149
qalmışdı. Nəbi kürd, fars və türk dillərini də gözəl bilirdi. O, hər şikayətçini öz ana
dilində dindirməyi, öz ana dilində dinləməyi xoşlayırdı.
Təəssüf ki, erməni ilə Nəbinin söhbəti yarımçıq qaldı. Ərzə qayanın
başından atılan güllələr qaçaqları silaha sarılmağa məcbur elədi. Səlim bəyin, Ala
Mahmud bəyin, Məmməd bəyin yırtıcı dəstələri birləşib Ərzə qayaya qəflətən
hücuma keçmişdilər.
Şikayətə gələn camaat pərən-pərən oldu. Qaçaqlar bir anda atlanıb Ərzə
qayaya gələn cığırları, keçidləri, yolları kəsdilər. Şiddətli bir döyüş başlandı.
Güllələrin səsi qayaları titrədirdi.
Birdən Şahhüseynin bağırtısı eşidildi:
-Nəbi, özünü tez yetir, Həcər xanımı vurdular!
Qaçaq Nəbi Laçın təki səs gələn tərəfə şığıdı. Həcər xanım sinəsindən
yaralanmışdı. Nəbi Həcərin yarasını sarıyandan sonra istədi onu döyüş
meydanından çıxarsın, lakin Həcər razı olmadı:
-Yox, Nəbi, düşmənin qabağından qaçmayacağam!
Sanki qayanı boyayan qızıl qan Həcərin deyildi. O, sol əlinin baş barmağını
yarasına sıxıb, iri bir qayaya söykənmişdi. Sağ əlində möhkəm tutduğu
tapancasından dalbadal güllələr atırdı...
Səlim bəy Həcər xanımın yaralanmasından xəbər tutduğu üçün
azğınlaşmışdı. Gülləni üstünə yağdırırdı. Qaçaq Nəbi Həcər xanımın yarasını
yaylığı ilə nə qədər möhkəm sarıyırdısa da, qan kəsilmirdi.
Qaçaqalar dəlicəsinə hücuma keçmişdilər. Səlim bəy bağırıb geri qaçan
bəyləri, kazakları, yasavulları təzədən döyüşə qaytarırdı. Onlar ürəklənib irəli
cumuxurdular. Səlim bəy lovğa-lovğa qaçaqları hədələyirdi:
-Təslim olun!.. Təslim olun!.. Qaçmağa yeriniz yoxdur! Bu davada iki
general-qubernatorun silahlı atlıları döyüşsə də qaçaqları nə düşmənlərin sayı
qorxudurdu, nə də onların azğınlığı. Qaçaqları mə
,
yus edən Həcər xanımın
yaralanması idi. Onu tə
,
cili aradan çıxarmaq lazımdı. Lakin Ərzə qayadan çıxan
bütün yollar, rizlər kəsilmişdi. Bircə çarə qalmışdı: ölümdən qorxmamaq!
Həcər xanım çox qan itirdiyindən artıq özündə deyildi. Nəbinin qolları
arasında sayıqlayırdı: “Qoymayın gəlsinlər! Vurun onları! Hara soxulursunuz?!”
Qaçaq Nəbi Bozatın belinə qalxıb yaralı şahinini köksünə sıxdı:
-İgidlər, düşmən üstünə!..
Qaçaq Nəbinin nə
,
rəsi Ərzə qalanı silkələdi. Bu əzəmətli səs qaçaqlara yüz
min qəhrəmanın qüvvəsini verdi. Onlar qoşunun üstünə qığılcım təki səpələndilər.
Aynalı susmaq bilmirdi. Nəbi atışa-atışa dostlarına yol açırdı. Güllələrdən od
almaq olardı. Qaçaqlar mühasirəni çox çətinliklə yarıb Ərzə qayadan uzaqlaşdılar.
Lakin düşmən qaçaqlarla yenə üz-üzə gəldi:
-Nəbi, yolumuzu kəsiblər!
-Onda körpüdən addayaq!
Bələdçilik edən Mehdi atının başını çaya tərəf döndərdi. Bədbəxtliyə bir bax
ki, dağ çayının üstündəki yeganə daş körpünü düşmən partlatmışdı. O taya başqa
yerdən addamaq mümkün deyildir. Hər tərəf sıldırım qayalarla əhatə olunmuşdu.
Qaçaq Nəbinin başqa əlaçı yox idi, geri dönə bilməzdi; arxadan böyük qoşun
gəlirdi. O, Bozatının cilovunu çəkib muşqurdu. At sanki qanadlandı; uçuq
150
körpünün üstündən atlanıb o taya düşdü. Bu vaxt qarşıdakı qayalıqdan Qaçaq
Nəbini yenidən gülləyə tutdular. Daha Həcər xanımı atın üstündə saxlamaq
mümkün deyildi, onun vəziyyəti anbaan ağırlaşırdı. Qaçaqlar da çayın o tayında
qalmışdıalr. Səlim bəy öz dəstəsi ilə Mehdigili sıxışdırıb çaya tökürdü...
Mehdidildə atlarını çaya vurub Qaçaq Nəbinin yanına getdilər.
QARA NƏBĠ VƏ ONUN QULDUR DƏSTƏSĠ
Təbiətin gözləri didədən düşürdü. Axşamın qara ləçəyi hiss olunmadan açılıb,
Kəpəzin yaşıl köbəsi sayılan çunqur meşələrə sərilirdi. Hanı bəs odlu-alovlu
günəş? Hanı bəs çalpapaq dağlara qalxan qıvrım yollar? Hanı bəs gündüzün göz
oxşayan xoş mənzərələri? Üfüqdəki buludlar Həcər xanımın gündəlik paltarı təki
alışıb-yanırdı. Səma yenə okean təki nəhayətsiz, kimsəsiz görünürdü. Nə gecələrin
çırağı ay gözə dəyirdi, nə də onun dövrəsində şö
,
lələnən şamlar. Qaranlıq
tündləşdikcə Kəpəz daha məğrur göründü, fikirli, müdrik şərq ağsaqqallarını
xatırladırdı. Adama elə gəlirdi ki, bu dağ bir vaxt nəhəng bir gəmi imiş, hansı
dəryada isə fırtınaya düşüb, qərinələrin sərt, sıldırım dağları qayalara dönüb, Kəpəz
isə göydən asılı qalıb.
Kəpəzin mavi gözü sayılan Çilli çəməni qaranlıq çoxdan oğurlamışdı. Lakin
hərdən çəmənin gözündən alov qalxırdı. Qonur ayı dərəsinin üstündə yarıçılpaq,
qulağı qızıl sırğalı bir məxluq uzanmışdı. O, gözlərini qırpmadan qarşısında yanan
ocağa baxırdı. Onun əynində bircə şalvar vardı. Bu qabana oxşar adamın tüklü
sinəsində xəncər çapığı görünürdü. Çapıq yerinə əl girsəydi gizlənərdi. Sol
çiynində isə şahı boyda güllə yeri qalmışdı. Yastı monqol gözlərindən qığılcım
yağırdı.
-Ocaq da qaralır, bu it uşaqları bəs harda qaldılar?! – O, yerindən
qalxmadan ocağa bir yarmaça atdı. Köz dağılanda ətrafa çoxlu qığılcım səpələndi.
Qığılcımlardan bir neçəsi quldurbaşının tüklü sinəsinə düşüb cızıldadı. Ocağın
dörd böyrü çubuqdan qayırılmış yanıq şişlər, dişə çəkilmiş quru qabırğalar,
bomboş qalmış iri qovurma qazanları, bir-birinə qısılmış yağ, pendir, şor motalları
ilə dolu idi.
Ocaq dilimləndikcə quldurbaşının açıb böyrünə qoyduğu kəmərdəki sarı
güllələr işıldayır, durbininin şüşəsi parıldayır, tüfəngin lüləsi göz qamaşdırırdı.
Quldurbaşını bu meşənin içində saxlayan da həmin silahlar idi. O, bu silahların
gücü ilə çox baş kəsmiş, bir çox fağırların tikəsini boğazından çıxarmışdı.
Quldurbaşı darıxırdı. O, baxışlarını ocaqdan çəkmədən sallaq bığlarını eşib
qulaqlarına sarımaqla vaxtını öldürməyə çalışır, lakin onu bu “əyləncə” də
yorurdu. Elə bil qotura tutulmuşdu-hərdən qıllı canını üstündə uzandığı ayı
dərisinin cod tüklərinə sürtür, hərdən də xəncərinin dəstəyi ilə qaşına-qaşına
ürəyində Qaçaq Nəbini hədələyirdi: “Qaçaq Nəbi kimdir? Qorxaq tülkünün biri! O
gün Ərzə qayada dalımca asıb-kəsirmiş. Buna bax, mən ölüm! O axmaq elə bilir
ki, mən də ona Topalam. Mən ona nə Səlim bəyəm, nə də Əhməd xan! Mənə İranlı
Canavarpapaq quldur Qara Nəbi deyərlər. Mən qurd ürəyi yemişəm, qurd! Özüm
də qurdam. Kimin atını aparıram, kimin öküzünü könnəyirəm... sənə nə?! Kimin
vurub dişlərini ovcuna tökürəm... sənə nə?! Naçalniksən?! Axmağa bir bax, Ərzə
Dostları ilə paylaş: |