Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   23   24   25   26   27   28   29   30   ...   60

 
 
62 
ləyaqətini  əskiltmək  üçün,  iki  gün  matəm  elan  olunurdu.  Ər  arvadının  hərhansı  bir 
hərəkətindən narazı qalarsa, ona qarşı müxtəlif cəzalar tətbiq edə bilərdi. Qədim Misirdə 
ər arvadını səhv addımına görə yandıra bilərdi... Ərəblər qız uşağını diri-diri gömərdilər. 
Buna  bənzər  bir  çox  avropa  xalqlarıyla  bağlı  nümunələr  gətirərək  bu  siyahını  davam 
etdirmək olar... (Bax: 2)    
Bütün bunları  nəzərə alsaq, görərik ki,  cahiliyyət dövründə  demək olar ki, bütün 
qədim millətlərdə qadının əri  yanında dəyəri alınıb-satılan bir maldan fərqsiz idi. Turk 
qadını  isə  başqa  cəmiyyətlərdə  olduğu  kimi  təzyiq  altında  tutulmur  və  alçaldılmırdı. 
Qadının  ucalığı  Altay  dağlarının  ən  yüksək  təpəsinə  “Qadın  başı”  adı  verilərək  sanki 
gələcəyə  bir  mesaj  olaraq  göndərilmişdir.  İslamaqədərki  türk  cəmiyyətlərində  qadına 
belə  bir  münasibət  var  ikən,  türk  olmayan  millətlərdə  qadının  vəziyyəti  ürək  yandıran 
bir halda idi. (Bax:1)  
  Beləliklə,  türk  ədəbiyyatında  qadına  münasibət  ilk  olaraq  ümumtürk  yazılı 
abidələrində - Orxon-Yenisey yazılarında əks olunmuşdur. Türklərdə qadın şərəf rəmzi 
olduğundan,  müharibə  vaxtı  onları  xüsusi  qoruyurdular  ki,  düşmənlər  onları  girov 
götürə bilməsin. Orxon-Yenisey  yazılarında Gülteginin tayfasının qadınlarını qoruması 
çox pafoslu şəkildə təsvir olunmuşdur: 
“[8]...Kül Tigini evin başında bırakarak, mudafaa tedbiri aldık.       Oğuz     
düşman, merkezi bastı. Kül Tigin 
  [9] Öksüz akına binip dokuz eri mızrakladı, merkezi vermedi. Annem hatun ve 
analarım, ablalarım, gelinlerim, prenseslerim, bunca yaşayanlar cariye olacaktı, 
ölenler yurtta, yolda yatıp kalacaktınız. 
  [10] Kül Tigin olmasa hep ölecektiniz...” (3, s 27) Bu yazılar bir fakt olaraq, hələ 
VII-VIII əsrlərdə qadına olan yüksək qiymət və hörmətin subutudur.  
Məlumdur  ki,  türk  dastanları  öncə  şifahi  olaraq  dildən  dilə,  əsrdən  əsrə  keçmiş, 
sonralar  yazıya  alınmışdır.  Ilk  türk  dastanlarında  qadın  obrazı  özünəməxsus  olmuşdur. 
Məqalədə  ilk olaraq  İslamdan öncəki  dövrün dastanlarında qadın obrazını  araşdırmağa 
çalışacağıq. 
İslamdan öncə  mövcud olan dastanları  aşağıdakı ardıcıllıqda göstərmək olar:    1. 
Yaratılış Dastanı 
            2. Saka Dastanları: a) Alp-Er Tuga dasatanı;  b) Şu dastanı 
            3. Hun-Oğuz Dastanları: a) Oğuz Kağan dastanı;  b) Atilla dastanı 
            4. Göktürk Dastanları: a) Bozkurt dastanı;  b) Ergenekon dastanı 
            5. Uygur Dastanları: a) Türeyiş dastanı;  c) Göç dastanı.  
İslamdan öncəki dövrün ilk türk dastanı “Yaratılış” dastanı idi. Bu dastanda qədim 
türklərin  dünyagörüşünə  görə,  dünyanın  necə  yarandığı,  ilk  insanın  dünyaya  gəlişi, 
Tanrı  ilə  şeytan  (Erlik)  arasındakı  münasibət  və  şeytanın  Tanrı  qarşısında 
gücsüzlüyündən  bəhs  edilir.  Burada  qadına  münasibət  iki  yerdə  əks  olunmuşdur:  1) 
Daha hiçbir şey yokken Tanrı Karahan’la su vardı. Karahan’dan başka gören, sudan 
başka  görülen  mevcût  değildi.  Karahan  yalnızlıktan  sıkılıp  “Ne  yapacağım?”  diye 
düşünürken,  su  dalgalandı.  Sudan  “Ak  Ana”  çıktı.  Ak  Ana,  Karahan’a:  “Yarat!…” 
dedi, tekrar suya daldı. Bunun üzerine Karahan, “kişi”yi yarattı”. (4, s. 12) 2) “...Tanrı 
Karahan’ın canı sıkıldı. Meleklerden birini göndererek Erliğ’in göğünü yıktırdı. Bu gök 
yıkılıp  dünyaya  düşünce,  yıkıntılarından  dağlar,  boğazlar,  ormanlar  meydana  geldi. 
Karahan,  Erliğ’i  dünyanın  en  derin  katına  sürdü.  Bu  güneşsiz,  aysız,  yıldızsız  yerde 
dünyanın sonuna kadar oturmasını buyurdu. Tanrı Karahan, 17 kat gökten kainatı idare 
etmektedir.  16 kat  gökte  “Bay  Ölken” altın dağda, altından bir  tahtta  oturmaktadır. 7 
kat  gökte “Gün Ana”, 6 kat  gökte “Ay Ata” oturmaktadır”. (4, s. 12) Birinci parçaya 
görə, belə fikir söyləyə bilərik ki, türk qadınının atasından və ya ərindən asılı olmağına 
baxmayaraq,  türklər  qadının  fikrinə  hörmətlə  yanaşır  və  hesablaşırdılar.  Bu  haqda 


 
 
63 
qədim  islam  tarixçisi  və  teoloqu  Mühəmməd  İbn  Cərir  Ət-Təbari  öz  əsərində  belə 
söyləmişdir:  “...türklərdən  qadının  vasitəsiylə  çox  şey  əldə  etmək  olar...”.  (5,  s.  73) 
Yəni, bu parçada biz Karahanın “Ak Ana”nın “Yarat!” deməsiylə, insanı yaratmasına, 
qədim türklərin qadının fikrinə hörmətlə yanaşmasının bir sübutu olduğunu görürük. 
 
“Yarataılış”  dastanından  gətirdiyimiz  ikinci  parçada  isə  “...7  kat  gökte  “Gün 
Ana”, 6 kat gökte “Ay Ata” oturmaktadır” cümləsinə fikir versək, ananın atadan daha 
üstün  oldugunu  görürük.    Burada  “Gün”  –  anadır,  “Ay”  –  atadır.  Bildiyimiz  kimi, 
günəş aydan daha üst təbəqədə yerləşir. Lakin qədim türklərin bele astronomik bilgidən 
xəbərdar olması mümkün deyildi. Demək ki, daxili tərbiyyə, əxlaq, böyüyə hörmət və s. 
əxlaqı-mənəvi dəyərlər türklərin artıq fitrətində idi. 
Məlumdur  ki,  qədim  türklər  bütün  qədim  millətlər  kimi  müxtəlif  tarixi  hadisələr 
yaşamışdır.  Miladdan  öncəki  VII–II  əsrlərdə  yaşamış  Saka  türkləri  bizə  bəlli  olan  ilk  
türk dövlətinin qurucuları sayılır. Onların haqqında, yuxarıda qeyd etdiyimiz kimi,  Alp 
Ər  Tonga  və  Şu  əfsanələri  qalmışdır.  Tarixçilərin  ehtimalına  görə,  Saka  türklərinin 
dövləti Hun türkləri tərəfindən süqut etmişdir.  Bu dövr dastanları Saka dövlətinin Alp 
Er  Tunga  (Əfrasıab)  və  Şu  adlı  hökmdarlarının  düşmanlarla  döyüşlərdəki 
qəhrəmanlıqlarından  bəhs  edir.  Bu  dastanlarda  qadınlar  açıq-aşkar  xatırladılmasa  da, 
türk ədəbiyyatcısı Mehmet Emin Bars məqalələrindən birində belə bir tarixi faktı qeyd 
etmişdir:  “iskitlerde  (yəni  Saka  türklərində),  her  kadın  İskit  erkekleri  gibi  savaşçı  ve 
asker  olarak  yetiştirilirdi.  İskitli  göçebe  kadınlar  her  savaşta  erkekleriyle  birlikte 
çarpışırdı.  Türk  devletlerinde  Türk  kadınları  bu  tür  faaliyetleri  büyük  bir  vakar  ve 
haysiyetle yerine getirmiştir”. (6, s. 97) Beləliklə, əminliklə söyləyə bilərik ki, bu dövr 
dastanlarında  öz  əksini  tapmasa  da,  qədim  türk  qadınları  həmdə  gözəl  döyüşçü  
olmuşlar. 
Qədim  türklərin  tarixlərində  Sakalardan  sonra,  növbəti  dövr  Hunlarla  bağlıdır.  
Miladdan  öncə  təxminən  III,  miladdan  sonra  II  yüzilliklərdə  yaşamış  Hun  türkləri 
haqqında nisbətən geniş  məlumat Çin qaynaqlarında öz əksini tapmışdır. Hunlar başda 
türklər  olmaqla    Türküstan  ərazisində  yaşayan  bütün  tayfa  birliklərini  ittifaq  halında 
birləşdirərək  zamanın  ən  qüdrətli  hərbi-siyasi  dövlətini  yaratmışdılar.  (7,  s.  11)  Bu 
dövrün  dastanları  “Oğuz  Kağan  Destanı”  və  “Atilla  Destan”larıdır  ki,  bunlar  Türk 
ədəbiyyatında Hun –Oğuz dastanları adlanır.  
Hun  dövrü  dastanlarında  qadın  obrazına  keçməzdən  əvvəl,  tarixi  qaynaqlarda 
hunların  qadına  münasibəti  haqqında  məlumat  vermək  istərdik.  Çin  qaynaqlarında 
Hunlar  haqqında  belə  məlumat  verilmişdir:  “...hun  icması  yüzdən    minədək  yurtadan 
ibarət  idi. Ailənin  böyüyündən qulluqçuya kimi,  hər  kəs öz  mal-qarasını  özü  otarır,  öz 
ailəsinin  qayğısını  özü  çəkirdi.  Heç  kim  öz  mövqeyindən,  səlahiyyətindən  sui-istifadə 
etmirdi...Hərbi  işlərdən  başqa,  bütün  işlərdə  qadının  fikriylə  hesablaşırdılar...”.  (Bax: 
8)   
   Hər  nə  qədər  rus  və  avropa  araşdırıcıları  Hunları  vəhşi  millət  kimi  qələmə 
versələr  də,  biz  bu  məlumatda  Hunların  öz  ailəsinə,  öz  icmasına  və  öz  qadınına  necə 
qayğıyla və hörmətlə yanaşdığının şahidi oluruq. 
Şübhəsiz,  bu  münasibət  öz  əksini  dastanlarda  da  tapmışdır.    “Oğuz  Kağan” 
dastanında  üç  qadın  obrazı  əks  olunmuşdur.  Birincisi,  Oğuz  Kağanı  dünyaya  gətirən 
Ay-Kağan: "... Günlerden bir gün Ay Kağan'ın gözü parladı. Doğum ağrıları başladı ve 
bir erkek çocuk doğurdu. Bu çocuğun yüzü gök, ağzı ateş gibi kızıl, gözleri elâ, saçları 
ve kaşları kara idi. Perilerden daha güzeldi. Doğan çocuğa Oğuz adı verildi. Bu çocuk 
anasının  göğsünden  bir  kere  süt  emdi,  bir  daha  emmedi.  Çiğ  et,  çorba  ve  şarap 
istedi...”. (9, s.52) 
Bu  parçada  çox  maraqlı  bir  şey  çıxır  ortaya.  Burada  Oğuz  Kağanın  anasının  adı 
Ay Kağan kimi keçir. Bildiyimiz kimi “Kağan” kişilərə ünvanlanan bir addır. Niyə “Ay 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə