Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə10/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
31
göstərir ki. kremasiya hettlərdə lap qədimdən olmaqla, onların tarixi 
ilə bağlıdır. Burada kremasiya olunmuş insanların heç də kübar cə-
miyyətə  mənsub olduğu bildirilmir. Yəni kremasiya ritualı heç də 
varlıları yoxsullardan fərqləndirmək əlaməti deyildir. Bununla belə 
bir şeyi də qeyd etmək yerinə düşər ki, hett ritualları ilə Homer poe-
malarındakı  dəfn arasında  əlaqələri birinin digərindən götürməsi, 
əxz etməsi kimi yox, əksinə, qədim zamanlarda hett ənənələri ilə 
yunan ənənələri arasında olan ümumiliyə diqqət yetirmək lazımdır. 
Əlişar-Hüükdə və Boğazköydə xeyli sayda cəsədlər tapılmış-
dır ki, burada cəsədlər kremasiya zamanı ya cüt küpələr  şəklində 
ağız-ağıza, ya da sadəcə olaraq torpaq qəbirlərdə yerləşdirilmişdir. 
Boğazköydə torpaq qəbirlər evlərin içində yerləşdirilmişdir. Bu cə-
sədlər, ehtimal etmək olar ki, sadə insanların cəsədi imiş, mətnlərdə 
təsvir olunan rituallar isə şahların və şahzadələrin dəfnini əks etdi-
rir. Belə olduqda nəzərimizi belə bir məqam cəlb edir ki, hakim si-
niflə məzlum sinif arasında hett imperiyasında olduqca böyük fərq-
lər mövcud imiş. Bununla yanaşı, bu mədəniyyətin sosial təbəqələş-
mə ilə heç bir əlaqəsi olmamışdır. Qədim  şahlıqlar dövründə (bu 
yuxarıda adını çəkdiyimiz hett şahı I Hattusilinin nitqinin sonuncu 
sətirlərindən də yaxşı görünür – N.T.) şahlar kremasliyaya məruz 
qalmamışdılar. I Hattusili öz yekun nitqində demişdir: «Cəsədimi 
lazım olan kimi yu; məni öz sinənə (döşünə) sıx və öz sinəndə məni 
torpaqda dəfn et». 
Bu fikrin özü göstərir ki, hettlərdə cəsədin kremasiya olunma 
məsələsi bir qədər mübahisəlidir. Və cəsədin kremasiya edilməsinin 
hansı xalqın (yunanların, hindlilərin) ənənələrindən hansına keçməsi 
məsələsi də heç də sona qədər araşdırılmamışdır. Lakin bununla be-
lə burada digərindən  əxz etmə, yaxud ümumi ənənə  məsələlərinin 
dərindən və hərtərəfli araşdırılmasına ehtiyac duyulur. 
Hett mifləri və əfsanələrinə aid mətnlər o qədər də mühüm bə-
dii əhəmiyyətə malik deyildir. Çünki bu mif və əfsanələrdəki heka-
yət olduqca primitiv nəsrlə verilir. Lakin ilk baxışdakı primitivliyə 
baxmayaraq, buradakı canlı, detallı ştrixlər bizi özünə cəlb etməyə 
bilmir. Bu nümunələr bizə hettlərin qədim və zəngin təfəkkür tərzi, 


 Nizami Tağısoy 
 
32
folklor ənənələri haqqında məlumat verir. Elə zənn edirik ki, onlarla 
tanışlıq zəngin mədəniyyət daşıyıcısı olan Kiçik Asiyada e.ə. III mi-
nillikdən məlum olan hettlərin mifoloji, folklor düşüncəsi haqqında 
müəyyən təsəvvür yaradacaqdır. Bunu da nəzərə alaq ki, Suriya, Li-
van, Anadolu, şumer, akkad, babil, misir mədəniyyətləri, o cümlə-
dən Qafqaziya ilə əlaqələri (birbaşa və ya dolayısı ilə) olan hettlər 
haqqında məlumat Azərbaycan türkləri üçün maraqlı olacaqdır. 
Hett, yaxud hattların allahlara aid mifoloji mətnləri iki yerə 
(«Əjdahanın məhvi» və «Qeyb olmuş allah») bölünür. Tədqiqatçılar 
hett allahları haqqında digər miflərin olması ilə bağlı fikir söylə-
məkdə çətinlik çəkirlər. Çünki dövrümüzə qədər gəlib çatmış lövhə-
lərdəki əksər hallarda rabitəsiz, əlaqəsiz mətnlərdəki hissələrdən ta-
mı yaradıb təqdim etmək mümkün olmur. Əjdahanın öldürülməsi 
ilə bağlı Yeni il mifinə babil, hind eposunda, qədim bədii ingilis 
pantomimlərində dünyanın müxtəlif yerlərində yayılmış analoji na-
ğıl və teatrlaşdırılmış səhnələrdə rast gəlmək mümkündür. Bu mifin 
başlıca mahiyyəti ilahi qəhrəmanla qüvvələri təcəssüm etdirən onun 
rəqibi arasında rituala uyğun gedən mübarizədir. Burada iki variant 
vardır. Hər iki variant aşağıdakı kimi başlayır: Tufan allahı (o bu 
mifin qəhrəmanıdır – N.T.) İlluyanka adlı Əjdaha ilə görüşdə məğ-
lubiyyətə uğrayır. Birinci versiyaya uyğun olaraq Tufan allahı bütün 
allahlara müraciət edir. İlahə  İnarə isə fikirləşib kələk qurur. O, 
müxtəlif içkilər doldurulmuş kiçik çəlləkləri içilmək üçün məclisə 
gətirir. Sonra kömək məqsədilə Hupasiya adlı bir nəfəri də buraya 
edir. Hupasiya isə İnarə qarşısında aşağıdakı kimi şərt qoyur: «Əgər 
mənə özünlə birgə yatmağa icazə versən, ürəyin nə istəsə, gəlib onu 
da edərəm». İlahə İnarə onunla bir yerdə yatmağa razılıq verir. Bun-
dan sonra İlahə Əjdahaya xəbər göndərir ki, mağarasından çıxıb gə-
lib onunla bu yemək-içməyi bölüşdürsün. 
İlluyanka Əjdaha öz balaları ilə gəlir, bütün çəlləklərdəki içki-
ləri içib susuzluqlarını yatırırlar. Lakin geriyə, öz mağaralarına dönə 
bilmirlər. Bu anda Hupasiya Əjdahanın əl-qolunu bağlayır və Tufan 
allahı İlluyanka Əjdahanı öldürür və allahların hamısı onun tərəfinə 
keçir. Bundan sonra İnarə Tarukkada qayada ev tikib Hupasiyaya 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
33
verir. Sonra İnarə Hupasiyaya aşağıdakıları deyir: «Əlvida! Mən çı-
xıb gedirəm. Pəncərədən arxamca baxma, baxsan, öz arvadını  və 
uşaqlarını görəcəksən». Doğrudan da, İnarənin gedişindən 20 gün 
keçdikdən sonra Hupasiya pəncərəni açıb bayıra baxdıqda o, öz ar-
vadını və uşaqlarını görür. İnarə gəzintidən qayıtdıqdan sonra Hupa-
siya hönkürərək onu evə buraxmağı xahiş edir. 
Lövhədə bundan sonra yazılanlar aydın olmasa da, alimlər 
təxmin edirlər ki, Hupasiya İnarənin tapşırığını yerinə yetirmədiyinə 
görə sonra məhv edilmişdir. 
Mifin ikinci versiyasına görə isə Əjdaha nəinki Tufan allahını 
məğlub edə bilir, həm də onun ürəyini və gözlərini çıxararaq şikəst 
edir. Əjdaha ürəyini və gözlərini qaytarsın deyə Tufan allahı özü kə-
ləyə əl atır. O bir kasıb qızından oğlan doğur. Oğul böyüyüb Əjda-
hanın qızı ilə evlənir. Tufan allahı oğluna aşağıdakı məsləhəti verir: 
«Arvadının yanına evə girərkən ondan mənim ürəyimi və gözlərimi 
qaytarmağı xahiş et». 
Oğul atası dediyi kimi də edir, Tufan allahının oğurlanmış or-
qanları geri qaytarılır və Tufan allahının bədəni əvvəlki görkəmini 
alır. O dəniz döyüşünə gedir və döyüşdə İlluyanka Əjdahanı məğlub 
edir. 
Burada başqa bir maraqlı epizod da vardır. Demə, Tufan alla-
hının oğlu bu zaman Əjdahanın evində imiş. Vəziyyəti belə görçək 
oğul deyir: «Məni də vur! Mənə yazığın gəlməsin». Belə olduqda 
Tufan allahı həm Əjdahanı, həm də öz doğma oğlunu vurub öldürür. 
Bu mifin hər iki versiyasındakı primitiv süjet göz qabağın-
dadır. Bu versiyaların hər ikisi nə ədəbi, nə də dini istiqamətli ma-
hiyyət daşımır, onlar sırf folklor nümunələri kimi qəbul edilməlidir. 
Burada  Əjdahanın bütün hərəkəti, allahların tapşırığı ilə  hərəkət 
edən insanların tələsinə, toruna düşmə və s. məhz tipik folklor nü-
munəsi hesab edilə bilər. Birinci versiyanın başlanğıcına bir qədər 
aydınlıq gətirməyə ehtiyac var. Belə ki, Hupasiyanın əlçatmaz, ün-
yetməz qaladakı evdə zindana salınması və ona arvadını və uşaqları-
nı görməsinin qadağan edilməsi onunla izah olunmalıdır ki, ilahə 
başa düşürdü ki, Hupasiya öz ailəsini gördükdən sonra ona öz mə-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə