Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə96/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   93   94   95   96   97   98   99   100   101

 
198 
PALANTÖKƏN VURUġU 
 
Nəbinin şöhrəti Zəngəzurdan, Naxçıvandan, İrəvandan başlayıb Təbrizə, Gorusa, Rəştə, 
Ərdəbilə  qədər  gedib  çıxmışdı.  Hər  yerdə  özünə  çox  tərəfdar  toplayan  Qaçaq  Nəbi  
xalqın  pənahı  idi.  Kəndlini  hampalar    döyəndə  əgər  desəydi  ki,  eybi  yox,  bu  zülmü 
Nəbiyə  yetirərəm,  bu  dərdə  bir  əncam  çəkər,  o  dəqiqə  onu  buraxardılar.  Nəbi 
naçalniklərə, pristavlara, koxalara, bəylərə bir divan tuturdu ki, gəl görəsən. 
Deyirlər  bir  dəfə  İsmayıl  bəy  bütün  hampaları  divana  yığıb  vergi  verməyən  kəndliləri 
atın quyruğuna bağlamağı əmr edib. Özü də deyib ki, hansı hampa atın quyruğundakı 
kəndlini  yaxşı  sürüsə  ona  bəxşiş  verəcəyəm.  Pristav  Qaşo  bəyi  də  tamaşaya  çağırıb. 
Bəli,  məclisin  şirin  yerində  bir  atlı  girib  ortalığa  ki  əllər  yuxarı!  İsmayıl  bəy,  Qaşo 
pristav  da  əllərini  qaldırıblar  yuxarı.  Onları  tərkisilah  edəndən  sonra  üzünü  hampalara 
tutub deyib: 
-  İndi,  düşün  atdan.  Siz  isə  kəndlilər,  minin  atlara!  Sonra  atlı  ağaları  məcbur  elədi  ki, 
kəndlilərə vergilərin verilməsi barədə qəbzlər yazsınlar! 
Elə  ki  hampalar  vergi  qəbzlərini  kəndlilərə  verdilər  əli  silahlı  qaçaq  dedi  ki,  bağlayın 
hampaları atın quyruğuna. Pristav Qaşo bəyi də bir ağaca sarıdı. Sonra da ona dedi: 
- Qaşo bəy, sən də dayan burada tamaşa elə! 
Həcər  xanım  İsmayıl  bəyi  öz  əli  ilə  atın  quyruğuna  bağladı.  Üzünü  bütün  kəndlilərə 
tutub dedi: 
- Bilin və agah olun ki, mən Həcərəm. Bu İsmayıl bəy, mənim bağrıma çalın-çarpaz dağ 
çəkib. Bətnimdən yerə qoyduğum körpəmi şaşqanın ucuna keçirib, əzabla öldürüb. İndi 
mən  onu  Qəmər  dayım    quyruğunda  bütün  Salvartının,  Zəngəzurun  şiş  qayalıqlarını 
gəzdirəcəyəm.  Məni  qınamayın,  bəlkə  bununla  ana  qəlbimin  közü  qaysaqlana!  Siz  isə 
özünüz  bilin,  hampalar  nə  qədər  istəsəniz  o  qədər  sürüyün.  Amma,  hərə  pristava  bir 
qamçı çəkməyi unutmasın. 
Deyirlər  o  gün  nə  pristavdan,  nə  də  hampalardan  salamat  qalanı  olmadı.  Coşmuş 
kəndlilər bütün divan idarəsini dağıtdı, atları da aşırıb erməni kəndlərində satıb evlərinə 
dağılışmışdılar. 
Nəbinin  qorxusundan  pristavlar  bu  işin  üstünü  vurmadılar.  Kəndlilərə  də  gözün  üstə 
qaşın  var  deyən  olmadı.  Hamı  İsmayıl  bəyi  qınadı.  Dedilər,  Nəbi  qanı  qanla  yuyub. 
Daha  kimi  tutub  dama  qoya  bilərik.  Ancaq  Nəbinin  əlindən  çara  şikayət  etməyi  də 
unutmadılar. 
İllər  keçdikcə  Nəbinin  dəstəsi  böyüdü,  davası  da  daha  zəhmli  oldu.  Nəbinin  dəliləri 
pristavlara,  naçalniklərə  çox  divan  tutdu.  Günahsız  döyülən  torpağı  əlindən  alınan, 
muzdu verilməyən çox kəndlinin haqqını alıb özünə qaytardılar. 
Deyirlər bir gün Qaçaq Nəbi, Həcər, başının dəliləri ilə yenə kəndləri  gəzirmişlər. Bir 
də  görürlər  ki,  qoburnatın  qazalağı  gözətçi  dəstəsi  ilə  gəlir.  Ta  bayaq  ha,  dəlilər  777 
aynalını  tuşlayırlar  qazalağa!  Görünür,  içəridəki  ağıllı  adam  idi.  Strajniklərə  deyir  ki, 
güllə  atmayın,  əllərinizi  qaldırıb  təslim  olun.  Strajniklər  də  bir  söz  deməyib  silahı 
tökürlər yerə. Həcər özünü qabağa verib Nəbiyə deyir: 
-
 
Qoburnatı özüm qarşılayacağam. 
Qaçaqlar  əldə  silah  Həcəri  dövrəyə  alırlar.  Bir  də  görülər  ki,  qazalaqdan  bir  urus 
xanımı,  bir  də  yaraşıqlı  saçı  olan  bir  məmur  düşdü.  Həcər  məmuru  o  dəqiqə  tanıdı. 
İsmayıl  bəy  onu  dustaq  edəndə  qollarının  zəncirini  açdıran  məmur  idi.  Bir  az 


 
199 
sinniləşmişdi.  Deyəsən  çini  də  böyümüşdü.  Ancaq  necə  vardı,  eləcə  də  qalmışdı, 
deyəsən o da Həcəri tanımışdı. Odur ki, şirin azərbaycan ləhcəsində dedi: 
-
 
Həcər xanım, məni tanımadınmı? On il qabaq həbs olunanda görmüşdüm... 
-
 
Siz kapitan Qrivanovskisinizmi? 
-
 
Bəli, bəli, xanım, görürsünüzmü, mən indi generalam. Bu xanım da  mənim 
arvadımdır. 
-
 
Çox yaxşı, cənab general. 
Generalın arvadı soruşdu: 
-
 
Siz belə gözəl qadın, nə üçün evdə oturub uşaqlarınıza mürəbbilik etmirsiz? 
Quldurluq qadına yaraşarmı? 
General bunları Həcərə tərcümə etdi. Həcər dedi: 
-  Xanım!  Oğlum  bətnimdən  düşən  kimi,  nəçənnik  şaşqaya  keçirib  öldürdü!  Məni 
zindana, soyuq qarsa saldı, dizə qədər soyuq suda saxladı, ondan sonra uşağım olmadı. 
Sizin bu general əriniz həmin vəhşiliyi yaxşı xatırlamalıdır.  
General  pərt  oldu.  Həcərin  dediklərini  xanımına  tərcümə  elədi.  Urus  xanımı  Həcərin 
faciəsini eşidəndə əlləri ilə üzünü tutdu, göz yaşları onu boğdu, qazalağa qayıdıb boğuq 
səslə ərinə dedi: 
- Əlbəttə, onlar indi bizi öldürməlidirlər. General başını aşağı salıb xanımının sözlərini 
yenə azərbaycancaya çevirdi. Sonra da məyusluqla dedi: 
-Həcər  xanım,  ricam  budur  ki,  izn  verin,  xanımım  getsin,  bizim  üç  qızımız  var,  hər 
ikimiz öldürülsək onlar başsız qalar. Mənə nə divan istəsəniz tutarsınız. 
Həcər Nəbiyə, qaçaqlara baxdı. Nəbi tüfəngi qaldırdı. Həcər dedi: 
- Əl saxla, Nəbi! Bunlar hər şeyi öz arşınları ilə ölçürlər. – Sonra üzünü generala tutub 
sözünə davam etdi: 
-  General,  -  deyə  Həcər  əsəbləşdii.  Onun  səsinə  bütün  qaçaqlar  səngərdən  çıxdı,  Nəbi 
“Aynalı” nı dikəltdi, Həcər sözünə davam elədi: 
-  General,  mən  yaxşı  bilirəm  ki,  siz  padşahın  əmrilə  bizi  qırmaq  üçün  böyük  qoşunla 
bura  gəlmisiniz.  Biz  vuruşarıq,  kim  kimi  döyüşdə  məğlub  eləsə  o  da  məğlub  olar. 
Ancaq  siz  xanımınıza  deyin  ki,  biz  quldur  deyilik.  Biz  zülm  əlindən  komamızdan 
qaçanlarıq.  O  ki,  qaldı  sizə,  azadsınız.  Siz  mənim  qollarımın  zəncirini  on  il  bundan 
qabaq  İsmayıl  bəyə  açdırdınız.  Məni  buraxmaq  istədiniz.  İsmayıl  bəy  qoymadı,  onun 
üzünə tüpürüb getdiniz. İndi mən də sizi azad edrirəm. O vaxt  məni buraxmağa sizin 
səlahiyyətiniz çatmadı. Bu gün isə sizi buraxmağa mənim səlahiyyətim çatır. 
Həcər  çevrilib  Nəbiyə  baxdı.  Gördü  Nəbi  gülümsəyir,  demək  hər  şey  qaydasındadı. 
Həcər  yoldan  çəkildi.  “Aynalı”  lar  görünməz  oldu.  General  ağır  addımlarla  qazalağa 
qayıdıb tərpənmək əmri verdi. General xanımına nə isə deyir, o da uzaqlaşıb getdikcə 
Həcərə hey əl eləyirdi. 
Deyilənə  görə  ki,  doğurdan  da  general  Qrivanovski  xüsusi  göstərişlə  Zəngəzura 
gəlibmiş.  Həcərin  igidliyindən  sonra  fikrini  dəyişib.  Nəbinin  üstünə  göndərilən  min 
atlını da özüylə götürüb geri qayıtmışdı. 
Bundan sonra  Nəbini  aradan götürmək  üçün pristavlar bir  yerə  yığılıb  tədbir tökdülər. 
Üç  min  atlı  hazırlandı  ki,  necə  olursa-olsun  Nəbinin  ya  ölüsünü,  ya  dirisini  divana 
təhvil versinlər. 
Bir  dəfə  Hayiklə  Tunc  Vəli  möhkəm  xəstələndiyindən  Nəbi  onları  İrəvanda  Ayrapet 
kişinin evində qoymuşdu. Dəlilər bir xeyli burada qalıb yaxşılaşdıqdan sonra yenidən 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə