182
BĠRDƏ GERĠYƏ NƏZƏR SALAQ
NƏBĠNĠN ANADAN OLMASI
Zəngəzur mahalında rəncbər Alonu tanımayan yox idi.
Elə ki yaz gəldi, rəncbər Alo
mehrini salardı çöllərə. Bəylər, hampalar, qazlar dayanardı qapısında növbəyə. Hamı
istərdi ki, torpağa toxumu rəncbər Alo səpsin. Deyirdilər əli bərəkətlidi, torpağa atdığı
bir dən bir çuval olur. Odur ki, Zəngəzurda varlı-karlı kim vardı, hamı taxılın Aloya
səpdirirdi. Alo da taleyindən naşükür deyildi. Qazlar, hampalar azdan-az, çoxdan-çox
Alonun yolunu görərdilər. Alo dinib-danışmazdı. Hər kəs nə verdi ona da qane olardı.
Bir kəsdən muzd istəməzdi. Köç-külfət bir qarnı ac, bir qarnı tox qışı yaz, yazı payız
edərdilər.
Alonun külfəti də böyükdü, üç oğlu, ybir qızı vardı. Günlərin bir
günündə axşamüstü
Gözəl keçiləri yemləyib evə gələndə Alonan üz-üzə gəldi.Alo kişi dolu vedrəni onun
əlindən aldı.Gözəl istədi Aloya nəsə desin. Amma kişini qanıqara görüb sözünü uddu.
Amma Alo da arif adam idi. Deyəsən nəsə duymuşdu. Axşam ocaq qırağında oturanda
Gözəlin üzünə mənalı-mənalı baxıb dedi:
-Arvad, sözlü adama oxşayırsan, olma yenə...
-Hə, a kişi, yenə...
– Gözəl başını aşağı dikdi.
Bu söhbətdən xeyli keçdi. Gözəlin bir oğluy oldu. El-camaat Alonun qaranlıq
daxmasına yığışdı, körpəyə ad qoydular – Nəbi.
Körpə Nəbi Alonun yoxsul daxmasında böyüdükcə, Alonun da saçı-saqqalı ağarır,
qəddi yavaş-yavaş əyilirdi. Yaman gün Alonu da qocaltdı. Hey çalışdı, işlədi, tər tökdü,
amma pis gündən yaxa qurtara bilmədi. Axırda fikirləşdi ki, bütün Zəngəzur camaatı
qara gündə yaşayır. Olacağa çarə yoxdur.
Nəbi boylu-buxunlu, şəstəli-qamətli bir cavan kimi böyüyürdü. Adam onun camalına
baxdıqca baxmaq istəyirdi. Heç
elə bil insan deyildi, haqdan yaranmışdı, gözəllikdə
Yusif ona tay ola bilməzdi.
Nəbi böyüdükcə hər şeylə maraqlanar, uzun-uzadı gecələrdə bəzən hey düşünür,
ailələrinin kasıb, ac-yalavac yaşaması onu yandırıb-yaxırdı. Anası Gözələ deyirdi ki,
qoy böyüyüm, sənə o qədər allı-güllü donlar alacam, Aloya
da elə gözəl çuxalar
tikəcəyəm ki...
On iki yaşa qədəm qoyanda Nəbi daha evdə artıq yük olmaq istəmədi, həmişə atasını
hörmətlə əkinə, səpinə çağıran Kərbəlayi Məhəmmədin yanına getdi. Salam-kalamdan
sonra utana-utana dedi:
-Kərbəlayi əmi, atam həmişə sənin xeyirxahlığından danışır, deyir bizim uşaqların
boynunda Kəbəlayı əminin böyük minnəti var. İndi bizim də əlimiz çörəyə çatar,
qabağınızda xəcil olmarıq. Ancaq Kərbəlayi əmi, bu qış güzəranımız lap ağır keçib, indi
unnuğumuzda bir ovuc unumuz qalıb, bu zalım hampalar da atama çatası haqqı
vermirlər ki, barı yaza çıxa bilək.
Nəbinin gözləri doldu, sözünü axıra çatdıra bilmədi. Ürəyi yumşaq bir
adam olan
Kərbəlayi uşağın başını sığalladı, sonra üzünü nökəri Kürd Əliyə tutub dedi:
-Əli, get bu uşağı əməlli-başlı yedirt, sonra da qatırı unla yüklə, qapıda hazır olsun.
183
Kürd Əli Kərbəlayı Məhəmmədin dediyinə əməl etdi. Nəbini əməlli-başlı yedirtdi,
sonra da qatıra iki kisə un yükləlib qapıda saxladı.
Kərbəlayi Məhəmmədin Nəbidən yamanca xoşu gəlmişdi. Fikri də başqa idi.
Kərbəlayının gözünün ağı-qarası bircə qızı vardı. Öz-özünə fikir eləmişdi ki, Alo razı
olsa Nəbini qapıya götürər, sonra bəlkə uşaqların ulduzları barışdı. Qoy el məni qınasın,
bu Nəbiyə qız verən heç vaxt peşman olmaz. Amma Kərbəlayı Məhəmməd ürəyindən
keçənləri bir kəsə söyləmədi. Nəbiyə bir az da xərclik verib dedi:
-Atana de, Kərbəlayi əminin quzusu başsızdı. Rüsxət versin gəl quzuları otar, görək
axırı nə olar...
Nəbi Kərbəlayi Məhəmmədə necə dil-ağız edəcəyini bilmədi.
-Çox sağ ol, Kərbəlayi əmi – deyib böyüklərə məxsus ədəblə əlini sıxdı. Kürd Əli onu
qaldırıb qoydu qatırın belinə.
Nəbi kefi kök, damağı çağ evə qayıtdı. Uşağı qatırın belində görəndə Gözəlin gözü
yaşardı, Nəbinin yamaqlı şalvarından görünən əzilmiş dizləri ananın ürəyinin başını
göynətdi.
Alo Kərbəlayi Məhəmmədin təklifini eşidəndə xeyli fikrə getdi, Gözəl gözünün yaşını
axıtdı. “Ac qulağım dinc qulağım”, istəmirəm Nəbinin quzuçuluqdan yediyi çörəyi, qoy
elə qapımda qalıb gözümün qabağında olsun” – deyə xeyli deyindi.
Alo da işə könül vermək istəmirdi. Ancaq ailənin vəziyyətini düşünəndə gördü ki, belə
olsa, uşaqlar acından gözünün qabağında qırılacaq. Odur ki, Nəbinin nökərçiliyə
getməsinə elə ikibaşlı cavab verdi:
-Nəbi indi uşaq deyil ki, güzaranımızı görür. Özü bilsin istəyir getməsin, kim onu evdən
qovur ki... – deyə Gözələ təskinlik vermək istədi.
Uşaq maddım-maddım atasının üzünə baxırdı. Nəbi istəyirdi bilsin ki, o getsə Alo da
Gözəl kimi ürəyini sıxacaqmı... İndi atasının cavabı ürəyindən oldu. Axı evdə vəziyyət
pis idi, heç olmazsa
gedib işləyib evə undan, arpadan, darıdan gətirmək lazım idi. Odur
ki, Nəbi anasına təskinlik verdi:
-Ay ana, Kərbəlayi əmi pis kişiyə oxşamır. Bir də pis olub mənə neylər, neyləsə özünə
eyləyəcək, daha uşaq döyüləm ki... Gördüm məni dolandırmır, çıxıb başqasına nökər
duraram...
-Eh ay oğul, Kərbəlayi pis olmağına
pis adam deyil, səni yola da verər, çətin
günümüzdə bizə də əl tutar, ancaq gərək sözünün qabağına söz deməyəsən, sən də axı
qabağından yeməyənsən – deyə ata da nigaran-nigaran dilləndi.
Gözəl cırıq çutkusunun ucu ilə gözünün yaşını silib Aloya baxdı.
Nəbi pərt olmuşdu. Alo gözünün ucuyla Gözələ baxır, fikirli-fikirli qəlyanını tüstülədir
və ahəstə-ahəstə deyirdi:
-Ay Gözəl, sözgəlişi deyirəm də... bilirsən, bu Nəbini iki gözümdən çox istəyirəm.
Deməyim odu ki, bu kəlbəlayıların, hampaların, darğaların etibarına vəfa yoxdur.
Onların cilovunda ömür sürmək olmaz. Nəbi söz götürməyən uşaqdır. Kərbəlayinin
üzünə ağ olar. Ara yerdə xətir-hörmətimiz itib-gedər.
Nəbi daha dözə bilmədi.
-Yox ata narahat olma. Kərbəlayinin xətrinə dəymərəm. Sübh tezdən kişinin quzusunu
örüşə çıxartmalıyam. Allah kərimdi, gedirəm, görək nə olar.
... Səhər tezdən Gözəl Nəbi üçün yır-yığış elədi. Boxçanı gətirib qatırın yəhərinin
qaşına bağladı. Özünü saxlaya bilmədi, kövrəldi, göz yaşı onu boğdu, qoca tutun