Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   28   29   30   31   32   33   34   35   ...   60

 
 
73 
özümüzden düzəltməli olduq,belə ki, bədii əsərlərdə bu söz az işlədilir.  
Müasir  türk  dilində  "belə  ki"  bağıayıcı  sözünün  sinonim  olan  türk  mənşəli  "nitekim" 
bağlayıcısı işlənilir. Məsələn: Nitekim gazetedeki yazıyı bile okumadım. (S.Ali) 
Bunlardan əlavə müasir türk dilində "öyle ki, oysa ki" və c. kimi sözlər də işlədilir.   
Türk dillərində bağlayıcıların əksəriyyəti cümlədə tək istifadə olunur. Bunlardan: 
və, lakin, ancaq, hətta, yəni, zira, buna görə, amma və s. 
Bəzi  bağlayıcılar  təkrar  olunan  bağlayıcılardır.  Bu  qrupa  da,  hem,  də,  ya,  gah, 
yaxud, istər və başqaları daxildir. 
"Da/de"bağlayıcısı 
Müasir  türk  dilində  çox  tez-tez  istifadə  olunan  bağlayıcılardan  biridir. 
"da/de"bağlayıcısı qrammatik mənasına görə birləşdirmə bidirir.  
"da/de"  ahəng  qanuna  görə  dəyişir.  Məsələn:  Nəcəf  də,  Şirzad  da,  mən  də  onu 
deyirdik ki, tək qalmısınız. Müasir türk dilində  "da/de" bağlayıcısı həm tabesizlik, həm 
də tabelilik bağlayıcısı kimi istifadə olunur.  
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.
 
 Q.  Kazımov  Seçilmiş  əsərləri  I  X  cild  birinci  kitab  "  Müasir  Azərbaycan  dili. 
Morfologiya. Bakı, Nurlan 2010, 358  
2.
 
 F. Zeynalov. Müasir türk dillərində bağlayıcılar. Bakı, ADU, 1967, 38 s. 
3.
 
 F. Zeynalov. Müasir türk dillərində köməkçi nitq hissələri. Bakı, Maarif, 1971, 312 s. 
4.
 
 R. Rüstəmov. Müasir türk dilində köməkçi nitq hissələri. Bakı, BDU Nəşriyyatı, 1996, 
115 s.  
5.
 
 R. Rüstəmov. Türk dilinin morfologiyası. Bakı, 2007, Nurlan Nəşriyyatı, 167 s. 
6.
 
 А.Н.Кононов.  Грамматика  современного  турецкого  литературного  языка.  М.-
Л.,1956, 363 s. 
     Гасанова Ф. 
БГУ 
ОСОБЕННОСТИ  СОЮЗОВ В СОВРЕМЕННЫХ   
ТЮРКСКИХ ЯЗЫКАХ 
 
РЕЗЮМЕ 
 
         Объектом  исследования  данной  статьи  являются  союзы  в  современных 
тюркских  языках.  Союз  -  это  типичная  служебная  часть  речи,  функция  которой 
заключается  в  оформлении  связи  между  словами  и  предложениями,  между 
частями сложного предложения, а также между предложениями в связном тексте. 
В  некоторых  описательных  грамматиках  тюркских  языков    имеются  сведения  о 
союзах.  В  нашей  статье  с  принципиально  новых  научных  позиций  сделана  по-
пытка освещения многих вопросов определения, происхождения и классификации 
союзов в некоторых тюркских языках.  
Ключевые слова: морфология, союзы, тюркские языки. 
 
Hasanova F. 
                    BSU 
 
FEATURES OF CONJUNCTIONS IN THE MODERN  
TURKIC LANGUAGES 
 
RESUME 


 
 
74 
 
        The object of study of this article is conjunctions in the modern Turkic languages. 
Conjunction  -  this  is  a  typical    auxiliary  part  of  speech,  the  function  of  which  is  to 
design  the  connection  between  words  and  sentences,  between  parts  of  a  complex 
sentence  and  between  sentences  in  a  coherent  text.    There  is  some  information    about 
conjunctions in Turkic languages t in the descriptive grammar books of these languages. 
This  article  attempts  to  provide  a  fundamentally  new  scientific  positions  in  review  of  
the many issues  of definition,  classification and origin  of conjunctions  in  some Turkic 
languages. 
Keywords: morphology, conjunctions, the Turkic languages. 


 
 
75 
f.f.d.B.HACIYEVA 
 
TÜRK DİLİNİN LEKSİK-SEMANTİK SİSTEMİNDƏ  ÇOXMƏNALI SÖZLƏR 
VƏ OMONİMLƏRİN FORMALAŞMASI 
 
Türk  dilləri  içərisində  Azərbaycan  və  türk  dilləri  fonetik,  leksik  və  qrammatik 
xüsusiyyətləri  baxımından  nə qədər  yaxın  olsalar  da,  bu  dillərdə uyğun  dil  elementləri 
ilə yanaşı, fərqli leksik və qrammatik xüsusiyyətlər mövcuddur. 
 
 Söz  və  məna  problemi  dilçiliyin  ən  mühüm  amili  kimi  aktuallığını  həmişə 
qoruyub  saxlayır.  Söz  və  ifadələrin  məna  xüsusiyyətləri  istər  dilçilərin,  istərsə  də 
filosofların  tədqiqat  obyekti  olmuş  və  bu  məsələlərlə  bağlı  müxtəlif  mülahizələr  və 
yanaşmalar meydana çıxmışdır.  
 
XIX  əsrdən  etibarən  dilçiliyin  müstəqil  bölməsi  kimi  sözün  mənası  haqqında 
elm-semasiologiya  elmi  meydana  gəlmişdir.  Dilçilikdə  sözün  mənası  və  məna 
dəyişməsi  ilə  məşğul  olan  sahə  semantika  və  semasiologiya  adlanır.  Semasiologiya 
sözün  mahiyyətini,  leksik  mənanın  təbiətini,  növlərini,  məna  strukturunun  ayrı-ayrı 
ünsürlərinin qarşılıqlı əlaqə və münasibətlərini araşdıran elm sahəsidir.  
 
Semasiologiyada  tədqiqat  obyekti  kimi  sözlə  əşya  və  məfhum  arasındakı  əlaqə  və 
münasibət;  məna  strukturu;  mənanın  dəyişməsi  və  inkişafı;  leksik  semantik  söz  qrupları 
(çoxmənalılıq, omonimlik; sinonimlik və antonimlik) məsələləri araşdırılır. Dildə olan əksər 
sözlər təkmənalılıqdan çoxmənanılığa doğru inkişaf  edir.  Qədimdə ümumi və  cins mənalı 
sözlərin  bir  qismi  sonralar  həmin  cinsə  aid  olan  növlərdən  birini  bildirir,  qalan  növlərin 
mənası isə başqa sözlərlə ifadə olunur: kişisözü qədimdə adam, insan mənasını ifadə etmiş 
müasir dildə isə adamın cinsini bildirir. 
Türk  dilinin  leksik-semantik  sistemində  omonim  və  çoxmənalı  sözlərin  forma-
laşması  dilin  zənginləşməsi  prosesini  təmin  edən  ən  mühim  dilçilik  hadisələrindən 
biridir.İstər  Türkiyə  və  Azərbaycan  türkcələri  eyni  kökdən  gələn  iki  qonşu  dildir. 
Dillərimizin  yaxınlığı    bu  iki  dilin  tamamilə  eyni  olması  demək  deyildir.  Xüsusilə  də, 
omonimlərin və çoxmənalı sözlərin formalaşması prosesini araşdırarkən bu fərqliliklərə 
rast  gəlmək  mümkündür.  Bu  aktual  mövzuya  dilçilik  tarixində  dəfələrlə  müraciət 
olunmuş  və  bir  çox  elmi  araşdırmalar,  tədqiqat  işləri  aparılmışdır.  Mövzu  haqqında 
müxtəlif  zamanlarda,  müxtəlif  ölkələrin  dilçi  alimləri  tərəfindən  fərqli  fikirlər 
səslənmişdir.  Dil  daima  inkişafda  olduğu  üçün  dildə  yeni  sözlərin  yaranması,  yeni 
anlayışların meydana çıxması və digər dillərdən ekvivalentlərin daxil olması sürəkli bir 
prosesdir. Buna görə də  bu mövzu hər dövr üçün öz aktuallığını qoruyub saxlayır. Biz 
də bu sahədə kiçik araşdırma aparmağa qərar verdik.  
Türk və Azərbaycan dilçi alimlərin fikirlərinə əsaslanaraq, omonim və çoxmənalı 
sözlərin  formalaşmasını  tədqiq  etməyə  çalışdıq,  eyni  zamanda  bir  sıra  nümunələr  də 
göstərdik. Türk dilində omonim, sinonim və antonimlərin formalaşması haqqında Türk 
dilçilərindən Tahsin Banguoğlu, Zeynep Korkmaz, Tahir Nejat Gencan, Kaya Bilgegil, 
Azərbaycan  dilçilərindən  H.İ.Mirzəzadə,  S.A.    Cəfərov    kimi  məhşur  dilçilərin 
fikirlərinə geniş yer verilmişdir. 
Türk  dilçilərinin  omonimlərin  formalaşması  məsələsində  ortaq  və  fərqli  fikirləri 
bu  araşdırmada  öz  əksini  tapmış  və  göstərilən  misallarla  daha  da  zənginləşdirilmişdir. 
(9, 10,11) 
Söz  dilin  vahididir.  Dildəki  sözlərin  hamısı  birlikdə  dilin  lüğət  tərkibini,  yəni 
leksikasını  təşkil  edir.  Dilin  lüğət  tərkibini  öyrənən  elm  leksikologiya  adlanır. 
Leksikologiya  yunanca  iki  sözdən  lexikos-lüğət  və  logos-təlim  sözlərindən  ibarətdir. 
Leksikologiya  dilçiliyin  bir  bölməsi  olub,  dilin  müasir  vəziyyətində  və  eləcə  də,  tarixi 
inkişaf  prosesində  lüğət  tərkibini  öyrənir.  Leksikologiyada  sözlərin  mahiyyəti,  onların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə