Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

 
 
71 
“Və”  bağlayıcısı  mürəkkəb  cümlələri  bir  birinə  bağlayır.  Bu  bağlayıcı  ən  çox 
tabesiz  mürəkkəb  cümlələri  zaman,yer,  ardıcıllıq,  səbəb-nəticə,  aydınlaşdırma,  ziddiy-
yət, birləşdirmə əlaqələri ilə bir-birinə bağlanan cümlələri birləşdirməyə də xidmət edir; 
məsələn: Günəş batdı, göylər qaraldı və şiddətli yağış yağmağa başladı.  
“Ve”  bağlayıcısı  bəzən  tabeli  mürəkkəb  cümlələrin  də  tərkibində  işlənərək  ya 
tabesiz  cümlələrin  tərəflərini  bir-birinə  bağlamağa,  ya  da  budaq  cümlələrinin  həmcins 
üzvlərini birləşdirməyə  xidmət  edir. Məsələn:  Ancaq bilirdim ki,  bizim qəlbimizdə ən 
yaxın,  ən  əziz  və  ən  istəkli  admdır,(M.  Cəlal);  Fakat  kafası  o  kadar  bom  boştu  ki, 
tramvayın kalktığını ve pencerelerin bir biri arkasına uzaklaşdığını bile görmedi. (S.Ali) 
Müasir türk dilində “ve” bağlayıcısı cümlənin əvvəllində işləndiyi zaman mətndə 
situativ əlaqə yaratmaq üçün kömək edir. Məsələn: Ve nasıl geçti o günler. Ve bir kez 
daha avdet etmez. (R.Nuri) 
“Lakin” bağlayıcısı. 
Müasir türk dillərində geniş yayılmış tabesiz  bağlayıcılardan biri də ərəb mənşəli 
“lakin”  bağlayıcısıdır.  Bu  bağlayıcı  oğuz  qrupundan  ancaq  Azərbaycan  və  Türk 
dillərində işlədilir. 
Bu  bağlayıcı  həm  həmcins  üzvləri  və  həm  də  tabesiz  mürəkkəb  cümlələri  bir-
birinə  bağlamağa  xidmət  edir.  Lakin  bağlayıcısı  hər  iki  halda  birinci  hissənin  təsdiq 
etdiyi ilə qarşılaşma və inkarlıq mənası meydana çıxarır.  
Müasir türk dilində bu bağlayıycı o qədər də geniş yayılmamışdır. Bu bağlayıcının 
əvəzinə çox vaxt “fakat” bağlayıcısı, qismən də “ama” bağlayıcısı işlənilir. 
“Amma” bağlayıcısı. 
Ərəb  mənşəli  “amma”  bağlayıcısına  müasir  türk  dillərinin  əksəriyyətində 
müşahidə  edilir.  Bu  bağlayıcı,  əsasən,  tabesiz  mürəkkəb  cümlələri  və  həmcins  üzvləri 
bir-birinə bağlamağa xidmət edir. 
“Amma” bağlayıcısının əsas vəzifəsi isə bağladığı tərəflərdən birincisində ehtimal 
və təsdiq olunan fikri rədd edərək, ziddiyyət meydana çıxartmaqdır. 
“Ama”  bağlayıcısı  türk  dilində,  əsasən,  tabesiz  mürəkkəb  cümlələri  bir-birinə 
bağlamaq  üçün  istifadə  olunur.  Məsələn,  Sorunun  cevabını  biliyorum,  ama  konuşa-
mıyorum. Müasir türk dilində “ama” bağlayıcısı bəzi hallarda həmcins üzvlü cümlələrdə 
də  işlənir.  Məsələn,  Titrek  elleri  ile  telefonu  açtı,  biraz  sustu,  ama  Celal  Beye  telefon 
açmadı. 
“Amma”  bağlayıcısı  bəzən  cümlədə  ziddiyyət  yox,  müəyyən  şərt  məzmunu 
yaratmağa  xidmət  edir.  Məsələn:  Hey  Mehmet,  sende  kafa  var,  ama  her  zaman 
çalışmıyor, dedi. 
Bu bağlayıcı bəzən şərt məzmunu çıxarmaq sual anlamını da yarada bilir: Ben de 
yaşıyacağım...Ama nasıl yaşıyacağım?  
Müasir  türk  dilində  bu  bağlayıcı  bəzən    "bəs"  ədatını  da  əvəz  edərək  sual 
məzmunu yaradır: Biz yolcuyuz ama, siz kimsiniz?  
“Ya” bağlayıcısı.  
Müasir  türk  dillərində  geniş  yayılmış  bağlayıcılardan  biri  də  “ya”                                 
bağlayıcısıdır. “Ya” bağlayıcısı bəzən tək, əksər hallarda isə qoşa işlənir. 
Bu bağlayıcılar həmcins üzvləri bir-biri ilə bağlayaraq sadalama vəzifəsi ifa edir. 
Sadalama  vəzifəsini  "və  ya"  bağlayıcı  birləşməsi  də  ifa  edə  bilir:  Elinde  veya 
cebinde ecnebi gazete ve mecmuaları görülmemişti.(S.Ali) 
Türk dillərində "və ya" bağlayıcısından əlavə yaxud, və yaxud, və ya da, və yaxud 
da, yaxud da birləşmələri işlənə bilir. 
“Ya” bağlayıcısı bəzən sual məzmunu meydana çıxartmağa da kömək edir: Hacı, 
oğlunda heç olmazsa, darı boyda da insaf ola , ya yox? (M.Calal) 
YA bağlayacısı əvəzinə bəzən istər sözü də işlənə bilir.Məs: İster beni seçin ,ister 


 
 
72 
başkasını .(A.Nesin)  
Müasir Türk dilində bölüşdürmə anlayışı gərək sözü ilə də meydana çıxa bilir.Bu 
söz çox vaxt Azərbaycan dilindəki istər sözünün sinonimi kimi işlənir. 
Bölüşdürmə  bağlayıcıları  içərisində  gah  daha  çox  nəzəri  cəlb  edir.Müasir  türk 
dilində  bu  bağlayıcı  çox  az-az  istifadə  edilir.Məsələn:  Sarı  və  qırmızı  samovar  gah 
baloknda ,gah otaqda,gah həyətdə qurulardı.( M.Cəlal)  
Gözlerini  kah  yere,kah  gökyüzüne  dikerek  ve  elleri  ile  işaretler  yaparak 
konuşuyordu (S.Ali) 
Müasir Türk dilində yani bağlayıcısına cümlənin sonunda tıəsadüf olunur. 
Bələ  halda  yani  bir  növ  ki  ədatının  vəzifəsini  ifadə  etmiş  olur.  Məsələn  : 
Yavrucukları şu çayıra salıversəm ne olur yani? (Z.Yamaç) 
 "ki" bağlayıcı  
  Müasir  türk  dillərində  geniş  yayılmlş  tabelilik  bağlayıcılarıdan  biri  də  "ki" 
bağlayıcısıdır.  Bu  bağlayıcı  əsasən  ,tabeli  mürəkkəb  cümlələri  bir-birinə  bağlamağa 
xidmət  edir.Bu  bağlayıcı  birinci  növbədə,baş  cümlə  ilə  budaq  cümləni  bağlayır:  Adilə 
elə gəldi ki,dəniz yaxında,onun ayaqlarının altındadı.(S.Qədirzadə) 
Ki  bağlayıcısı  müasir  türk  dilində  çox  az  işlənir.Bu  bağlayacının  yerinə  "da/de" 
bağlayıcısı  işlənə  bilir.Müasir  Azərbaycan  dilində  ki  ilə    yanaşı  təki  bağlayıcısı  geniş 
işlənir.Məsələn: Olsun,təki olsun! 
Müasir  türk  dillərində  "ki"  ilə  əlaqədar  bağlayıcılardan  biridə  "çünki"  bağlayı-
cısıdır. Bu bağlayıcının əsas vəzifəsi səbəb budaq cümləsini baş cümləyə bağlamaqdan 
ibarətdir.  Məsələn:  Yalnız  içimi  bir  endişe  kapliyordu  ;Çünkü  Rauf  efendini 
hastalıqlarının,  garip  bir  tesadüfle  ekseriya  böyle  günleri  takib  ettiğini  farketmiştim 
.(S.Ali) 
Müasir  türk  dillərində  "çünki"  bağlayıcısının  sinonimi  kimi  "zira"  bağlayıcısı  da 
istifadə  olunur  .  "Zira"  bağlayıcısı  son  zamanlara  qədər  Azərbaycan  dilində  tez-tez 
müşahidə edilirdisə ,hazırda demək olar ki,işlədilmir.Müasir türk dilində də o a qədər də 
fəal  deyildir.Burada  "yoxsa"  sözü  geniş  yayıldığından  "zira"  bağlayıcına  çox  ehtiyyac 
qalmır.  Turk  dilində  "çünki"  bağlayıcısının  sinonimi  olan  Ərəb  mənşəli  "binaenaleyh" 
bağlayıcısıda müşahidə edilir. 
Bağlayıcı sözlər. 
Müasir  türk  dillərində  işlənən  bağlayıcı  sözlərdən  aşağıdakıları  misal  göstərmək 
olar: onun üçün,  onun üçün də, onun üçün ki, bunun üçün, bunun üçün də, bunun üçün 
ki, buna görə, ona görə, o səbəbə görə, ondan ötrü, ona əsasən, v.s. 
Xalis  bağlayıcılar  söz,  söz  birləşməsi  və  cümlələri  bir-birinə  bağladığı  halda, 
bağlayıcı  sözlər  cümlələri  bir-birinə  bağlayır,  başqa  sözlə  budaq  baş  cümləyə 
bağlamağa xidmət edir. Bu cəhətdən ona görə, ona görə də, onun üçün, onun üçün də, 
ondan ötrü ki, bunu için, budan dolayı, bununla beraber, bu sebeple, onun için işlənir. 
Müasir  türk  dilində  “rağmen”  qoşması  ilə  də  bağlayıcı  söz  meydana  çıxır.  
Məsələn, Buna rağmen karşımdakı ışık görünüyordu. 
Müasir türk dilində “buna mükabil” birləşməsi də bağlayıcı vəzifəsi ifadə  efərək, 
bağlayıcı  söz  qrupu  yarada  bilir;  məsələn:  Buna  mükabil,  gidip  o  tabloyu  seyretmek, 
bana  baktığına  emin  olduğum    o  gözlere  saatlerce  dalmak  arzusu  giderek  artmakta 
idi(S.Ali ). 
“Buna rağmen, buna mükabil” bağlayıcı sözlərinin sinonimi kimi türk dilində “bu 
halleri  yüzünden,  bunun  üstünde”  birləşmələri  də  işlədilir;  məsələn:  Bütün  bunların 
üstünde, ona yakın olmak, onun için bir şey olduğunu bilmek vard(S.Ali ).  
Türk dilində əvvəllər "nice ki, nitekim"nisbi bağlayıcıları işlənmişdir. 
Müasir Azərbaycan dilində geniş işlədilən "belə ki" birləşməsi də bağıayıcı sözdür. "Belə 
ki"  bağıayıcı  sözü  nəticə  budaq  cümləsini  baş  cümləyə  birləşdirir,  məsələn:  Cümləni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə