Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə94/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   90   91   92   93   94   95   96   97   ...   101

 
194 
 
Nəbi  ordan  da  Salvartıya  yola  düşdü.  Kəndlilərin  gətirdiyi  yavanlıqdan  bir  az 
götürdü,  düşdü  yola.  Kürd  Əli  ondan  əl  çəkmədi.  Dedi  yerini  bilməsəm,  geri 
qayıtmaram, camaat deyir qabaqdan qış gəlir, biz gərək Nəbinin yerini bilək, çörəkdən, 
yavanlıqdan, isti-soyuqdan korluq çəkməyə qoymayaq.  
 
Nəbi  daha  söz  deyə  bilmədi,  Kürd  Əliyə  Salvartı  mağarasının  yolunu  göstərdi. 
Dedi  ki,  hər  cümə  bax  bu  gədiklərdə  gəzirəm,  axtarsanız  məni  elə  bu  kəndlərdə 
taparsınız. Bir də yerimi çuğul bilməsin, bu qışı hələ Salvartıda keçirmək istəyirəm. 
 
Sabahısı bütün koxa, hampa, bəy və mülkədarlar, hətta pristav özü Molluya gəldi. 
Əli  bəylə  Mahmud  hampanın  Qaçaq  Nəbi  tərəfindən  öldürülməsi  xəbəri  aləmə 
yayılmışdı. 
 
Hamı  Qaçaq  Nəbidən  danışmağa  başladı.  Baş  verən  qətlləri,  qarətləri  Nəbinin 
ayağına  yazdılar.  Pristav  qoburnata    namə  yazdı  ki,  Zəngəzur  dağlarında  Nəbi  adlı 
qoçaq  Zəngəzuru  dağıdıb-talayıb.  Tez  kömək  göndərməsən  sonra  öhdəsindən  gəlmək 
olmayacaq.  Dəstəsi  də  gündən-günə    böyüyür,  quldur-qaçaq  başına  yığılır.  Sonra  da 
pristav bəyləri, mülkədarları, koxaları, strajnikləri başına yığıb dedi: 
 
   -Bu Nəbi başımıza bir əngəl oldu. Onu çoxdan gərək aradan götürəydik.  Indi də 
gec  deyil.  Çuğul  salın,  yerini-yurdunu  öyrənin.  Kim  Nəbinin  başını  batırsa  ürəyi  
istəyəni ona verəcəyəm.  
 
Bəylər,  hampalar,  koxalar  pristavın  başından  deyə-gülə  dağıldılar.  Hamısı  da 
düşünürdü ki, Nəbinin qanlı başını gətirib koxalıq ələ keçirmək məqamıdır. 
 
 
 
 
 
 
HƏCƏR XANIMIN TUTULMASI     
 
 
Nökər-naib dağlara düşüb  o təpə sənin, bu dərə mənim Nəbinin arxasınca gəzib 
dolandıqca  Nəbi  də  gecə-gündüz  dağı-daşı  gəzir,  kəndlərə  çıxır,  baylərə,  hampalara 
divan  tutur,  onların  taxılını,  otunu    alıb  kəndlilərə  paylayırdı.  Bəylər  Nəbinin 
qorxusundan kəndlilərə dəyib-toxuna bilmirdi.  Bəylərlə toqquşan, çəpləşən cavanlar da 
yavaş-yavaş  dağlara  çəkilir,  gəlib  Nəbinin  dəstəsinə  qoşulurdular.  Ayrı-ayrı  qaçaq 
dəstələri də Nəbinin başına toplaşmışdı. Nəbinin sorağı yaxın, uzaq mahalları dolaşırdı.  
 
Nəbi  qaçaq  düşəni  Alonun  ölümündən  sonra  bığ  yeri  yenicə  tərləmiş  balaca 
Mehdini də izləməyə başladılar. Bir gün Mehdi də naçalnik Cəfərqulu bəylə sözləşdi. Iş 
toxma-dəyənəyə  çıxanda Mehdi əl atdı  naçalnikin tapancasına. Qoburu ilə qırıb qoydu 
cibinə. Dedi indi igidsənsə yaxın gəl, beynini göyə sovurum. Cəfərqulu bəy də Nəbinin 
qorxusundan  Mehdiyə  söz  deyə  bilmədi.  Mahala  hay  düşdü  ki,  Mehdi  nəçərniki 
tərksilah edib. O gündən Mehdi üçün dərədə, çəpərdə, xəndəkdə pusqu qurdular. Mehdi 
gördü  ki,  belə  getsə,  bəylər  onu  aradan    götürəcəklər.  Bir  gün  Nəbinin  yanına  gəlib 
dedi:  
 
   -Qardaş,  daha  mən  də  sənsiz  Molluda  qala  bilmirəm.  Gəlim  bir-birimizə  həyan 
olaq. Bu bəylər qanımıza elə susayıblar ki, belə getsə məni aradan götürəcəklər.  
 
Bəli, belə-belə Nəbinin dəstəsi böyüyüb 30-40 nəfər oldu. Onların içərisində  Telli 
Qara, Tunc Vəli, Şəmməd Həsən, Lələ Gavur, Basar İgid, Qanlı Qoca el içərisində ad 
çıxarmış  qaçaqlardan  idi.  Indi  onların  Nəbinin  başına  toplaşması  da  bəylərə  bir  dərd 
olmuşdu. 
 
Qobu
,
rnat Qaçaq Nəbinin dəstəsini qırmaq üçün Zəngəzura  200 atlı göndərmişdi. 
Naçalnik  Cəfərqulu  bəy  başda  olmaqla  qoburnat  özü  bu  dəstənin  üç  aya  qədər  ləğv 


 
195 
olunmasını,  Qaçaq  Nəbinin  tutulub  hökümətə  təhvil  verilməsini  tələb  etmişdi.  Atlılar 
Gorus  naçalnikinin  sərəncamında  dağı,  daşı  ələk-vələk  edir,  ancaq  bir  kəs  Nəbini 
gördüm demirdi. 
 
Bir  gün  Qaçaq  Nəbi  yenə  kəndlərə  çıxmışdı.  Camaatla  görüşür,  onların 
vəziyyətindən  hali  olurdu.  Naxçıvan,  Cəbrayıl,  Gorus  naçalnikləri  də  özlərinin  yüz 
seçmə atlısı  ilə Nəbini tutmaq üçün Şotlanlı oylağında pusquda durmuşdu. Nəbi gəzə-
gəzə  gəlib  Şotlanlıya  çıxdı.  Amma  onu  camaat  arasına  çıxmağa  qoymadılar.  Düşmən 
atlılarının kənddə olduğunu bilən Nəbi uşaqları evlərdə yerləşdirdi. Özü isə Qanlı Qoca 
ilə Həkəriyə yola düşdü. Çünki üç gündü, Həcəri Molluya yola salmışdı, bir xəbər-ətər 
yox idi. 
 
Həcər  ikicanlı  olduğundan  yaman  ağrı  çəkirdi,  odur  ki,  Mehdi  Həcəri  Gözəlin 
yanında  qoyub,  qayıtmalı  idi.  Və
,
də  tamam  olmuşdu,  amma  nə  Həcərdən,  nə  də 
Mehdidən xəbər vardı.  
 
Nəbi Şotlanlıdan yenicə çıxmışdı ki, bir əkinçiyə rast gəldi. Uzaqdan fikir verdilər, 
gördülər Gorus yolunun  üstündə oturan əkinçi nəsə  oxuyur. Sonra qulaq verib gördülər 
yox,  əkinçi ağlayır, özü də hərdən nəsə  zümzümə  edir.  Qanlı  Qoca bir  az  irəli  yeriyib 
qulaq verdi. Gördü əkinçi oxuyur: 
 
Qanlı Qoca bir göz qırpımında əkinçinin başının üstünü alıb soruşdu ki, ay kişi, nə 
olub belə yanıqlı-yanıqlı oxuyub ağlayırsan. Qoca dedi: 
 
   -Heç nə. Qərib oğlum yadıma düşüb,  mən də ağlayıb ürəyimi boşaldıram.  
 
Qanlı Qoca gördü əkinçi qorxur, odur ki, özünü nişan verdi:  
 
   -Qorxma, biz bəy-nəçəlnik-zad deyilik, Nəbinin adamlarındanıq. Bu sözdən kişi 
ürəkləndi. Əlini yerə dirək  verib dik qalxdı, zənlə Qanlı Qocaya baxdı. Elə ki arxayın 
oldu bunlar doğrudan da naçalnikin adamlarından deyil dedi: 
 
   -Başınıza  dönüm,  İsmayıl  bəy  otuz  atlı  ilə  Nəbi  ilə  Həcəri  tutub  gorusa  apardı. 
Yazıq həcər bir ağlayırdı ki...  Strajniklər bir-birinə pıçıldayırdılar ki,  Həcər ağrı çəkir. 
Heç Gorusa özünü yetirməz, yolda yükünü yerə qoyar. Zalım İsmayıl bəy ara-sıra hey 
qırmancı  Həcərin  kürəyinə  ilişdirirdi.  Belə  nakişilik  heç  yerə-göyə  sığar,  belə  zülm 
yerdə qalar? 
 
Nəbi  daha  dözə  bilmədi.  Geri  qayıtmaq  olmazdı.  Düşmən  atlıları  kəndləri    üzük 
qaşı dövrəyə almışdılar.  Nəbi Boz atı məhmizlədi, üzünü Qanlı Qocaya tutub dedi: 
 
   -Mən getdim Həcərin arxasınca, sən də dəliləri sağ-salamat bu kəndlərdən çıxar, 
sübhçağı Gorusda görüşək! 
 
Bəli, Qanlı  Qoca  dəliləri  axtarmaqda, Qaçaq  Nəbi  Gorusa  getməkdə  olsun, görək 
Həcər necə oldu. Əkinçi Mehdi ilə Nəbini dəyişik salmışdı. O, elə bilmişdi ki, tutulan 
Nəbi ilə Həcərdi.  
 
Kəndə  gələn  gündən  Həcərin  halı  xarablaşmışdı.  Kəndlər  də  Nəbini  axtaran  it-
qurdla 
dolu  olduğundan Mehdi  Həcəri bir yana çıxara bilməmişdi. Gözəlin evini 
gündə üç-dörd dəfə axtarır, yazıq arvada min bir zülm edirdilər. Odur ki, Həcər iki gün 
Xanalının evində qalandan sonra Kərbəlayı Məhəmmədgilə getməyi qərara alır. Mehdi 
də gecə fürsət ikən Həcəri Kərbəlayının evinə çatdırmaq istərkən nyolda İsmayıl bəyin 
dəstəsi  ilə    rastlaşır.  “Aynalı”nı  çəkir  ki,  düşmənin  halayın  dağıtsın,  Həcər  deyir,  sən 
allah, güllə atma, halım pisdi, alçaqlıq eləyib bizi tutsalar  qoy  tutsunlar. 
 
Mehdi  atdan  düşüb  İsmayıl  bəyin  qarşısına    gəlib  deyir  ki,  nəçəlnik,  Həcər 
ikicanlıdı, ağrı çəkir, aparıram yaxın kəndlərin birinə ki, yükünü yerə qoysun.  


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə