Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə92/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   88   89   90   91   92   93   94   95   ...   101

 
190 
Hörmətli  oxucum  bildiyiniz  kimi  Xanalı  kişi  Həcəri  Səlim  bəyə  vermişdi.  Toy  günü 
Nəbi  Həcəri  Səlim  bəydən  alıb  Kərbəlayıgilə  aparır,  Kərbəlayı  Məhəmməd  də  onların 
toyunu edir. 
NƏBĠNĠN QAÇAQ DÜġMƏSĠ 
 
 
Nəbiynən  Həcərin    ulduzu  göydə  barışdı.  Kərbəlayı  Məhəmməd  onları  qırx  gün 
evində  saxladı,  qırx  birinci  gün  Aloya,  Xanalıya    xəbər  göndərdi  ki,  məclis 
düzəltmişəm, oğul-uşaqla barışığa gəlsinlər.  
 
Xanalının oğlanları Həcərin xətrini çox istəyirdilər. Xanalı bir az nəm-nüm eləsə 
də uşaqlar yerbəyerdən danladılar ki, ay ata, vallah Nəbi də canlara dəyən igiddir. İşdir, 
olub-keçib, bir də ki, Kərbəlayı Məhəmmədin sözünü bir dəfə yerə salmasın, ikinci dəfə 
sözün sındırmaq ayıb olar. Onda gərək day camaat içərisinə çıxmayaq.  
 
Bəli,  Xanalı  da  gördü  ki,  tərsliyin  faydası  yoxdur.  Oğlanları  da  Nəbinin 
tərəfindədi.  Yığışıb  Kərbəlayı  Məhəmmədgilə  gəldilər.  Kərbəlayı  yaxşı  məclis 
düzəltmişdi, yedilər, içdilər, küsülülər barışdı, Həcərnən Nəbi üzə çıxdı. 
 
Sabahı gün Alo, Xanalı, Nəbi, Həcər Molluya qayıtdı. O gündən Nəbi başını aşağı 
salıb düz beş il rəncbərlik elədi, əkində, biçində ad çıxardı. Camaat Nəbiynən oturdu, 
durdu,  hamı  gördü  ki,  yox,  deyilənlər  yalan  imiş,  Nəbiyə  can  deyən  can  eşidir.  Nəbi 
hamiya qahmar çıxır, əlindən gələn yaxşılığı dostundan, yoldaşından əsirgəmir.  
 
Xanalı da olub-keçəni unutmuşdu. Nəbini oğlanlarından ayırmırdı. Nəbi ilə əl-ələ 
verəndən uşaqlar da elə bil eldə sözü ötən olmuşdular. Evin də bərəkəti artmışdı. Xanalı 
deyərdi ki, Nəbi ayağı bərəkətli igiddir. 
 
Bəylər, hampalar da Nəbidən çəkinirdi. Sözünün üstünə bir söz demirdilər. Cavan 
olmasına  bamxayaraq  onu  əkinçilər,  biçinçilər  özlərinə  başçı  şeçmişdilər.  Kimin  nə 
dərdi vardı, birinci Nəbiyə deyirdi. Nəbi hamıya yol göstərir, işə əncam çəkirdi. 
 
Zəngəzurda  yayın  oğlan  çağıydı.  Əkinin,  biçinin  qızmar  və
,
dəsi  gəlib  çatmışdı. 
Qoca Alo artıq düşmüşdü, əkinə, biçinə çıxan halı, taqəti qalmamışdı. Neçə gündü ki, 
əhvalı  lap  xarab  idi.  Nəbi  onun  yerinə  də  işləyir,  ailəni  neynim  çəkməyə  qoymurdu. 
Xanalı da düşmüşdü. O da elə gününü Alonun yastığı yanında keçirirdi. Bir gün yenə 
həmişəki  kimi  Xanalı  iri  tut  ağacının  kölgəsində  oturub  Aloya  təskinlik  verir,  olub-
keçəndən danışıb başını qatırdı. Bir də gördülər ki, Mahmud hampa bir strajniklə əlində 
qırmanc girdi həyətə. Nə yemisən turşulu, düşdü xəstə Alonun üstünə! 
 
   -Köpək  uşağı,  bu  vaxt  da  adam  yataq  da  yatar!  Taxıl  qalıb,  çöldə,  özünü 
tülkülüyə qoyub girmisən yatağa? – deyə Aloya bir divan tutdu ki, gəl görəsən. Yazıq 
kişi  nə  qədər  yalvardı,  yaxardı  ki,  a  kişi  od  tutub  yanıram,  babat  olum,  lap  bircə  üç 
işlərəm, bəyəm mən qoyarammı ki, elin çörəyi yerdə qalsın... 
 
Kimə deyirsən, Mahmud hampa huşunu itirincə Alodan əl çəkmədi. Bir də qanrılıb 
geri  baxanda  Xanalını  gördü.  Gözü  qızmış  Mahmud  hampanın  köhnə  dərdi  yadına 
düşdü,  bir  göz  qırpımında  Xanalını  da  al  qana  qərq  eləyib,  uzatdı  Alounun  böyrünə. 
Həyətə  hay-haray  qopdu,  qoca,  cavan  gördü  ki,  binəvəlar  əldən  gedir,  nə  qədər 
çalışmışdılar  ki,  hampanı  dartıb  həyətdən  bayıra  atsınlar,  amma  çıfayda,  mümkün 
olmadı. Nəbiyə xəbər göndərdilər ki, nə durmusan, tez özünü evə yetir, qocalar əldən 
getdi.  Mahmud  hampa  Xanalının  da  huşunu  itirib  yerə  yıxıldığını  görəndə  cumdu 
Gözəlin  üstünə.  Bunu  görən  Həcər  daha  tab  gətirmədi,  evə  girib  qapının  arxasından 
kilidi götürdü. Çıxdı çölə, bir-iki, Mahmud hampanın belinə necə çırpdısa, ta bayaq da 


 
191 
hampa  uzandı  yerə.  Sorna  Həcər  qapıb  əlindən  qırmancını  aldı.  Başladı  qırmancı 
çırpmağa  Mahmud  hampanın  kəlləsinə.  Strajnik gördü  hampa  əldən  getdi,  irəli  yeridi 
ki,  Həcəri  vursun,  Nəbi  özünü  yetirdi,  bir-iki,  strajniki  də  uzatdı  Mahmud  hampanın 
yanına. Camaat birtəhər Nəbini sakitləşdirdi. Strajniklə hampa da girəvə tapıb özlərini 
saldılar çölə, aradan çıxdılar.  
 
Bu  iş  üstündə  Nəbini  çox  incitdilər.  Gah  Nəbini,  gah  Həcəri  tutumaq  istədilər. 
Ancaq  Kərbəlayı  Məhəmməd  pristavın  yanına  gedib  nə  dedi,  nə  demədi  Mahmud 
hampanı çağırıb  o ki var danladılar, daha Nəbiyədə toxunan olmadı.  
 
Əkin  yığışdı.  Mahmud  hampa  düşmənçiliyini  yerə  qoymaq  istəmirdi.  Necə  olur-
olsun  Nəbidən  qisas  almağa  fürsət  axtarırdı.  Bir  gun  Nəbi  gördü  ki,  hampalar  beş-on 
kəndlini  xırmanda  döyür.  İrəli  çıxdı  ki,  məsələni  ayırd  eləsin.  Mahmud  hampa  bunu 
görən kimi özündən çıxdı. Dedi kəndlilərin dilinin altına dil qoyan Nəbidir. Nə qədər ki, 
Nəbi  sürgün  olmayıb,  kəndlilərlə  bacarmaq  olmayacaq.  Hampalar  da  elə  buna  bənd 
imişlər.  Çəkib  qamçılarını  düşdülər  Nəbinin  üstünə.  Nəbi  gördü  yox,  hampalar  onu 
öldürəcəklər,  tez  birini  çəkib  atdan  saldı  yerə.  Qırmancını  da  əlindən  alıb,  düşdü 
hampaların  üstünə.  O  ki  var  çəkdi  onlara;  bir  də  gördü  ki,  Mahmud  hampa  aradan 
çıxmaq  istəyir,  aman  vermədi,  kəsdi  başının  üstünü,  onu  da  bəsdi,  deyincə  əzişdirdi. 
Sonra da özünü verdi evə. Hamıyla hala-hümmət eləyib Həcəri də aldı tərkinə. Dedi: 
 
   -Day Molluda yaşamaq mənə qismət olmadı. Baş götürüb gedirəm bu vilayətdən. 
Xanalı,  uşaqlar  da  Sizə    muğayat  olsunlar.  Ara  sakitləşəndə  özüm  gəlib  sizə  baş 
çəkəcəm.  
 
Gözəl gözünün yaşını axıtdı. Dedi: 
 
   -Ay oğul, heç olmazsa Həcəri aparma! 
 
   -Yox,  ay  ana,  qismətimiz  belə  imiş,  bu  gündən  mən  harda,  Həcər  də  orda. 
Zəngəzur  dağları  məskənimiz, göy  uzu  yorğanımız, torpaq döşəyimizdir.    And içirəm, 
sənin  südünə  ki,  nə  qədər  sağam,  nə  qədər  nəfəsim  var,  bu  bəyləri,  mülkədarları, 
hampaları diz çökdürəcəyəm. Varam onlara! 
 
Nəbi  ordan  birbaş  Həkəriyə.  Kərbəlayı  Məhəmmədin  yanına  gəldi.  Xoş  beşdən 
sonra Nəbi məsələni Kərbəlayı Məhəmmədə açdı: 
 
   -Day  Molluda  yaşamaq  mənə  qismət  deyilmiş.  Çəkilirəm  bu  dağlara,  nə  qədər 
ömrüm var bu haramzadalarla vuruşacağam.  
 
Kərbəlayı Məhəmməd dünya görmüş bir adam idi. O, qəlyanını odlayıb xeyli fikirə 
getdi, təsbehini çevirdi. Sonra üzünü Nəbiyə tutub dedi: 
 
   -Ay oğul, sənə bir hekayət danışım. Ancaq nə kədərlən, nə də mənə heyifsilən... 
 
.... Mən dünyaya gələndə atamın üzünü görməmişdim. Onu bəylər, hampalar töyçü 
üstündə  döyüb  öldürmüşdülər.  İki  yaşımda  olanda  anam  vərəmələyib  dünyadan 
köçmüşdü.  Səkkiz  yaşına  qədər  bibimin  yanında  yaşamışam.  Sonra  bibim  məni 
qonşuluqdakı  bir  tüfəngçiyə  nökər  verdi.  Doğrusu,  mən  bu  sadə  və  qayğıkeş  Aynalı 
kişidən  əsl atalıq gördüm. Bir kəsi olmayan Aynalı kişi məni övlad kimi saxladı. Onun 
balaca çapxanası vardı, ata-baba sənəti tüfəng düzəltmək idi. Bəylər, Xanlar, pristavlar 
qapısında  saya  dayanırdı.  Ayda  bir-iki  tüfəng  ancaq  düzəldə  bilirdi.  Sənətini  mənə 
tamam-kamal öyrətdi. Ona hər işdə kömək edir,əl tuturdum. Bir dəfə bax, bu sağ əlimin 
üç  barmağını  çapxana  bıçağı  üzüb  yerə  atdı.  Aynalı  kişi  başına  o  qədər  döydü  ki...   
Dava-dərman,  loğman,  qanı  kəsdilər,  üç  aya  əlim  güclə  sağaldı.  Ancaq  əlim,  bax 
gördüyün  kimi  şikəst  qaldı.  Ağam  çox  vəfalı  adam  idi.  Məni  yanından  qovmadı, 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə