Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə97/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   93   94   95   96   97   98   99   100   101

 
200 
dəstəyə  qayıtdılar.  Hamısının  sağ-salamat  yerində  görən  Nəbi  Turşsuda  kef  məclisi 
düzəltdi.  Yedilər,  içdilər  tacirlərdən  aldıqları  qəflə-qatırı,  ipəyi,  parçanı,  bəzi  camaata 
paylayıb kəndləri, obaları dolaşdılar. Axşamı yenidən Kirs dağına qalxdılar ki, burada 
gecələsinlər. Sən demə çuğul ölmüyübmüş. Elə o gün xəbər aparırlar ki, Nəbi xəzinəni 
yarıb, bütün var-dövləti camaata paylaya-paylaya gəzir, bəs bu gün də qəflə-qatırı mal-
qaranı kəndlilərə paylayıb? Palantökənə qalxıb. 
Bəli, üç min atlı üzük qaşı kimi Kirs dağını dövrəyə aldı. 
Nəbinin adamları möhkəm yorulduğunan hərə bir tərəfdə uzanıb dincini alırdı. Nəbi 
də başını Həcərin dizi üstə qoyub fikri İranı-Turanı gəzib dolaşmaqda idi. Elə beləcə də 
çimir    etdi.  Bir  az  keçmişdi  ki,  Həcər  gördü  Nəbi  heç  özündə  deyil.  Yuxuda  dil-
dodağını  gəmirir.  Sonra  da  başladı  öz-özüylə  danışmağa,  nə`rə  çəkməyə.  Həcər  nə 
qədər silkələdi, Nəbi oyanmadı. İstədi yerindən qalxa, bir də onda gördü ki, Boz at gəlib 
dayanıb  Nəbinin  başı  üstündə.  Ayağı  ilə  yeri  eşir,  gözündən  yaş  axırdı.  Həcəri  lap 
vahimə basdı. Tez qalxıb Mehdini səslədi. Mehdi, Məhərrəm, Batman, Əli, Kürd Musa, 
Tunc  Vəli  tökülüşüb  gəldilər.  Nə  qədər  əlləşdilər  Nəbi  oyanmadı  ki,  oyanmadı.  Onda 
gördülər  ki,  Boz  at  Nəbiyə  fərəhlə  baxır.  Birdən  Boz  at  başladı  kişnəməyə.  Yazıq 
heyvan bir kişnəmə kişnədi, dağlar daşlar lərzəyə gəldi. 
Elə  yerindən qalxıb üzünü dəlilərə tutub dedi: 
-  Kirsi  düşmən  dövrəyə  alıb,  hamı  səngərə.  Yaman  yerdə  axşamlamışıq.  Güllə 
qurtarana  qədər vuruşacağıq. Elə ki, gördüyünüz hərənin beş gülləsi qalıb onda daha əl 
saxlayın.  Mən  enib  girəcəyəm  dağın  başındakı  qalaya.  Siz  də  gördünüz  ki,  düşmən 
qalaçaya  hücum  edir,  adama  Qalaçaya  bir-iki  güllə  atıb  düşməni  şaşırın.  Həcəri  də 
götürüb  aradan  çıxın.  Onu  aparıb  Kərbəlayı  Məhəmmədin  evində  qoyduqdan  sonra 
dağlara  əkilib işinizdə  olun.  Salvartı  mağarasına  toplaşın, heç min  il  də  bir kəs orada 
sizin burnunuzu qanada bilməz. Sağ qalsam,  məni gözləyirsiz, ölsəm, Molluda atamın 
qəbri yanında dəfn edərsiz. 
Dəlilər yaman pərt oldu, Həcər başladı yalvarmağa, amm Nəbi çoxdan uzaqlaşmışdı. 
Birdən atışma səsi gəldi. Nəbi döyüşə girmişdi. Bəli, düşməni dənim-dənim dinləyirdi. 
Bunu  görən  Həcər  və  dəlilər  də  özlərini  vurdular  qoşuni-ləşgərə.  Nəbinin  bir  gülləsi 
hədəfdən  yayınmırdı.  Bu  minvalla  qaş  qaralana  qədər  Nəbinin  dəstəsi  pristavların 
qoşununu pərən-pərən elədi. Qırılan qırıldı, qırılmayan da qaçıb dağıldı.  
Palantökən də elə bir gədik idi ki, bura çıxmaq hər oğlun işi deyildi. Çoxlu hampa, 
strajnik,  koxa,  darğa  qırılmışdı.  Kirsin  başından  baxanda  düşmən  leşləri  aydın 
görünürdü.  Nəbinin  kefi  duruldu.  Odur  ki,  aşığı  çağırdı,  dedi,  usta,  bir  hava  çal 
şadlanaq.  Usta  “Cəngi” çaldı.  Sonra  Nəbinin birdən-birə halı dəyişdi.    Dedi,  Mehdini 
bura çağırın. Mehdi gələndə Nəbi dedi: 
- Ay qardaş, bu lənətə gəlmişlər, bizi dağa-daşa saldılar. Mənim sinəmə övlad dağı 
çəkdilər, mənimki day qaldı qurdla qiyamətə. Barı sən çıx get bu ölkədən. Səni Qarsa 
Ərdəbilə  ötürüm.  Get  özünə  ev  qur,  ailə  qur,  övladın  olsun.  Heç  olmazsa,  mən  bu 
dünyadan ürəyi nisgilli getməyim. 
-  Yox,  ay  qardaş,  mən  səndən  necə  ayrılım,  el-camaat  bizə  nə  deyər!  Bir  də  ki  elə 
Qars da, Ərdəbil də bu kökdədir. Yazıq kəndlinin güzarı harda yaxşıdırki... Hər yerdə 
kəndistan elə boyunduruqdadır ki, boyunduruqda... 


 
201 
Nəbi qəmgin oldu. Aşığa dedi “Kərəmi” çal. Aşıq bir “Kərəmi” çaldı, bir “Kərəmi” 
çaldı gəl görəsən. Deyirlər o “Kərəmi” dən Kirsin qurumuş bulaqları yenidən göz yaşı 
axıtmağa başladı. Nəbi başını təzədən Həcərin dizi üstə qoyub yuxuya getdi. 
Bəli,  aşıq  çalıb-çağırdı,  dəlilər,  üç-gün,  üç  gecə  kef  çəkib  dincəldilər.  El  axışıb 
Nəbinin görüşünə gəldi. 
Dördüncü gün atlandılar ki, getsinlər, Nəbi dedi, mən bir daha o mundarların leşini 
görmək  istəmirəm.  Gəlin  elə  Kirsi  aşıb  Qafan  tərəfə  gedək.  Oradan  da  Təbrizə, 
Ərdəbilə gedərik. Bir müddət bu yerlərdən yayınaq, bəlkə dərdimizi dağıla.  
Bəli,  Nəbigil  Qafan yoluna  təzəcə  çıxmışdılar  ki, birdə  gördülər,  yaxından  hıçqırıq 
gəlir. Həcər dedi, qadın səsidi, kiminsə başını kəsirlər. Nəbi, Tunc Vəli, Həcər səs gələn 
tərəfə  yüyüpüşdülər.  Bəli,  gəlib  gördülər  doğrudan  da  bir  nəfər  cavan  bir  gəlinin  əl-
qolunu bağlayıb başını kəsmək istəyir. 
Nəbi kişinin üstünə qışqırdı: 
-
 
Əyə, bəri keç görək kimsən? 
-
 
Kişi  başladı  yalvarmağa  ki?  Nəbi  bəy,  bir  qələtdi  eləmişəm,  keç 
günahımdan. Nəbi baxıb gördü ki, bu tacir Cəfərquludur. 
Gəlinin əlini-qolunu açdılar. Həcər soruşdu ki, bacı bu nə işdi sənin başına gətirirlər? 
Gəlin ağlaya-ağlaya dedi: 
-
 
Mən  Cəfərqulunun  əmisi  uşağının  övrətiyəm.  Ərim  iki  həftədi  ki,  Tuğa 
əkinə  gedib.  Bu  zalım  da  məni  aldadıb  ki,    bəs  ərin  Tuğda  öldürülüb.  Mən  də  o 
yanlara  gedirəm, gedək  meyidini gətirək. Mən də inanıb onun qəflə-qatırına  qoşulub 
gəlmişəm.  İndi  gecənin  bu  vaxtı  mənə  yanaşıb  ki,  ərin  ölüb-eləməyib,  özü  də  səni 
İsfahana aparıram, orada evim var, qalıb mənə arvad olarsan. Deyirəm, ay zalım, belə 
iş olmaz, evdə 3 aylıq körpəmi qoymuşam, deyir yox, onda başını kəsməliyəm. 
Həcər soruşdu: 
-
 
Bəs qəflə-qatır hardadı? 
Gəlin dedi: 
-
 
Budu ha, iki addımlıqda, buradakı Hopu dərəsində! 
Nəbi  Tunc  Vəlini  Məhərrəmlə  karvanın  arxasınca  göndərdi.  Sonra  belindən 
qılıncını çıxarıb gəlinə uzatdı: 
-
 
Bacı, indi al, onun başını özün kəs. 
Cəfərqulu  bəy  nə  qədər  yalvardı,  yaxardı  Nəbi  dedi,  yox  sən  biqeyrətsən. 
Biqeyrətlərdə gərək dünyada yaşamasın. 
Gəlin  də  ağladı  ki,  can  nəbi,  mən  onun  başını  necə  kəsə  bilərəm?  Bir  də  bu 
lənətə gəlmiş məni el içində rüsvay elədi, eşidən də deyəcək? 
Nəbi dedi: 
-
 
Yaxşı,  bir  halda  ki,  o  qadının  başını  kəsmək  istəyirdi,  gərək  onu  qadın  da 
öldürə. Onda Həcər özü bilər. 
Həcər də elə bil bu sözə bənd idi, tuşladı “Aynalını” Cəfərqulu bəyin təpəsinə. 
Karvanı  açıb  gördülər,  hamısı  pal-paltarıdı.  Nəbi  dəlilərin  əynini  başdan-ayağa 
təzələdi. Gəlinə də çoxlu pal-paltar verdi, qalanını da Telli Qara götürüb getdi ki, 
kəndlilərə paylasın. 
Gəlini  tək  buraxmadılar.  Həcər,  Mehdi,  Məhərrəm  onu  aparıb  evinə  qoydu. 
Nəbi də Arazı addayıb getdi o taya! 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə