95
ARİF YUNUSOV
MÜASİR TÜRK ƏDƏBİ DİLİNDƏ İŞLƏDİLƏN ATALAR SÖZÜ
VƏ DEYİMLƏRİN QRAMMATİK XÜSUSİYYƏTLƏRİ
Qeyd etmək istərdik ki, bir xalqın tarixi keçmişini, onun dilini, ədəbiyyatını,
folklorunu hərtərəfli araşdırmaq olduqca aktual məsələlərdəndir. Məlumdur ki, atalar
sözləri, deyimlər, zərbməsəllər xalqın keçmişi ilə bağlı olan çox qiymətli və
əvəzolunmaz bir zənginlikdir. Əcdadlarımızın dilini öyrənmək, miras qoyduqları adət-
ənənələri günümüzdə tədqiqata cəlb etmək tədqiqatçının ən əsas vəzifəsi hesab olunur.
Adı çəkiləcək olan deyimlər və atalar sözləri zaman-zaman qarışıq salınsa da bugün
onların dilimizdəki məna çalarlıqlarını ortaya çıxarmaq dildəki mövqeyini hər tərəfli
öyrənməyə əsas verir.
Türk ədəbi dilində geniş şəkildə yayılmış atalar sözü və deyimlər qədim tarixə
malikdir. Onların işlənməsi bizə məlum olan ən uzaq dönəmə aid yazılı kitabələrdə də
təsbit edilmişdir. Atalar sözləri kimi deyimlərdə də əcdadlarımızın empirik bilik və
təcrübələri ümumiləşdirilmiş şəkildə əks olunmuşdur. Müxtəlif yazılı qaynaqlarda “sav,
tabir, məsəl, zərbməsəl” adları ilə təqdim olunan deyimlər, fransızcada “locution”;
ingilisçədə “locution, idiom, expression”; almancada “ausdruch, redensart”, rus dilində
“vırajenie” terminlərin sinonimidir. Deyimlər bəzən atalar sözləri ilə qarışıq salınsa da
eyni məfhum deyildir. Başqa sözlə, onlar dilimizdəki məna çalarlıqlarını təfərrüatı ilə
ifadə etmək məqsədi ilə istifadə edilən xüsusi ifadələrdir. Deyimlər ayrı-ayrı sözlərdən
yaransalar da ifadə daxilində məcazlaşaraq bütövlükdə yeni məna kəsb edir (Tülbentçı,
123) .
Məlumdur ki, atalar sözü və deyimlər dil daşıyıcılarının, dil və təfəkkür tarixinin
inkişaf mərhələlərini əks etdirən bir sahədir. Təbii ki, bunların oxşar və fərqli
xüsusiyyətlərini meydana çıxarmaq üçün abidələrin yazılışına müraciət etməmiz lazım
gəlir. Məsələn, Orxon-Yenisey kitabələrində də “atı, küsi yok bolmak” (KT-D:25), “işig
küçig birmək” (KT-B:1) və “kərgək bolmak” (BK-D:4) kimi deyimlərə təsadüf olunur.
Tarixi inkişafın keşməkeşli dönəmlərinin sınaqlarından uğurla çıxan deyimlərə sonrakı
mərhələlərdə də yeniləri əlavə olunmuş, türk dili daha zəngin, daha ifadəli və
funksional dilə çevrilmişdir. Deyimlərlə bağlı türk dilçiləri bir sıra uğrlu nailiyyətlər
qazanmışlar. Bu mənada Ali Püsküllüoğlu, Emin Özdemir, Ahmet Turan Sinan kimi
araşdırmacıların adlarını xüsusi qeyd etmək lazımdır. İnsanların emprik biliyinin nəzəri
ümumiləşdirməsi olan xalq ifadələri, eyni zamanda, həmin xalqın mədəni səviyyəsinin
və düşüncə tərzinin göstəricisidir. Xalq ifadələrinin əksəriyyəti sabit söz
birləşmələrindən ibarət məcazi məna kəsb edən deyimlərdir. Türk dilində mövcud olan
xalq ifadələrinin çoxu əqrəbalıq, qohumluq və ailə ilə bağlıdır. Türkiyə Respublikasının
Dövlət Planlama Təşkilatının (DTP) təsbitinə görə, “aile, kan bağlılığı, evlilik ve diğer
yasal yollardan aralarında akrabalık ilişkisi bulunan ve çoğunlukla aynı evde yaşayan
fertlerden oluşan, fertlerinin cinsel, psikolojik, sosyal, kültürel ve ekonomik
ihtiyaçlarının karşılandığı, fertlerin topluma uyum ve katılımlarının sağlandığı ve
düzenlendiği temel bir toplumsal birimdir şeklinde tanımlanabilir”. (DPT 1989: 3-4)
Bəşər tarixinin bütün mərhələlərində ailə ön planda olmuşdur. Məsələn, ibtidai
icma quruluşunda ailə, yeganə ictimai birlik sayılırdı. İctimai münasibətlər inkişaf edib
mürəkkəbləşdikcə müxtəlif ictimai qurumlar meydana gəlsə də ailə öz dəyərlərini
qoruyub saxlamışdır. Təqdim olunan məqalədə türk atalar sözü və deyimlərində ailə-
əqrəbalıq anlayışlarının ifadə üsulları, onların morfoloji xüsusiyyətləri araşdırılır.
Bu çalışmanın iki təməl hədəfi vardır: birincisi, xalq yaradıcılığının bariz
nümunəsi olan atalar sözü və deyimlərin təhlili türk toplumunun sosial bağlılıq