Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

 
 
51 
Buna görə də bu ədəbiyyat daha çox həyatdan şikayət, etiraz və böhran kimi mövzuları 
işləmişdir.  İnsanın  həyatda  qarşılaşdığı  mənəvi  sarsıntılar  qarşısındakı  acizliyi,  insanın 
yalnızlığı, güvənsizliyi Sərvəti Fünun poeziyasının əsas şeir mövzuları arasında idi. 
Sərvəti  Fünunçular  arasında  həm  forma,  həm  də  məzmun  baxımından  fərqli 
əsərlər  yaradan  sənətkar  sözsüz  ki,  Tofiq  Fikrət  olmuşdur.  Onun  poeziyasında  aid 
olduğu ədəbi topluluğa xas olan xüsusiyyətlərlə yanaşı, hürriyyət, azadlıq, haqq, ədalət, 
mübarizə  kimi  inqilabi  mövzular  çoxluq  təşkil  edir.  Şair  qadınların  haqlarının  əzil-
məsinə  qarşı  etiraz  səsini  ucaltmış,  ailə  münasibətlərinə,  tərbiyə,  təhsil  mövzularına 
toxunmuşdur. O, uşaq tərbiyəsində vacib olan əsas məsələləri Şərmin adlı uşaq şeirləri 
toplusunda  işləmişdir.  Şair  həm  də  fəlsəfi  düşüncələrlə  dolu  olan  şeirlər  də  müəllifi 
olmuşdur.  Tofiq  Fikrətin  dindən  öz  məqsədləri  üçün  istifadə  edənlərə  qarşı  yazdığı 
şeirləri də var. Tofiq Fikrət əsl humanist olaraq çıxış etmiş, insanları dil, din, irq fərqi 
olmadan sevmiş və bu fikirləri təbliğ etmişdir. Türkiyənin gələcəyinin gənclərin əlində 
olduğunu  başa  düşən  sənətkar  bütün  ümidlərini  gələcəyi  quran  nəslə  bağlamışdı.  Bu 
nəsli  isə  onun  əsərlərində  oğlu  Haluq  obrazı  əks  etdirirdi.  Haluqa  yazdığı  müxtəlif 
şeirlərində  Tofiq  Fikrət  onun  timsalında  bütün  gəncliyə  səslənirdi.    Sərvəti-fünun 
poeziyasının ən fərqli sənətkarı sözsüz ki, Tofiq Fikrət olmuşdu. 
Türk fikir həyatında millət, xalq, cəmiyyət, ümmət sözlərinin XIX əsrin ortalarına 
qədər  sosial-psixoloji,  sosial-iqtisadi  və  sosial-siyasi  bir  məfhum  miqyasında  işlə-
dilmədiyini görürük.  
Millət,  ümmət  və  cəmiyyət  ifadələrinin  eyni  dinə  sitayiş  edənlər  mənasında 
işlədilən,  sosioloji  bir  termin  olmadığı  XIX  əsrin  ilk  yarısına  qədər  Anadolu  türk 
ziyalılarında da, geniş xalq kütlələrində də üstüörtülü bir mənsubiyyət şüuru var idi.  
XIX  əsr  Avropasında  1789-dan  başlayaraq  ortaya  çıxan  və  bir  dünyagörüşü 
formasını  alan  məfhumlardan  biri  də  millət  və  bu  sözdən  əmələ  gələn  milli,  milliyyət, 
milliyyətçilik  ideyalarıdır.  XIX  əsrə  qədər  ziyalıları  üç  əsas  fikirdən  irəli  çıxırdılar: 
Xanədanın  davamı,  dövlətin  güclülüyü,  dinin  qorunması  və  yayılması.  Bu  üç  əsas 
meyar hər tipli sosial mövcudluğun lazımlı və əsas şərti hesab edilirdi. XIX əsrdə Qərbi 
Avropa, Şərqi Avropa, Balkanlar, Çin, Osmanlı və Rus İmperiyalarında milli oyanış və 
milliyyətçilik hərəkatları baş qaldırdı. Liberalizm, demokratiya, sosializm kimi fikirlərlə 
müqayisədə  bütün  ölkələri  yaxından  maraqlandıran  və  təsiri  altına  salan  Milliyyətçilik 
məfhumu tam dəqiq bir siyasi forma daşımırdı. ( 3. s479) 
Milliyyətçilik fikrinin qaynağında üç fərqli düşüncə var idi: 
1.
 
Milli birlik 
2.
 
Müstəqillik 
3.
 
Dinin  birləştirəcəyi  yerinə  tarixi  və  digər  sosial-mədəni  əsalara  dayanan 
bütövləşmə arzusu. 
Bu  dövrdə  başlıca  mətbu  orqanların  nəşrlərinin  təsirilə  düşüncə  və  ədəbiyyat 
həyatı,  filoloqlar,  tarixçilər,  filosof  və  sosioloqlar  Milliyyətçilik  fikrinin  oyanışında 
mühüm  rol  oynadılar.  Əvvəlcə  filosoflar,  sonra  isə  sosioloqlar  millət,  milliyyət,  soy, 
milli dövlət məfhumlarının təbliğinə başladılar.  İstər ədəbi əsərlərdə, istərsə də məqalə 
və çıxışlarda bu mövzular işlənməyə başlandı. 
Milliyyətçilik  əsasən  dildə  saf  türkcəyə  qayıdış,  keçmişin  şanlı  səhifələrini 
araşdırmaq  və  qürurla  bunları  üzə  çıxarmaq,  xalqın  təlim  və  tərbiyəsinə  əhəmiyyət 
vermək və bu məsələləri müxtəlif ədəbi və elmi araşdırmalarda işıqlandırmağı nəzərdə 
tuturdu. Şübhəsiz ki, milliyyətçilik ideyasını yaymaqda, onu xalqa çatdırmaqda əsas rol 
maarifçilərə, ədəbiyyatçılara düşürdü.  
Milliyyətçilik fikrinin yayılmağa başladığı dövrdə yeni-yeni qəzet və jurnallar işıq 
üzü  görməyə  başladı.  Onların  arasında  “Gənc  qələmlər”,  “Türk  yurdu”,  “Yeni 
Məcmuə”,  “Böyük  Məcmuə”,  “Böyük  Əməl”,  “Böyük  Duyğu”  kimi  jurnalları  qeyd 


 
 
52 
etməliyik.  
Türk Milliyyətçiliyinin sosial-mədəni bütövləşmə, tarix içində özünü axtarış, milli 
idealları təbliğ etməkdə, fikri və siyasi həyatda özünə qayıdış hərəkatını xalqa çatdıraraq 
Anadolu türklüyüylə birlik fikrinin yayılmasında müxtəlif dərnək və mətbu orqanlar çox 
böyük bir iş görürdülər. Əhməd Midhəd Əfəndi, Əmrullah Əfəndi, Nəcib Asim, Əli bəy 
Hüseynzadə, Məhməd Əmin Yurdaqul kimi ədiblər bu şanlı işin öhdəsindən gələnlərdən 
idilər.  
Milli Ədəbiyyat axımı 1908-1922-ci illər arasında davam edən bir ədəbi axım idi. 
Bu axım 1908-ci il Türk Dərnəyində çıxan Alangoya şeiri ilə başlayan, “Hüsn və Şeir” 
jurnalının  yeni  forması  olan  kiçik  həcmli  “Gənc  Qələmlər”  jurnalında  nəşr  olunan 
yazılar  və  Göyalpın  Turan  şeiriylə  əsas  məqsədlərini  açıqlayan  ədəbi  axım  idi.  Bu 
axımın  içərisində  Ömər  Seyfəddinin  başlatdığı  Yeni  Lisan  ,  yəni  yeni  türkçə  uğrunda 
mübarizə  də  yer  alırdı.  Milli  ədəbiyyatın  nümayəndələrindən  biri  də  şair  və  ictimai 
xadim Məhməd Əmin Yurdaqul olmuşdur. 
1869-cu ildə sadə bir balıqçı ailəsində dünyaya gələn şairin ədəbi zövqünü bəlkə 
də ilk formalaşdıran məhz onun valideynləri olmuşdur. Türk folklorunu bilən, övladına 
uşaq  vaxtı  müxtəlif  xalq  ədəbiyyatı  nümunələrindən  söhbət  açan,  dastan  və  nağıl 
qəhrəmanlarından  bəhs  edən  şairin  atası  Saleh  Rəis,  elə  o  vaxtdan  Məhməd  Əmində 
milli  ruh,  öz  köklərinə  bağlılıq  hisslərini  oyatmışdı.  Elə  şair  özü  də  müxtəlif 
müsahibələrində  hiss  və  düşüncələrini,  xalqçılıq  və  milliyyətçilik  məfkurəsini  hər 
şeydən  əvvəl  ata  ocağına  borclu  olduğunu  bildirirdi:  “Mən  xalq  çocuğuyam.  Xalq 
övladı bir ana ilə atanın qucağında  böyüdüm. Dədə-babalardan qalma xalq öyüdləriylə, 
xalq laylalarıyla uşaqlığımı keçirtdim”. (2.s.5) 
1889-cu ildə Hüquq məktəbində təhsil almağa başlayan şair dediyinə görə, yalnız 
Münif  Paşanın    ədəbiyyat,  hikmət-i  hüquq  və  Mədxal-i  hüquq  dərslərini  sevirdi. 
Müəyyən  müddətdən  sonra  Məhməd  Əmin  təhsilini  davam  etdirib,  ingilis  dilini  də 
öyrənmək  arzusuyla  Hüquq  məktəbindən  çıxır  və  Amerikaya  getməyi  planlaşdırır. 
Şairin bu arzusunun həyata keçməməsinin səbəbi ona kömək etməli olan vasitəçi xanım 
Madam Mutun qəfil ölümü olur. Bu dövrdə 22 yaşında olan şair Hüquq məktəbinə geri 
qayıtmır və təhsilini yarımçıq qoyaraq, özünü tamamilə ədəbi fəaliyyətə həsr edir.  Daha 
çox  şairliyilə  tanınmış  olan  Məhməd  Əmin  əslində  ilk  əsərini  nəsrdə  yazır.  Bu  əsər  
1890-cı ildə işıq üzü görən Fəzilət və əsalət əsəriydi.  
Məhməd Əmin bu əsərini nəşr etdirməkdən əvvəlcə Rəcaizadə, Hamid və Naciyə 
göndərir. Onların əsər haqqında müsbət rəylərini aldıqdan sonra isə əsəri çap etdirir. 
1897-ci ildə o dövrdə baş verən Yunan müharibəsinə həsr etdiyi Cəngə gedərkən 
şeirinin  Əsr  qəzetində  çap  olunmasından  sonra  Məhməd  Əmin  məşhurluq  qazanmağa 
başlayır. 1900-cü  ildə   çapdan  çıxan Türkçə  şeirlər kitabı isə  şairə  yeni  ad  – Milli  şair 
adını  qazandırır.  Bu  ad  məhz  kitabda  yer  alan  şeirlərin  həm  forma,  həm  də 
məzmunundakı mlliliyə görə şairə verilir.  Şair o dövrdə həm oxucuların, həm də ziyalı 
kütlənin  rəğbətini  qazanmış  olur.    1907-ci  ildə  Məhməd  Əmin  gizli  fəaliyyət  göstərən 
İttihad və Tərəqqi təşkilatına üzv olaraq Sultan Əbdülhəmidin müxalifləri sırasına daxil 
olur.  Bu dövrdə şair müxtəlif sosial fəaliyyətlərilə seçilir. 1911-ci ildə Türk yurdu adlı 
jurnalın  nəşr  olunmasında  mühüm  rol  oynayır.  Bu  jurnal  türk  milliyyətçilik  tarixində 
xüsusi yer tutan bir mətbu orqan olmuşdur. Türk yurdu jurnalının nəşri fikrini irəli sürən 
də  elə  məhz  Məhməd  Əmin  özü  olur.  (2.  s24)  Bu  haqda  Yusuf  Akçura  aşağıdakıları 
deyir: 
“Türk  yurdu  fikrini  şair  Məhməd  Əmin  Bəy  ortaya  atdı.  İttihad  və  Tərəqqi 
cəmiyyəti bu təşəbbüsə maraq göstərdi”. 
Şeir  və  çıxışlarıyla  yurdunda  geniş  səs-səda  yaradan  Məhməd  Əmin    güclü  bir 
təbliğatçı idi. O,  İttihad  və Tərəqqi  Mərkəzi  yaratmaq istəyirdi.  Buna  görə o, Selanikə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə