Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə90/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   86   87   88   89   90   91   92   93   ...   101

 
186 
 
   -Ay  oğul,  mənim  fikrim  tamam  başqaydı.  Mən  istəyirdim  ki,  elə  səni  övladlığa 
götürüm, var-yoxumu verim sənə. amma allah rüsxət vermədi. Belə məsləhət imiş. Ay 
Nəbi,  day  sən  uşaq  deyilsən,  altı-yeddi  ildir  süfrəmdə  çörək  yeyirsən,  maşallah  cavan 
oğlan  olmusan.  Biz  ağa-nökər  yox,  elə  ata-bala  olmuşuq.  Gülsabahdan  sonar  day 
bilirəm ki, mənimkinə də çox qalmayıb. Öləndə məni öz çiynində apar, qoyma “gözünə 
torpaq tökəni yoxdur, sonsuzdur” desinlər. Əyil gözümə bir ovuc torpaq at. Bir də oğul, 
yaman  pis  zamandır,  özündən  muğayat  ol,  bəyə,  hampaya  bənd  olma.  Səni  qapımda 
nökər  adıyla  saxlamaq  mənə  ar  gəlir!  Qayıt  Molluya  sənə  bir  cüt  kəl-araba  verirəm, 
sürünü  də  hayla  həyətinə.  Onları  özün  bəsləmisən,  sənə  çatmalıdır.  Həyətdəki  mal-
qaranın öhdəsindən Kürd Əli ancaq gələr.  
Nəbi doluxsundu: 
  
   -Yox  elə  işmi  olar?    Molluya  heç  bir  quzu  da  aparmaram.  Sən  mənə  atalıq 
eləmisən  –  dedi.  –  Kəl  arabasını  deyirsən,  elə  o  bəs  eləyər,  başlaram  çütcülüyə. 
Binədarlıq  edərəm,  hər  şey  düzələr.  bir  də  ki,  həftənin  bu  başı  da,  o  başı  da 
qulluğundayam.  
 
Bəli,  Nəbi  arada  Molluya  qayıdanda  bəylərin  dişi  bağırsağını  kəsdi.  Amma  heç 
kim  Nəbiyə  bir  söz  deyə  bilmədi.  Nəbi  çütünü  qoşub,  əkin-biçinə  əl  qoymalı  oldu. 
Gözəlin,  Alonun  ürəyi  dağa  döndü.  Bəli,  Nəbi  bir  gün  öküzləri  sulamağa  gedəndə 
gördü, budu, bir qız qabağında da bir sürü endi arxa. Qız uzaqdan qışqırdı: 
 
   -Ey, su kiçiyindir, qoy quzuları suluyum, sonra öküzləri arxa  as.  
 
   -Gözüm üsrtə, gözəl qız! 
 
   -Ey, gözəl nənəndir! 
 
   -Mənim nənəm doğurdanda Gözəldir, bəs sənin adın nədir? 
 
   -Ey, keçəl deyilsən ki...   Öz adını deməmiş, mənim adımı öyrənmək istəyirsən. 
 
   -Yox,  keçəl  niyə  oluram,  -  Nəbi  qara  motal  papağını  başından  çıxardı.  Qıvrım 
saçlarını qız elə ürəklə süzdü ki, gəl görəsən. Qızı da görəndə az qaldı Nəbinin ürəyi 
keçə... Ancaq birtəhər özünü toplayıb cavab verdi: 
 
   -Mənim adım Nəbidir. 
 
Qız Nəbini bir də süzüb dedi: 
 
   -Mənim adım da Həcərdir!  Elata car çəkmə ey!.. 
 
   -Sən Xanoğlanın tə
,
rifli Həcərisən? 
 
Qız dasöz altında qalmadı: 
 
 
   -Sən də  Gözəlin göyçək Nəbisisən? 
 
O gündən öküzlərlə quzuların sulanan vaxtı bir oldu. Bu minvalla qış oldu. Bir gün 
Nəbi dedi: 
 
   -Day dözə bilmirəm, ay Həcər, sənə bir söz demək istəyirəm. Izn ver... 
 
   -Sözünü de görək, izn sonra verərik. 
 
   -Səni istəyirəm. 
 
Həcər gül kimi qızardı. Nəbiyə cavab verə bilmədi. Quzuları hayladı, tələm-tələsik 
Nəbidən  uzaqlaşdı.  Nəbi  həcərin  allı-güllü  donuna,  ay  tək  şəfəq  saçan  üzünə  doyunca 
baxa  bilmədi.  Bir  də  onu  gördü  ki,  lap  uzaqlarda  görünən  Həcərin  yüyürməkdən 
gərdəninə  tökülən  saçları  axşamın  toranında  bərq  vurur.  Külək  güllü  donun  ətəyini 
yırğalayır.  Həcər  gülümsəyərək  ucadan  nəsə  deyir,  təkrar  edir,  ləçəyini  ara  vermədən 
yellədirdi.  Nəbi yerində dayana bilmədi. Həkəri boyu üzüaşağı yüyürdü. Ancaq heç nə 


 
187 
eşidə bilmədi. Peşmançılıqla öküzlərə tərəf addımladı. Öz-özünə dedi: Eh bu Həkərinin 
qığıltısına bax, Həcərin səsini batırdı, bilmədim nə deyirdi. 
 
Nəbi  istədi  arxasınca  yüyürsün,  ancaq  artıq  Həcər  görünməz  olmuşdu.  Həcərin 
şümşad  boyu,  sədəf  dişləri,  co.ğun  Həkəri  tək  oynaq  gözlərinin  əksi  isə  Nəbinin 
gözlərinin qabağından getmirdi. 
 
Nəbi  o  gecəni  səhərə  qədər  yata  bilmədi.  Dan  yeri  söküləndə  yerindən  qalxdı. 
Öküz-arabanı  qoşub,  boyunduruğa  atıldı.  Həkərinin  sahili  ilə  başı  yuxarı  sürdü.  Nəbi 
bilirdi Həcər quzuları çölə yaymamış, suya gətirəcək. Odur ki, öküzləri örüşə buraxdı. 
Arabanın başını yerə qoydu. Çıxıb içərisində uzandı. 
 
Günəş üfüqdən boylananda Həcər uzun hörüyünün birini arxasında, birini sinəsinin 
üstündə ataraq quzunu Həkəri çayına endirdi. Gecəni yuxusuz qalan Nəbi təzəcə çimir 
eləmişdi.  Həcər  gördü  ki,  Nəbi  xor-xor  yatır.  Gülməyi  tutdu.  Arabaya  yaxınlaşıb 
çomaqla qozlanı tıqqıldatdı. Sonra da ucadan ahənglə oxudu: 
 
 
 
 
 
 
Gün çıxıbdır günortanın yerinə 
Tənbəl minib şirin yuxu belinə... 
 
 
Həcərin  səsinə  Nəbi  yerindən  dik  qalxdı.  Elə  sevindi  ki,  elə  bil  dünyaları  ona 
verdilər. Həcər zarafatından əl çəkmirdi: 
 
   -Öküzlərini  sürüb  qaytardım  Molluya.  Gedərsən  həm  dincini  alarsan,  həm  də 
öküzləri nalladarsan. Ala öküzün nalı sökülüb, heyvan  yaman axsayırdı. 
 
   -Ay  rəhmətliyin  nəvəsi,  məndə  dincəlməyə,  öküz-arabaya  baxmaqda  hal 
qoyubsan ki...  Yuxumu elə ərşə çəkmisən ki... 
 
   -Yaman da...  yuxusu ərşə çəkilmiş sənin kimi olaydı...  Elə arabada yatırsan ki... 
 
Nəbi bildi ki, Həcər də gecəni yatmayıb. Odur ki, yaxşı məqam idi. Məsələni həll 
etmək gərək idi. Belə fürsəti əldən vermək istəmirdi. 
 
   -Ay Həcər, şərti şumda kəsmək istəyirəm ki, xırmanda yabalaşmayaq. 
 
   -Nə  yaman  qəliz  danışırsan!    Kim  sənə  ixtiyar  verib  ki,  mənimlə  şərt  kəsəsən? 
Adam dilində danışsan olmaz, mus-mus eliyincə birdəfəlik Mustafa de!..   Mətləbini elə 
de ki, başa düşək də... 
 
   -Düz  deyirsən,  ay  Həcər!  Ancaq  demək  istədiyim  budu  ki  səni  istiyirəm.  Mənə 
gələrsən, ya yox? 
 
Həcər aydın cavab verdi: 
 
   -Gəlməyinə gələrəm. Ancaq gərək atamı  razı salasan... 
 
   -Əşi,  o  mənim  gözüm  üstə,  -  deyə  Nəbi  öküzlərin  dalınca  yüyürdü.  Həcər    bir 
dəfə  gördü  ki,  Nəbi  arabanı  öküzlərə  qioşdu,  bir  göz  qırpımında  boyunduruğa  atıldı, 
arabanın ağzını Molluya döndərdi. 
 
Axşam  Həcər  anasının  əl-ayaq  etməsindən  məsələnin  nə  yerdə  olduğunu  başa 
düşdü. Amma anasına nə bir söz deyə bildi, nə də xəbər aldı. 
 
Nəbinin  atası  Alo  kişi  bir  neçə  ağsaqqalla  gəlmişdi.  O,  xanalıya  nə  qədər  minnət 
etdi, ancaq Xanalı daşı ətəyindən tökmədi ki, tökmədi.  
 
Dedi: 
 
   -Ay  Alo,  özün  pis  adam  deyilsən.  Amma  oğlun  bəy-hampa  içərisində  üz 
qoymayıb. Bəylərin onu görməyə gözü yoxdu. Qızı verdim ona, nə gün görəcək?.. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə