten  ve 
gördüklerini  kendinden  saklamadıktan  sonra,  ona  hiçbir  zaman  büsbütün  yaklaşılma-
yacağımı fısıldıyordu.(S. Ali ) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə