104
əksini tapmışdır.
Soruşula bilər ki, o zamankı türk ədibləri əsərlərində Avropasayağı həyatı tənqid
etməkdə nə kimi məqsəd güdürdülər. Ədəbi-bədii əsərlərin müxtəlif janrlarında həmin
məsələyə ətraflı yer ayırmağın səbəbi nə idi? Bu suallara müxtəlif cavablar vermək olar.
XIX əsrin ortalarından etibarən Avropa ilə əlaqələrin geniş və əhatəli inkişafıyla
bağlı olaraq Avropa həyat tərzi də Türkiyə həyatına güclü təsir göstərir. Türk gəncləri,
daha doğrusu, “qızıl gənclik” adlanan varlı balaları öz milli
xüsusiyyət, adət, ənənələrini
unudaraq Qərbi Avropa ölkələrindəki yeni modaların əsiri olmağı başlıca məqsəd
seçməyə başlayırlar. Belə yüngül həyat tərzi isə öz milli heysiyyətini qiymətli tutan bir
sıra yazıçı və şairlərin qüruruna toxunduğu üçün onları istehza hədəfinə çevirir, gülünc
karikatura vəziyyətində təsvir edib xalqın nəzərindən salmağa çalışır, başqa gəncləri bu
cür zərərli yoldan çəkindirməyə cəhd göstərirdilər.
Avropa həyatına aludəçiliyin yayılması kapitalın, pulun ölkədə daha böyük nüfuz
qazanması ilə bağlı idi. Artıq köhnə üsulla işləyən istehsal alətləri, xırda sənətkarlıq
Qərbi Avropanın maşın istehsalı ilə rəqabətə girə bilməyərək iflasa uğrayırdı. Möhtəkir
ixracatçılar, podratçılar və “böyük kombinasiyaçılar” daha da varlanırdılar. Milli sənaye
çətinliklə yaranırdı. Ortaq ticarət kapital qoyuluşunun burjuaziyanı müstəmləkəçi
dövlətlərin agenturasına çevirən az qala yeganə sahə idi. Podratçı sürətlə varlananlar
Qərbi Avropa qanun-qaydaları haqqında fikirləşirdilər, çünki feodal imperiyanın
bürokratik iyerarxiyası onlardan həddindən artıq böyük məbləğdə qazanc qoparırdı.
Gənc türk burjuaziyasının ideoloqları “Fransa respublikası”, “İngiltərə demokratiyası”
qarşısında diz çökür, onları “tərəqqinin müdafiəçisi” hesab edirdilər. Fransızlara və
ingilislərə məxsus olan hər şey – ətirlər və geyim şeyləri, danışıq tərzi və qonaqları
qəbul etmə qaydası – kömür və meyvə ticarətçilərinin, əsgər çəkmələri və sabun
möhtəkirlərinin geridə qalmış feodal əsilzadələrinin qarşısında öz “mədəniyyətləri” ilə
öyünmələri son moda azarı idi. [2, s. 37]
Hüseyn Rəhminin də bu məsələyə bir neçə əsər həsr etməsi heç də təsadüfi
sayılmamalıdır. Bir halda yazıçı qarşısına xalq həyatına zidd hər nə varsa ona qarşı
mübarizə aparmaq məqsədi qoymuşdur, deməli, elə belə də hərəkət etməlidir, başqa cür
ola bilməz.
Ədibin bu mövzuda yazılmış əsərlərindən biri, həm də ilk əsəri «Şıq» romanıdır.
“Şıq” da yuxarıda haqqında qısaca danışdığımız “Fəlatun bəy ilə Raqim əfəndi” və
“Araba sevdası” romanlarında olduğu kimi qəhrəmanı avropapərəstlik xəstəliyinə
tutulan əsərdir. Romanın baş qəhrəmanı şöhrət Şatırzadə istər öz daxili aləmi, istərsə də
xarici təqlidçilik görünüşü etibarilə Fəlatun bəy ilə Bəhruz bəy tiplərinin eynidir. Lakin
“Şıq”ın baş qəhrəmanı Şatırzadə o birilərindən bir addım da irəli getmiş, müəllif
tərəfindən karikaturalaşdırılmış, gülünc hala salınmış bir modabazdır.
Yazıçı qəhrəmanını oxucularına belə təqdim edir: “Şıq deyincə əlində əlcəyi,
cibində kartı olan, fəqət kisəsində pulu olmayan ərköyün bir gənc dərhal əlağacı,
kostyumu, gözlüyü ilə qarşınızda canlanır.
Aləmə qarşı bu görünüşdə özünü göstərən bir gənc zamanımızda əxlaqına fəsad
qarışdırmış, yüngüllüyü daha da artırmaqla günahlandırılır və aləmin əyləncəsi olur.
Halbuki bu ittihamlar bəzən haqsız yerə edilir. Çünki əlinə əlcək geyənlərin,
cibində kart gəzdirənlərin hamısını “şıqdır” deyə gülüşə çevirmək lazım deyil. Əsil
gülüşə layiq olan şıqlar əsasən heç bir məziyyət və fəziləti olmayıb hər hərəkətləri bir
adi təqlidçilikdən ibarət olanlar, hər görən və ya eşidənləri həm acımağa, həm də
istəmədən gülməyə məcbur edəcək bir sıra qəribə halları görülənlərdir.
Bu kimilərə gözəl bir örnək olaraq oxucularımıza, budur, birini – Şatırzadə Şöhrət
bəyi təqdim edirik”. [3, s. 9]
Gətirdiyimiz sitatdan da göründüyü kimi Hüseyn Rəhminin məqsədi heç də moda