86
daşıyan ideya əks etdirilməmişdir.
Ahmet Hamdi Tanpınarın ilk hekayələr toplularına düşməyən daha iki əsəri
vardır. «Emirqanda axşam saatı» hekayəsi 1944 və 1946-cı illərdə «İstanbul»
məcmuəsində hissə-hissə dərc olunmuşdur. «Fal» adlanan hekayə isə 1946-cı ildə
həmin məcmuənin 70-71-ci sayında yayımlanmışdır. Sonralar isə hər iki əsər toplulara
salınmışdır…
Bütün yuxarıdakı qeydlərdən bu qənaətə gəlmək olar ki, Ahmet Hamdi
Tanpınarın yaradıcılığında hekayə janrının da ayrıca yeri mövcuddur. Bu əsərlər onu
Türkiyə ədəbiyyatında bir hekayə ustası kimi tanınmağa geniş imkanlar açmışdır.
Rəşid Quliyev,
filologiya üzrə fəlsəfə doktoru
Ahmet Hamdi Tanpınarın yaradıcılığında hekayə janrı
X Ü L A S Ə
Ahmet Hamdi Tanpınar (1901-1962) Türkiyə ədəbiyyatı tarixinə şair, nasir və
publisist kimi daxil olur. Hekayə janrı onun yaradıcılığında mühüm yer tutur. Yazar öz
sağlığında hekayələrini iki topluda (1943 və 1955-ci illər) nəşr etdirmişdir. Türkiyənin
ictimai-siyasi durumunun bədii əksi bu hekayələrin ən mühüm özəlliklərindəndir.
Araşdırmada bu özəlliklərdən söhbət açılır.
doç.dr. Rashid Kuliyev
S U M M A R Y
The important place in the literary work of Ahmad Hamdi Tanpinar (1901-1962)
is take place the story genre. In these stories is describing the social and political
situation of Turkey. The author published his stories in two collections (1943 and 1955
y.) In the Investigation are talking about these features.