Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə85/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   81   82   83   84   85   86   87   88   ...   101

 
175 
gəlib. Daha bunlardan artıq dəlil, sübut olar?! O quldur Ərzəqaya davasında neçə-
neçə bəy öldürüb. 
“Тифлисский  листок”da  Şeyxul-İslamın  müraciəti  dərc  olunmuşdu. 
Şeyxul-İslam  Qaçaq  Nəbini  kafır,  dinsiz  adlandırır  və  onun  tezliklə  tutulub 
asılmasını tələb edirdi.      
Daha nə qədər dəlil-sübut olar?! Bəylərə, koxalara, pristava göndərdiyi hədə-qorxu 
mətublarının isə sayını bilən yoxdur. Məmməd bəylə Ala Mahmud bəy indi Gorus 
xəstəxanasında can verir. Pristav Əliyevin  ölümü padşaha da bəllidir. Bəs bunlar 
dəlil-sübut deyil?! Sübut!.. Sübut!.. General Skalon gah Peterburqda, gah Tif lisdə 
oturub elə hey Sübut axtarır. Bu on səkkiz qovluq möhürlü kağızların hamısı dəlil-
sübutdur!” müstəntiq Beçerovun  sallaq dodaqları pıçıldadıqca çənəsindəki yumruq 
boyda  saqqalı  tərpənirdi.  “Bu  gözümə  düşən  nədi?”  O,  barmağını  eynəyinə 
yaxınlaşdırıb qabarıq şüşənin üstündə vızıldayan milçəyi qovur, yenidən sənədləri 
dörd gözlə eşələyir, oradan cürbəcür rənglə, cürbəcür xətlə yazılmış möhürlü ölüm 
aktlarını  tapıb  səliqə  ilə  qovluğa  tikirdi:  “Axşama  az  qalır,  bu  zəhrimar  heç 
qurtaran  deyil.  Həcərin  dindirilməsi  də  yarımçıq  qaldı.  Gərək  necə  olur-olsun 
Məmməd  bəylə  Ala  Mahmud  bəyin  ağır  yaralanmasını  onun  boynuna  qoyam. 
Qardaşları Məmmədlə Lətifin cinayət işlərini də onun cinayət işi ilə əlaqələndirəm. 
Yoxsa  Səlim  bəy  bir  xoş  təbəssümə  o  it  küçüklərini  Sibirdən  qaytara  bilər.  Eh... 
mən  də  özümə  peşə  tapmışam.  Hərə  öz  kefindədir,  mən  bədbəxt  də  burda 
kargüzarlıq edirəm. Hələ araşdırılmalı yeddi qovluq sənədim qalır...” 
 
Səlim  bəy  bir  yerdə  qərar  tuta  bilmirdi.  Həcər  xanımın  səsi  Səlim  bəyin 
beyninə düşmüşdü: 
 
 
 
 
 
 
Qazamat istidir ağrıyır başım, 
 
 
 
 
 
Axır gecə-gündüz qanlı göz yaşım. 
 
 
 
 
 
Yanımda tapılmır qohum-qardaşım, 
 
 
 
 
 
Mənim bu günümdə gələsən, Nəbi! 
 
 
 
 
 
Qazamat dalını dələsən, Nəbi!   
 
 
Səlim bəy qızıl müştüyünə bir papirəs taxtı, alışdırdı. Tüstü tavandan asılmış 
otuzluq  lampanı  bürüdü:  “Oxu,  oxu...    qoy  bu  erməni  dığası  rədd  olub  getsin! 
Səninlə  mən  tezliklə  danışacağam...”  O,  əllərini  arxasında  çataqlayıb  ayı  dərisi 
döşənmiş  geniş  kabinetində  dinməzcə  var-gəl  etdi:  “Bilmirəm  bu  müstəntiq  niyə 
adamları  mənim  kabinetimdə  dindirir?  Dəli  şeytan  deyir...  Yox,  qovsam,  gedib 
ağzını Tiflisdə dağıdacaq...” 
 
Müstəntiq,  Səlim  bəyin  dolmuş  halda  gəzişməsindən  narahat  olmuşdu. 
Sənədləri  tələm-tələsik  qovluğa  tikirdi.  Birdən  barmağına  iynə  batdı:  “Zəhrimara 
qalasan!”. Ufuldayıb iynəni kağızların üstünə tulladı və barmağını dişləri arasında 
sıxıb, gözlərini eynəyin altından Səlim bəyə zillədi: 
 
   -Naçalnik,  xahiş  edirəm  Həcər  xanımı  yenə  çağırtdırın,  onu  bir  də 
dindirək, mən tələsirəm. 
 
Səlim bəy qonur gözünü qıyıb müştüyünü saymazyana tüstülətdi: 
 
   -Cənab müstəntiq, onu mən özüm də dindirə bilərəm. Həcər xanım barədə 
narahat olmağa dəyməz. 


 
176 
 
Müstəntiq pərt halda qanamış barmağını havada yellədi və sonra çeşməyinin 
üstünə  axan  yumşaq  qara  saçlarını komalayıb  balaca  günlüklü  furajkasının  altına 
yığdı.  Milcək  müstəntiqin  çeşməyinin  qabağında  yenə  vızıldayırdı.  O,  iynəsini 
götürüb başını aşağı saldı: “Hə deyirəm, Həcər xanımı sən dindir... Ancaq, dostum, 
ayıq ol! Səni heç də ürəyindən keçirdiyino xoş günlər gözləmir”. 
 
Müstəntiq  Beçarov  sənədləri  sahmana  salandan  sonra  həbs  etdiyi 
cinayətkarlara təqsirnamələr yazdı. O, əjdaha başlı qələmini tez-tez qatı mürəkkəbə 
sancıb  qarmaqarışıq imza  atılmış  möhürlü  sənədlərin  altına  bu  sözləri  əlavə  etdi: 
“Məşhur  kəndli  üsyanının  başçısı    Qaçaq  Nəbinin  və  Qaçaq  Həcərin  quldur 
dəstəsinə  kömək  etdiyi  üçün  ən  ağır  cəzaya  layıqdır!”  Sonra  da  gözlərini 
çeşməyinin altından Səlim bəyə parıldatdı: 
 
   -Naçalnik,  məncə,  quldurlara  qoşulmuş  axmaqlara  bundan  əskik  cəza 
vermək olmaz.  
 
Səlim bəy donuxmuş halda müstəntiqin yazdığı “... ən ağır cəzaya layiqdir!” 
cümləsini ürəyində təkrarladı, eyhamla gülümsədi: 
 
   -Cənab  müstəntiq,  indi  həyatda  hər  şey  mürəkkəbdir!  Bir  damla 
mürəkkəblə həm baş kəsmək olar, həm nikah... 
 
Müstəntiq  Beçarov  Səlim  bəyə  baxıb  öskürdü  və  başını  yelləyə-yelləyə 
cibindən dəsmalını çıxartdı: 
 
   -Bu  zəhrimar  kağız-kuğuzun  tozu  məni  lap  öldürdü.  Oho...  oho...  Yaxşı, 
naçalnik, zəhmət olmasa,  Həcərlə atasının aktını imzalamısansa, ver tikim işə. 
 
Səlim bəy qızıl müştüyünü ağzının bir küncünə  verib stolun siyirtməsindən 
ətəyi qarışıq  imzalarla zəncirlənmiş qoşa möhürlü iki akt çıxartdı. 
 
   -Al,  cənab  müstəntiq.  Ikisini  də  imzalamışam.  Hara  istəyirsən  tik...  
Kərbəlayı  Xanalının  da  cinayəti  böyükdür.  Qızı  ilə  Çəmənyurd  davasında  on  beş 
kazak  yaralayıb,  dörd  bəy  öldürüb.  Məmməd  bəylə  Ala  Mahmud  bəyin  sağ 
qalmalarına da ümid azdır. 
 
Beçarov aktı alıb gözünün qabağında yellədi, çeşməyə qonmuş milçək vızıltı 
ilə havaya qalxdı. 
 
   -Əlbəttə,  Qaçaq  Nəbinin  qohum-əqrabaları  çox  böyük  cinayət  törədiblər. 
Onları    nəsillikcə  gərək  Sibirə  göndərək.  Hələ  Peterburqa  yazıb  Vasilini  də  həbs 
etdirəcəyəm... 
 
Səlim  bəyin  dodağında  istehzalı  bir  təbəssüm  oynadı.  Onun  mə
,
nası 
müstəntiqə çatmamış pozuldu...  Müştüyünü damağından alıb pəncərədən küçəyə 
baxdı,  sonra  pəncərəni  tələsik  açdı.  Mehdi  köhlənini  düz  onun  kabinetinə  tərəf  
çapırdı.  
 
O, tövşüyən tərli atını pəncərənin  altında saxlayıb sərt və məğrur bir nəzərlə 
Səlim bəyə baxdı, əlindəki zərfi ona uzatdı: 
 
   -Al, cənab naçalnik, bu məktub sənə çatacaq! Qaçaq Nəbi göndərib! 
 
Səlim  bəy  bu  anda  özünü  qəfəsi  dağıdıb  çıxmış  yaralı  pələgin  pəncəsində 
hiss  etdi.  Lakin  dəmir  barmaqlıqlar  arasından  zillənən  bir  cüt  alovlu  göz  onu 
toxtatdı.  Bəy  barmağını  tətikdə  saxlayan  Mehdini  gözləri ilə  qanlı-qanlı  hədələdi 
və heç təhlükə gözləmirmiş kimi laqeyidliklə zərfi açdı: 
 
“Çatacaq əfətli Səlimə!” 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə