Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə99/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   93   94   95   96   97   98   99   100   101

 
204 
 
   -Bu  qonaqlar  da  yaraq-yasaqlı  adamlardı.  Qoy  səninkiləri  gizlədək,  silahın 
olduğunu heç bilməsinlər.  
 
Nəbi soruşdu: 
 
   -Ay əmi, qonaqların birdən şərə-şur adam olar ha! 
 
Qoca: 
 
   -Yox  ay  oğul,  qaçaq  mal  dalınca  gələnlərdi:  adama  iki  dılğır  tüfəngləri,  bir  də 
şaşkadı, maşkadı nədir, ondan varlarıdı, onları da söykədilər qapının arxasına.  
 
Şaşka deyəndə Nəbi dayandı, axı şaşka hara, qaçaq hara, şaşkanı pristavlar taxir, 
birdən... 
 
 
Nəbi yenə istədi geri qayıtsın, amma qoltuğundakı nağanı yoxluyub “qoy hər kəs 
olur  olsun”  deyə  düşdü  qocanın  qabağına.    Qoca  da  elə  hey  təzə  qonağının 
bazburuduna baxa-baxa qalmışdı. Nəbi qocaya dedi: 
 
   -Ay  əmi,  bu  xurcunu  da  al,  içərisində  bir  soyutma  quzu,  bir  də  elə  ayın-oyun 
olmalıdır. Onları da ver süfrəyə, aclıq mənə lap kar eləyib. 
 
Qoca dinmədən xurcunu almaq istədi, amma xurcundan yapışması ilə yerə çökməsi 
bir oldu: 
 
   -    Ay  oğul  nə  yaman  ağırdı.  Qoy  uşaqlardan  çağırım  əl  versinlər,  yoxsa  belim 
qırılar. 
 
Nəbi “lazım deyil, ay əmi” deyib xurcuna əl atdı, qoca qabaqda, Nəbi arxada evə 
gəldilər.  Qapıda  qoca  Nəbiyə  dedi  ki,  qonaqlara  deyəcəyəm  bu  kişi  də  mənim 
qonağımdır, qonşu kənddəndir, cuvardır, gecəyə düşüb, ismin nədir? 
 
   -Kərəmdir, əmican, Kərəm. 
 
Bəli, qoca Kərəmi qonaqlarla tanış elədi. Ortaya süfrə salındı, süfrəniz həmişə açıq 
olsun,  qoca  xurcunu  çəkib  gətirdi,  başladı  boşaltmağa.  Nəbi  baxıb  gördü,  Ayrapet 
xurcuna  donuz  ətindən  tutmuş,  toyuq-cücəyə,  lavaşa  qədər  hər  şey  qoyub.  Öz-özünə 
kədərləndi.  Ayrapetin  atalıq  qayğısı  onu  lap  köyrəltdi.    Qonaqlar  da  döyüküb 
qalmışdılar,  cuvar  hara,  bütöv  quzunun  soyutması  hara.  Nəbi  qonaqları  yaxşı 
tanımışdı,  biri  Zəngəzur  pristavı  idi,  bir  də  Naxçıvan  naçalniki.  Libaslarını 
dəyişmişdilər.  Xoşbəxtlikdən  heç  biri  Nəbini  üzdən  tanımırdı,  odur  ki,  Nəbi  keçdi 
erməni ləhcəsinə: 
 
   -qonaq  qonağı  gətirər,  elə  tarixdən  erməni  ilə  musurmanın  süfrəsi  bir  olub, 
qardaşlar, çörək kəsin... 
 
 
Qonaqlar  baxıb  gördülər  ki,  təzə  qonaq  ermənidi,  kefləri  duruldu.  Nəbi  əvvəlcə 
donuz  piyini  yeyəndə  qonaqların  qalan-qalmaz  şübhələri  də  dağıdı.  Nəbi  başladı  ki, 
bəs bu Araz boyu kəndlərin camaatına qurban olum, bir arx su versən adama min cürə 
xəcalət  verirlər,  düz  üç  gündür,  onların  taxılını  suvarıram.  Xurcunuma  o  qədər 
yükləyiblər  ki,    darta  bilmirdim.  İndi  siz  mənə  fikir  verməyin  mən  üç  günlük 
yeməyimi yeyəcəyəm. 
 
Bəylər  əvvəlcə  özlərini  o  yerə  qoymadılar,  elə  bir-iki  yeyib  gözlədilər  ki,  erməni 
yeyib  qurtarsın,  sonra  onlar  özləri  əməlli  şam  eləsinlər.  Gördülər  yox,    cuvar  piyin 
dalınca toyuqları, toyuqların dalınca quzu soyutmasını aşırır, süfrədə bir şey qalmır. 
Zəngəzur pristavı davam gətirə bilmədi: 
 
   -Nə heyvərə yeyişin var, ə, ismin nədir? 


 
205 
 
   -İsmim Kərəmdir, dərdin alım. 
 
   -Ermənidəndə Kərəm olar? 
 
   -Olur, olur dərdin alım, bu musurman kəndlərində  erməni oldu, musurman oldu, 
Kərəm olur... 
 
Bəylər  gördülər  Kərəm  heç  ağzını  boş  qoymur,  danışanda  da  yeyir.  Belə  getsə 
süfrədə bir şey qalmayacaq. Bəylərdən biri qocanı çağırıb dedi: 
 
   -Ay  qoca,  meydən-məzədən  bir  şeyin  olmaz  verək  bu  erməni  cuvarına  bir  az 
oxusun? 
 
Qoca dedi: 
 
   -Niyə olmur, yaxşı tut arağım var, meyliniz çəksə, bu saat! 
 
Qoca tut arağını ortaya qoyub, özü də süfrəyə yaxın oturdu. 
 
Qonaqlar  yedilər,  içdilər,  cuvara  da  bir  satıl  araq  verdilər.  Özləri  yarım  satıl  icə 
bilmədilər,  cuvara  lap  mat  qaldılar.  Bir  satıl  cecə  “suyu”  cuvarın  heç  halını  da 
pozmadı. Qonaqlar yapışdılar cuvardan ki, gərək oxuyasan. Cuvar da dedi, oxumağına 
oxuyacam,  amma  siz  o  taydan  gəlirsiz,  bir  danışın  görək  qardaşlarımız  necə 
dolanırlar, arşın malı enib, yoxsa qalxıb, bazar necədir? 
Cuvarın  sözü  qonaqları  açdı.  Başladılar  dağdan-dərədən  danışmağa.  Sonra  da  cuvar 
soruşur ki, bəs nə axtarırsız, ipək gərəyinizdisə bir karvan  ipək verim sizə aparın o 
tayda xırıd eləyin. Bunu eşidəndə Zəngəzur pristavı dedi: 
 
   -Ə ipək nədi, şal nədi. Sən cuvar adamsan, bəlkə bizə köməyin dəydi, biz başqa 
şey  üçün  gəlmişik.  Hərəmizində  üç  yüz  atlısı  var.  Nəbini  axtarırıq.  Bütün  Zəngəzur 
dağlarında nə qədər qaçaq-maçaq var hamısını yığıb doldurmuşuq Gorus qazamatına. 
Belə  Bığlını  da,  Nəbinin  qardaşlaırını  da,  əlqərəz  bütün  dəstə-tufağı  da  tutmuşuq, 
Gorusdadı.  Bir  özü  yoxdu,  bir  də  Həcər.  Bu  gün  eşitmişik  Həcər  Kərbəlayı 
qurumsağın evindədir. İndi bu gün-sabah burdan Nəbini ki tutduq sonra gör onlara nə 
məclis qurulacaq. – İçkinin tə
,
sirindən haldan çıxmış pristav cibindən bir kağız çıxarıb 
əlində yellədi: 
 
   -Bax Nikolayın möhürlü kağızıdır. Yazır ki, bu yaza qədər Nəbinin dəstəsi məhv 
edilməlidir.  Özü  də  onu  tutan  –  bilirsən  nə  qazanacaq,  qubernatordan-zaddan  bizim 
kimi dil bilən olsa, lap  bütöv erməni, gürcü, mursurmana başçı olacaq. Deyirlər Nəbi 
burada bir erməninin evində qalıb at nallayır. 
 
Nəbi  başladı  ürəyin  yeməyə.  Fikirləşdi,  deyəsən  uşaqlardan  kimisə  ələ  keçiriblər, 
yoxsa belə arxayın danışmazlar, özü də çuğulları möhkəmdir. Odur ki, dedi indi görün 
sizin başınıza nə oyun açaram. Erməni ləhcəsində sözünə davam etdi: 
 
   -Hə, deyəsən  bunu  məndə  eşitmişəm, özü  də  o nalbəndə  lap atımı  nallatmışam.  
Amma  Nəbi  olduğunu  bilməmişəm,  bilsəydim,  bazburuduna  bir  baxıb  görərdim  nə 
töhür insandı, o. 
 
Bəylər dedilər 
 
   -Gedərik, tazadan baxarsan! 
 
Nəbi dedi: 
 
   -Yox,  indi  tezdi.  Ancaq  siz  arxayın  olun,  bu  gecə  mən  Nəbini  sizə  təhvil 
verəcəm. Özü də əl-qolu bağlı. Nə qoşun lazımdır, nə də bir atlı. Qoy gecədən keçsin, 
Arşak  kişi  mənim  bir  sözümü  iki  eləməz...  Mən  bu  gecə  Nəbini  qolu  bağlı  sizə 
versəm, bəs siz mənə nə verərsiz? 
 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə