Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə86/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   82   83   84   85   86   87   88   89   ...   101

 
177 
 
Hirs Səlim bəyin başına vurdu. Hərflər gözlərinə böcəklər kimi görünürdü... 
Beçarov  isə  özünü  tox  tutmaq  istıyirdi,  lakin  bacarmadı.  Qorxudan  gözləri 
çanağından çıxmışdı. Çeşməyin altında gah Səlim bəyin donuq sifətinə, gah da atın 
üstündə tapanacasını onlara tuşlayıb durmuş qaçağa baxırdı. 
  
   -Naçalnik, Qaçaq Nəbi nə yazıb! 
 
Səlim bəy hirsli-hirsli cavab verdi. 
 
   -Cənab  müstəntiq,  deyəsən,  o  quldurun  ölümü  yaxınlaşıb!  Keçinin 
buynuzu gecişəndə çobanın çomağına sürtər! – Səlim bəy dilini hirsdən partlamış 
dodaqlarına çəkib məktubu oxumağa başladı: 
 
 
“Əfətli Səlim, sən də özünü Qarabağda kişi sayırsan. Əslində baxanda, səndə 
kişilikdən  bir  nişanə  belə  yoxdur.    Heyif  başındakı  o  papağa!  Sən  gərək  arvad 
ləçəyi bağlayasan. Qardaşınla adama bir yabı minib düşmüsən qoşunun qabağına; 
bu  dağ  mənim,  o  dağ  sənin...  məni  axtarırsınız.  Kişi  də  zənənə  əl  qaldırarmı? 
Hərgah  qaçaq  mənəmsə,  gəl  burda  –  Üçtəpənin  düzündə  qabaq-qarşı  vuruşaq, 
görək kişi kimdir. Yaralı zənəni Qızıl qayada beş yüz quldurla əsir etməyi kişilik 
saymıram.  Qısası,  bu  kağız  sənə  çatan  kimi  mənim  şahinim  Həcər  xanımı, 
qayınatam  Kərbəlayı  Xanalını,  dostlarımdan  cuvar  Kərimi  qazamatdan 
buraxmasan,  özünü  ölmüş  bil.  Əvvəlcə  qazamatı  dağıdıb  bütün  dustaqları  azad 
edəcəyəm,  sonra  da  düz  Qarabağa  gedəcəyəm.  Əfətlidəki  malikanəni  Kərbəlayı 
Cəfərin  malikanəsi  kimi,  yandırıb  külünü  göyə  sovuracağam,  bütün  nəsil-
nəcabətini  də  qılıncdan  keçirəcəyəm!  Özünü  isə  tutub,  boğazına  qurğuşun  əridib 
tökəcəyəm! Indi özün bil, məndən xəbərdarlıq etməkdir. 
Qaçaq 
Nəbi”.  
 
Səlim  bəy  məktubu  oxuyub  qurtarandan  sonra  onu  ovcunda  sıxcaladı. 
Qalayçı Osman sanki Səlim bəyi kürədən yenicə çıxarmışdı. 
 
   -Demək,  belə...    quldurun  cəsarətinə  bax!..      –  Səlim  bəy  cəld  əlini 
tapancasına atdı, lakin Mehdini görə bilmədi. – O, necə oldu?! 
 
Naçalnik məktubu oxuyunca Mehdi köhləninə dəyib aradan çıxmışdı.  
 
   -Kəsin onun səsini! 
 
Keşikçilər  tüfənglərin  qundağı  ilə  dəmir  qapını  döyüb,  Həcərin  mahnısını 
qarışdırdılar. Səlim bəy məktubu cırıq-cırıq elədi və Beçarovun başına sovurdu. 
   -Maymaq,  bəs  niyə  o  qulduru  vurmadın?!  Al,  bunlarıda  maddəyə,  sübuta 
sal!  
-Naçalnik, mənim günahım nədir? 
-Günahın, günahın...  kağız-kuğuzun içində eşələnmək! O boyda İravan 
quberniyasının  baş  müstəntiqisən.  Mən  məktubu  oxuyunca  qulduru 
qaçırtdın! 
 
Beçarov  arıq  çiyinlərini  qısdı-Səlim  bəyin  hədələri  xoşuna  gəlməmişdi. 
Onun  kabinetindən  tez  çıxıb  getmək  istəyirdi.  Odur  ki,  Qaçaq  Nəbi  barəsində 
xəbərlər, 
məqalələr 
dərc 
olunmuş,  Rusiyada  çıxan  «Новое  время», 
«Петербургские ведемости», «Нихнегородский листок» sair qəzet-jurnalları bir 
qovluğ,  Tiflisdə  nəşr  olunan  “Mşaq”,  “Kavkaz”  və  “Tiflisiskiy  listok”  qəzet-


 
178 
jurnallarını  isə  başqa  qovluğa  doldururdu.  Qovluqları  möhkəm  bağlayıb  qapının 
ağzına yığdı.  
 
Səlim  bəy  qızıl  müştüyünü  tüstülədə-tüstülədə  ayı  dərisi  döşənmiş 
kabinetində  yenə  var-gəl  edirdi.  “Axmaq  quldurun  cəsarətinə  bir  bax!  Günün 
günorta çağı mənə ultimatum göndərir. Mən onun arvadını... Yox, fikirləşib ağıllı 
hökm çıxarmalıyam.  Atam həmişə deyir ki, ağıllı padşahlar hirslənəndə heç vaxt 
ferman vermirlər”. 
 
Beçarov  qovluqları  həyətdə  dayanmış  faytona  daşıyırdı.  Səlim  bəy  isə  çay 
gətirtdirib  hirsini  bir  balaca  soyutmuşdu.  Artıq  o,  “fərman  verməyə”  tələsmirdi. 
Stolun üstündəki balaca zəngi yavaşca cingildədib gözətçini çağırdı. Qapı açılanda 
sarıbığ, yekəpər, zəhmli bir kazakın başı içəri soxuldu. 
 
   -Əmrinizə hazıram, cənab naçalnik! 
 
   -Baş qazamat  keşikçisini yanıma cağır! 
 
   -Bu saat, cənab naçalnik! 
 
Elə  bu  vaxt  hay-küy  eşidildi;  Qaçaq  Nəbinin  dəstəsi  coşğun  dağ  selinə 
dönüb Gorusun küçələrinə axmışdı. Bozatın belinə sanki dağ qartalı qonmuşdu. At 
irəli  şığıdıqca  Qaçaq  Nəbinin  qara  yapıncısının  ətəkləri  qartal  qanadları  təki 
açılırdı. Aynalı açılırdı. Aynalı yenə onun əlində guruldayırdı. 
 
   -İgidlər, dağıdın qazamatı! Gərək zindanda bir nəfər də dustaq qalmasın! 
 
Şəhərə çaxnaşma düşdü. Keşikçilər qorxularından qaçıb qazamatın tinlərində 
səngərə yatmışdılar. Ayağı yer tutan qaçırdı. Hara qaçırdı, kimdən qaçırdı-özləri də 
bilmirdilər. 
 
Qaçaqlar  keşikçiləri  qovub  qazamatı  dövrələdilər.  Həyət-bacalarda  seyrək 
güllə səsləri eşidilirdi. Qaçaq Nəbini tanıyan adamlar sevinirdilər: 
 
   -Ara,  ora  bax,  o  bığlı  kişi  Qaçaq  Nəbidi.  Gör  Bozatın  belində  necə 
oturub!.. Elə bil qızılquşdur. 
 
   -Onun başına pırlanım, gör keşikçilərin biri gözə dəyir? 
 
   -Ara, o Qaçaq Nəbinin yanındakı kimdir?  
 
   -Qardaşı Mehdidir də. O da qardaşı kimi qoçaq oğlandır. 
 
   -A başına pırlanım, o burnu yekə kişi qaçaq erməniyə oxşayır. 
 
   -Ara,  ermənidir  də.  Adı  da  Karapetdir.  Nəbinin  deyirlər  sağ  əlidir.  Tacir 
Hacı Fərəcoğlu deyir ki, mənim evimi Nəbi yox, Karapet yıxıb. 
 
Qaçaq Nəbi  Səlim bəyi çox pis vaxtda yaxalamışdı. Bəy mühafizədəki olub-
qalan doxsan silahlı keşikçisi ilə Qaçaq Nəbinin qabağına çıxsaydı, ağılsızlıq etmiş 
olardı.  O,  qaçaqların  gücünə  yaxşı  bələd  idi.  Həmişə  azı  beş  yüz  silahlı  kazakla 
vuruşmağa adət etmişdi. Bəs indi hanı o qüvvə? “Onsuz da Qaçaq Nəbinin ömrünə 
az qalıb. Rus, İran və Türkiyə  hökümətinin əli ilə ona cənubda, Türkiyənin Larnı 
kəndində  elə  bir  tor  qurmuşuq  ki,  ağlım  çətin  kəsir  bu  dəfə  o,  tordan  salamat 
qurtara bilsin. Qan tökməyin nə mənası! Tacir Hacı Fərəcoğlu  bütün  olub-qalan 
var-dövlətini Qaçaq Nəbinin ölümü yolunda qoyub. Demək, o quldurbaşının qəbri 
qazılıb.    Daha  mənə  nə    olub  ki,  günün  günorta  çağı  səksən-doxsan  keşikçi  ilə 
Gorusun küçələrində Qaçaq Nəbinin quldurları ilə atışam. Məğlub olsam, gərək ya 
özümü güllə ilə vuram,  ya da Kərbəlayı Cəfər təki Zəngəzurdan baş alıb gedəm. 
Gələcək  çətin  mübarizə  üçün  mən  özümü  qorumalıyam.  Qaraquş  sümüyü  ölçüb 
sonra udar”. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə