Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə89/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   85   86   87   88   89   90   91   92   ...   101

 
184 
gövdəsinə söykəndi. Nəbi həyət-bacaya göz gəzdirdi, Alo ilə halal-hümmət elədi, 
bacılarını öpüb, anasının qabağında dayandı. Bu vaxt hiss elədi ki, dizləri titrədi, 
şalvarın sökülmüş yamaqlarından canına bir üşütmə keçdi. 
Nəbi anasına sığındı, ona pıçıltı ilə nə dedisə Gözəl yaxşı eşidə bilmədi. Bir də onu 
gördü ki, Nəbi qatırın tərkində darvazadan xeyli uzaqlaşıb 
Nəbi qanrılıb arxaya anasının hələ də söykəndiyi yerdən tərpənmədiyini, gördü, körpə 
qəlbinə nəsə doldu. Nəbinin hönkürtüsü Həkərinin qıjıltısına qarışdı. 
... Kərbəlayı Məhəmməd Nəbinin gəlişinə çox şad oldu. Doğrusu Kərbəlayı onun 
gələcəyinə, Gözəlin uşağı buraxacağına heç inanmırdı. Nəbini həyət qapısında görəndə 
Kürd Əlini səslədi. Kürd Əli Nəbini qarşıladı, qatırın yüyənini tutub, uşağı ehmalca 
yerə endirdi. Nəbi mərifətli uşaq idi. Qatırdan düşüb düz Kərbəlayının qarşısına gəldi, 
ədəblə onunla görüşdü. Kərbəlayı iki gün Nəbiyə dinclik verdi onu həyət-bacası ilə 
tanış elədi. Arvadı Hükərin xanım da Nəbiyə mehribanlıq göstərdi. 
Nəbi elə bil bu evin nökəri yox, yaxın bir adamı idi. Ev sahibləri də onu beləcə qəbul 
etmiş, Nəbini sıxılmağa qoymurdular. Kərbəlayı Nəbini yuxarı otaqlarda yatmağa dəvət 
edəndə Nəbi utandı. “Yox Kərbəlayı əmi, mən Kürd Əlinin otağında qalaram, ora 
rahatdır, bir də ki Kürd Əli yatacağı rahatlayıb. İzin versən elə onunla qalaram” , 
deyəndə Kərbəlayı etiraz eləmədi: 
-Yaxşı, könlün necə istəyir, qoy elə də olsun – deyə gülümsədi. 
Ertəsi gün Kərbəlayı Kürd Əlini yanına çağırıb Nəbi üçün bir dəst qalın paltar, çarıq, 
yapıncı sufariş elədi. İki gündən sonra Nəbi yarlı-yaraşıqlı bir pəhləvan kimi quzuları 
örüşə apardı. 
Kürd Əli quzuya gedən uşağın arxasınca baxıb hər gün “Allah səni yaman gözdən 
saxlasın” deyə yola salar, axşam da gülərüzlə qarşılayıb quzuları rahatlardı. Kürd Əli 
Nəbini çox əzizlərdi. Axşamlar Nəbiyə eşidib-bildiyi nağıldan, hekayətdən danışardı. 
Qaçaqların igidlikləri barədə Kürd Əlinin söhbətləri Nəbinin lap xoşuna gələrdi. Bəzən 
o bir əhvalatı ona bir neçə dəfə söylədərdi. Darğa və pristavların qaçaqlardan qorxması 
Nəbiyə ləzzət eləyərdi. 
Bir gün Novruz bayramı axşamı Kərbəlayı Məhəmmədin qapısını Mahmud hampa 
döydü. Kərbəlayının evdə olub-olmamağını soruşmadan nökəri səslədi. Qapıya Nəbi 
çıxdı: 
-Nökər mənəm, nə buyuracaqsınız – deyə hampaya baxdı. 
-Küçük oğlu, nə gözünü bərəldirsən, çarığını bərkit düş qabağıma, məscid üçün ellik 
düzəltmişik, təzə binəyə daş tökməliyik – dedi. 
Nəbinin söyüşdən heç xoşu gəlməzdi. İndi hampanın onu söyməsi lap şəstinə toxundu. 
Cəftədən tutub “küçük dədə-babandır, get özün tök” deyə qapını hampanın başına elə 
çırpdı ki, hampa qorxudan iki addım dala sıçradı. 
Pristav yanında böyük hörməti olan Kərbəlayı hampanın hərəkətini biləndə cin atına 
mindi. Kürd Əlini göndərib hampanı çağırtdırdı, Nəbinin yanında onu o  ki var danladı. 
O gündən hampa Nəbi ilə düşmən oldu. 
Aylar keçdi, Nəbi boya-başa yetdi, bığıburma bir cavan oldu. Kərbəlayının gözünün 
ağı-qarası Gülsabah da böyüyüb ərgən yaşına yetirdi. Kərbəlayı deyirdi ki, qıza ki 
papaq vurdun, yıxılmadı demək ərə vermək olar. Ancaq nədənsə yaman ehtiyatlı 
tərpənir, hələ mətləbini nə Nəbiyə, nə də tez-tez onu yoluxmağa gələn Aloya açırdı. 
Nəbiynən Gülsabah da deyə-gülə bir həyətdə dolanırdılar. 


 
185 
Kərbəlayı onlara baxdıqca həmişə sevinir, Nəbinin boy-buxunu, hazırcavablığı, 
mərdliyi, əyilməzliyi onun xoşuna gələrdi. Lakin öz-özünə hərdən  də deyərdi ki, yox, 
zəmanə adamı deyil, belə adamın günü-rüzgarı pis keçəcək, bəylər, hampalar qudurğan
Nəbi də söz götürməyən... 
 
GÜLSABAHIN ÖLDÜRÜLMƏSĠ 
 
 
… Bir gün Nəbi sürünü həyətə gətirəndə gördü ki, Kərbəlayının evindən bir şivən 
qalxıb ki, gəl görəsən. Sürünü başsız buraxıb tez evə yüyürdü. Gördü Kərbəlayı başına-
gözünə  döyməkdən  özünü  haldan  salıb.  Nəbini  görəndə  uşaq  kimi  ağlamağa  başladı, 
özünü  Nəbinin  qolları  üstünə  atıb  huşunu  itirdi.  Nəbi  məsələdən  hali  oldu.  Bildi  ki, 
elatla  ziyarətgaha  gedənlər  Gülsabahı  da  özləri  ilə  aparıblar.  Ziyarətgaha  atla  gələn 
Mahmud hampa atın cilovunu bir budağa bənd eləyib, necə olubsa hürkən at, Gülsabahı 
ayağı  altına  alıb  öldürüb.  Bunu  biləndə  Nəbi  də  uşaq  kimi  hönkürməyə  başladı. 
Handan-hana  özünə  gələn  Kərbəlayı    “Bu  qanlı  yerdə  qoymaram,  Mahmud  hampa 
bəyəm  uşaqdı,  bilmirdi  ki,  hürkək  atı  budağa  bağlamazlar”  deyə  ağlayıb  göz  yaşı 
tökürdü. 
 
Bir  də  eşitdilər  ki,  həyətdə  hay  düşüb.  Nəbi  Mahmud  hampanı  hardansa  tapıb 
həyətə salıb. Əlindən qırmançını alıb, özünü də çəkib salıb, atdan yerə. Hampanın başı-
gözü al-qan içində idi.  
 
Nəbi  onu  huşunu  itirincə  döydü.  Kərbəlayı  Məhəmməd  gəlib  onun  cəmdəyinə 
möhkəmcə bir təpik çəkəndən sonar dedi: 
 
   -Ah oğlum, indi bir az ürəyim soyudu. Bu it oğlu iti atın darvazadan bayıra… 
 
Nəbi  hampanın  nə  vaxt  özünə  gəldiyini  bilmədi,  üç  gecə  Kərbəlayının  yanında 
oturdu. Deyirlər torpağın üzü soyuqdu. Elə ki Gülsabahı torpağa tapşırdılar, Kərbəlayı 
azca  toxtadı.  Amma  bu  tərəfdən  də  Kürd  Əli  başıalovlu  gəldi  ki,  divan  adamları 
Nəbinin  əl-qolunu  bağlayıb  apardılar.  Kərbəlayı  elə  yerindən  tərpənmək  istəyirdi  ki, 
dedilər Divanbəyi hüzura gəlib!  
 
Insafən Divanbəyi Kərbəlayının xətrini çox istəyirdi. Indi onun dərdinə şərik oldu, 
xeyli təskinlik verdi. Ayağa qalxanda Divanbəyi ona bir qulluğu, sözü olub-olmadığını 
soruşanda Kərbəlayı Məhəmməd dedi: 
 
   -Dərdin  alım,  bu  işi  başıma  Mahmud  hampa  gətirib.  Uşaq  da  bir  az  qalmaqal 
salıb.  Tutub  əl-qolunu  bağlayıb  divana  apardılar.  Minnətim  odur  ki,  elə  Nəbini 
buraxasan.  
 
   -Kərbəlayı, Nəbi sənin nökərindimi? – deyə təəccüblə soruşdu. 
 
Kərbəlayı dedi: 
 
   -Nökər yox, elə bizim evin uşağıdı, bu da mənə təzə bir dərd olar.  
 
Divanbəyi  nə  fikirləşdisə,  “baş  üst,  indi  gedib,  günahından  keçərəm”  deyə  əlini 
gözünün üstündə apardı.  
O gündən Nəbi Kərbəlayı Məhəmmədə birə-min hörmət elədi. Bir gün Nəbi dedi:  
 
   -Kərbəlayı əmi, bu dünyada heç nəyin fikrini eləmə, nə qədər mən sağam, daim 
qulluğunda varam.  
 
Kərbəlayı  da  Nəbinin  xətrini  çox  istəyirdi,  onun  bu  sözündən  çox  xoşhal  oldu, 
axşam  namazından  sonar  Nəbini  şama  çağırdı,  ordan-burdan  söhbət  saldı,  süfrə 
yığışandan sonar dedi: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə