Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə93/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   89   90   91   92   93   94   95   96   ...   101

 
192 
övladlığa  götürdü.  Mollaxanada  oxutdu,  sonra  da  Kərbəla  ziyarətinə  göndərib  məni 
kərbəlayı  elədi.  İndi  də  onun  çörəyini  yeyirəm.  Onu  oğul  kimi  dəfn  elədim.  Öləndə 
mənə bir tüfəng vəsiyyət elədi. Dedi ki, kimə versən, igidə ver. Bu elə bir tüfəngdi ki, 
düşməni  özünə  çəkir,  bundan  açılan  güllə  hələ  hədəfdən  yan  keçməyib.  Bir  halda  ki, 
Zəngəzur  dağlarına  çəkilirsn,  bu  Aynalı  tüfəngini  də  sənə  verirəm.  Bir  də  ay  oğul, 
tövlədə bir boz dayça var, hələ yüyənə düşməyib. Onu yüyənlə, min tərkinə. Unutma ki, 
bu adi dayça  deyil,   Bozqır  at  nəslindəndir,  elə  adını  da  Bozat  qoy...  Boz  at səni heç 
vaxt  darda  qoymaz.  O  ki  qaldı  Həcərə,  nə  qədər  sağam,  Həcər  üçün  mənim  evim  ən 
yaxşı sığınacaqdır, heç kim ona dəyə bilməz. Məndən sonra isə özün harda, Həcər də 
orda.  Onu  tək  qoyma!  Bundan  sonra  adını  də  Nəbi  yox,  Qaçaq  Nəbi  qoydum.  Zülm 
əlindən  qaçaq  Nəbi!  Bir  də  oğul,  az-çox  süfrəmdə  çörək  yemisən,  sənə  vəsiyyətim 
budur ki, heç və
,
də nahaq qan tökmə! Yoxsula, kasıba, əlsizə müdam dayaq ol! Bir də 
Ala  dağda  da  olsan,  eşitsən  ki,  ölmüşəm  məni  gəl  dəfn  elə,  heç  kəs  buna  görə  sənə 
dəyib-toxunmaz!   
 
Nəbi Kərbəlayı Məhəmmədin əlini öpdü, ona məhəbbəti bir idi, oldu min. 
 
Nəbi “Aynalı”nı yoxladı, patrondaşını belinə bağladı. Bozatı yüyənlədi, bir Həcərə 
baxdı, bir də Kərbəlayı Məhəmmədə, gözləri doldu. 
 
   -Get  yerini,  yurdunu  rahatla,  Həcərdən  nigaran  qalma!  Harda  olsan,  allah 
köməyin olsun!  
 
Dan yeri söküləndə Zəngəzur dağlarında  bir kişnərti əks-səda verdi, bir güllə səsi 
eşidildi.    Bu  əks-sədanı  hampalar,  bəylər  yaxşı  eşitdi,  bununla  Nəbi  elə  bil  ömrünün 
yeni  bir  gününə,  vuruşlu,  döyüşlü,    çovğunlu-boranlı,  şərəfli  bir  gününə  qədəm 
qoyurdu.. 
 
Nəbi  üç  gündən  sonar  qayıtdı.  Həcərə  bir  dəst  qaçaq  paltarı  gətirmişdi.  Nəbi 
Kərbəlayıya dil-ağız elədi. Dedi ki, dağlarda yerimi rahatlayım, Həcər yol-irizi tanısın, 
gətirib  gecə  qoyacam  sənin  yanına.  Kərbəlayı    da  razılıq  verdi.  Elə  o  gecə  Nəbi 
Kərbəlayı  Məhəmmədlə  halal-hümmət  eləyib  Zəngəzur  dağlarına  çəkildi.  Qaçaq  Nəbi 
dağlara  çəkiləni  bir  dəqiqə  də  boş  dayanmamışdı.  Salvartının  ən  uca  zirvəsində 
quşqonmaz  qayalıqlar  arasındakı  bir  mağarada  özünə  sığınacaq  düzəltmişdi.  Bura 
yüzdən  çox  adamın  yerləşə  biləcəyi  gizli  yeraltı  yolu  olan  böyük  bir  mağara  idi. 
Deyirlər, ötən əsrlərdə də burada qəhrəmanlar yaşamış, bu sıldırım qayalar çox igidləri 
qoynuna  alıb  qorumuşdu,  nə  qar,  nə  çovğun  mağarada  yaşayanlara  xətər  yetirə 
bilməmişdi.  Bir  qoşun  gəlsə  idi  də  bura  çıxa  bilməzdi.  Qaçaq  Nəbi  yeraltı  yolla  gəlib 
mağaraya  çıxdı.  Həcər  mağarada  yıryığış  elədi…    Bəli,  mağara  lap  bərli-bəzəkli  bir 

,
bədə oxşadı. Bura Həcərin çox xoşuna gəlmişdi.  
 
Bir  müdəət  Qaçaq  Nəbi  Həcərlə  burada  yaşadı.  Bir  gecə  Həcərin  yadına  evləri 
düşdü.  Nəbi  də  ev-eşikdən  yaman  nigaran  idi.  Atlara  minib  yola  düşdülər.  Gecədən 
xeyli  keçmiş  Nəbi  Molluya  çatdı.  Kəndin  kənarındakı  əkinçilərlə  görüşdü.  Hamı 
Nəbiylə  əl  tutdu.  Qoça  Arşak  ağladı.  Nəbi  dərdini  soruşdu.  Əkinçilər  başlarını  aşağı 
dikdilər, kimsə dedi. 
 
   -Dərdin  alım,  ay  Nəbi,  evə  baş  çək!  Mahmud  hampa  ilə  Əli  bəy  Alo  kişini 
meydanda ağaca bağlayıb döyüb öldürdülər. Dünən torpağa tapşırdıq... 
 
Qan Nəbinin beyninə vurdu, daha dözə bilmədi. Düz evə gəldi. Gözəlin doqqazda 
oturub ağı dediyini eşidində Nəbinin qəlbi lap qubarlandı: 
 
 
 
 
 
 
 


 
193 
Dağlar marala qaldı, 
      Otu sarala qaldı. 
 Oğul yolun gözlədim, 
Gözüm qaralı qaldı... 
 
      Ulu dağlar, 
     Çevrəsi sulu dağlar
                                                     Yad əldə qəbrə getdin 
      Göy kişnər, bulud ağlar... 
 
 
 
 
 
      
 
      Bu dərdi yazan gəlsin, 
 
 
 
 
 
      Qəbrimi qazan gəlsin
 
 
 
 
 
      A Gözəl, Alo təkdi 
 
 
 
 
 
      Allahdan cəzan gəlsin. 
 
 
 
Nəbi  Gözəlin  ayaqlarına  sarmaşıb  hönkürdü.  Bir  xeyli  ona  qoşulub  ağladı. 
Handan-hana özünə gəldi. Gözəl Alonun başına gətirilən müsibəti başdan-ayağa Nəbiyə 
danışdı.  Nəbi  duruş  gətirmədi.  Gözəli  aparıb  Xanalı  kişinin  evinə  qoydu,  onlarla  da 
görüşüb atını məhmizlədi. Düz gəldi, Əli bəyin darvazasına, ehmalca qapını tıqqıldatdı. 
Hay verəndən Əli bəyi soruşdu. Dedi pristav onu gözləyir, tez geyinib düşsün aşağıya. 
Əli bəy ta bayaq  yaraqlı-yaraqlı, atın belində çıxdı qapıya. Nəbi atının başını buraxıb 
“Gedək”  deyə  səsləndi.  Bir  az  getmişdilər  Nəbi  atının  başını  döndərib  “Aynalı”nı 
tuşladı Əli bəyin alnına!  
 
 
   -Əllər yuxarı! 
 
Əli bəyin tüfəngi yerə düşdü. Nəbi onu tərkisilah elədi, sonra da dedi ki, indi gedək 
Mahmud hampagilə, onunla işim var. 
 
Əli  bəy  bu  vaxt  Nəbini  tanıdı,  dil  çıxarıb  yalvarmağa  başladı  ki,  amanın  bir 
günüdü, mənim günahım yoxdu, Alonu hampa öldürdü, mən günahsızam. 
 
Nəbi dedi: 
 
   -Yaxşı, baxarıq, indi Mahmud hampanı çağır. 
 
Əli bəy Mahmud hampanı çağırdı. 
 
Nəbi onu da tərkisilah elədi. Hər ikisini qabağına qatıb düz Alo kişini öldürdükləri 
meydana gətirdi. Üzünü Mahmud hampaya tutub dedi: 
 
   -Alo kişini hansı ağaca sarımışdız?  
 
Mahmud hampa yıxıldı Nəbinin  ayağına ki, amanın bir günüdü, günahımdan keç... 
 
Əlqərəz,  Mahmud  hampa  ağacı  göstərdi  və  dedi  ki,  Alo  kişinin  Əli  bəyə  taxıl 
borcu vardı, ona görə də onu öldürüblər.  
 
Nəbi: 
 
   -Eybi yox, borclu borclunun sağlığını istər – deyib onları ağaca sarıdı. O ki var 
döydü. Sonra da hərəsinin alnına bir güllə sıxdı.  
 
Ordan düz Əli bəyin həyətinə gəldi. Arvad-uşağa toxunmadı, hamını evə göndərdi, 
Əli  bəyin  anbarındakı  taxıldan  dörd  kisəyə  əl  dəymədi.  Qalan  yüz  kisəni  payladı 
kəndlilərə. Gecə vaxtı kəndlilər taxılı bir göz qırpımında apardılar. Hamı Nəbiyə alqış 
elədi. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə