Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə95/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   91   92   93   94   95   96   97   98   ...   101

 
196 
 
Bunu eşidən kimi, İsmayıl bəy əmr edir: 
 
   -Hər ikisinin əl-qolunu bağlayın. 
 
Deyirlər İsmayıl bəyin dəstəsində bir urus nəçənniki varmış, adına da  Qrivanovski 
deyərmişlər. Bir xeyli gedəndən sonra yolda o deyir ki, bu heç kişilik deyil, gəl Həcəri 
buraxaq, başqa vaxt tutarıq. 
 
Ismayıl bəy alayı vaxt Qrivanovskinin  bir sözünü iki eləməzdi. Indi özündən çıxır 
ki, sən nə danışırsan, qoburnat eşidib bizə nə deyər. 
 
Urus naçalniki isə  Həcərin əl-qolunu açdırır  yolda   İsmayıl bəylə  sözü  çəp  gəlir, 
onun üzünə tüpürüb geri qayıdır. 
 
Gorus  qazamatının  qapısı  ağzında  Həcər  day  dözə  bilmir,  yerə  yıxılır,  bir  azdan 
çağa  səsi  eşidilir.  Həcərin  bir  oğlu  olur.  Qazamatda  işləyən  xadimələr  tez  uşağın 
göbəyini  kəsib  cır-cındıra  bükürlər.  Ismayıl  bəy  türmə  nəçənnikinin  otağından  çıxıb 
uşağı istəyir. Şaşkasını çəkib körpəni  şaşkanın başına keçirir. Uşağın çığırtısı İsmayıl 
bəyin şaqqanağına qarışır. Bəy qeyzlə deyir: 
 
   -Bax, bunu qoburnata göndərəcəyəm. Bu uşaq kimi Nəbinin başını da vaxt gələr 
şaşqaya keçirib Urusyətə göndərərəm.  
 
Hamı  İsmayıl  bəyə  nifrət  etdi.  Bəy  körpənin  cənazəsini  kənara  atıb  evinə  getdi. 
Lovğa-lovğa dedi: 
 
   -Eybi  yox,  indi  Nəbi  harda  olsa  Həcərin  dalınca  gələcək.  Deyərsiz  min  canı  da 
olsa əlimdən qurtarmayacaq. 
 
Qazamat  işçiləri  qorxudan  cınqırını  çıxarmadı.  Gecə  düşdü,  evinə  gedən  evinə, 
işinə gedən işinə yola düşdü. Qazamat naçalniki Ter Qriqoryan da qalmışdı ki, başına 
nə çarə qılsın... İndi Nəbi gəlməkdə olsun, görək Həcər zindanda neenədi. Elə ki Həcəri 
zindana  saldılar,  saçını  yoldu,  üz-gözünü cırıb  zulum-zulum  ağladı,  İsmayıl    bəyə  bir 
qarğış tökdü ki, səsinə bütün dustaqlar qoşulub ağladılar. 
 
 
Ismayıl  bəy  Həcərə  göz  dağı  çəkmişdi.  Həcər  “Nəbi,  Nəbi”  deyib  fəryad  edir, 
sakitləşmək bilmirdi. Naləsi qazamatı başına götürmüşdü. Həcər Nəbini haraylamaqda 
olsun, görək Nəbi necə oldu. Bəli, Nəbi elə qazamatın həndəvərinə  gəlib atı yedəyinə 
almışdı  ki,  ayağına  nəsə  ilişdi,  əyilib  baxdı,  gördü  körpə  oğlan  uşağıdı,  şaşkaya  
keçiriblər.  Uşağı  götürüb  bağrına  basdı.  Elə  bil  uşaq ona  dil  açıb  “məni  al  qucağına” 
dedi. Nəbinin  ürəyinə  damdı ki, bu  Həcərin uşağıdı.  Deyirlər   Nəbini  heç kəs  ağlayan 
görməmişdi.  Aylı  gecəydi.  Nəbi  Boz  atın  başını  buraxıb  yerə  oturdu,  uşağa  baxıb bir 
ağlamaq  ağladı  ki,  dağlar,  daşlar  titrdi.  Həndəvərdə  dolaşan  bir  qoca  qarı,  Nəbini 
tanıyıb, uşağı ondan aldı, bütün hadisəni Nəbiyə danışdı: 
 
   -Ay  oğul,  olan-olub,  keçən  keçib,  günahdı,  uşağın  ruhun  incitmə,  qoy  aparıb 
yuyub, qundaqlayım. 
 
Nəbi bir söz deyə bilmədi. Handan-hana özünə gəlib dedi: 
 
   -Nənə, bir qundaqla, baxım görüm, balama qundaq yaraşırmı? 
 
Qarı qazamat işçisiydi. Nəbini başa saldı ki, ay  oğul burda çox görünmək olmaz. 
Dur özün də həyətə keçək  gecə keçsin, sonra mən səni ötürərəm, dalısını özün bilərsən. 
 
Nəbi  qarıya  söz  deməyib  içəri  keçdi.  Qarı  uşağı  yudu,  kəfənlədi,  qundaqlayıb 
qoydu. Nəbi o ki var ağladı. Bir də qulaq verib gördü ki, uzaqdan bir fəryad səsi gəlir. 
Qarı irəli gəlib pəncərəni açdı. “Həcərdir, ay Nəbi” – deyə Nəbini səslədi: 


 
197 
 
Nəbi daha dözə bilmədi. Qariya dedi: - Qarı nənə, körpəni dalıma sarı, yolu mənə 
göstər. Indi mən bu köpək uşaqlarına bir toy tutum , nənələrinin adı yadından çıxsın. 
 
Bəli,  Nəbi  elə  eşiyə  çıxmışdı  ki,  gördü  Qanlı  Qoca  qazamatın  qapısında  var-gəl 
edir.  Nəbini görən kimi yüyürdü qabağına ki Həcərdən xəbərin varmı? 
 
   -Var,  ay  Qanlı  Qoca,  var.  Indi  bu  qazamatın  daşının  üstə  daş  qoyan  köpək 
uşağıdı. Dəlilər gəlibmi? 
 
   -Gəliblər, Nəbi! Divan atlıları ilə möhkəm atışmamız oldu. Yeddi-səkkiz hampa, 
strajnik o  dünyaya vasil oldu. Uşaqların hamısını sağ-salamat Gorusa gətirmişəm. Bax, 
dayanıblar əmrə müntəzir. 
 
Nəbi dedi: 
 
   -Telli Qara ilə Tunc Vəli dəstələriylə keşik çəksinlər, qalanlar arxamca.  
 
Nəbi qazamatın qapısını döydü, handan-hana gözətçinin yoğun səsi eşidildi: 
 
   -Kimdir, bu gecə vaxtı? 
 
   -İsmayıl bəydir, açın! 
 
    -Nəçənnik,  sən  o  dədənin  goru  bax  yazıq  indicə  sakit  olub,  ona  yaman  zülm 
elədin, işin yoxdu, get yat, sabah gələrsən! 
 
   -Ə, köpək uşağı, aç deyirəm sənə qapını!  
 
    -Vallah,  İsmayıl  bəy,  ağ  elədin!  Gərək  uşağı  şaşqaya  keçirməyəydin,  dustaqlar 
üsyan eliyiblər. Həcərin də yaxın düşüləsi halı yoxdu... 
 
   -Aç deyirəm sənə... 
 
Qapıçı çarəsiz qalıb qapını açdı, qarşısında Nəbini görəndə özünü itirdi: 
 
   -Amandı,  məni  öldürmə,  Həcərə  hamıdan  çox  mən  ağlamışam,  çay  vermişəm, 
lap indi arvadım xəmir xörək gətirmişdi, onu da aparıb vermişəm, amma yeməyib... 
 
Nəbi söz demədi, gözətçi tez bir ip gətirdi ki bununla əl-ayağımı bağla.  
 
Bəli,  gözətçilər  açarları  Nəbiyə  könüllü  verdilər,  hamısının  əl-qolunu  bağlayıb 
düzdülər yan-yana, insafən, heç biri səs-küy salmadı. 
 
Nəbi  Həcəri  görəndə  özünü  saxlaya  bilmədi.  Ikisi  də  o  ki  var  ağladılar.  Həcər 
körpənin qundağını Nəbinin dalında açıb qucağına aldı. 
 
 
Nəbi Mehdini də azad elədi. Həcər üzünü Nəbiyə tutub dedi: 
 
   -Nəbi,  İsmayıl  bəy  mənə    çarpaz  dağ  çəkib.  Ancaq  birdən  tələsib  əhdimi 
ürəyimdə  qoyarsan.  Onunla  özüm  danışacağam.  Indi  sən  bütün  dustaqları  burax, 
qazamatı dağıt, od vur bura! 
 
Nəbi bütün dustaqları azad elədi, özü də hamıya dedi ki, içəridəki taxta-tuxtaya od 
vursunlar.  
 
Nəbiylə danışan gözətçi ağzını  birtəhər açıb dedi: 
 
   -Aşağıda anbarda nöyüt var.  
 
Dustaqlar o saat nöyütü çıxarıb tökdülər qapıbacaya, gözətçilərin də əl-ayağını açıb 
buraxdılar. Dustaqların bir çoxu Nəbinin dəstəsinə qoşuldu.  
 
Dan  yeri  söküləndə  qazamat  naçalniki  pəncərədən  baxıb  gördü  ki,  aləmi  işıq 
bürüyüb. Külafirəngidən  baxanda qazamatın yandığını başa düşdü. Deyirlər heç vaxt 
daşın, torpağın belə yandığını görən olmamışdı. Deyilənə görə  türməni yandıran həmən 
od günahsız  körpənin, Həcərin ahı imiş! 
 
 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə