208
Nəbi güldə, əlini strajnikbaşının çiyninə vurub atlılarına əmr verdi. Onlara dağlara
yetişəndə ürəkləri tab gətirmədi, hamı birağızdan oxumağa başladı.
¤
¤
¤
-Qoburnat, bütün pristavları yığıb məşvərət elədi. Gördü ki, yox heç kəs day
Nəbiyə baş qoşmaq istəmir, kimə deyir sən get pristav ol, nəçənnik ol, əl tutub aman
edir ki, məni balalarının başına çevir, istəmirəm. Bir dəfə yenə qoburnat bütün
başbilənləri yığdı,yenə tədbir tökdü ki, bu Nəbini aradan götürək? Onda Kosa bəy adlı
bir namərd özünü irəli verib dedi:
-Qoburnat sağ olsun, istəyirsən ki, biz bəylərə, hampalara rahatlıq olsun, gərək
Nəbini aradan götürəsiz. Onu aradan götürmək də qoşun-qəflə işi deyil. Bunun bir
yolu var. O da Paşa bəyin əlindədi. Bilirsiniz də Paşa bəyin arvadının bir bacısı
Nəbinin dəstəsindəki Şahhüseynin arvadıdır. Burada arvad fe
,
li lazımdır. Bununda
ustası Paşa bəydir. Paşa bəy o qədər bəylərin xanımanını viran qoyub ki... Bu onun
əlində su içmək kimi bir işdi.
Söz qoburnatın ağlına batdı. Bütün adamları dağıtdı, Kosa bəyə də əmr elədi ki, bir
həftənin tamamında Paşa bəylə onun hüzurunda olsun.
Bəli, vədə vaxtı Kosa bəylə Paşa bəy özlərini yetirdilər qoburnatın hüzuruna. Çox
götür-qoydan sonra qərara gəldilər ki, Şahhüseyni arvadı vasitəsilə ələ keçirib Nəbini
öldürsünlər. Qoburnat Paşa bəyə kəndlər də vəd elədi, pristavlıq da. Kosa bəyin də
könlünü qırmadı, onu da Nikolayın ordenini alacağına xatircəm elədi.
Bəli, Paşa bəy oradan gəldi evinə, arvadına o ki, var dil tökdü. Handan-hana
məsələni açdı ki, gərək bacını dilə tutub Şahhüseyni ələ keçirəsən. Sonra da
qoburnatın verdiyi sandıqçadan on dənə qızıl onluq çıxarıb qoydu arvadının qabağına:
-Bunları aparıb verərsən bacına. Deyərsən, dünyada nə lazımdı bizə, Şahhüseyn
bundan sonra xan olacaq, kəndi, obası olacaq, özü də padşah onu qızıla tutacaq. Bu
qızlları da padşah özü gödərib.
Bəli çox çək-çevirdən sonra Paşa bəy arvadını bacısıgilə yola saldı. Bacı da
bacıynan dil tapdı. O gündən arvad başladı Şahhüseynin beynini yeməyə ki bəsdir
qaçaq oldun. Ev-eşikdən uzaq düşdüyün yetər, yığış gəl evə, oğul-uşaq doyunca bir
üzünü görsün. Şahhüseynin də əli tüfəngdən soyudu. Arvad gördü kişinin zəif
damarını tutub. Odur ki, yavaş-yavaş məsələni də ona açmağa başladı. Dedi:
-İstəyirsən kasıblığın daşını atasan, bəy-xan yanında hörmətin olsun, onda Nəbini
öldür, üzə çıx. Gör Nikolay padşah, səni qızıla tutur, tutmur, səni pristav qoyur,
qoymur.
Şahhüseynin dinmədiyini görəndə arvad bir az da qızışdı:
-Bəsdi, bir bacımla düşmən oldum, sən Nəbi kimilərə yox, Paşa bəyə qısılsaydın
indi bəy idin. Gəl tök bu daşı ətəyindən.
Şahhüseynin səbri tükəndi.
-Kəs səsini ləçər, deyirsən namərdlik eliyim!
209
ġAHHÜSEYNĠ ARVAD YOLDAN ÇIXARDI
O gündən arvadla Şahhüseyn arasında belə söhbətlər tez-tez olurdu. Arvad yavaş-
yavaş ərinin saqqızını oğurlayırdı. Bir dəfə Nəbi Arazın o tayında idi, qaçaqların da
çoxusunu tutub salmışdılar Gorus qazamatına. Şahhüseyn də evə xəlvəti gəlib-gedir,
günlərlə evdə gizlənib camaat arasına çıxmırdı. Oğul-uşaq yeməkdən qıtlıq çəkirdi.
Arvad da ovunu ovlamaq üçün məqam gözləyirdi. İndi məqam da yaxşı düşmüşdü.
Evdə bir urvalıq da un yox idi. Şahhüseyn ərki çatan bir-iki yerə sifariş göndərdi,
amma bir şey çıxmadı. Daha gecəni dözməyib, özü evən çıxdı, xeyli sonra iki pud
arpa unu ilə gəldi, dedi, Həcər hardansa tapıb, deyib bir-iki gün dolanın, Nəbi bu
günlərdə gəlib çıxmalıdı.
Arpa ununu görən arvad başladı Nəbini, Həcəri qarğımağa. Sonra da bir ovuc qızıl
çıxarıb tökdü Şahhüseynin qabağına.
-Allah dadına çatmış Paşa bəy göndərib, yenə adamın özününkü. Deyir,
Şahhüseyn uşaqları acından qırmasın. Al get bazarlıq elə, qırma bizi acından. İndi
görürsənmi, hansı yol bizim evimizə işıq salar, bərəkət gətirər?
Şahhüseyn bir söz demədən xeyli götür-qoy elədi. Arvadın tə,nəsi onu lap
bezdirdi. Day dözə bilmədi, qızıl onluqlardan bir neçəsini götürüb gecəynən özünü
verdi erməni bazarına.
Səhəri evə bir aylıq bazarlıq qoyub dağlara çəkildi. Bəli, o gündən Şahhüseyndə
yoldaşları bir soyuqluq gördülər. Doğrudan da Həcərin havadan dediyi söz də düz
oldu. Nəbi gəlib çıxdı. Özü də Gorus qazamatını ikinci dəfə dağıdıb igidlərini
qanadına alıb dağlara çəkildi.
Kərbəlayının ölümü Nəbiyə yaman yer eləmişdi. Elə hey Həcərə deyirdi ki, elə
bilirəm bir yanım yoxdu. Kərbəlayı gərək belə tez bizə vəfasızlıq eləməyəydi, canı
suluydu. Deyilənə görə Kərbəlayı vəfat edəndə düz qırx gün Nəbi bir güllə atmadı...
Hər cümə axşamı yeddi yoldaşı ilə Kərbəlayının qəbrini ziyarət edər, evinə baş çəkib
cümə axşamısını verər, yenidən məskəninə qayıdardı. Bir dəfə yas yerindən
qayıdarkən yolda pristav Cəfərqulu bəylə qarşılaşır. Bu həmin Cəfərqulu bəy idi ki,
Nəbinin başına qiymət qoymuşdu. Car çəkmişdi ki, hər kəs Nəbinin başını gətirsə ona
200 qızıl peşkəş verəcək.
İndi o, birdən Nəbi ilə qarşılaşanda, özünü itirdi, günün günorta çağı pristavın
ağlına hardan gələydi ki, Nəbiylə qarşılaşacaq. Pristav əllərini yuxarı qaldırıb başladı
Nəbiyə yalvarmağa.
Nəbi nə bir kəlmə danışdı, nə də dindi, əlini atıb pristavın papağını götürüb Boz
atın ayağı altına atdı. Sonra pristavın silahlarını aldı. Kəlmə kəsmədən başının
adamlarıyla çıxıb getdi. Bir gün də Nəbi Tacirbaşı Nuxu bəylə rastlaşdı. Tacirbaşı elə
bildi Nəbi onu öldürəcək. Odur ki, beş yaşlı balaca qızını qucağına alıb Nəbinin
hüzuruna gəldi, yalvarıb-yaxardı:
Nəbi körpəyə xeyli noğul-nabat verdi. Sonra üzünü tacirbaşıya tutub dedi:
-Yaxşı, titrəmə, səni Kərbəlayının ruhuna bağışlayıram, de görək bizə satlıq
nəyin var? Papaqdan, yapıncıdan?
Tacirbaşı:
-Can Nəbi, satlıq nədi, bütün karvan sənə qurbandı, yaxşı yapıncım da var,
papağım da.
210
Nəbi Nuxu bəydən özü və yoldaşları üçün papaq, yapıncı aldı, hamısının da pulunu
birə-beş verdi, atını sürüb dağlara qalxdı.
Kərbəlayının qırxını verdikdən sonra Nəbi bir neçə gün heç yana çıxmadı.
Qoburnatın qoşunu da gəlib Gorusda dayanmışdı. Deyirdilər Nəbini tapmamış bu
qoşun-ləşkər daha Zəngəzurdan geri qayıtmayacaq.
Nəbi içəridən şübhələnməyə başlamışdı. Odur ki, həmin gün axşam bütün
yoldaşlarını başına yığıb dedi ki, deyəsən aramızda naxələflər var. Hər kəs çörəyimizi
tapdayırsa qoy tapdasın, kim evinə getmək istəyirsə getsin. Sonra Şahhüseynə üzünü
tutub:
-Gözümə son vaxtlar dərdli görünürsən. Bəlkə ev-eşik sarıdan nigaransan, səni
buraxıram get, nə qədər istəyirsən evində qal. Günün xoş keçər həmişəlik evində
qalarsan! Yox, könlün bizi istər, havaxt gəlsən, komamız elə sənin öz komandır!
-Necə ki Nəbi qardaş, yoxsa mən səni bezdirmişəm?
-Yox, ay Şahhüseyn, sənin gözlərin mənim heç xoşuma gəlmir. Elə bil gözlərini
dəyişmisən, Həcər də gecələr rahat yata bilmir. Elə hey yuxudan diksinir ki, qoyma
Şahhüseyn məni öldürdü, kəndlilər də elə hey sifariş edirlər ki, Şahhüseynin dərisini
boğazından çıxar. Amma səninlə duz-çörək kəsmişik axı... Axır vaxtlar da tez-tez
Paşa bəylə görüşürsən, evinə gedib-gəlirsən. Amandı, bircə yoldaşlara xəyanət eləmə,
rüsvay olarıq.
Şahhüseyn gördü Nəbi məsələdən əməlli-başlı xəbərdardı. Əl atdı hiyləyə.
Gözünün yaşını sel kimi tökdü, dedi allahıma kəm baxaram, sənə yox, Nəbi, düşmən
sözüdü, fe
,
lə uyma, heç yana da gedən deyiləm. Öldürsən elə məni öz əlinlə öldür,
amma mənə möhlət ver gör deyilənlər necə böhtandı, hər şeyi bir də yoxla, sonra
məsləhət sənindi, istəsən çıxıb gedərəm, bax bu uca qayaların birindən özümü ataram,
görərsən ki, Şahhüseyn nə Şahhüseyndi.
Nəbi çox dərinə getmədi. Həcər də susurdu, Mehdi də. Hamı dağlara yayıldı.
Şahhüseyn də öz komasına getdi. Ancaq ilan vuran yatdı, Şahhüseyn yatmadı.
Gecənin bir vaxtında qalxdı ki, day buralarda durmaq mənə yaraşmaz, baş götürüb
getmək lazımdı Arazın o tayına. Elə xeyli getmişdi ki, gördü qabaqda qaraltı görünür.
Aylı gecə idi. Hər yer süd kimi idi. Baxıb gördü ki, Nəbidir. Boz atın yalını
tumarlayır. Elə tüfəngi çəkmişdi ki, Boz at bir kişnəmə kişnədi, dağlar, daşlar lərzəyə
gəldi, qaçaqlar yerindən dik qalxdılar. Nəbi qanrılıb qabağında tüfəngi ona tuşlayan
Şahhüseyni gördü, bircə bunu deyə bildi: “Ay namərd”. Güllə səsi dağlarda əks-səda
verdi. Boz at yerindən dik atılıb Şahhüseynə elə bir qoşa təpik vurdu ki, canı elə
oradaca çıxdı. Yazıq heyvan dağları daşları harayladı. Şahhüseyni o qədər tapdadı ki,
nalı söküldü. Sonra Nəbinin yanına gəlib insan kimi göz yaşı axıtdı. Mehdi Boz atın
kişnərtisinə özünü yetirdi. Boz at tir-tir tirtəyir, gözündən qanlı su tökürdü. Belə
baxanda Nəbini al-qan içərisində gördü. Qaçaqlar axışıb gəldi, Həcərə xəbər apardılar
ki, Nəbini öldürüblər. Sübh çağı onlar Qara Yurdda Nəbinin canəzəsi üstə bir çivən
qopardılar ki, gəl görəsən...
Həcər özünü Nəbinin üstünə atıb huşdan getdi. Boz atın dərddən bağrı çatladı.
Nəbini ata yurduna gətirdilər. Gözəl arvad saçını yolub Nəbinin üstünə atdı. Ananın
fəryadı bütün kəndi başına aldı:
Bu dağlar ulu dağlar,
Çevrəsi sulu dağlar.
211
Qoynunda igid öldü.
Göy kişnər, bulud ağlar
.
Həcər huşa gəlib təzədən özünü Nəbinin üstünə atdı.
Qoburnat qoşunun başçısına xəbər verdilər ki, bəs Nəbinin meyidini Molluya
gətirdilər. Məqamdır, meyidi gərək divana aparaq. Paşa bəy də bu tərəfdən özünü
yetirdi ki, bəs Nəbini öldürdüm, indi gedək cənazəsini alıb divan qapısında dar
ağaçından asaq. Padşaha da məktub yazaq ki, Paşa bəy sənin əmrini yerinə yetirdi.
Qoburnat qoşunun başçısı general Zubov Paşa bəyə dedi ki, məktubu qoburnat
yazmalıdı, ancaq gəl biz daha Molluya getməyək, ölüb, demək tapşırıq yerinə
yetirilib. Qoburnatın tapşırığını gözləyək. Paşa bəy çəmxəm elədi general da
qoşununu götürüb gəldi düz Molluya, Gözəlin qapısına. Gördülər ki, burda iynə atsan,
yerə düşməz. Paşa bəy özünü verdi irəli.
Həcər yoldaşlara tapşırmışdı ki, bir kəsə güllə atmayın. Strajniklərdən gələn olsa
məni çağırın. bəli, generalla Paşa bəy həyətə girəndə gördülər evdən bir şivən qalxır
adamın tükləri biz-biz olur. Həcər hələ də Nəbinin meyidi üstə oturub saçını yolurdu:
General soruşdu ki, bəs bu oxuyub-ağlayan kimdir. Paşa bəy dedi ki, bu Həcərdir,
indi onu da tutub divana aparmaq lazımdı. Paşa bəyin sözü generalı lap əsəbləşdirdi.
O, “tufu” deyib dabanı üstə geri döndü. Paşa bəy elə bildi ki, general qoşuna içəri
doluşmağa əmr vermək üçün geri döndü. Amma bir də onu gördü ki, general öz
qazalağına minib, qoşunu da götürüb çıxıb getdi. Paşa bəy qaçaqların arasında tək
qaldı, onu Həcərin huzuruna gətirdilər. Həcər dedi:
-Düşməni igid üstə gətirməyin, Nəbinin yarası qan verər. Onu it damına aparın.
Paşa bəyi it damına gətirdilər. Həcər nağanını çıxarıb “oxxay” deyib onun təpəsinə
üç güllə çaxdı. Sonra Nəbinin üstünə qayıtdı.
Nəbinin dəfni böyük el matəminə çevrildi. Qoburnat qorxudan camaata bir söz
deyə bilmədi. Bütün Zəngəzur axışıb Molluya gəldi. Nəbini son mənzilə yola saldılar.
Həcər Nəbinin məzarı üstə and içdi:
-And içirəm əziz Nəbi, səninlə kəsdiyim duz-çörəyə, nə qədər ki, sağam, sənin
düşmənlərinə gözdağı çəkdirəcəyəm.
Yeddi min, yeddi yüz yeddi igid də Həcərin səsinə səs verdi, elə ordan igidlər
silaha sarılıb dağlara, dərələrə çəkildilər.
Nəbi öldüsə də igid Həcər onun qanını yerdə qoymadı. Bəylərə, xanlara, zalımlara
göz verib, işıq vermədilər. Düşməndən intiqam alındı.
212
SON SÖZ
Qaçaq Nəbi və Qaçaq Həcər mövzusu mənə çox yaxındır, çünki mən də
Qaçaq Nəbinin və Qaçaq Həcərin doğulduğu Aşağı Mollu kəndində anadan
olmuşam. Onlar iyirmi ildən artıq bu yerlərdə yaşamış, bu yerlərdə böyümüş,
uşaqlıq və gəcnlik illərini yazı düzündə, Bərgüşad və Həkəri çaylarının sahilində,
Kəpəz, Çəmənyurd, Salvartı, Sarımsaqlı, Qannıca, Üçtəpə və Pəriçınqılı dağlarında
keçirmişlər.
Qaçaq Həcərin qələmə alınan qəhrəmanlığı “aşıqanə” iniltilərdən fərqlənən
bir qəhrəmanlıqdır. Bu iki qəhrəmanı birləşdirən “ bir yastığa baş qoymaq”
ehtiyacı deyil, məhəbbətdir. Müharibələrdə, qazamatlarda ləkəsiz qalan
məhəbbətdir! Çünki onun keşiyində Aynalı dayanıbdır. Burada ərin igidliyi, ömür
yoldaşı Həcər xanımın igidliyi, onların sadə eşq-məhəbbətləri kimi mütəqabil
igidlikdir. “Aslanın erkəyi-dişisi olmaz” igidliyidir. Həcər xanımın igidliyi Qaçaq
Nəbinin papağını ucaldan, onu döyüşlərə ruhlandıran, bəlkə də bəzən döyüş
səhnələrində ruhlandıran igidlikdir! Bu eşq-məhəbbətlə dolu olan igidlik ruhu
köhnəlməzdir! Bu eşq-məhəbbətlə dolu olan igidlik ruhu bizim indiki gənclərə
aşılanmalı, onların mənəvi həyatını comərdlik, qəhrəmanlıq, namuslu, qeyrətli,
sədaqətli olmaq ruhu ilə daha da zənginləşdirməlidir. Igid ruh ölmür, nəsildən-
nəsilə aşılana-aşılana gəlir, yaşaya-yaşaya da gedir. Bu igid ruh eşq-məhəbbət
dastanlarında daim tərənnüm olunur.
Dünyada mənə elə bir qəhrəman göstər ki, at belində yaşa dolub, at belində
vuruşsun, at belində həlak olsun.
Belə bir xalq qəhrəmanına və onun özündən qoçaq olan can sirdaşına
bəstələnən el nəğmələri bir vaxt anamın laylasına qarışıb, mənim də beşiyimə
axmışdır. Indi bu nəğmələri mən öz səsimlə oxumaq istəyirəm, öz dilimdən
oxucularıma söyləmək istəyirəm..
O vaxt Kərbəlayı Cəfərlər, Ala Mahmudlar, Çopur Məmmədlər,Səlim
bəylər, Kərbalayı Heydərlər bütün bu baltasındıran kütüklər “Dərə xəlvət, tülkü
bəy” - deyə əllərindən gələni edirlər. Onlar özlərindən yuxarıların qarşısında tülkü
kimi quyruq bulayırlar, özlərindən aşağıların qarşısında isə yalquzaq dişlərini,
didib-dağıtmaq ehtiraslarını isə salırlar. Guya bu ağalar olmasa, gündə çıxmaz,
ayda doğmaz, düzlərdə taxılda bitməz, sanki bu başı dəsmallı, əli oraqlı-çinli
rəiyyətə, rəncbərə çörək verən bunlardı.
Kərbəlayı Cəfər Nəbinin ölümcül atasının üstünə atılır, onu şallaqlayır. O,
Nəbinin anası Gözəlin yalvarışlarına məhəl qoymur. Zaman qəhrəman oğul istəyir!
Elə oğul istəyir ki, Kərbəlayı Cəfərin, Ala Mahmudun, Çopur Məmmədin, Səlim
bəyin və bütün divan bəylərinin burnunu ovsun, milyonlarla əli qabarlıları təpik-
tapdaq altından xilas etsin, əzilən inləyən xalq kütlələrinə Koroğlu ruha gətirsin,
Babək dayanəti, Nəsimi iradəsi aşılasın. Belə igidi zaman doğur! Həyatın zülmləri
içərisindən, lap aşağı təbəqədən olan Gözəl xanımın bətnindən, əslində zamanın öz
bətnindən Nəbi doğulur. Elə bu zamanda Nəbiyə silahdaş ola biləcək Həcər
doğulur.
Qəhrəmanlıq nə Alo oğlu Nəbiyə, nə Xanalı qızı Həcərə göydən
gəlməyibdir. Qəhrəmanları zülmün zalımın ayağı altında tapdalanan ana torpaq
213
doğub. Zamanın sərt qanunu bu qəhrəmanları öz xalqı ilə necə bağlanmağın
düzgün yolunu göstərib. Xalq da Qafqaza səs-səda salan, çar kazak ordusunun
bağrını yaran, el-obaya fərəh, qurur gətirən bu qəhrəmanlara dayaq durublar. Xalq
öz qəhrəmanlarını bacardıqca düşmən əlinə verməyib. Qaçaq Nəbiyə, Qaçaq
Həcərə güvənənlər onları düşmənlərdən qoruyublar, onların qəhrəmanlıq
nəğmələrini yaradıb oxuyublar. Nəbi dəstəsinin üstünə sətt-sətt qoşun yeridilən
zamanlarda, xanların, bəylərin, hampaların, bənd-bərələri kəsdikləri vaxtda, Xanalı
qızı Həcər qıy vurub, Alo oğlu Nəbi Koroğlu nərəsi çəkibdir. Niyə belə olubdur?
Niyə belə əfsanəvi qəhrəmanlar yaranıbdır? Çünki Qaçaq Nəbi hərəkatı xalqının,
dəsrd-səri ilə, əməlləri arzuları ilə, torpaq mübarizəsi ilə ayrılmaz surətdə
bağlanıbdır! Zamanın qovğalı günlərində bu torpaq davası Həkəri, Bərgüşad
çayları təki yatağını aşıb, yazını ağzına alıbdır. Bəylər kötəklənirlər!... Bozat
kişnəyə-kişnəyə saha qalxır, yenə də düşmənlər Nəbi ilə üz-üzə dayanırlar. Ismayıl
Nəbinin qolları arasında can verir.
Dəfn zamanı Həcər dolmuş gözlərini titrəyən barmaqları ilə silir, bir ovuc
nəm torpaq götürüb: “İsmayıl əmi bir ovuc torpağın qurbanı oldu!” – deyir, bu
torpağı, torpaq üstündə qurban gedən mücahidin qəbrinə səpir. Həcərin gözləri
kinlənir, onu daha ardıcıl üsyana, qiyama çağırır.
Qaçaq Nəbi hərəkatı məğlubiyyətə uğrayır, lakin izsiz-tozsuz itib getmir, bu
hərəkat tarixdə qəhrəmanlıq səhifələri açır. Nəbi-Həcər hərəkatı kəndçiyə,
əməkçiyə öz dostu ilə düşmənini tanıdır.
Qaçaq Nəbi hərəkatının xeyli hissəsi Arazın o tayında cərəyan edir. Bu da
təbiidir. Çünki çar rusyası zamanı Qafqazda qaçaqlara amansız divan tutulurdu.
Hətta çar tanınmış xəfiyyə generallarından biri olan Skalovu Qaçaq Nəbinin işini
aparmaq üçün Peterburqdan tiflisə ezam etmişdir. Ona görə də Qaçaq Nəbi və
Həcər xanım tez-tez yerlərini dəyişməli olurdular. El-oba onları gizlədir, hökümət
girinə vermirdi. Şeyx adlı bir nəfər dəfələrlə Qaçaq Nəbini və Qaçaq Həcəri
səhənşah sərbazlarının və Əhməd xanın qılıncından qorumuşdur.
Bildiyiniz kimi o vaxt Qafqazda qəzet jurnal az nəşr olunurdu. Nəbi hərəkatı
aşıqların, müğənnilərin dilində yayılırdı. Xalq öz qəhrəmanlarını ürəkdən sevir,
onlara mahnılar qoşur, hətta onların atlarını da silahlarını da əfsanələşdirirdi:
Hörmətli oxucum Qaçaq Nəbinin ölüm səhnəsini təsvir edə bilmirəm,
əllərim əsir, qələm yazmır, göz yaşım vərəqi görməyə imkan vermir. Düşmən nə
qədər güclü, nə qədər hiyləgər olsada, Qaçaq Nəbini ələ keçirə bilmir. Bozat
Zümürüd quşu təki qaranlığı yarır və öz sahibinin cənazəsini düşmən əlinə vermir.
Ləzgi osman XIX əsrin ortalarında Alo oğlu Nəbinin doğum tarixini mis
məcməyiyə yazır, əsrin sonunda isə xalq qəhrəmanı Qaçaq Nəbinin ölümünü
əfsanəvi bir şəkildə yenə də həmin mis məcməyiyə həkk edir.
214
ġair ƏĢir BəĢiroğlunun nəĢr olunmuĢ kitablarının siyahısı
S..
№
Kitabların adı
NəĢriyyatların adı
NəĢr
tarixi
Səhi
fə
N
üs
xə
1.
Xatirəyə dönən günlər
Memar nəşriyyatı
2005 225 300
2.
İşıqlı şəxsiyyətlər unudulmur
Memar nəşriyyatı
2006 300 500
3
.
Dağlar ağladı
Min bir mahnı nəşriyyatı 2007 340 300
4.
Mətanət
Hərbi nəşriyyatı
2008 184 250
5.
Mənim ana dilim
Hərbi nəşriyyatı
2008 196 300
6.
Yarımçıq ömür
Hərbi nəşriyyatı
2008 176 400
7.
Nəbi yurdu
Hərbi nəşriyyatı
2009 420 300
8.
Qəm karvanı
Hərbi nəşriyyatı
2011 424 300
9.
Dünya düzəlməz
Təknur nəşriyyatı
2011 304 250
10.
Pələng şir və ayı
Təknur nəşriyyatı
2012 400 300
11.
Hamının sevimlisi
Təknur nəşriyyatı
2012 200 300
12.
Ağır faciə
Təknur nəşriyyatı
2012 304 300
13.
Cəsur qardaşlar
Təknur nəşriyyatı
2013 504 500
14.
Şəhidlər unudulmur
Təknur nəşriyyatı
2013 312 500
15.
Qoşa qartal
Təknur nəşriyyatı
2014
500
Ġnternet ünvanı: www.anl.az.
Dostları ilə paylaş: |