58
-
Ağalar, eşitdiyimə görə naçalnik Qarabağın Əfətli kəndindəndir. Özlərinin
də Muğədəm düzündə yaxşı torpaqları var, mülkləri var. Orada çoxlu mal-
dövlət saxlayırlar.
Xanalıya elə gəldi ki, Məmməd bəy hirsləndi, amma dişlərinin ağarmasından
bildi ki, o gülür.
-
Ha ha ha... Xanalı kişi, sağlıq olsun, o mülkə səni də şərik eyləyərik.
Kərbəlayı Cəfər də dərhal sözə qarışdı:
-
Xanalı kişi, siz hələ Səlim bəyi yaxşı tanımırsınız.
Səlim bəy Qarabağın ən böyük nəsil-nəcabətli tayfasındandır.
Atası Ağa bəy məşhur Qarabağ xanı Mehdiqulu xanın qohumu olub, Mehdiqulu
xan rəhmətə gedəndı bütün mülkünü, əmlaknı yaxın qohumalrından bizim
naçalnik Səlim bəyin babası Rüstəm bəyə birdə onun qardaşı Hacı Ağalar bəyə
vermişdi... Biz sizi belə nəcabətli nəsillə qohum etmək istəyirik.
Xanalı elə bil bunları yuxuda eşidirdi.
Koxanın tələsinə sanki pələng düşmüşdü: “O mənə keçəl desin?! Adamın
atasını bax belə yandırarlar. Qoy Alo o dəlini tapıb gətirsin, üzə çıxandan sonra
bir bəhanə ilə tutub onu basdıracağam qoduqluğa. Mənə də Ala Mahmud bəy
deyərlər! Xanalını da yaxşıca şirnikdirmişik. Indi o, Muğdəm torpağının eşqi
ilə yaşayır”. Koxa bu sözləri ürəyində təkraralayır və özünü ev sahibi kimi
aparırdı:
Xanalı mizrabın nə üçün tez-tez sarı simə vurulduğunu başa düşürdüsə də
özünü o yerə qoymurdu.
-
Ağalar siz allah iştahla yeyin plov soyudu- heç nə, bu meyvələrin də dadına
baxın.
Səlim bəy tərifdən xumarlanırdı. Onun gözü yenə həyət-bacada dolaşırdı. “Bu
xallı qız hara uçdu? Görəsən xoşuna gəldimmi?”
Səlim bəy özünə süni qoçaqlıq ifadəsi verib Xanalını daha da heyrətləndirmək
istəyirdi. Bəzən də özünü şıltaq bir körqə kimi aparırdı. Çalışırdı ki, bütün
davranışı, hərəkəti, söhbəti məclisdəkiləri aludə etsin. Çopur Məmməd bəy isə
yeri gəldikcə yalançı həya ilə maskalanmış dostunun nüfuzunu qaldırırdı:
-Ağalar, belimdəki bu qızıl toqqaya nə qədər qiymət qoyarsınız?
Kərbəlayi Cəfər dərhal hazırcavablığ etdi;
-Məmməd bəy, onu qıraxtinli Hərəinin beş haçabud nərinə də vermərəm.
- Afərin Kərbəlayı Cəfər, lap sövdəgər imişsən. Əgər tacir Haci Fərəcoğlu bilsə
ki sövdəkarlıqda belə səriştən var, səni şagird aparar. Səlim bəy Təbrizdə dostu
tacir Haci Fərəcoğlu ilə görüşəndə bu toqqanı o bağışlayıb. Əşi, o
günü peşman
oldum, dedim ki, naçalnik nə qiyamət toqqan var. O da həmin dəqiqə çıxarıb
bağladı belimə.
Hamı bir ağızdan:
-
Afərin, naçalnik, afərin!
Ağacların sıxlığından bağçanın o başı görünmürdü. Məmməd manqalın
yanında əyləşib ət doğrayırdı. Həcər anası ilə səkil tikələri şişə çəkirdi.
Qonaqlar onları görmürdülər. Qəsdən bərkdən danışırdılar ki, dediklərini ev
sahibləri eşidsinlər. Həcər isə öz işini görmüşdü, indi yalnız Nəbi barədə
fikrləşirdi.