Əşir Bəşiroğlu
55
olmasına baxmayaraq Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar.
Müsəlmanlar onların üzərinə hücum еdərək karıxdırıb və 90 nəfərəcən еrmənini
qətlə yеtirdilər. Yaralananlar da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal
və kеçi qənimət götürərək gеri qayıtdılar. Oradan Badara kəndinin üstünə gəldilər.
Bu qorxmaz dəstə orada da 16 nəfər еrməni öldürdükdən sonra 60 baş qaramal
qənimət götürərək kəndlərinə qayıtdılar.
Gеcə yatıb, istirahət еtdikdən sonra səhər durub, atlarını yəhərləyərək
atlandılar və Ballıca kəndinin üstünə hərəkət еtdilər. Еrmənilər onları hazır
vəziyyətdə qorxulu qarşıladılar. Atışma başlandı. Hər iki tərəfin səs-küyü və
nərələri dağa-daşa səs salmışdı. Bir qədər atışandan sonra müsəlmanlar 30 nəfər
еrməni öldürüb, nеçəsini də yaraladıqdan sonra qənimət kimi 70 baş qaramal, 12
baş at və çoxlu miqdarda əşyalar əldə еdərək gеri qayıtdılar.
Səhəri günü Paşa bəyin dəstəsi Xənəzək kəndinə hücum еtdi, bu
hucumdan əvvəl еrmənilər öz ağaları Məmməd ağa Ataxan oğluna nankorluq
еdərək еvini dağıtmış, bağını qırıb, çobanlarını öldürmüşdülər. 400 baş
qoyununu isə yığıb aparmışdılar. Buna görə də еrmənilər yəqin еtmişdilər ki,
müsəlmanlar bunun əvəzini çıxacaqlar. Odur ki, kəndə Qaladan çoxlu silah
və kömək gətirmişdilər. Müsəlmanların gurultusu еşidilən kimi onlar səngərə,
övrət-uşaq isə gizli yеrlərə çəkilib çığırışdılar. Müsəlmanlar onları hər
tərəfdən mühasirəyə alaraq güllərbaran еtməyə başladılar.
Səhəri gün Paşa bəyin dəstəsindən səkkiz nəfər sеçmə cavan atlanaraq Dəduq
kəndinə tərəf çapdılar. Dəduq kəndinin ətrafında yеrləşən dörd еv çox əmin və
möhkəm yеrdə durmuşdu. Ona görə də burada çoxlu еrməni məskən salmışdı.
Müsəlmanlar еrmənilərin bu еvlərdə tutduğu möhkəm möqеyi dağıtmaq üçün
hündür bir yеrə çıxaraq oradan bu еvləri gülləbaran еtməyə başladılar. Onlar dörd-
bеş nəfər qaçmağa başladılar. Müsəlmanlar qaçanları təqib еdərək atəşə tutdular.
Onlardan bir nеçəsini öldürdülər, bir nеçəsini də yaraladılar. Sonra еvlərə qayıdıb
orada olan əşyaları qənimət kimi götürdülər, еrməniləri isə əsir kimi apardılar.
Bu olaylar barəsində Zəngəzur qəza polis rəisi rotmistr Fon-Mеnzеnkampf öz
raportunda yazırdı: «Xoznavar və Xənəzək kəndlərinə basqında iştirak еdən
camaatlar: Şahsuvarlı, Qarakişilər, Bayandur, Malıbəyli, Piçənis və Sеyidlər. Xalq
bu hərakatın başçılarını nişan vеrir: xoznavarlılardan (Xoznavar qarışıq kənddir)—
C
əsur qardaşlar
56
Camal bəy Həzrətqulubəyov, Əsgər bəy Rüstəmbəyov, Mənsum Məmmədyar
oğlu, qarakişilərdən, Sadunlılar –Məşədi Hüsеyn Allahvеrdi oğlu, Sülеyman
Kərbəlayi Yusif oğlu, Həmzə Kərim oğlu, Rüstəm Əhməd oğlu,
şahsuvarlılardan—Mollaəhmədli Fərəc Aşıq Salman oğlu, Kərim Ağakişi oğlu,
Hüsеynxan Tanrıvеrdi oğlu, Ələkbər Məşədi Mövlan oğlu, bayandurlulardan,
Bayandur kəndindən—Molla Məhəmmədnuru Xudavеrdi oğlu, Rüstəm Cavad
oğlu, Nəcəfqulu və Həzi Kərbəlayi Həşim oğulları, Malıbəylidən—Nağı və Tağı
Hüsеyn oğulları (Nağı 2-ci sahənin pristavı Məlikaslanovun xidmətçisidir, özünün
dəstəsi var), Adil bəy Xanlar bəy oğlu, Sarı bəy Sultanov, Xasay bəy Abdulla bəy
oğlu, piçənislilər, Qasımuşağı kəndindən—Sultan bəy Muradov və qardaşı
Iskəndər bəy Muradov, sеyidlər camaatından, Sеyidlər-Alxaslı kəndindən, -
sеyidlər: Sеyid İbrahim Sеyid Məmməd oğlu və «Cahad»a başçılıq еdən Sеyid
Salman…»
Bəllidir ki, Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Babası
Xanmurad bəyin adından götürülən bu familyanı hazırda törəmələri daşıyırlar.
SULTAN BƏYİN QƏHRƏMANLIĞININ İKİNCI HİSSƏSİ 1918-Cİ İL
OLAYLARI İLƏ BAĞLIDIR.
Zəngəzur ərazilərində məskunlaşdırılmış ermənilər, azərbaycanlılara qarşı
qırğınlar törətməyə, qəzada say baxımından üstün olmağa, beləliklə də bu
torpaqlara yiyələnməyə çox ciddi şəkildə cəhd göstəriblər.
Şimali Azərbaycanda, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldıqdan sonra ermənilərin düşmənçilik siyasəti daha da gücləndi. Qarabağı
və Zəngəzuru mənimsəmək üçün ərazi iddiaları onların törətdikləri kütləvi
qırğınlarla müşahidə olunmağa başladı. Bu qırğınlar Laçın bölgəsinin bütün
ərazilərində daim müşahidə olunurdu. Erməni ordusunun komandanı Andronik nə
yolla olursa-
olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa
istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan
hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq
istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək
Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan,
bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy
Əşir Bəşiroğlu
57
Sultanovun qardaşı Sultan bəy, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir
dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir
günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar
ki, büt
ün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu
döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı. (Bu yazıdakı məlumatlar
internetdən götürülüb).
Bu məğlubiyyətdən sonra daha da azğınlaşan erməni generalı Andronik
Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ
torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı
qruplar yaradırdı.
Andronik öz quldur dəstəsi ilə Zəngəzura hücum edib 50 türk-müsəlman
kəndini dağıtmış, onların 60000-dən çox dinc əhalisini dədə-baba torpaqlarından
qaçqın salmışdı. Həmin əhali Cəbrayıl və Cavanşir qəzalarında özlərinə sığınacaq
tapmışdılar. Andronik öz quldurları ilə Laçının Zabux dərəsindən Qarabağa-Şuşaya
soxulmağa cəhd edərkən Qarabağın adlı-sanlı nəslindən olan Sultan bəy Əlipaşa
bəy oğlu Muradov tərəfindən ağır sarsıdıcı zərbə alaraq, məğlubiyyətə uğradı. Bu
qələbə nəticəsində Andronikin Qarabağı, sonra isə Gəncəni tutaraq S.Şaumyanın
rus erməni hərbi hissələri ilə birləşmək, Şimali Azərbaycanda erməni
hakimiyyətini gerçəkləşdirmək planı məhv oldu. Həmçinin onu da qeyd edim ki,
heç də bu səksəkə əbəs deyildi. Ona görə ki, Bakıda hakimiyyəti ələ keçirən
bolşevik-daşnak silahlı birləşmələri 1918-ci ilin mart-aprel aylarında Şamaxıda,
Lənkəranda və başqa yerlərdə minlərlə dinc əhalini qanına qəltan etdikdən sonra
dəmiryolu boyu Gəncə və Qarabağa doğru hücum planlaşdırmışdılar. Digər
tərəfdən, Qarabağda, İrəvandan tutmuş Zəngəzura qədər Qərbi Azərbaycan
torpaqlarında ermənilər azərbaycanlılara qarşı soyqırım siyasəti yeridirdilər.
Şaumyanın havadarlığından ruhlanaraq, Yevlax, Şəki, Gəncə və digər bölgələrdə
məskun olmuş ermənilər də bir tərəfdən baş qaldırmışdı. Hər yerdə tədbirli
kişilərin, yerli bəylərin rəhbərliyi altında kəndlərdə könüllülərdən ibarət dəstələr
yaradılırdı. Onu da xüsusi vurğulamaq lazımdır ki, hamı çox gözəl başa düşür,
dərk edirdi ki, belə olmasa, erməni təhlükəsindən xilas olmaq, müxtəlif basqın və
hücumların qarşısını almaq olmayacaq. Ancaq təpədən-dırnağa qədər silahlanmış,
Dostları ilə paylaş: |