Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə100/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   93   94   95   96   97   98   99   100   101

 
206 
 
Bəylər  hərəsi  bir  torba  göstərdilər,  dedilər  bu  gecə  Nəbini  bizə  versən  iki  torba 
qızılın ikisi də sənin. Bəli, belə də şərtləşdilər. Pristav dedi, istəyirsən Təbriz valisinə 
deyim Nəbini özü tutdursun. Nəbi dedi, yox onda sizə bir şey verməzlər. Gedək mən 
özüm tutub onu sizə verim. Bəli, məclis təzədən qızışdı. Nəbi bəyləri yenidən içirib 
kefləndirdi...  elə  ki  gördü,  gecədən  xeyli  keçib,  vaxtdı,  durub  ola  düşdülər.  Nəbi 
sərxoş bəylərin silahı, gülləsi, patronu, nağanı, nəyi vardı, hamısını götürdü, özlərinə 
də  möhkəm  tapşırdı  ki,  dalımca  çapın.  Bəli,  naçalniklər  də  çapa-çapa  Arazı  keçib 
Gorusa üz qoydular. Bir ara pristav soruşdu ki, ay cuvar, yol nə uzun oldu? Buralar 
lap bizim trəflərə oxşayır, nə vaxt bəs çatacağıq? Nəbi dedi:  
 
   -Darıxmayın, az qalmışıq. 
 
Bəli,  səhərə  yavuq  yolçular  atlarının  yüylənlərini  çəkdilər.  Nəbi  onları  atdan 
düşürüb dedi: 
 
   -Möhtərəm  pristav  və  naçalnik,  əllərinizi  yuxarı  qaldırın,  bilin  və  agah  olun  ki, 
tutmaq  istədiyiniz    Qaçaq  Nəbi  mənəm.  Əgər  dediklərimə  əməl  etməsəniz,  o  dəqiqə  
beyninizi göyə sovuracam.  
 
Bunu  eşidəndə  pristavla  naçalnik  bir-birinə  dəydi,  istədilər  əllərini  yuxarı 
qaldırsınlar.    Hirs-hikkədən  ürəkləri  keçdi,  sərildilər  yerə.  Nəbi  onları  silləliyib 
özlərinə  gətirdi.  Pristavla  naçalnik    başladı  yalvarmağa  ki,  bir  qələtdi  eləmişik, 
günahımızdan keç, nə deyirsən gözümüz üstə. 
 
Nəbi dedi: 
 
   -Bax, bura Gorus qazamatıdı. İndi giririk içəri, bütün dustaqları azad edirik. 
 
Pristavla  naçalnik  birağızdan  “baş  üstə”  dedilər.  Bəli,  Nəbi  girdi  qazamata,  açarı 
alıb  başladı  qapıları  açmağa.  Əvvəlcə  dustaqlar  elə  bildilər  ki,  onları  öldürməyə 
aparırlar.  Nəbi  Qanlı  Qocanın  bu  sözünü  eşitdi  ki,  Mehdi,  biz  bayıra  çıxan  kimi 
aradan  çıx.  Deyəsən  bizi  öldürməyə  aparırlar,  Nəbini  tapıb  başımıza  gələnləri  ona 
danış, de ki, qanımızı yerdə qoymasın, çuğulların başını öz əlilə kəssin. 
 
Bunu  eşidən  Nəbi  dözə  bilmədi,  -  Səsinə  qurban  Qanlı  Qoca,  gələn  elə  Nəbidi, 
çuğulum başını özün kəsərsən. 
 
Qazamata bir hay düşdü ki, gəl görəsən. “Nəbi”, “Can Nəbi”, “Nəbi” sözləri aləmi 
bürüdü.  Mehdi  Nəbinin  boynuna  sarılıb  uşaq  kimi  ağladı.  Belə  dönəndə  naçalniki 
gördü,  özünü  saxlaya  bilmədi,    “Ay  qoca  kafir,  nə  tir-tir  əsirsən”  deyə  qanlı-qanlı 
naçalniki süzdü, sonra Qanlı Qocanı səslədi: 
 
   -Ay  Qanlı  Qoca,  başına  dönüm,  bəri  gəl,  hər  şeyi  Nəbiyə  özün  söylə,  gəl  bu 
məlunu cəhənnəmə vasil elə.  
 
Mehdi, bütün başlarına gələni Nəbiyə danışdı. Sən demə onları tutuan naçalniklə 
pristav  qoburnata  vəd  ediblər  ki,  Nəbini  dəstəsi  ilə  birgə  asacağıq.  Naçalnik  də  düz 
qırx gün onları fallaqqaya saldırıb döydürürmüş ki, Nəbinin yerini nişan verin. 
 
Bir gün də uşaqlara qan uddurduğunu görən Mehdi deyir: 
 
   -Ay  naçalnik,  Qaçaq  Nəbi  Arazı  addayıb  o  taya  nə  haqq-hesabın  varsa    get 
onunla  çək,  day  bizə  hər  gün  qan  qusdurduğun  bəsdi,  işimizi  ver  divana.  Divan  nə 
cəza versə qəbulumuzdu. 
 
Bəli, Nəbi bütün bunları eşidəndən  sonra Qanlı Qocaya üzünü tutub dedi: 
 
   -Gorus qazamatın iki dəfə xaraba qoyduq. Üçüncüdən allax saxlasın. İndi ki sizə 
belə  qan  uddurublar,  naçalniklə  pristavı  gətirmişəm  hüzurunuza.  Nə  cəzanız  varsa, 
verin, daha özünüz bilin... 


 
207 
 
Mehdi  ilə  Qanlı  Qoca  elə  bil  bu  sözə  bənd  idilər.  Uşaqlara  göz  elədilər.pristavla 
naçalniki bir göz qırpımında didim-didim diddilər.  
 
Nəbi  uşaqları  da  götürüb  yenidən  dağlara  çəkildi.  Yolda  Kərbəlayının  evinə  baş 
çəkdi, Həcərdən ötrü burnunun ucu göynəyirdi.  
 
Həcəri görüb nə qədər sevindisə Kərbəlayının ölüm yatağına düşməsi onu o qədər 

,
yus elədi. Nəbi doğrudanda Kərbəlayını atası qədər sevirdi.  
 
Nəbinin  hənirini  duyan  Həcər  özünü  eyvandan  Nəbinin  üstünə  atdı.  Xoş-beşdən 
sonra Həcər dedi: 
 
   -Can Nəbi, Kərbəlayı iki gündü canbəsər olub. Elə hey soruşur ki, Nəbi gəlmədi, 
deyirəm yox.deyir ki, indi gələcək, gələn tək mənə xəbər elə.  
 
Doğrudan da Kərbəlayı Nəbini ayaq səslərindən tanıdı, dik qalxıb yerində oturdu. 
Nəbini görəndə ağladı. Nəbi ilə Kərbəlayı uzun illərin həsrətliləri kimi qucaqlaşdılar. 
Kərbəlayı handan-hana toxdadı, zorla gücünü toplayıb dedi: 
 
   -Nəbi,  oğul,  yadındamı  demişdim,  harda  olsan  gəlib  gözümə  bir  ovuc  torpaq 
atarsan, məni  əlinlə qəbirdə  rahatlayıb  gedərsən...   Neçə vaxtdı, yolunu gözləyirdim. 
Məni öz çiynində götür, qoyma it-qurd ruhumu hörmətsiz eləsin. 
 
Kərbəlayı bunu deyib, Nəbini doyunca süzdü və gözlərini həmişəlik yumdu.  
 
Nəbi  gecəni  Kərbəlayının  evində  qaldı.  Yoldaşları  məsələni  bilib  Baş  Həkəriyə 
doluşdular. Səhər açılanda iynə atsaydın yerə düşməzdi.  
 
Divan  atlıları  Həkəri  kəndlərini  gəzə-gəzə  gəlib  Baş  Həkəriyə  çıxdılar. 
Strajniklərin kəndə girdiyini eşidən Nəbi əmr elədi ki, hamını tərksilah edib hüzuruna 
gətirsinlər. 
 
Elə ki hamısı Nəbinin qarşısında dayandı. Nəbi üzünü strajnik başıya tutub dedi: 
 
   -Bax, sizin heç birinizlə işim yoxdu. Bu gün atamı dəfn etməyincə kənddən çıxdı 
yoxdu. Gözləyirsiniz, kişini dəfn edirik, sonra çıxırıq kənddən, silahlarınızıda qaytarıb 
verirəm  özünüzə.  Meyliniz  çəkər  igid  kimi  vuruşarıq,  çəkməz  siz  öz  yolunuza 
gedərsiz, biz də öz yolumuzla. Strajnikbaşının sevindiyindən dili dolaşırdı: 
 
   -Can Nəbi, baş üstə, biz belə gündə heç sənə güllə ataraqmı?! Allah bu pristavla 
nəçənnikin  evini  yıxsın,  bizim  səninlə  nə  işimiz  var,  məgər  bilmirik  sən  necə  igid 
adamsan?!  Ağa  deyir  sür  dərəyə  biz  də  sürürük,  bizim  də  çörəyimiz  buradan  çıxır, 
yoxsa  sənə  bir  güllə  atan  nakişidir.  Yadındamı,  can  Nəbi,  elə  Düldülüsdə  səni  biz 
özümüzaradan çıxardıq, güdaza vermədik.  Heç nəçənnik indi də bilmədi ki, hardan 
keçib dağı aşdın.  
 
Nəbi  strajnikbaşı  Stratsovu  indi  tanıdı.  Doğrudan  da  Düldülüsdə  Stratsov 
strajnikləri Nəbiyə güllə atmağa qoymamışdı. Papağı  ilə yolu göstərib, çıxıb yoldan 
kənarda  dayanmışdı.  Əlqərəz,  Stratsov  sözünün  üstündə  dayandı.  Kərbəlayını  böyük 
təntənə ilə dəfn etdilər.  Axşamçağı qəbir üstündən qayıdarkən Stratsov Nəbiyə xəbər 
göndərdi  ki,  naçalniklə    pristavın  öldürülməsini,  Gorus  qazamatının  dağılmasını 
padşaha  xəbər  veriblər.  Qoburnat  özü  də  böyük  dəstə  ilə  Gorusa  yola  düşüb. 
Buralarda çox ləngimə, tez aradan çıx. 
 
Söz Nəbinin ağlına batdı. Stratsov silahları da götürmədi. Dedi: 
 
  -Silahları  götürsək  bizə  inanmazlar,    hamımızı  Sibirə  sürərlər.  Yaxşısı  budur 
deyərik  ki,  Nəbi  bizi  tərksilah  elədi,  nə  qədər  patronumuz  da  var,  alın  ancaq  atanda 
ağzını bizə tərəf tutmayın ha!.. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə