Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə83/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   79   80   81   82   83   84   85   86   ...   101

 
171 
də  mərdliklə  qorumalıyam!  Məni  öldürsələr  də,  Həcər  xanımın  yerini 
deməyəcəyəm!..” 
 
Yasavullar Ələkbərin qollarını qandallayıb qabaqlarına qatdılar. Onu sümbə 
ilə döyürdülər. 
 
   -Yeri,  köpəkoğlu,  Həcər  xanımı  hansı  cəhənnəmdə  gizlətmisən,  yeri  o 
cəngini bizə göstər, yoxsa səni Qızıl qayadan atarıq! 
 
Səlim bəy qoşunla Qızıl qayaya tərəf dırmaşırdı... 
 
Çoban  Ələkbərin  ümidi  azalmışdı:  “Hardasan,  ay  Qaçaq  Nəbi,  gəl  bizi  bu 
qatillərin əlindən qutar!” 
 
Bu  vaxt  Kərbəlayı  Xanalı  nəvəsi  Araz  kürəyində  qızı  Həcərin  qolundan 
tutub onları çox çətinliklə Qızıl qayaya gedən kəmərdən keçirirdi. Gündüzlər dağ 
keçilərinin  atlanmağa  cəsarət  edə  bilmədiyi  bu  sıldırım  kəmərdən  salamat  yaxa 
qurtarmaq  heç  də  asan  deyildi.  Sanki  ata,  bala,  nəvə  göyün  yeddinci  qatına 
qalxırdı. Duman layları pərdə kimi bir-birinin üstünə çinnənirdi. Həcər xanım çox 
üzgün idi. Yaraları onu bərk incidirdi. Lakin ufuldayıb atasını kövrəltmirdi. Belinə 
iki  dolu  kəmər  bağlamışdı.  Tüfənginin  qayışını  çiyninə  keçirmişdi.  Əgər  ayağı 
qayadan üzülsəydi, sağ tikəsi belə tapılmazdı... 
 
Ələkbərin çığırtısını eşitdikcə ayaq saxlayırdılar: 
 
  -Ata,  kişini  öldürürlər!  Gülləmiz  çoxdur,  daha  hara  gedirik,  onsuzda 
dünyaya bir dəfə gəlmişik.  
 
Xanalı qızının qolundan mehribanlıqda tutub onu insan nəfəsindən uzaq dağ 
cəbhələrinə çəkirdi: 
 
   -Qızım, düşmən güclüdür, başa düşürsənmi nə deyirəm? 
 
Çox  güclüdür!    Səlim  bəy  dörd  yüz  kazakla  Qızıl  qayanı  dövrələyib. 
Əclaflar çoban Ələkbəri öldürməsələr yaxşıdır. 
 
Həcər xanım əlini qayaya söykəyib dayandı: 
 
  -Yox ata, daha heç hara getməyək! Qoy gəlsinlər!  Burax qolumu Ələkbəri 
tək qoymaq olmaz!... 
 
Kərbəlayı  Xanalı  yaralı  qızının  əsir  alınmasından  qorxurdu.  Əgər  hökmü 
çatsaydı,  neçə il əvvəl elçiliyə gələndə öz “nəzakətli danışığı ilə” onu ovsunlayan 
hiyləgər Səlim bəyin ürəyini indi çıxarıb qızının gözü qabağında şişə taxardı. Bəy, 
Həcər  xanımını  acığına  kişinin  bir  cüt  qoşa  tərlanını  qandallayıb  Sibirə 
göndərmişdi, indi isə qızının izinə düşmüşdü. 
 
Çobanların səs-küyü hələ də eşidilməkdə idi. Itlər yenə Qızıl qayaya hücum 
çəkmişdi.  
 
Bəylər yaxınlaşan kimi Həcər səngərə yatdı: 
 
   -Qoy gəlsinlər görək ata! 
 
   -Qızım, sənə dava eləmək olmaz! Qorxuram yarandan qan açıla!  
 
   -Yox, ata, dedim ki, insan dünyaya bir dəfə gəlir!.. 
 
Həcərin  ayaqlarının  altından  qopan  daşların  səsini  Ələkbərdə  eşitdi.  Sanki 
bütün dağı onun kürəyinə aşırdılar. “Hər şey bitdi!.. hər şey bitdi!..” 
 
Səlim  bəy  ovçu təki marığa  yatmışdı. Hərdən  irəli sürünür, hərdən  dayanıb 
daş uçan tərəfə qulaq verirdi. Dostları onun arxasınca Qızıl qayaya dırmanırdılar. 
Yasavul Tuğay çoban Ələkbəri itələyib yıxmışdı: 


 
172 
 
   -Köpək  oğlu  köpək,  it  kimi  gəbər!  Daha  sənə  ehtiyacımız  yoxdur.  Həcər 
xanımgilin  ayağının  altından  qopan  daşlar  hər  şeyi  bizə  bildirdi.  Əgər  onların 
yerini desəydin, heç səni bu günə salmazdıq. 
 
Çoban  Ələkbər  öz  canının  yox,  dostlarının  hayına  qalmışdı.  Dili  çənəsinə  
bağlandığından  danışa  bilmirdi.    Can  verən  adamlar  təki  xırıldayırdı.  Öz-özünü 
danlayırdı:  “Heybədən  məlhəm  tapmasaydılar,  məndən  şübhələnməzdilər;  bu 
yazıqları  da  ata-bala  qovub  Qızıl  qayaya  çıxarmazdılar.  Mən  indi  onlara  necə 
kömək edə bilərəm?!” 
 
Ələkbər  birdən  böyründə  quyruğunu  bulayan  itinin  hənirtisini  duydu. 
Mehriban iti onun üz-gözünü imsiləyirdi. It sanki dil açmaq istəyirdi, ancaq qəribə 
mırıltıdan  başqa  heç  bir  şey  anlada  bilmirdi.  It  sahibini  imsiləyərkən  iti  dişləri 
girişə    ilişdi.  Dartınanda  giriş  qırıldı.  Ələkbərin  dili  şişmişdi,  ağzında  güclə 
hərlənirdi.  O,  ayağa  qalxıb  haray  salmaq  üçün  obaya  tərəf  üz  qoydu.  It  onun 
qabağına düşüb hürə-hürə alaçıqlara sarı qaçırdı.  
 
Səlim  bəyin  adamları  Həcər  xanımın  yolunu  kəsmişdilər.  Lakin  duman 
olduğundan atəş açmağın əhəmiyyəti yox idi. Səlim bəy Həcər xanımı diri tutmaq 
fikrində  idi.  Elə  ki,  səhərə  yaxın  duman  seyrəldi,  Qızıl  qaya  atəş  səsindən  dik 
atıldı... 
 
Həcər xanım yaralı olsa da daş səngərə yatıb atası ilə birlikdə düşməni geri 
oturdurdu.  Çoxlu  adam  yaralanmışdı,  ölənlər  də  vardı.  Lakin  Həcər  xanım  təslim 
olmurdu.  Səlim  bəy  Həcərin  səngərinin  üstündəki  qayaya  dırmanmışdı.  Onun 
üstünə  atılmağa  fürsət  gözləyirdi.    Bəylər,  kazaklar,  yasavullar  güllələri  Həcərin 
başının  üstündəın  atırdılar.  Həcər  xanım  tapancasındakı  son  gülləsini  öz  yaralı 
köksünə  sıxmaq  istərkən  birdən  Səlim  bəy  qayanın  üstündən  onun  böyrünə 
hoppandı və fövqəl
,
adə bir cəldliklə biləyindən yapışdı:  
 
   -Dayanın, dustaqsınız!.. 
 
Körpəni  bərk-bərk  köksünə  sıxmış  Kərbəlayı  Xanalı  Səlim  bəyin  azğın 
hərəkətinə  dözə  bilmədi;  Arazı  daşın  taxcasına  qoyub  düşməni  ilə  əlbəyaxa  oldu. 
Bəylər  bu  qorxulu  dava-dalaşı  yatırmaq  istəyirdilərsə  də,  bacarmırdılar.  Araz 
ağlayıb anasının qılçalarından  yapışmışdı...Səlim bəy uşağı kənara itələyib Həcər 
xanımın  qoluna  qandal  vurdu.  O,  Həcər  xanımı  əsir  almağınaçox  sevinirdi. 
Istədiyinə nail olmuşdu. 
 
HƏCƏR XANIMIN TÜRMƏDƏN BURAXILMASI 
 
 
Səlim  bəyin  kabineti  qazamatla  üzbəüz  idi.  Pəncərələri  Həcər  xanımın 
yatdığı  biradamlıq  dar,  qaranlıq,  rütubətli  zirzəmiyə  açılırdı.  Əgər  onun  əlacı 
olsaydı, daha doğrusu, böyüklərin məzəmmətindən və çinindən qorxmasaydı, neçə 
il  vurnuxduğu  bu  geniş  pəncərəli,  ayı  dərisi  döşənmiş,  zəhimli  kabinetini  Həcər 
xanıma  bağışlardı.  O,  son  günlər  lap  kəmhövsələ  olmuşdu;  gecələr  çox  narahat 
yatır,  bəzən  yuxuda  sayıqlayır,  hətta  qışqırırdı  da.  Qatı  düşməni  Qaçaq  Nəbidən 
hər an zərbə gözləyirdi. 
 
Səlim  bəy  kreslodan  fikrili  halda  qalxıb  pəncərənin  qalın,  yaşıl  pərdələrini 
əsəbi halda yana çəkdi. Otağa gur işıq doldu. Həsrət qarışıq bir düşüncə  içərisində 
qazamata  baxdı.  Dəmir  qapının  ağzında  bir  neçə  silahlı  keşikçi  dayanmışdı, 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə