Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə81/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   77   78   79   80   81   82   83   84   ...   101

 
167 
 
Kəblə Cəfər qəlyanına bir qullab vurub aramla sözə başladı. Dedi: - Ay Alo 
mən  bu  işin  çıxış  yolunu  öz  qızımı,  ciyər  paramı  sənin  oğlun  Məhərrəmə  ərə 
vermək  də  görürəm.  Nəbi  görsə  ki,  mənim  qızım  sizin  evdə  gəlindi  bi  işə  son 
qoyar,  düşmənçilikdən  əl  çəkər.  Gəl  sən  razı  ol  oğlun  Məhərrəmidə  yola  gətir, 
tezliklə bu toyu edək, qohum olaq onunlada hər şey qutarsın. 
 
Düzü  Alo  kişi  Kəblə  Cəfərdən  bu  sözü  gözləmirdi.  O  inanmırdı  ki, 
Kərbəlayı  onun  oğluna  qız  verər.  Odur  ki,  dedi:  -  Kərbəlayı  mən  kasıb  adamam 
mənnən  sənin  qohumluğun  baş  tutmaz.  Sən  heç  mənim  oğluma  qızda  vermərsən. 
əgər  versəndə  özün  bilirsən  ki,  o  toyun  xeyli  xərci  var.  Başlıq  verilməlidir,  toy 
xərci  ödnilməlidir  və  sairə  xərclər.  Yox  qardaş  bu  iş  baş  tutan  iş  deyil,  xahiş 
edirəm məni ələ salma. Kəblə Cəfər dedi: - Yox  Alo Allah eləməsin mən səni ələ 
salam,  mənim  fikirim  qətidir, sən  özün  razı  ol, oğlun  Məhərrəmidə  razı  sal qalan 
işlər  mənim  boynuma,  toyun  bütün  xərclərini  mən  çəkəcəm.  Düzü  Alo  bu  işə 
məətəl  qalmışdı,  bilmirdi  inansın  ya  inanmasın.  O,  Kəblə  Cəfərr  kimi  varlı  adlı-
sanlı adamla qohum olmağı özünə şərəf bilirdiş odur ki, dedi: - Kərbəlayı mən razı 
oğlum Məhərrəmdə mənim sözümdən çıxmaz sən necə deyirsən elə də edək.  
 
Kəblə Cəfər dedi: - Əgər oğlun  Məhərrəmi razı sala bilsən sabah axşam bir 
neçə ağsaqqalla bizə elçiliyə gəl bu işi tezləşdirmək lazımdır. Kərbəlayı Alogildə 
bir stəkan çay içib evinə getdi. O gedəndən sonra Alo kişi ailəsilə məsləhət elədi, 
hamı bu işə çox şad oldu. Məhərrəmdə tez yola gəldi. Səhərisi gün Alo qardaşları 
Şıxo və Qoro ilə məsləhətləşdi onlarda bu işə çox sevindilər. Həmin günün axşamı 
Alo  kişi  bir  neçə  ağsaqqalla  Kəblə  Cəfərgilə  elçiliyə  getdilər.  Elçilər  yüksək 
səviyyədə qarşılandı, ortalığa çirin çay gətirdilər. Beləliklə qızın həyi alındı. Toyu 
elə  bu  günlərdə  eləmək  məsləhət  göründü.  Kərbəlayı  alodan  heç  bir  başlıq  filan 
istəmədən toyun bütün xərclərini öz üzərinə götürdü. Üç günün içərisində toy oldu. 
Kərbəlayının  qızı  Alonun  evinə  gəlin  köçdü.  Ancaq  Nəbinin    bütün  bu  işlərdən 
xəbəri yox idi. Söz yox ki, o bu işə heç vaxt razı olmazdı. Qaçaq Nəbi dəstəsi ilə 
kəndə gəlib Kəblə Cəfərin ailəsini qırıb var-yoxunun və evininn qalan hissəsinidə 
talan  etmək  istəyirdi.  O  dəstəsini  kəndin  kənarında  qoyub  ata-anasını  görməyə 
gəldi.  Körüsdən  sonra  evə  hücum  etmək  planlaşdırılmışdır.  Qaçaq  Nəbi  atını 
tövləyə  çəkib,  evə  gəldi,  ata-anası,  bacı-qardaşı  ilə  görüşdü,  oturub  çay  içəndə 
gördüki Kəblə Cəfərin qızı ona çay gətirdi. O anasından soruşdu ki, bu burda nə 
edir? Anası dedi oğul o, bizim gəlinimizdi, qardaşın Məhərrəmin arvadıdır. Nəbi 
dedi: - Niyə belə etmisiz? Axı mənim fikrim başqa idi. Hörmətli oxucum müdrük 
ağsaqqalların  səyi  nəticəsində  bir  düşmənçiliyə  son  qoyuldu.  Sonradan  bu 
qohumluq davam etdi. Məhərrəmin nəvəsi Mehti Kəblə Cəfərin nəvəsi Asyanı aldı. 
Hal-hazırdada qohumluq davam edir. Hər iki tayfa bir-birindən qız alıb qız verirlər. 
Düşmənçilik yox olub gedib. 
 
HƏCƏR XANIMI  SƏLĠM BƏY HƏBS ETDĠ 
 
 
Əvvəllər  Həcər  xanımın  sağalmasına  ümid  az  idi.  Çoxları  əlini  ondan 
üzmüşdü.  Gilə  arvadın  dava-dərmanı  olmasaydı,  bəlkə  də  Həcər  xanım  bir  daha 
Çəmənyurdun ətirli havası ilə nəfəs ala bilməzdi. Hamı deyirdi ki, qəzyanlı çoban 
Ələkbərin  arvadı  Gilə  Bəhlul  danəndədən  də  çox  bilir,  o  istəsə,  daşa  da  məlhəm 


 
168 
qoyub nəfəs verər. Allahdan aşağı Həcər xanımı da Gözəl xalanı da ot kökü, kül-
çiçək çövhəri ilə Gilə arvad sağaltdı.  
 
Həcər  xanım  son  günlər  üzü  bəri  idi.  Lakin  qardaşlarının  Ərzə  qaya 
davasında tutulub Sibirə göndərilməsi xəbəri onu yatağından qalxmağa qoymurdu. 
O, şaxtaya düşmüş dağ bənövşəsi təki büzüşmüşdü. Insan necə də solarmış, necə 
dəyişilərmiş... Onda dəyişməyən bir şey vardısa o da yalnız yanağındakı qara xalı 
idi.  Çəkdiyi  iztirabların  acılığı  solmüş  sifətində  bir  qorxu,  bir  səksəkə,  bir  intizar 
gizlətmişdi.  Yaxşı  ki,  Çəmənyurd  yaylağındakı  el-oba  Həcər  xanımı  darıxmağa 
qoymurdu. Gözəl arvad da, qızı Səkinə də, Alo kişi də axşam səhər Həcər xanımın 
başı  üzərində  şam  təki  əriyirdi.  Neçə  dəfə  Kərbəlayı  Xanalı  da  gəlib  qızına  baş 
çəkmişdi. Lətiflə Məmmədin Sibirə göndərilməsi kişinin belini sındırmışdı. Onun 
indi gözünün bir dikəcəyi vardısa, o da Həcər xanım idi. 
 
Səlim  bəy  alova  dönüb  Qaçaq  Nəbinin  qohum-əqrabasını,  dost-tanışını 
yandırmağa çalışırdı. O, Mollu obasında hər alaçığın ağzında bir “zəncirli köpək” 
bağlamışdı.  Yasavul  Tuğayla  Vəli  əllərində  tapanca  başlaırını  soxmamış  yer 
qoymamışdılar.  Camaat:  “O  qatılı  tapıb  bizə  verməsəniz,  hamınızı  qıracağıq!”  – 
deyirdilər.  Yasavulların  əlinə  fürsət  düşmüşdü.  Onlar  bir  yandan  general  Həsən 
ağaya, bir yandan da Səlim bəyə arxalanıb vaxtı ilə İsmayıl gildə Qaçaq Nəbinin 
onlara tutduğu divanın heyifini camaatdan alırdılar.  
 
Bütün el-oba bu əzazil, qarınqulu yasavullara nifrət edirdi. 
 
   -Ay aman, deyəsən getdilər Qəzyan obasına! 
 
   -Qaçın,  çoban  Ələkbərə  xəbər  verin!  Həcər  xanımı  axtarırlar...    Dava-
dərmanın da gizlətsinlər.  
 
   -Arfeniki  də  başqa  obaya  aparın!  Yasavulların  həmlələri  həmişə  boşa 
çıxırdı. Hətta bir dəfə çoban Ələkbər çomağını götürüb onların üstünə düşmüşdü: 
 
  -Rədd olun mənim alacığımdan! Davanız varsa, gedin  Qaçaq Nəbi ilə edin. 
 
Səlim  bəy  belə  xoşagəlməz  xəbəri  eşidən  kimi  özündən  çıxar,  atlıları  ilə 
Mollu  və  Qəzyan  obalarına  hücüm  çəkərdi.  Həsən  ağanın  adamlarına  əl 
qaldıranları  üçün o ki var, kötəklədərdi. Lakin bu işgəncələr, bu ağır cəzalar daha 
cana  doymuş  yoxsul  kəndliləri  qorxuda  bilmir,  əksinə,  daha  da  hiddətləndirirdi. 
Qol-qanadı  seyrəlmiş  Səlim  bə  az  qalırdı  ki,  dəli  ola.  Öz-özünü  məzəmmət  edib 
deyirdi:  “Bu  camaat  bilmirəm  bu  qaçaqlara  niyə  belə  kömək  edir.  Axı,  onlar 
kimdirlər! Görünür, günah bizdədir. Gəncə qubernatorunun üzünə baxa bilmirəm. 
O  hiyləgər  Qara  Nəbidə  qızıllarımızı  alıb  qaçdı  İrana.  Indi  də  yaralı  bir  qaçaq 
arvadının  əlində  qalmışıq  əsir.  Yox,  necə  olursa-olsun  onu  tapıb  qardaşları  təki 
sibirə  göndərəcəyəm.  Yuxarılar gözləyirlər  ki, Həcər  xanımı  həbs edib  dindirmək 
üçün verim onların sərəncamına”. 
 
Səlim bəy Həcər xanımın adını dilinə gətirəndə özü də bilmədən barmaqları 
ilə  cibini  yoxlayırdı.  Həcərin  kələğayısı  hələ  də  onun  cibində  idi:  “Arvadının 
ləçəyini başında saxlaya bilməyən bir kişiyə nə demək olar? Binamus!..” 
 
Səlim  bəyin  son  vaxtlar  qaşqabağı  açılmırdı.  Sanki  Qaçaq  Nəbi  onun  da 
Müğədəm düzündəki torpaqlarını alıb Topalın torpaqları kimi camaata paylamışdı. 
Kəpəzdəki əhvalatdan sonra Qara Nəbinin üzə çıxıb tacir sifəti ilə İrana addaması, 
Kərbəlayı  Cəfərlə  oğlu  Əbil  bəyin  məğlubiyyəti  Səlim    bəyin  yuxusunu  tamam 
azdırmışdı. Mal-dövlət, torpaq, su iştahını düşən Məmməd bəy də , Ala Mahmud 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə