Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

 
 
55 
 
SUMMARY 
 
This  article  is  about  the  history  and  development  of  Turkish  literature  from  the 
classic  till  national  period.  One  of  the  famous  poets  of  the  National  literature  was 
Mehmed  Emin.  His  poems  is  about  the  turkish  people,  motherland,  native  nature, 
turkish  folklore.  He  also  had  an  important  sosial  activity  for  the  clearing  turkish 
language from the arabic and persian words as well. 
 
 


 
 
56 
M.L.ƏBDÜRƏHİMOVA 
 
TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ HƏRBİ 
TERMİN YARADICILIĞI PROSESİ 
 
Türkiyə türkcəsində «askeri terimler», Azərbaycan türkcəsində isə «hərbi terminlər» 
birləşmələrindən istifadə olunur. Hər iki qohum dillərdə hərb işinin və bu işə aid anlayış və 
məfhumları linqvistik vasitələrlə ifadəsinin özünəməxsus inkişaf yolları mövcuddur. 
Hər  bir  dövrdə  hərbi  iş,  hərbi  terminologiya,  demək  olar  ki,  yenidən  qurulur.  Ordu 
quruculuğu sahəsində dövlət tədbirləri və bu tədbirlərin ana dilində hərbi-rəsmi sənədlərin 
hazırlanmasındaki  rolu  genişlənir,  hərbi-terminoloci  lüğətlər  və  onların  strukturu  dəyişir, 
hərbi terminoloci ənənənin mühafizəsi və bu sahədə yeniliklər və s. özünü göstərir. Son illər 
isə həm Türkiyədə, həm də Azərbaycanda hərbi sahələr daha intensivləşdirilmişdir. «Odur 
ki,  bu  sahədə  nailiyyətləri  öyrənib  ümumiləşdirmək,  terminoloci  inkişafla  bağlı  qüsurlu 
halları  müəyyənləşdirmək  və  dilimizin  lüğət  tərkibində  çox  qədimdən  bəri  xüsusi  bir  lay 
kimi  yer  tutan  və  ilbəil  zənginləşən  hərbi  terminlərin  linqvistik  xüsusiyyətlərini  aşkara 
çıxarmaq gününümüzün zəruri və aktual tələblərindəndir» (1, s.5 (152 s.) 
Biz  bu  tələbi  Türkiyə  türkcəsi  ilə  Azərbaycan  türkcəsinin  müqayisəsi  fonunda 
araşdırmağı qarşıya məqsəd qoymuşuq. Görək, bu türk dillərində hərbi termin yaradıcılığı 
prosesi necə gedib, hər bir dilin kəsb etdiyi cəhət və s. nədən ibarətdir. 
Qeyd  edək  ki,  müqayisə  edilən  türk  dillərində  termin  yaradıcılığının  spesifik 
xüsusiyyətləri  mövcuddur.  Həmin  özəlliklərin  oıtaya  çıxması  həm  anlayışlar,  həm  də 
dillərin leksik-terminoloci sistemləri ilə əlaqəsinə nəzərən əsaslandırılır. 
Hərbi terminlərin yaradılması zərurəti hərbi sahəyə məxsus anlayışların sistemə daxil 
olması ilə şərtlənir. Yeni formalaşmış hərbi anlayışlar müəyyən anlayışlar cərgəsinə daxil 
olur və həmin «funksional sahə»də öz yerini möhkəmləndirir. 
Hamza Zülfıkar yazır ki, Türkcənin terim yapma yolları ümumi söz yaradıcılığı 
ilə üst-üstə düşür, əlamətlərin ardıcıllıqla seçilməsi pirinsipinə əsaslanır (2, s.54). 
Bizcə,  termin  yaradıcilığının  başlıca  diferensial  xüsusiyyəti  anlayışı  ifadə  etmək  və 
sistemlilik yaratmaq cəhətidir. 
Hər  iki  dilin  hərbi  termin  yaradıc  ilığında  bir  sıra  ənənəvi  üsullardan  istifadə 
edilir:Hərbi termin yaradıc ilığı mürəkkəb bir prosesin tərkib hissəsidir. Digər sahə və elmi 
terminlər kimi hərbi terminlərin də yaranma üsulları vardır. Həmin üsullar sırasına leksik-
semantik, Morfoloji, sintaktik və terminalma vasitələrini aid edilir. 
Leksik-semantik  üsul.  Leksik  semantik  üsulla  yarananlar  hazır  şəkildədir.  Onlar 
əsasən quruluşca sadə olurlar: mermi (güllə, mərmi), tüfek (tüfəng), tabanca (tapanca), top 
(artileriya  topu,  top),,  roket  (raket),  piyade  (piyada),  alay  (polk),  tabur  (batalyon),  barış 
(sülh), düşman (düşmən), savaş, harb (hərb, savaş), apolet (paqon), ihtiyat (ehtiyat), subay 
(zabit), asker (əsgər), barınak (sığınacaq, sığmaq) və s. 
Termin  yaradıc  ilığının  bu  üsulu  dildə  qabaqcadan  mövcud  olan  müxtəlif  mənalı 
leksik-terminoloji vahidlərə  yeni mənalar verməklə hərbi teminlər formalaşdırılır. Demək, 
söz  mövcuddur,  onu  hərbi  sahədə  işlətmək  mümkündür  və  dil  vahidinin  yeni  məna 
qazanmaq  şansı  '/ardır.  Bu  proses  leksik-semantik  prosesdir  və  hər  iki  dildə  fəal,  aktiv 
prosesdir. S.Sadıqova bu prosesi düzgün səciyyələndirir: «..bu zaman sözün-terminin daxili 
tərkibi  dəyişmir,  ancaq  məna  dəyişikliyi  ilə  əlaqədar  yeni  məfhum  və  ya  əşya  ilə  dildə 
əvvəlcədən mövcud olan anlayış və ya əşya arasında müəyyən assosiativ əlaqə yaratmaqla 
sözün, terminin mənası genişləndirilə bilir. Deməli, semantik üsulda yeni anlayış mövcud 
sözlərlə ifadə edilir, terminin, sözün semantik yükü artır» (3, s.40). 
Leksik-semantik  üsulla  Türkiyə  türkcəsində  aşağıdakı  hərbi  terminlər  yaradılmışdır: 
sinif, piyade, tümen} grup, bölüm, subay, er, növbet, sancak, radar, harekat, bilezik və s. 


 
 
57 
Morfoloji  üsul:  Türk  dilləri  sözdüzəldici  şəkilçilərlə  zəngindir.  Morfoloji  üsulla  bu 
dillərdə  termin  yaratma  prosesi  və  bu  yolla  formalaşan  hərbi  terminlərin  kəmiyyəti  də 
müəyyən  qədərdir.  Belə  ki,  hər  bir  termin  yaradıcılığında  bu  üsul  da  məhsuldar  səciyyə 
kəsb edir. Terminyaratmanın bu yolu həm türk, həm də 
Azərbaycan  dilinin  lüğət  tərkibinin  yeni  dil  modelləri  ilə  zənginləşməsinin  əsas 
qaynağı hesab edilir. 
Müqayisə  edilən  türk  dillərində  Morfoloji  üsulla  hərbi  terminlərin  formalaşmasında 
həm türk əslli şəkilçilər, həm də alınma Morfoloji göstəricilər fəal iştirak edir. 
Düzəltmə quruşlu hərbi terminləri həmin əlamətə görə belə qruplara ayırmaq olar: 
1)
 
milli mənşəli şəkilçilər artırmaqla əmələ gələn hərbi terminlər: 
2)
 
Ərəb  və  fars  mənşəli  sözlərə  türk  mənşəli  şəkilçilər  artırmaqla  əmələ  gələn  hərbi 
terminlər: 
3)
 
Avropa  mənşəli  sözlərə  Azərbaycan  mənşəli  şəkilçilər  artırmaqla  düzələn  hərbi 
terminlər: 
4)
 
Azərbaycan  dilində  istifadə  olunan  müxtəlif  mənşəli  sözlərə  şəkilçilər  artırmaqla 
əmələ gələn hərbi terminlər: 
İltisaqi  dillərdə  sözyaradan  şəkilçilər  terminin  mənasında  əsaslı  dəyişiklik  əmələ 
gətirdiyi  bir  durumda,  flektiv  dillərdən  alman  həmin  sözlərdə  şəkilçi  sözün  strukturu 
(tərkibi)  kimi  qəbul  edilir  və  onlara  Azərbaycan  dilinin  Morfoloji  göstəriciləri  əlavə 
edildikdə  bu  cür  etimon  dilin  şəkilçisini  əvəz  edən  Azərbaycan  mənşəli  şəkilçi  nisbi 
əvəzləmə  pozisiyasında  durur.  Bu,  hərbi  terminologiyanın  səciyyəvi  cəhətlərindən  irəli 
gələn bir haldır. Təbii, qəbul edilməlidir ki, mili dil hərbi leksikada daha çox özləşdirməyə, 
özgədil termini milli mənşəli terminlə əvəzlənməyə meyillidir. Amma bəzi hallarda bu, dil 
qanunauyğunluqlarından  kənar  yola  yaradılmış  hərbi  teminlərin  oraya  çıxması  ilə 
sonuclamr. 
Həmin  Morfoloji  göstəricilər  hərbi  terminlərin  özündən,  həm  də  başqa  leksik 
vahidlərdən, hərbin ayrı-ayrı sahələrinə xas terminlərdən hərbi mahiyyət daşıyan düzəltmə 
sözlər yaradır. Struktura nəzər salaq: 
Kök+-çı4: Həmin şəkilçili terminlər peşə, sənət, fəaliyyət sahəsi ilə əlaqədar olan şəxs 
ifadə  edən  dil  vahidləri  yaradır:  nişançı  (atıcı),  bekçi  (gözətçi,  keşikçi,  qarovulçu), 
gözlemeçi (müşahidəçi), tankçı (tankçı), topçu (topçu), uçakçı 
(təyyarəçi), lağımçı (assenizator), çapulcu (bandit), izci, kılavuz (bələdçi) və s. 
Həmin şəkilçili söz söz birləşməsi biçimində olan hərbi terminlərin yaranmasında çox 
fəal iştiraku etmişdir. Məs.: ordu topçusu, tabuo topçusu, sahil topçusu, yükletilmiş topçu, 
uzun menzilli topçu, tümen topçusu, tayyareye karşı topçu, kolordu topçusu, kor topçusu, 
hafif  topçu,  deniz  topçusu,  yaya  topçu,  sahra  topçusu,  alay  topçusu,  gemi  topçusu,  ağır 
topçu (4, s.9 (75 s.) 
Kök+-lıq4: Müəyyən keyfiyyət, əlamət bildirən dil vahidləri yaradır: omuzluk (paqon, 
epolet), askerlik (əsgərlik), birlik (qoşun), barutluk (barıtqabı) və s. 
Kök+-ma,-me: bekleme (gözləmə, bekleme odası, gözləmə zalı). 
Kök+ -ık4: bölük (rota), çevik (alay). 
Kök+ -ak,- ek: uçak (təyyarə, ərəbcə). 
Kök+gah: karargah (qərargah), nişangah (nişangah). 
Kök+cü4: öncü (avanqard). 
Kök+ -ış: atış (atış), kaçış (qaçış). 
Kök+-lı4:  yükümlü  (askerlik  hizmeti),  zırhlı  (batarya)  (zirehli  b.),  betonlu  (sığnak) 
(betonlu sığnacaq). 
Kök+name: ihbarname (bildiriş). 
Kök+ -laşma: birleşme (blokirovka). 
Kök+-ılma; : çağırılma (çağırılma). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə