Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə84/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   80   81   82   83   84   85   86   87   ...   101

 
173 
tərpənmirdilər,  sanki  daşa  dönmüşdülər.  Həcər  xanım  bilək  boyda  barmaqlıqdan 
yapışıb  Gorusun  şiş  dağlarının  döşü  ilə  ağaran  yollara  baxır,  ürəkdən  gələn  bir 
səslə yana-yana oxuyurdu.   
 
Həcərin  səsi  qazamatı  doldurmuşdu.  Dustaqlar  dəmir  barmaqlıqlardan 
yapışıb gücləri çatdıqca  silkələyir və hiddətlə qışqırışırdılar: 
 
   -Oxu, bacı, oxu! Qoy Səlim bəy partlasın! 
 
   -Oxu,  Həcər xanım, bəlkə  Qaçaq  Nəbi səsini  eşidib bizim  də  imdadımıza 
çatdı! 
 
Silahlı keşikçilərində ürəyi yumşalmışdı.  Ancaq onların əlində əlac yox idi. 
 
Həcər xanım bütün nifrətini oxuduğu nəğmələrə qatmışdı.  
 
 
 
 
 
 
 
Qazamat istidir yata bilmirəm
 
 
 
 
Ayaqda qandalaq qaça bilmirəm
 
 
 
 
Qapısı bağlıdır aça bilmirəm. 
 
 
 
 
Qazamat dalını dələsən, Nəbi 
 
 
 
 
Mənim bu günümdə gələsən Nəbi!    
 
Yenə qazamatdan qəzəbli nidalar ucaldı: 
 
   -Ar olsun Səlim bəyə! O yaralı xanımı niyə dustaqxanaya salıb? 
 
   -Bu  Səlim  bəyə  baha  oturacaq,  Qaçaq  Nəbi  hələ  ölməyib,  əlbət  gəlib 
çıxacaq! 
Səlim  bəy  pərdəni,  çəkdi  qulaqlarını  tutdu,  özünü  kresloya  çırpıb  əlindəki  lələk-
qələmi hirslə mürəkkəb qabına sancdı: “Mən belə inad qadın görmemişəm! Gecə-
gündüz  oxuyur.  Ancaq  mən  danışdıranda  bir  kəlmə  də  kəsmir.  Daşdan  səs  çıxır 
ondan  yox.  Soruşuram  Məmməd  bəyi  sən  vurmusan?  Dinmir.  Soruşuram  Ala 
Mahmud bəyi sən vurmusan? Yenə dinmir. Hələ ərköyünlük eləyir. Nəbisi ilə bizi 
qorxudur.  Qoy  bir  az  qazamatda  yatsın,  onda  ağlı  başına  gələr.  –  Lələk-qələmi 
əlinə alıb qarşısındakı yazılı kağıza şimşəkvari bir imza atdı, acı-acı gülümsündü: - 
O  özünə  nahaq  əzab  verir.  Daha  xallı  göyərçin  mənim  əlimdən  heç  hara  uça 
bilməyəcək”.  Səlim  bəy  bu  sözləri  ürəyində  desə  də,  keşikçilərin  eşidəcəyindən 
ehtiyyat edirmiş kimi, oturduğu yerdə əvvəlcə pəncərədən qazamata sarı boylandı, 
sönra dönüb tərs-tərs kabinetin küncündəki kağızlaırn arasında eşələnən qamışboy, 
gözlərinin altı torbalanmış, topasaqqal, çeşməyini yekə donqar burnunun üstündə 
güclə saxlamış  arıq müstəntiqi  qaraladı: “Cəhənnəmə!..  Qoy  nə qədər dəlil-sübut 
toplayır toplasın.  Xəfiyyə generalı Skalondan yaman qorxur. Dünən general ona 
teleqram  gönderib  ki,  Qaçaq  Nəbinin  cinayət  işinə  aid  olan  bütün  sənədləri 
sahmana salıb, tə
,
cili Tiflisə göndərsin.  Ona kömək etməsəm, kor pişik kimi bir ay 
da  burda miyoldayacaq. Qoy işini tez qutarıb redd olsun. Mən o inadkar, ərköyün 
xanımla  görək  dil  tapa  biləcəyəmmi?”  Özü  də  bilmədən  cibinə  tərəf  meyllənən 
əilini tez çəkdi, ehtirasdan bəbəkləri oynadı. “Arvadının ləçəyini saxlaya bilməyən 
bir  kişiyə  nə  demək  olar?    Binamus!”  Səlim  bəy  müsəlman  şərqində  çox  pis 
səslənən  bu  nalayiq  sözləri  ürəyində  təkrarlayıb  hirsini  xeyli  söndürdü.    “Buda 
Xüdafərin  körpüsündə  məni  aldatdığı  deyil...      Necə  olursa-olsun  onunla  ağıllı-
başlı  danışmalıyam.  Özü    də  Cavad  xan  kimi  hərəkət  etmək  yaramaz.  Mən 


 
174 
Qarabağın  nəcabətli  nəslindənəm,  nəslimizə  layiq  hərəkət  etməliyəm.    Bəlkə  o 
xallı  göyərçin  elə  bilir  ki,  Ərzə  qayada  ona  mənim  gülləm  dəyib.  Onu  allahdan 
başqa  heç  kəs  bilə  bilməz.  Beş  yüz  adam  atəş    açırdı,  mən  də  biri.  Mən  ona 
qıymaram.  O  mən  deyənə  qulaq  assa,  onun  qardaşlarını  günü  sabah  Sibirdən 
qaytartdıraram”.  O,  yumşaq  kreslodan  ağır-ağır  qalxıb  lələk-qələmini  qulağının  
üstünə keçirtdi. Gözucu  kağız-kuğuzların, qovluqların arasında itib-batan çeşməkli 
müstəntiqə  baxdı.  Müstəntiq  eynəyin  qabarıq  şüşəsində  vızıldayan  milçəyi 
qovmağı  belə  unutmuşdu:  “Bu  zehrimara  qalmış  qəbzləri,  sənədləri,  aktları  işə 
tikməklə qurtaran deyil. Dünən axşamdan yuxusuzam. Qorxuram geniralın əmrini 
vaxtında  yerinə  yetirə  bilməyəm.  General  Skalon  mənim  barəmdə  yaman 
insafsızlıq edir. Neçə ildir bu boyda ağır cinayət işini yıxıb üstümə. Mənə köməkçi 
də  vermir,  tez  qurtaram.  Təkbaşına  düz  beş  yüz  adam  dindirmişəm.  Hələ  general 
deyir ki, dəlil-sübutun azdır, gərək indi Kərbəlayı Xanalıya da təqsirnamə yazam, 
cuvar Kərimə də. Gündə neçə adama təqsirnamə yazarlar?! Hələ qarababaya gedib 
hampa  Sərkisi də dindirməliyəm. Yazığın qızını Qaçaq Nəbi zorla alıb verib yetim 
Arakelin  oğluna.  Böyük  toy  vurdurub.  Toyun  xərci  isə  tacir  Hacı  Fərəcoğlunun 
kürəyindən  çıxıb.”  Qaçaq  Karapetin  anası  Arfeniki  də  tutmalıyam.  Eh,  bir  aləm 
işimiz  var,  yaxşı  eləyib  çoban  Ələkbəri  buraxdım,  görək  ona  da  təzədən  bir  iş 
açaydım. Onsuz da naçalnik Səlim bəy Ələkbərin cəzasını yerində verib. Dili indi 
də  söz  tutmur.  Yazıq  canım,  hələ  general  Skalon  mənə  deyir  ki,  tezliklə  İrana 
addayıb    Canavarpapaq  Qara  Nəbini  də,  Kərbəlayı  Cəfəri  də,  Əbil  bəyi  də 
tapmalısan.  Onları  təzədən  əməlli-başlı  dindirmək  lazımdır...    O  zalım  balaları 
bizim  işimizi  yaman    korladı.  Kim  bilir  indi  hansı  cəhənnəmə  dürtülüblər.  Mən 
bədbəxt oğlu gərək Tiflisdən qayıdan kimi o taya addayam. Cavad xanın vurulması 
məsələsini  yerində  öyrənməliyəm.  Hacı  Fərəcoğlunun  karvansaradakı  qəraətini 
ətraflı  tədqiq  etməliyəm.  Eh,  bu  müstəntiqlik  lap  zülm  işdir.  Əgər  qaçaqlar 
Xudafərin körpüsündə İran müstəntiqini apardığı işi ələ keçirməsəydilər, mənim o 
tayda nə ölümüm vardı! Nə bilim, Qaçaq Nəbi o ili kimə nə qədər parça verib?! Bu 
tacir Hacı Fərəcoğlu da işi lap tündləşdirir. Gərək yoxsul Hətəmin ölümü barədə  
də adam dindirəm. Bizim general Skalonun da elə bil heç dünyadan xəbəri yoxdur. 
Əlində zərrəbin hər şeyə hüquq nöqteyi-nəzərindən baxır. Day demir ki, ali hüquq 
məktəbində oxuduğumuz  başqa şeydir, həyatda gördüyümüz   başqa  şeydir. Külli 
aləm görür ki, Qaçaq Nəbi ilə Həcər xanım min cür cinayət törədiblər. Zalım balası 
da  elə  hey  tələb  edir  ki,  şahid  dindir,  sübüt  tap,  əşyayi-dəlil  topla...    Nə  qədər 
əşyayi-dəlil toplamaq  olar?!  Nə  qədər  sübut  yığmaq  olar?!  Qaçaq  Nəbi  neçə  yüz 
kəndi  tamamilə  qızıl  pul  vergisindən  azad  edib.  Tüfəng  gücünə  neçə  mülkədarın, 
neçə  bəyin,  neçə  xanın  torpağını  yoxsullara  paylayıb!  Dövlətə  neçə  yüz  manat 
ziyan vurub! Heç haqq-hesabını bilən var ki!..   Kərbəlayı Cəfərin torpağını qurban 
tikəsi təki bölüşdürüb Mollu camaatına. 
 
Şeyxul-İslam  qəzetlərdə  yaxın  Şərqin  bütün  müsəlmanlarına  müraciət  edib 
ki, Qaçaq Nəbi kafirdir. O da Babək təki islam dininin qatı düşmənidir. Kim onu 
tutsa, hökümətdən böyük cin alacaq. Daha bundan  tutarlı ittihamnamə?!  Qafqaz 
canışını    də  dəfələrlə  Qaçaq  Nəbinin  azğınlığı  barədə  padşaha  raport  yazıb. 
Türkiyə sultanı da ondan şikayət eləyir. İran şahı da Qaçaq Nəbinin əlindən zinhara 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə