Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə30/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   26   27   28   29   30   31   32   33   ...   101

 
63 
HƏCƏRƏ ELÇĠ GƏLDĠ 
 
 
“Dəmiri  isti-isti  döyərlər”,  -  Kərbəlayı  Cəfər  ayı  pəncəli  əlini  Alonun 
çiyninə qoyub zarafatla gülümsündü.  
 
   -Xanalı, bu qonşunla aran necədi? 
 
   - Kərbəlayı, o nə sözdü... 
  Alo əlini sallaq bığına çəkib yerində yırğalandı: “Məzəliliyə başlayıblar! – O, 
çayı dodağına yaxınlaşdırıb bir qurtum içdi. – bunlardan baş aça bilmirəm”. 
 
   -Düzü, Xanalı, Alo yaxşı rəncbərdi, külfət qədri bilən adamdı.  Bu barədə 
ondan raziyam. - Kərbəlayı əlini Alonun çiynindən çəkdi. Kişinin üstündən elə 
bil dağ götürüldü. – Bilirsən, Xanalı, adam gərək yaxşıya yaxşı desin, pisə pis, 
Düzü,  Alonun  oğlu  Nəbi  ilə  aramızda  çox  inciklik  olub,  çox  söz-söhbətimiz 
olub,  hətta,  az  qalıb  divanxanaya  da  düşək.    Bunu  sən  də  bilirsən,  mən  də. 
Ancaq  mən  bunların  hamısını  yadımdan  çıxarmışam.  Hamımız  bu  dünyanın 
qonağıyıq.  Yüz  iyirmi  dörd  min  peyğəmbərə  qalmayan  dünya  heç  kəsə 
qalmayacaq. Dava-dalaşdan nə çıxar axı. Gərək birimiz od olanda, o birimiz su 
olaq. Aloya gəldikdə, tıxsız balıqdır. İndiyə  qədər bir qarışqanı da ayaqlamayıb. 
Qonşusunuz , onun xasiyyətinə məndən də yaxşı bələdsən. Həyət-bacanızı bircə 
çəpər ayırır. 
 
   -Bəli, Kərbəlayı, düz buyurursunuz. Alo bu günə kimi bir kəsin toyuğuna 
daş atmayıb. 
 
   -Atan  oldu  behiştlik,  demək,  Alo  qohum  olmalı  adamdır.  Gəlsənə  elə  bu 
həyət-bacanı  ayıran  çəpəri götürək, bu bağ-bağatları  da birləşdirək.  
 
Xanalı  ləzgi  Osmanın  kürədən  çıxardığı  misə  döndü.  Gözləri  seyrək 
kirpiklərinin  arasında  qərar  tuta  bilmədi.  O  dartıb  sətin  arxalığının  düyməsini 
qırdı. Onun tüklü sinəsi tez-tez qalxıb-enirdi.  
 
Kərbəlayı Cəfər bic-bic gözünü qıyıb boğazını arıtladı: 
 
   -A kişi... 
 
   -Bəli, Kərbəlayı. 
 
   -Səni gözləyirik. 
 
   -Bağışlayın, Kərbəlayı, bir təhərəm...  anlaya bilmədim nə buyurdunuz. 
 
   -Ərz  etdik  ki,  izn  versəniz  sizin  həyət-bacanı  ayıran  qaratikan  çəpərini 
aradan götürərik. Nəbi də pis uşaq deyil... Bayaq dedim ki, aramızda çox söz-
söhbət  olub,  amma  biz  barışmışıq.  Deyirlər,  çəkişməsən  bərkişməzsən;  Nəbi 
Həsən ağanın adamları ilə də dost olub. Keçənə güzəşt deyiblər. Bir də, Xanalı, 
Cavanın beyni qan olar. Nəbi də cavandır, özün də cavan olmusan. Qaldı külfət 
saxlamağa,  o  barədə  arxayın  ola  bilərsən,  Nəbi  çörək  qazanan  oğlandı.  Yaxşı 
dolanacaq düzəldib. Atı var, inəyi var, qoyun-keçisi var, Tüfəngi, xəncəri var. 
Daha nə istəyirsən? 
 
Xanalı  qara  saçaqlı    papağını  çıxarıb  üz-gözünü  yelləməyə  başladı. 
Birçəklərinə  sanki  qırov  düşmüşdü.  O,  təəccübdən  böyümüş  gözlərini 
Kərbəlayının gözlərinə zilləyib tündləşdi: Kərbəlayı Həcər hələ uşaqdı. 
Kərbəlayı qəlyanını divardakı qövsi-qüzehli xalçaya tuşlayıb şaqqanaq çəkdi.  
 
   -Ay  rəhmətliyin  oğlu,  mənə  yox  da,  onu  toxuyanın  nəyi  uşaqdı.  Həcərin 
xalçasının  sorağı  az  qalıb  Firəngistana  gedib  çıxsın.  Tacir  Hacı  Fərəcoğlu 


 
64 
bunun üstündə hələ də mənlə küsülüdür.  Sən də başlamısan  “qızımın ağzından 
hələ  süd  iyi  gəlir”  -  Kərbəlayı      əlini  xoruz  qanadı  kimi  qızarmış  saqqalına 
toxundurdu.  –  Bax,  bu  mən  ölüm,  Xanalı,  düzünü  de  görüm,  Həcərin  anasını 
sən götürüb qaçanda neçə yaşı vardı? 
Xanalı  papağını  başına  qoyub  yumruğunu  düyünlədi:  “Ax...  bu  tacir 
köpəkoğlunun adı gələndə başımdan tüstü çıxır! Gərək yenə bir ziyanım olsun”. 
Kərbəlayı Cəfərin acıqlı baxışları onun hirsini basıb yatırtdı: 
   -On dörd yaşı. Amma, Ballı tez böyümüşdü.  
   -Bax, varam düz sözə , atan oldu behiştlik. Balam, sən balaca nəyə deyirsən?! 
Ata-babalarımız deyblər ki, qızı papaqlı vur, yıxılmadı- demək, ərə gedə bilər. 
Fikirləşməyə dəyməz, dedim ki, izn verin sabahdan iki bağçanı birləşdirək.  
 
Həcər deyilənlərin hamısını o biri evdə eşidirdi. Indi onun gözündə dünyada 
Kərbəlayı  Cəfərdən  yaxşı  adam  yox  idi.    “Zarafat  deyil,  kişi  Molla  Əhmədin 
yanında  Qurana  and  içib  ki,  Nəbi  ilə  işim  olmayacaq.  Deyib,  üzə  çıxan  kimi 
elçiliyinə də gedəcəyəm. Andını pozsa; Quran ona qənim olar”. 
 
Alo  ilə  İsmayıl  çaşbaş  qalmışdı.  Onlar  bilmirdilər  Kərbəlayının  sözü 
ürəkdən  gəlir,  yoxsa  boğazından.  Kərbəlayı  qabaqcadan:  “Elçiyə  zaval 
yoxdur”-  deyib  Xanalıya  çox  incə  bir  eyham  vurmuşdu;  versən  də  özün  bil, 
verməsən  də!  Xanalı,  deyəsən,  Kərbəlayı  Cəfərin  bu  işarəsini  hələ  anlaya 
bilməmişdi:  “Qızı  versəm-yaxamı  ölümdən  qurtara  bilərəm;  verməsəm-Nəbi 
mənim  yuvama  su  calayacaq.  Başıma  oyun  açacaq?    “Hə”  deyim,  “yox” 
deyim?”. 
 
Çırtaçırt yanan qaratikan kötüyündən arabir qığılcımlar qopub elçilərin  üst-
başına  səpələnirdi.    Sifətlər  payız  çölləri  kimi  bozarmışdı.  Həyətlərdən 
cavanların  səsi gəlirdi: 
 
   -Ayə, gəlin görək. 
 
   -Harda olacaqsınız? 
 
   -Güllü dərədə. 
 
   -Biz də Qaronu dərəsinə gedirik. 
     -Ay Xanalı, yaylıma mal aparan uşaqların səsini eşidirsən?  Səhər  açılır ey, 
niyə ağzına su almısan? 
 
Kərbəlayının  “ağzına  su  almısan”  ifadəsi  Xanalıya  yenə  ikibaşlı  göründü. 
“Sürümü hansı örüşə yayım?” 
 
   -A  kişi,  qız  nə  qədər  ağıllı-kamallı  olursa-olsun,  evdə  qalanda  ailənin 
başına  əskiklik  gətirər!  –  deyə  Kərbəlayı  Cəfər  yerində  silkələndi.  –  Gərək 
hamısını  açıb  deyəm?!  Eşitməmisən    oğlanın  ağlı  başında,    qızın  ağlı  üzündə 
olar?    Biri  qızını  başdan  çıxarıb  qaçırtdı,  onda  neyləyəcəksən,  vurub 
öldürəcəksən?! Qızın evdə qalıb un çuvalına tay olmayacaq ki!.. Nəbinin daha 
heç  kəslə  işi  yoxdur,  başını  aşağı  salıb  gedir  elin  qoyununa.  Həsən  ağanın 
adamları  ilə də barışdırdıq, qurtarıb getdi...  “Allah mübarək eləsin” deyəkmi? 
Onu da bil  ki, şirni içməmiş  evdən getməyəcəm.   
 
Xanalı  canavardan  qorxan  quzu  kimi  dili  tutulmuşdu.  Gözləri  bərələ 
qalmışdı. Kişi bir neçə dəfə udqunub təpimiş dodaqlarını güclə araladı: 
 
   -  Kərbəlayı,  mən  sizin  sözününzü  necə  yerə  sala  bilərəm?!  İnanın,  lap 
oğlanlarımın  başına gəlsəniz əsirgəmərəm. Amma... 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə