Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

 
 
49 
Dos.AYDAN XƏNDAN 
 
 MƏHMƏD ƏMİN YURDAQULUN 
POEZİYASINDA MİLLİYYƏTÇİLİK 
 
Açar sözlər:  Milli ədəbiyyat, türkçülük, heca vəzni, poeziya 
Ключевые слова: Поэзия, национальный период, Танзимат, Турция 
Keywords: National literature, Turkish poetry, poems, tanzimat 
 
Türk ədəbiyyatı uzun inkişaf yolu keçmişdir. Bu inkişaf prosesində ayrı-ayrı tarixi 
hadisələr  baş  vermiş  və  ədəbi  mühit  də  bu  tarixi  hadisələrin  fonunda  formalaşmağa 
davam etmişdir. Yeniliyə doğru atılan ilk addımlar Tənzimat ədəbiyyatı dövrünə təsadüf 
edir.  Bu  dövrdə  ədəbiyyata  yeni  mövzular,  janrlar,  formalar  gəlmiş  olur.  Getdikcə 
klassik  ədəbiyyatın  yerini  Avropa  ədəbiyyatının  təsiri  altında  yaranan  yeni-  tənzimat 
ədəbiyyatı  almağa  başlayır.  Tənzimatçı  ədiblər  həm  yazıçılıqla,  həm  də  ictimai 
fəaliyyətlə  məşhur  idilər.  İbrahim  Şinasi,  Namiq  Kamal,  Ziya  Paşa,  Əhməd  Midhət, 
Əbdülhəqq  Hamid,  Rəcaizadə  Mahmud  Əkrəm  yeni  tipli  ədəbiyyatın  ilk  yaradıcıları 
idilər.  Məhz  bu  ədiblərin  xidmətləri  nəticəsində  ilk  pyeslər,  romanlar,  poemalar  və  s. 
ədəbi nümunələr yaranmağa başladı.  
 Yeni  formalara  müraciət  edən  tənzimatçılar  mövzu  baxımından  da  bir  çox 
yeniliklərə baş vurdular. Belə ki, o dövrdə klassik ədəbiyyatda rast gəlmədiyimiz vətən, 
hürriyyət, qadın azadlığı, haqq, ədalət kimi  yeni  mövzular işlənməyə başlandı. Klassik 
formaları  qərb  ədəbiyyatında  populyar  olan  yeni  formalar  əvəz  etdi.  Düzdür,  ilk 
başlarda  türk  mühitinə  uyğun  olmayan  yeni  məzmunlarda  yazılan  əsərlər  bir  qədər 
təqlid  xarakteri  daşıyırdısa,  daha  sonralar  məhz  Türkiyənin  o  dövrünə  xas  olan 
reallıqları əks etdirən əsərlər meydana çıxdı. 
Tənzimat  dövründə  xarici  dillərin  öyrənilməsinə  böyük  əhəmiyyət  verilməyə 
başlandı.  Dövlət  işlərində  əcnəbi  dil  bilən  gənclərə  olan  ehtiyacın  1839-dan  sonra 
artması təbii idi. Bu ehtiyacı qarşılamaq üçün məktəblərdə tədris olunan xarici dillərdən 
başqa  digər  vacib  tədbirlər  də  həyata  keçirilməliydi.  Belə  tədbirlərin  arasında  1832-ci 
ildə  qurulan  Tərcümə  odasını  misal  göstərmək  olar.  1839-cu  ildən  sonra  isə  bu  odalar 
demək  olar  ki,  ayrı  bir  məktəbə  çevrilmiş  oldu.  Burada  təkcə  xarici  dil  öyrənilmirdi, 
həm  də  gənclərin  yeni  ruhda  dünyagörüşünün  formalaşması  prosesi  həyata  keçirilirdi. 
Sultan Əbdüləzizin dövründə bu proses xüsusilə sürətlənmiş olur. 
Bir  müddət  sonra  Babiali  Tərcümə  odasının  yanında  Mabeyn  qələmi,  Topxana 
qələmi,  Gömrük  qələmi  kimi  təşkilatlar  fəaliyyət  göstərməyə  başlayır.  Sultan  II 
Mahmudun  dövründə  xaricə  təhsil  almağa  göndərilən  tələbələr  artıq  yeni  tərz  təhsil 
almış,  Avropa  mühitində  formalaşmış  olaraq,  vətənlərinə  geri  dönürlər.  Məhz  bu 
tələbələr yeni ictimai-siyasi və ədəbi mühiti təşkil etməyə başlayırlar.  
Yeniliyin  məmləkət  içində  tam  yerləşməsində  və  inkişaf  etməsində  mühüm 
amillərdən  biri  də  sözsüz  ki,  mətbuatın  inkişafı  idi.  1826-1839-cu  illərdə  nəşr  olunan 
“Cəride-i  havadis”  qəzeti  elm,  əxlaq,  ədəbiyyatla  əlaqədar  olan  məqalələr  çap  edərək, 
1842-ci ildən etibarən isə teatr sahəsinə də maraq göstərməyə başlayır. Nəticədə qəzetin 
səhifələrində  bəzi  pyeslərin  xülasələrinə  rast  gəlinir.  Buna  səbəb  o  dövrdə  teatra 
marağın  yaranması  idi.  Digər  yeni  mövzular  arasında  vətən  sevgisinə  həsr  olunmuş 
məqalənin nəşr olunmasını misal  göstərmək olar .(1. s.147) 
“Cəride-i  havadis”in  ilk  nömrələrindən  etibarən  qəzetin  səhifələrində  o  dövrün 
türk  yazıçılarının  məqalələrinə  rast  gəlirik.  Belə  ki,  Əli  Bəy,  Hafiz  Müşfiq,  Münif 
Əfəndi  kimi  ədəbiyyatçıların  imzalarını  qəzetin  ilk  sayılarından  artıq  görürük.  Lakin 
qəzetlərin  bir  fikri  yaymaqda,  təbliğatda  oynadığı  rol  1860-ci  ildən  sonra  artmış  olur. 


 
 
50 
Belə  ki,  1861-ci  ildə  İbrahim  Şinasi  və  Agah  Əfəndi  “Tərcüman-ı  ahval”qəzetini  nəşr 
etməyə  başlayırlar.  1862-ci  ildə  isə  artıq  İbrahim  Şinasi  özü  “Təsvir-i  əfkar”  qəzetini 
çıxarır.  Bu  qəzet  yeni  fikirlərin  təbliğ  olunmasında,  ədəbi  mühitin  formalaşmasında 
böyük  rol  oynamış  olur.  Məhz  bu  qəzetin  səhifələrində  yeni  məfhumlara,  Avropa 
dillərində keçən yeni terminlərə rast gəlirik. 
Tənzimat  dövründə  Namiq  Kamal  ilk  tarixi  roman  olan  “Cəzmi”ni  ,  İbrahim 
Şinasi  ilk  pyes  olan  “Şair  Evlənməsi”ni  yazır.  Bu  dövrdə  romantizm  cərəyanı  popul-
yarlıq qazanmış olur. Vətən sevgisi mövzusu Namiq Kamalın həm şeirlərində, həm də 
pyeslərində  öz  əksini  tapmış  olur.  İnsan  sevgisi,  humanizm,  əsarətə  qarşı  etiraz, 
bərabərhüquqlu  cəmiyyət  uğrunda  mübarizə  mövzularını  əks  etdirən  yeni-yeni  əsərlər 
qələmə  alınır.  Ədəbiyyat tam  yeni  forma və məzmun  qazanmış  olur. Poeziyada hakim 
vəzn olan əruz vəzninin müxtəlif qəliblərində, o cümlədən sərbəst müstəzadda da əsərlər 
qələmə  alınır.  Klassik  formalarda,  lakin  yeni  məzmunlarda  əsərlər  yaranır.  Bununla 
yanaşı  yeni şeir formaları da bəzi şairlər tərəfindən müvəffəqiyyətlə sınaqdan keçirilir. 
Osmanlıcanın qəliz tırkiblərindən uzaqlaşmaq naminə cəhdlər edilir.  
Tənzimat  müsbət  tərəfləriylə  yanaşı,  yeni  nəsil  yetişdirməklə  bu  nəsli  milli 
köklərindən,  dillərindən  uzaqlaşdırmış  olur.  Nəticədə,  fransızca  danışan,  avropasayağı 
həyat tərzi sürməyə daha çox meyl göstərən gənc nəsil yetişir.  
Tənzimatın gətirdiyi  yenilik  ab-havasını  alqışlayan  ədiblər illər keçdikcə  Avropa 
mədəniyyətinin türk mədəniyyətini sıxışdırmasından gileylənməyə başladılar. Məhz bu 
narazılıqdan irəli çıxaraq  Əhməd Midhədin  “Fəlatun  Bəylə  Raqım  Əfəndi”, Rəcaizadə 
Mahmud Əkrəmin “Araba Sevdası” kimi romanları yazılır. 
Tənzimatın avropasayağı ədəbiyyat meylini 1891ci ildən nəşr olunmağa başlayan 
“Sərvəti  Fünun”  jurnalı  ətrafında  toplaşan  ədiblərdən  yaranacaq  Ədəbiyyati-cədidə 
davam  etdirmiş  olur.  Jurnal  nəşrinin  ilk  dövrlərində  daha  çox  elmi-kütləvi  səciyyə 
daşıyırdı. Jurnalı bir sənət jurnalı səviyyəsinə qaldırmaq məqsədilə Rəcaizadə Mahmud 
Əkrəm  jurnalın  ədəbi  hissə  başçısı  vəzifəsinə  şair  Tofiq  Fikrəti  təyin  edir.  Tofiq  Fik-
rətdən sonra Xalid Ziya, Cənab  Şəhabəddin,  Məhməd Rauf, Hüseyn Cahid,  Nigar bint 
Osman  kimi  ədiblər  jurnalın  ətrafında  toplaşırlar.  Jurnalın  səhifələrində  artıq  ədəbi 
əsərlər yer almağa başlayır. Yeni ədəbi məktəb Ədəbiyyati cədidə yaranmış olur.  
Sərvəti  fünunçular  bir  ədəbi  topluluq,  ədəbi  qrup  kimi  altı  il  boyunca  fəaliyyət 
göstərdilər.  16  oktyabr  1901-ci  ildə  Hüseyn  Cahid  fransızcadan  tərcümə  etdiyi  “Ədə-
biyyat və hüquq” adlı məqaləsində Böyük Fransız İnqilabından söz açır. Məlum olduğu 
kimi  Sərvəti  fünun  dövründə  ciddi  senzura  mövcud  idi.  Məhz  buna  görə  də  sultan  bu 
məqalə  qanuna  zidd  mövzuda  yazıldığına  görə  qadağan  edilir  və  beləcə,  jurnalın  nəşri 
də dayandırılır.  
Jurnal  Türkiyə  ədəbyyatında  yeni  bir  ədəbi  mühit  yaratması  baxımından  iz 
buraxan bir mətbu orqan olur. Lakin Türkiyə ədəbiyyatında oynadığı rola baxmayaraq, 
1896-1901-ci  və  1910-1912-ci  illəri  çıxmaq  şərtilə,  ədəbiyyatda  aktiv  rol  oynamır. 
Demək  olar  ki,  heç  bir  sosial  və  siyasi  hadisələrdə  fəal  iştirak  etmir.  Buna  da  səbəb 
yuxarıda qeyd etdiyimiz kimi jurnalın çap olunduğu dördə siyasi həyatın qeyri-sabitliyi 
idi.  Bu səbəbdən şair və yazıçılar siyasi mövzulardan qaçaraq, daha çox şəxsi hisslərini 
əks  etdirən  əsərlər  qələmə  almağa  üstünlük  verirdilər.  Buna  görə  də  “Sənət  sənət 
üçündür” şüarını əsas tutan, yüksək zümrəyə müraciət edən və əsasən onların zövqünə 
uyğun  əsərlər  yaranırdı.  Nəzm  və  nəsrdə  bənzətmələrdən,  o  vaxta  qədər  işlədilməyən 
yeni-yeni məcaz və yeni üslublardan istifadə edilirdi. 
Tənzimat  ədəbiyyatı  ilə  başlayan  yenilik  ab-havasının  davamı  kimi  sayılan 
Sərvəti-fünun ədəbiyyatını yaradanlar ən çox iztirab və sarsıntı keçirən nəsil olmuşdur. 
Həm  passiv  şəxsiyyət  xüsusiyyəti  baxımından,  həm  də  fərqli  mədəniyyətə  sahib 
olmaları  baxımından  bu  nəslin  yeni  fikir  yaratmağa  nail  olmadıqlarını  qeyd  etməliyik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə