Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə21/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   17   18   19   20   21   22   23   24   ...   101

 
45 
Əvəzində  isə  sənə  yanı  qulunlu  bir  madyan  verirəm.  –  Xanalı  diksinib  əlini 
çəkmək istədi. Tacir irişib buraxmadı. – Pis qiymətdi? 
 
   Tacir  ağa,  əlimi  burax,  mənim  belə  dolaşıq  sövdadan  başım  çıxmaz.  Sən 
bazarda dedin ki, xalçanın çeşnisinə baxmaq istəyirsən. Mən də ona görə razı 
oldum. Yoxsa bilsəydim bu niyyətlə gəlmisən, heç sənə zəhmət verməzdim. Bu, 
qızımın  cehizidir.  Bir  yanı  qulunlu  madyan  nədir,  lap  bütün  mal-dövlətini 
versən də sövdəmiz baş tutmaz. 
 
Tacir kirpiklərini bir neçə dəfə çırpıb dişlərini ağartdı: 
 
   -Xanalı  kişi,  əməlli-başlı  fikirləş!  Sonra  peşman  olarsan  ha!..    Bir  illiyə 
müftə  yerdən  yanı  qulunlu  bir  madyan  alacaqsan.  Bu  qiyməti  sənə  heç  kəs 
verməz! 
 
   -Tacir ağa, dedim ki, mənim belə sövdədən başım çıxmaz. Əlimi  burax! 
 
Tacirbaşı  pərt  halda  həyətdə  mıxa  bağlanmış  yorğa  atını  açıb  əlini  ingilis 
yəhərinə atdı. 
 
   -Ya allah! 
 
Xanalı tez atın cilovundan yapışdı.  
 
   -Yacir ağa, bir tikə çörək yeyərdin, nə olub belə tələsirsən?  
 
Tacir cavab verməyib üz-gözünü qırışdırdı. Qaş-gözlər sual-cavaba başladı: 
 
“ – Sənin Çörəyin adamın boğazını deşər!  Belə bilsəydim heç səndən düyü 
almazdım”. 
 
“ – Peşman olmusan? ” 
 
“ – Heyif, dəvələr yola düşüb...” 
 
...Kəndin qanıq itləri tacirin atını qovub obadan uzaqlaşdırdı. Xanalı tacirin 
arxasınca nifrətlə baxdı: “ Get, quzğun köpəkoğlu! Ölmüş eşşək axtarır nalını 
söksün. Allah səni də vurub, sənin madyanınıda da! ”. 
 
CAMAAT DAĞA KÖÇÜR
 
Camaat dağa köçür: 
 
   -Dəh...dəh!.. 
 
   -Toşa...toş!.. 
 
   -Hoho...Ho!.. 
    Həyət-bacalar,  bağ-bağçalar,  çəltik  ləkləri  cin-cin  boşalır.  Bir  azdan  günəş 
doğacaq.  Mığmığanın,  ağcaqanadın  əlindən  tərpənmək  olmur.  Ağcaqanadlar  
duman təki sıxlaşıb həyətlərə hopur. Cırcıramaların elə bil ətini kəsirlər. 
Çəltik    ləklərində  gecələyən  qurbağalar  yenə  ağız-ağıza  verib,  caqqallar 
qamışlıda  şahlıq  edir.  Arabir  at  kişnəyir.  Uzaqdan  it  səsi  eşidilir.  Kimsə 
axşamdan  hinə  saldığı  touq-cücələri  tutub  çığırda-çığırtda  qanad-quyruğunu 
yolur... 
 
Bu səs Xanalının həyətindən gəli:  
 
   -Ay qız, Həcər, tez ol atın başını çək! Heyvanı yük altında saxlamazlar. 
 
   -Ata, sən Lətifin canı, get, Alo dayıya kömək elə. 
 
   -Qız  çox  danışma.  Dedim,  atın  başını  çək!  Aloya  bir  öküz  vermişəm  bəs 
deyil,  hələ  gedib  ona  nökərçilikdə  eləyəcəm?!  “Kərbəlayı  Cəfər  bu  qızın 
üstündə mənə o qədər tə
,
nə vurub ki... haqqı da var. Bircə bünü ağıllı bir yerə 


 
46 
köçürə  bilsəydim...  Kərbəlayı    xəbər  tutsa  ki,  Aloya  öküz  vermişəm,  yenə 
abrımı ətəyimə bükəcək”.  
 
“Kərbəlayı  da bizim əzrayılımızdır! – Həcər Nəbigilin yolağasının ağzından 
ötərkən  həyətə  boylandı.  –O  hələ  gəlməyib.  Görünür,  Zalım  bəylə  yenə 
aralarında nə isə olub. Könlü olsa idi dil tapıb çoxdan gəlmişdi... Bir də mənə 
nə  olub  onun  fikrini  çəkirəm?    Onsuzda  biz  bir  birimizi  danışdırmırıq...    Belə 
söz olar o deyib?! Deyir ki, gəl götürüb səni qaçım. Yox!  Mən el içində atamın 
papağını yerə vura bilmərəm!” 
 
Alogilin  həyəti...  Ağılda  iki  ala  keçi,  üç  oğlaq,  bir  də  yanı  balalı  bir  qızıl 
düyə  kövşək  çalır.    Ağcaqanadlar  heyvanların  dincliyini  əllərindən  alıb.  Alo 
dolu  məfrəşin  üstündə  əyləşib  ağız-burnuna  dolan  mığmığaları  qova-qova 
qəlyan çəkir...  Kişi bayaqdan öküzlə xırraşır.  Öküzün üstünə bu vaxtacan yük 
qoyulmayıb. Əməlli-başlı alığa da yoxdur. Alo hardan biləydi ki, Xanalının bu 
köçəköçdə ürəyi  yumşalıb ona öküz verəcək?! 
 
Gözəl  qəsdən  özünü  sakit  aparır.  O,  dağal  öküzün  buynuzlarının  dibini 
tumarlaya-tumarlaya  dodaqaltı  oxuyur,  heyvanı  ovundurmaq  istəyir.  Öküs  isə 
böyümüş  gözlərini  yolağanın  ağzındakı  qarağac  kötüyündən  çəkmir,  Kötüyün 
şirə  bənzər  kölgəsi  heyvanı  yaman  ürkütmüşdü.  Alo  kiçik  oğlu  Mehdi  ilə 
köməkləşib  qab-qacaq  yükünü  öküzün  belinə  aşıranda  heyvan  soncuğa 
qalxmışdı. Mis qabların cingiltisi həyəti başına götürmüşdü. Xam öküz səsdən 
və kölgədən daha da cinlənmişdi.  
 
Göyün üzü işıqlanır. Kənddən insan nəfəsi tamam çəkilib. Cuvarların itləri 
arabir  ağız-ağıza  verib  ulayır.  Alabaş  mırıldaya-mırıldaya  qurumuş  iydə 
ağacının  dibini  eşələyir.  It  sanki  Aloyun  hövsələdən  çıxdığını  hiss  edir. 
Quyruğunu qısıb gah çəpər qapısına tərəf qaçır, gah da qayıdıb onun əl-ayağına 
şırmanır.  
 
Kimsəsiz  obada  qurğuşun  ağırlığında  bir  sükut!..    Böcəklər  yenə  öz  qəmli 
mahnıları ilə düzlərə səs salıb. Yarasalar keç kəsi saya salmadan çox alçaqdan 
uçur, sanki dəcəl uşaqların tez köçüb getməsinə sevinir. Kənddə qalmış sahibsiz 
ac pişiklər miyoldaya-miyoldaya qapı-qapı dolaşır. Tüstüsü kəsilmiş evləri elə 
bil  muzeyə  qoyublar.  Ağcaqanadlar  Alonun  üz-gözünü  iynələyir,  mığmığalar 
isə  ağıza,  buruna  doluşur.  Bunlara  kimdi  fikir  verən?!  Gözəl    əzilmiş  qab-
qacağı xurcuna yığa-yığa ərini ərklə danlayır:  
-A kişi, mən səni belə bilmirdim. Sən nə yaman kəmhövsələ adamsan?!  
Bir hövsələni bassana! Doqquz ay ananın qarnında necə dayanmısan? Darıxma, 
harda olsa indi Nəbi gəlib çıxar. 
 
Mehdi  öküzün  buynuzuna  çatı  bağlayıb  onu  çubuqlaya-çubuqlaya  yenə 
yükün yanına gətirdi: 
 
   -Ata,  qağam  sifariş  eləyib  ki,  Atirizində  Məhərrəmə  tapşırıb  gələcəyəm 
sizi köçürəm. Darıxma, vallah bir də görəcəyik ki, böyürdən çıxdı.  
 
Səkinə  hindəki  toyuqları  bir-bir  tutub  lələklərini,  quyruqlarını  dibdən 
qayçılayır, ayaqlarını qırmızı əski ilə bağlayırdı. “Öküzü ürkütmə! – Toyuqların 
başını qanadının altına qoydu. – Bax, belə...  Səsinizi çıxarmayın. Atam başınızı 
üzər”.  Alo  hələ  də  demisini  tüstülədirdi.  “Görürsən  bu  dağal  heyvan  mənim 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə