Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə87/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   83   84   85   86   87   88   89   90   ...   101

 
179 
 
Qapı açılarkən Səlim bəy fikirlərindən ayrıldı. Qazamtın baş keşikçisi Səlim 
bəyin hüzurunda titrəyirdi. 
 
   -Gəliblər, naçalnik!.. 
 
Səlim bəy əlindəki tapancasını soyuqqanlıqla stolun üstünə atdı. O özünü elə 
aparır  ki,  guya  heç  bir  ölüm  təhlükəsi  gözləmirdi.  Bəy  qızıl  müştüyündəki 
papirosunu tüstülədə-tüstülədə qorxuya düşmüş baş keşikçini süzdü: 
 
   -Kar  deyiləm,  “cənab”.  Get  bu  saat  qazamatın  qapısını  aç.  Qoyma  o 
quldurlar qapını sındırsınlar. Həcər xanımı da, atası Kərbəlayı Xanalını  da burax. 
Mən bir də o azğınlarla üz-üzə gəlmək istəmirəm.  
 
Baş qazamat kişikçisi Səlim bəydən belə cavab gözləmirdi. Elə bil titrətmə 
xəstəliyinə tutulmuşdu.  Dişi-dişini sındırırdı. Zəhimli çil sifəti daha eybəcər şəklə 
düşmüşdü.  Qorxurdu. “Bəlkə naçalnik məni sınayır? Bir dəfə ona yalan satmışam 
deyə daha  mənə inanmır. Naçalnik məni hədələyib dedi ki, əgər bundan sonra bir 
də məni aldatsan, gözlərini çıxarıb atacağam!” 
 
Səlim  bəy  dediyi  sözləri  təkrar  edəndə  baş  qazamat  keşikçisi  geri  çevrildi: 
“Qulaqlarım nələr eşidir! Bizim bu naçalnik dəli olub nədi?! Görəsən o, düz deyir, 
yoxsa məni sınayır?!” 
 
O qanrılıb açıq qapıya baxdı. “Birdən məni vurar ha!” Kabinetdə vızıldayan 
güllələr  tavandan  asılmış  otuzluq  lampanın  şüşəsini  çiliklədi.  Şüşənin  qırıqları 
bəyin  başına  səpələndi.  Lakin  bəy  yenə  də  özünü  sərbəst  aparırdı:  “Bu,  o 
quldurbaşına  baha  oturacaq!  Qoy  rədd  olub  getsinlər,  sonra  özüm  bilirəm  nə 
edəcəyəm”.  
 
...Günəş Yeddibulağa tərəf əyiləndə şəhərdə hamı Qaçaq Nəbidən danışırdı.  
 
   -Qaçaq Nəbi qurd ürəyi yeyib!.. 
 
   -Lap dördböyrək oğlan imiş!.. 
 
   -Belə igid qaçaq dünyaya gəlməyib... 
 
   -Əlbəttə! Günün günorta çağı qazamtı yarıb Həcər xanımı apardı... 
 
Şəhərin  üstündən  barıt  qorxusu  çəkiləndə  Səlim  bəylə  Beçarov  qazamatın 
qabağında  dayanan  dördatlı  faytona  əyləşirdi.  Hər  ikisinin  ürəyində  dəli  bir  ağrı 
baş qaldırmışdı.  
 
   -General Skalona nə cavab verəcəyik? 
 
   -Allah bilir. 
 
   -Bir də axı, ikimiz od olsaq da nə edə bilərik? Bütün el-oba Qaçaq Nəbinin 
tərəfini saxlayır.  
 
   -Düz  deyirsən.  Şeyxul-İslam  kimi  böyük  nüfuslu  bir  din  xadimini  də 
Zəngəzura çağırtdırdıq. O da qəzetlərdə çıxış elədi. Axır da belə oldu. Ermənilər o 
kafiri müdafiə elədilər.  
 
   -General  Skalon  bizi  danlasa,  cavab  vermək  lazımdır  ki,  Qaçaq  Nəbi  ilə 
heç  o  böyüklükdə  padşahın  özü  bacarmır,  biz  nə  edək?!  Biz  də  bacardığımızı 
edirik. 
 
Dombagöz qoca faytonçu heç bir söz eşitmirmiş kimi atları qamçıladı: “Mən 
bu  dərdləşən  ağaların  birini  yaxşı  tanıyıram.  Vaxtı  ilə  onu  dostları  ilə  Gəncədən 
Şuşaya  gətirmişəm...    Yol  boyu  hey  Qaçaq  Nəbini  asıb-kəsirdilər.  Şuşaya  çatar-
çatmaz  qabağımıza  dovşan  çıxdı...  Qorxmasaydım,  Səlim  bəyi  bu  dəfə  Tiflisə 
apararkən o yollarda uçurub öldürərdim.  Ərzəqaya davasında o  mənim qohumum 


 
180 
gəncəli  İsmayılın  başına  müsibət  açıb.  Özü  təki  əzazil,  nainsaf  adam  yoxdur.  O 
zaman kirə pulumu da vermədilər. Ah, qurban olum Qaçaq Nəbiyə! Bir az  bundan 
əvvəl  onun  başına  elə  bir  oyun  açdı  ki,  anasının  toyu  yadına  düşdü.    Adamın 
atasını belə yandırarlar! Qaçaq Nəbi Gorus qazamatının qapısını da çıxarıb apardı. 
Səlim bəy gərək bundan sonra başına arvad ləçəyi bağlaya. Bir vaxt ikicanlı qadını 
qovurdu. Indi yumurta yükü aparır”. 
 
Fayton daş döşənmiş ensiz yollarla çalxalana-çalxalana irəliləyirdi. Mırıqdiş 
qayalar  arxada  qalmışdı.  Min  simli  saçaq-saçaq  şəlalələr  axşamın  səssizliyində 
daha  aydın  çağlayırdı.  Səma  tala-tala  çiçək  açmışdı;  ulduzlar  göylərin  ala-tala 
buludları arasından göz-göz  işıldayırdı. Bərgüşad və Həkəri obalarından əsən isti 
aran mehi yollara barıt qoxusu yayırdı. Aşağıda, lap aşağıda köpüklü dağ çayının 
hər iki sahilinə sığınmış Gorus şəhərinin işıqları qorxa-qorxa göz qırpırdı. Qazamat 
qaranlıqlar içərisində itib-batmışdı.  Fayton artıq köhnə Gorusun qaşından çoxdan 
aşmışdı.  Lakin faytondakıların danışmağa  həvəsi  yox idi.  Yalnız  dombagöz  qoca 
faytonçu qamçısını şən-şən başı üzərinə fırladırdı. O, sanki canlı adam yox, çovuş 
Kərbəlayı Pirverdi təki “əmanət” aparırdı. 
 
   -Dəhə!..  Dəhə!.. 
 
...Atların  qulağı  Tiflisin  girəcəyində  görünəndə  balaca  uşaqlar  əllərində 
“Kavkaz”  qəzeti  qışqırışa-qışqırışa  ağaların  qabağına  yüyürdülər.  Uşaqların  bir 
arıq, uzunu atılıb faytona mindi: 
 
   -Əmican,  qəzet  alın,  qəzet  alın!..  Təzə  xəbər,  naçalnik  Səlim  bəy    Qaçaq 
Nəbinin qorxusundan Həcər xanımı Gorus qazamatından buraxmışdır! 
 
   -Necə?! 
 
   -Vallah, düz deyirəm. Alın oxuyun, maraqlı şeydi. Qaçaq Nəbi Səlim bəyə 
ultumatum göndərib.  
 
Uşaqların  haray-həşiri  axşamdan  bəri  faytonda  Qaçaq  Nəbinin  yuxusunu 
görən  ağaları  diksindirdi.  Müstəntiq  Beçarov  cəld  çeşməyini  çıxartdı,  qızarmış 
bulanıq  gözlərini  ovuşdurub  yuxusunu  qovdu  və  heyrətlə  böyründə  qalaqladığı 
qovluqlara  baxdı.  “Şükür,  burdadır!”  Müstəntiq  bir  balaca  sakitləşdi.  Faytonçu 
cilovu  yığarkən  müstəntiqin  qoluna  toxundu  və  onun  çeşməyini  saldı.  Çeşmək 
təkərin altına düşüb çilikləndi. Aldığı qəzetləri diqqətlə oxuyun, sarışın sifəti payız 
çöllərinə  dönmüş,  yaraşıqlı  çənəsi,  əyri  burnu,  qızılı  bığları  üzünün  bir  yanına 
meyllənmiş  müstəntiq  Səlim  bəyin    qəzəbindən  qorxduğu  üçün  cınqırını  belə 
çıxarmadı.  
 
   -Naçalnik, müxbirlər yenə nə yazıblar? 
 
Səlim bəy qəzeti burmaladı: 
 
   -Nə yazacaqlar, əclaflar böhtandan başqa heç şey bilmirlər!  
 
Qoca faytonçu uşaqlara qaş-göz atıb, qamçısını havada oynatdı: 
 
   -Hə,  başınıza  dönüm,  tərpənin  görək,  Tiflisə  də  çatdıq.  Arpanın  vaxtı 
keçsə,  damaq  olarsınız.  Işim  çoxdur;  tezdən  gedib  Şeytanbazarda  gərək  müştəri 
axtaram. 
 
Səlim  bəy  qəzəblənmişdi:  kafkazın  bu  yalançı  müxbirlərinə  bir  bax!  Gör 
məni  qəzetdə  necə  biabır  ediblər?!  Bundan  sonra  mən  general  Skalonu  necə 
inandıracağam  ki,  hadisə  heç  də  müxbirlərin  təsvir  etdiyi  kimi  olmayıb?!  Mən 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə