191
hampa uzandı yerə. Sorna Həcər qapıb əlindən qırmancını aldı. Başladı qırmancı
çırpmağa Mahmud hampanın kəlləsinə. Strajnik gördü hampa əldən getdi, irəli yeridi
ki, Həcəri vursun, Nəbi özünü yetirdi, bir-iki, strajniki də uzatdı Mahmud hampanın
yanına. Camaat birtəhər Nəbini sakitləşdirdi. Strajniklə hampa da girəvə tapıb özlərini
saldılar çölə, aradan çıxdılar.
Bu iş üstündə Nəbini çox incitdilər. Gah Nəbini, gah Həcəri tutumaq istədilər.
Ancaq Kərbəlayı Məhəmməd pristavın yanına gedib nə dedi, nə demədi Mahmud
hampanı çağırıb o ki var danladılar, daha Nəbiyədə toxunan olmadı.
Əkin yığışdı. Mahmud hampa düşmənçiliyini yerə qoymaq istəmirdi. Necə olur-
olsun Nəbidən qisas almağa fürsət axtarırdı. Bir gun Nəbi gördü ki, hampalar beş-on
kəndlini xırmanda döyür. İrəli çıxdı ki, məsələni ayırd eləsin. Mahmud hampa bunu
görən kimi özündən çıxdı. Dedi kəndlilərin dilinin altına dil qoyan Nəbidir. Nə qədər ki,
Nəbi sürgün olmayıb, kəndlilərlə bacarmaq olmayacaq. Hampalar da elə buna bənd
imişlər. Çəkib qamçılarını düşdülər Nəbinin üstünə. Nəbi gördü yox, hampalar onu
öldürəcəklər, tez birini çəkib atdan saldı yerə. Qırmancını da əlindən alıb, düşdü
hampaların üstünə. O ki var çəkdi onlara; bir də gördü ki, Mahmud hampa aradan
çıxmaq istəyir, aman vermədi, kəsdi başının üstünü, onu da bəsdi, deyincə əzişdirdi.
Sonra da özünü verdi evə. Hamıyla hala-hümmət eləyib Həcəri də aldı tərkinə. Dedi:
-Day Molluda yaşamaq mənə qismət olmadı. Baş götürüb gedirəm bu vilayətdən.
Xanalı, uşaqlar da Sizə muğayat olsunlar. Ara sakitləşəndə özüm gəlib sizə baş
çəkəcəm.
Gözəl gözünün yaşını axıtdı. Dedi:
-Ay oğul, heç olmazsa Həcəri aparma!
-Yox, ay ana, qismətimiz belə imiş, bu gündən mən harda, Həcər də orda.
Zəngəzur dağları məskənimiz, göy uzu yorğanımız, torpaq döşəyimizdir. And içirəm,
sənin südünə ki, nə qədər sağam, nə qədər nəfəsim var, bu bəyləri, mülkədarları,
hampaları diz çökdürəcəyəm. Varam onlara!
Nəbi ordan birbaş Həkəriyə. Kərbəlayı Məhəmmədin yanına gəldi. Xoş beşdən
sonra Nəbi məsələni Kərbəlayı Məhəmmədə açdı:
-Day Molluda yaşamaq mənə qismət deyilmiş. Çəkilirəm bu dağlara, nə qədər
ömrüm var bu haramzadalarla vuruşacağam.
Kərbəlayı Məhəmməd dünya görmüş bir adam idi. O, qəlyanını odlayıb xeyli fikirə
getdi, təsbehini çevirdi. Sonra üzünü Nəbiyə tutub dedi:
-Ay oğul, sənə bir hekayət danışım. Ancaq nə kədərlən, nə də mənə heyifsilən...
.... Mən dünyaya gələndə atamın üzünü görməmişdim. Onu bəylər, hampalar töyçü
üstündə döyüb öldürmüşdülər. İki yaşımda olanda anam vərəmələyib dünyadan
köçmüşdü. Səkkiz yaşına qədər bibimin yanında yaşamışam. Sonra bibim məni
qonşuluqdakı bir tüfəngçiyə nökər verdi. Doğrusu, mən bu sadə və qayğıkeş Aynalı
kişidən əsl atalıq gördüm. Bir kəsi olmayan Aynalı kişi məni övlad kimi saxladı. Onun
balaca çapxanası vardı, ata-baba sənəti tüfəng düzəltmək idi. Bəylər, Xanlar, pristavlar
qapısında saya dayanırdı. Ayda bir-iki tüfəng ancaq düzəldə bilirdi. Sənətini mənə
tamam-kamal öyrətdi. Ona hər işdə kömək edir,əl tuturdum. Bir dəfə bax, bu sağ əlimin
üç barmağını çapxana bıçağı üzüb yerə atdı. Aynalı kişi başına o qədər döydü ki...
Dava-dərman, loğman, qanı kəsdilər, üç aya əlim güclə sağaldı. Ancaq əlim, bax
gördüyün kimi şikəst qaldı. Ağam çox vəfalı adam idi. Məni yanından qovmadı,