Ətraf müHİTİn monitoriNQİ


Mexaniki qarışıqların təyini



Yüklə 164,68 Kb.
səhifə23/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   19   20   21   22   23   24   25   26   ...   38
ƏMM.müh.

Mexaniki qarışıqların təyini.
Təbii şirin suların əsasını çay suları təşkil edir. Çay suları yağış , bulaq və qar sularının toplusundan əmələ gəlir.İstər yağış və qar , istərsədə çay suları dağlardan, dərələrdən və müxtəlif torpaq süxurları sahələrindən axan zaman onlar müxtəlif mexaniki və mineral qatışıqlar, duz birləşmələri və s aparır. Bundan başqa təbii sularda bəzi heyvan və canlı orqanizmlərin parçalanması nəticəsində kolloid dispers şəklində olan alüminium, dəmir, silisiun anhidrid və həm də üzvi qarışıqlar əmələ gəlir. Bu qarışıqlar suyun tərkibində iki cür ola bilər: mexaniki hissəciklər və həll olmuş ionlar şəklində.
Təbii sularda mexaniki qatışıqlar üç şəkildə ola bilər:
1.Ölçüləri 100 nm-dən böyük olan mexaniki qatışıqlar- bunlara kobud dispers qatışıqlar deyilir.
2.Ölçüləri 100 nm-dən 1 nm-ə qədər olan mexaniki qatışıqlar- bunlara kolloid qatışıqlar deyilir.
3.Ölçüləri 1 nm-dən kiçik olan mexaniki qatışıqlar - bunlara tam həll olmuş ion şəklində olan qatışıqlar deyilir.
Kobud dispers qatışıqlar nisbətən böyuk kütləyə malik olduğuna görə praktiki olaraq suda diffuziya etmir. Bu qatışıqlara bəzən asılı hissəciklər də deyilir.Vaxt keçdikcə kobud qatışıqlarda müəyyən sedimentasiya tarazlığı yaranır. Bu zaman qatışığın sıxlığı suyun sıxlığından böyük olarsa, çökmə baş verir.Qatışığın sıxlığı kiçik olduqda isə onlar suda üzür və suyun rəngi bulanır. Kolloid hissəciklər kimyəvi və fiziki xassəyə malik olub həmişə suda xaotik (qarmaqarışıq) hərəkətdə olur. Onlar həm də böyük diffuziya etmə qabiliyyətinə malikdir. Kolloid hissəciklər suda çökmür və heç bir süzücü material tərəfindən tutula bilmir. Onlar təbii sularda kolloid- dispers halında yerləşir.
İon şəklində olan qatışıqları kimyəvi tərkibinə görə iki növə ayırmaq olar: mineral və üzvi qatışıqlar. Mineral qatışıqlara suda həll olan qazlar (N2, O2,CO2), biokimyəvi çevrilmələr nəticəsində əmələ gələn maddələr – NH3,CH4, H2S, duzlar , turşular, əsaslar və s. daxildir.
Təbii suların tərkibində geniş yayılmış duz ionlarından biri Na+ ionudur. Ancaq suyun analizi zamanı Na+ ionları bir qayda olaraq K – ionları ilə birlikdə qəbul edilir. Bu ionların bütün duzları suda çox yaxşı həllolma qabiliyyətinə malikdir. Həm də bu ionların duzları davamlı qatışıqlar qrupuna daxildir və heç zaman hidroliz olunmur. Təbii sulara Na+ ionlarının konsentrasiyası demək olar ki, dəyişməzdir.Konsentrasiyanın dəyişməsi suyun ancaq buxarlanması və ya qatılaşdırılması nəticəsində ola bilər.
Kalsium və maqnezium ionları təbii sularda çox geniş yayılmış duz ionlarıdır. Bunlara cod ionlar da deyilir . Cod ionların az və ya çox olmasından asılı olmayaraq, suyun xalq təsərrüfatının müxtəlif sahələrində , xüsusən sənaye müəssisələrində istifadə edilməsinin mümkün olmasını müəyyən etmək olur. Sulara kalsium və maqnezium ionlarının konsentrasiyası nisbətən az olur. Kalsium ionlarının geniş yayılması, axar suların yer qabığının əsasını təşkil edən əhəngdaşı və dolomitlə qarışıqlı reaksiyaya girməsi ilə izah edilir. Suyun mineral tərkibi artdıqca Ca2+ ionları azalır və Na+ ionları isə artır. Tərkibində mineralı az olan sularda Mg2+ ionları Ca2+ ionlarına nisbətən az olur. Ancaq suyun mineral tərkibi artdıqda Mg2+ ionlarının çox və Ca2+ ionlarının az olması müşahidə edilir. Nümunə üçün dəniz, okean və quyu sularını göstərmək olar.



Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə