Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə19/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   15   16   17   18   19   20   21   22   ...   101

 
41 
qədər doğma idi, o qədər əziz gəlirdi ki, atası qoysaydı, yatıb elə burada qalardı. 
Lakin  bu  xoşbəxtlik  ona  hərdənbir  Gözəl  xalanın  nağıl  danışdığı  axşamlar 
qismət  olardı.  Uzun  payız  gecələrində  Xanalı  gəlib  qızını  Gözəlin  qucağından 
güclə qoparardı. 
 
-Gözəl bacı, anası darıxır, qızı ver aparım.  
 
-Ay Xanalı, nə olar, qoy bu “gəlinciyim” bircə gecə də bizdə qalsın.  Yaman 
işli-güclü qızdır.heç bilirsən necə dühcə sarıyır, cəhrə əyirir?! Hələ xalası ona 
xalça toxumaq da öyrədəcək. Maşallah, bizim Səkinədən yaxşı ilmə vurur.  
 
Xanalı min bəhanə gətirib sevinə-sevinə qızını aparırdı. 
Bu  “gəlincik”  hələ  o  vaxtlar  xalça  toxuya-toxuya  Gözəl  xalanın  söylədiyi 
nağıllara  qulaq  asmaqdan  yorulmazdı.  Həcər  o  zaman  “gəlincik”  sözünün 

,
nasını anlamırdı. Qıza elə gəlirdi ki, o, döğurdan da Gözəl xalanın oyuncağı 
üçün  düzəltdiyi  “gəlinciyidir”.  Ancaq  bu  qız  sonralar  elə  qeyri-adi  bir 
“gəlincik”  oldu,  ki,  igidlər  bir-birinin  üstünə  qoşun  çəkməli  oldular.  Tacirlər 
onun toxuduğu xalçanın sorağı ilə gəzdilər. 
 
…Xocahan  bazarı  pətək  kimi  qaynayırdı.  Tərəkəmə  atlıları  dəmirçixanın 
qabağında  balıq  çilləkəni  təki  bir  yerə  yığışmışdılar.  Çəkiclər  zindanları 
cingildədirdi.  Səs-küyə söhbət edənlər bir-birini güclə eşidirdilər. Kərbalayının 
nökəri elə bil kar adamalarla danışırdı: 
 
-Usta, neçə ipçin hazır oldu? 
 
-Yuz əlli ipçin. Bəsdi? 
 
-Yox. Əlli ipçində kəsməlisən. 
-Ay balam, belə işiniz vardı, niyə bəs əvvəldən demirdiniz? Kərbəlayı Cəfər də 
gözləyir, gözləyir, el dağa köçəndə nal-mıx axtarır. Görmürsən tərəkəmə atlıları 
pristav Səlim bəy  təki başımın üstünü kəsdiriblər? Xurcunu bəri gətir görüm… 
Al, bu on ipçin, bu iyirmi ipçin, bu otuz ipçin… Bu on iki mıx, bu iyirmi dörd 
mıx, bu otuz altı mıx… 
 
 
-Əşşi, sən allah, başsız mıx qoyma. Keçən dəfə Kərbəlayı Cəfər  
 Iki-üç başsız mıx tapmışdı az qalırdı hamısını soxa gözümə. 
 
Nökərbaşı ilə nalbənd arasında hərdən mübahisə düşürdü. Nökərbaşı gödək, 
kobud,  başsız  mıxları  qırmağa  atırdı.  Nalbənd  isə  onları  götürüb  hirsli-hirsli 
saydığı mıxlara qarışdırıdı… 
 
 
-A  kişi,  mənimlə  oynama!  Köçə-köçdür,  tərəkəmədən  beh  almışam. 
Gör hələ nə qədər gözləyən var?!  Səni yaxşı tanıyıram, at milçəyi təki yapışdın 
qopmayırsan. Nökərlərə de, atları çəksinlər qabağa… 
 
 
-Ə, uşaqlar, atları bura gətirin! 
 
Atın  ayağını  qaldıranda  az  qaldı  nalbəndin  üstünə  yıxılsın.  Nalbənd 
hirsləndi: 
 
 
-Çər dəymiş, dur də…ölmədin ki!.. 
 
Nökərbaşı atın kəsilmiş dırnağına diqqətlə baxdı. Dırnaq qızarırdı. 
 
 
-Əşi, bir az çəkici usta vursana. Deyəsən, axı, atı mıxa saldın! Vallah! 
Kərbəlayı Cəfər diri-diri dərimi soyacaq.  
 
 
-Qorxma,  Kərbəlayıya  deyərsən  ki,  atları  bu  qədər  qaranal  saxlamaq 
olmaz.  Daş  heyvanın  dırnağının  mayasını  yeyib,  yonmaq  olmur.  O  günü 


 
42 
Nəbinin  Qəmərini  nalladım,  maşallah,  atın  dırnaqları  elə  bil  polladan  tökülüb. 
Vallah, Nəbinin yerinə mən olsam, onun nalını qızıldan kəsdirərəm. 
 
 
-Ay rəhmətliyin oğlu, Kərbəlayı Cəfərə Nəbinin atını tərifləmək olar?! 
Gündə qoç təki döyüşürlər. Mehtərlər başlarına haranın daşını salsın?! Elə gün 
olur  ki,  dərətəpədə  əlli  atın  nal-mıxı  birdən  tökülür.  Nəbiyə  nə  var  ki,  gecə-
gündüz Qəmər dayın nazı ilə oynayır.  
 
Tərəkəmə  atlıları  Kərbəlayı  Cəfərin  qarasına  deyinirdilər.  “Belə  də  iş  olar, 
Xocahan bazarında da hamı ona işləyir”.  
 
Şagirdlər  nal-mıx  kəsir,  nalbəndlər  at  nallayırdılar.  Beş  nəfər  qolu  quvvəli 
dəmirçi  isə  Kərbəlayı  Cəfərin  gavahınlarını,  baltalarını,  oraqlarını,  cinlərini, 
düsərlərini,  kərkilərini,  dəhrələrini  odlu  kürədən  çıxarıb  zindanın  üzərində 
döyəcləyir,  sonra  həmin  yaraqları  ağac  təknədəki  paslı  suya  salıb  ağızlarını 
bərkidirdilər. Təknədəki su tərəkəmə atlılarının qəzəbi tək pıqqıldayırdı. 
 
Bazarın tən ortasında isə şirin xalça alveri gedirdi.  
Bəli qurşaqlı, qızılısaqqal tacirlər əllərində arşın yerə sərilmiş xəlilərin ətrafında 
fırfıraya dönmüşdülər.  
 
 
-Gəlin, ə
,
la Xanlıq xalçası burdadır. 
 
 
-Gəl bu Təbriz xalısına! 
-Türkmən xalçasını istiyən… 
 
Bazarın baş tərəfində qoyun-keçi satırdılar, adam özünü arxacda hiss edirdi. 
Miz iyi bazarı bürümüşdü.  
 
Qaysı satan kim, gavalı satan kim, alça satan kim… Səbətlərə daraşan arılar 
qəribə havalar çalırdı. 
 
Düyü  taylarına  baxanda  adamın  gözü  qaralırdı.  Heç  kəs  düyüyə  yaxın 
düşmürdü. Alıcılar darının, çovdarın, arpanın üstündə tərəzinin bağını qırırdılar.  
 
Bazarın  baş  tərəfində-dəvələr  yatan  düzə  çoxlu  adam  toplaşmışdı.  At 
sərrafları burada cıdıra çıxmışdılar. Satlıq atların burunları körüyə dönmüşdü. 
 
 
-A kişi, az tə
,
riflə, bu madyan sinəgirdi, görmürsən nəfəsi çatmır?!  
 
 
-Vallah-Billah,  sinəgir  deyil.  Heyvanın  ağzını  dağa  dirəyəndə  belə 
olar də. 
 
 
-Yox, bunun ən böyük qiyməti onca qoyundur. Ondan artıq bircə çəpiş 
də vermərəm. Qəmər daydı bəyəm?! 
 
 
-Sən at alan deyilsən, get, eşşək axtar! 
 
 
-Sən  də  ki,  Sinəgir  madyanını  təriflə,  görək  kimi  tovlaşdıra  bilərsən. 
Mənə yox də!.. Mən  at sərrafıyam. Madyanın qarnının yekəliyini görmürəm?! 
 
Alıb-satanlar  bir-birinə  oxlu  sözlər  tullayırdılar,  hətta  az  qalırdılar  ki, 
dalaşsınlar. 
Bazarın girəcəyindəki alçaq daş evlərdən boyaq iyi qarışmış acı tüstü qalxırdı. 
Dükanın  qabağından  o  qədər  boyanmış  ip  asılmişdı  ki…  Kərbəlayı  Təhcənin 
başı  bərk  qarışıq  idi.  O  gah  boyaq  qazanlarına  baxır,  gah  balaca  tərəzisində 
cürbəcür cövhər çəkirdi. 
 
-Təhcə əmin sənə qurban, yüngül başı sənin, ağır başı mənim. 
Boyaqçı  Kərbəlayı  Təhcənin  bu  zarafatından  heç  kəs  incimirdi.  Zəngəzur  və 
Qarabağ  mahalında  hamı  bu  sözə  alışmışdı.  Çox  vaxt  bu  baməzə  boyaqçının  
üz-gözü çərşənbə yumurtasından seçilməzdi. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə