244
- Bəli, dağ dağa qovuşmaz, adam adama qovuşar. Mənə keşikçi dedi ki, iki
partizan içəri gəlməyə icazə istəyir… Deməynən, mənim dostlarım imiş… Bu
görüş təsadüfi olsa da, çox gözəl oldu…
- Biz bunu təsadüfi görüş adlandıra bilmərik! – deyə Comərd güldü. – Qızıl
Ordunun yolunu səbirsizliklə gözləyirdik.
- Özü də hər gün, hər saat! – deyə Suren Comərdin sözünə qüvvət verdi. –
Bütün Zaqafqaziya xalqları gözünü Qızıl Orduya dikmişdi.
- Ordumuz da öz vəzifəsini yerinə yetirir. Azərbaycanda Şura hakimiyyəti
qurulmasına yardım edən qoşunlarımız, Gürcüstan və Ermənistan zəhmətkeşlərinə
də öz kömək əlini uzadacaqdır. Yeri gəlmişkən onu deyim ki, Bakıdan, Hərbi
Şuradan göstəriş alınıb ki, hissələrimiz zəngəzurluların köməyinə getsin.
Suren dedi:
- Biz Zəngəzur zəhmətkeşlərinin xahişi ilə bura gəlmişik. Əhali Qızıl
Ordudan kömək gözləyir. General Dronun məğlubiyyəti camaatı sevindirmiş,
daşnakların içinə böyük vəlvələ salmışdır…
Gerasimov qəzet kağızı ilə maxorkadan yoğun bir papiros eşib damağına
aldı və çəkə-çəkə soruşdu.
- Yerli kommunistlər, partizanlar necə fəaliyyət göstərirlər?
Comərd Zəngəzurda gedən mübarizələrdən, may üsyanlarından, ayrı-ayrı
kəndlərdə
Şura hakimiyyətinin qurulub, sonra daşnaklar tərəfindən
dağıdılmasından ətraflı danışdı.
Suren kommunist dəstəsinin Droya qarşı necə silahlı çıxış etdiyini nağıl
elədi. Axırda dedi:
- Daşnak generalına birinci zərbəni Qızıl Ordu, ikinci zərbəni Zəngəzur
kommunist dəstələri vurdu. İndi o, aradan çıxarda bildiyi az-çox qoşunu ilə
Dərələyizdədir. Güman etmək olar ki, dişlərini təzədən Qızıl Orduya qıcıdacaqdır.
Gerasimov gülə-gülə dedi:
- Qızıl Ordu onun kimi çox generalın dişlərini sındırıb.
Comərd dilləndi:
- Biz bundan sonra necə hərəkət etməliyik? Qızıl Ordu hissələri ilə birlikdə,
yoxsa ayrı-ayrı? Bu məsələni həll etməliyik.
- Bu barədə danışarıq, - deyə Gerasimov papirosdan dalbadal iki qullab
vurub kötüyünü kənara atdı. Siz hələlik kənddə olun. Bir saatdan sonra gəlin
yanıma, mən də o vaxta kimi komandanlıqla danışaram.
Surenlə Comərd gedəndən sonra Gerasimov yenə xəritəyə baxmağa başladı.
O, Gorusa hücum eləmək üçün əlverişli yol seçmək istəyirdi…
Keşikçi gəlib Gerasimova bir kəndlinin çox vacib iş üçün onu görmək
istədiyini söylədi.
Gerasimov özü bayıra çıxdı.
Kəndli Gerasimovu görən kimi irəli yeridi, əlini sinəsinə qoyub baş əydi,
sonra gülə-gülə dedi:
- Salam, yoldaş komandir. Axırda ki, camaat öz arzusuna çatdı. Səbirsizliklə
gözlədiyimiz Qızıl Ordu gəlib çatdı…
- Sən kimsən? Mənimlə nə işin var? – deyə Gerasimov kəndliyə diqqətlə
baxdı.
245
- Mən zəngəzurluyam. Sisyan mahalının Uz kəndindənəm. Erməniyəm.
Bizim Sisyan kəndliləri çox pis yaşayırlar, yoldaş komandir. Daşnaklar yaman
zülm eləyirlər. Kəndlilər məni Zəngəzur İnqilab Komitəsinin üzvü kimi sənin
yanına göndəriblər ki, öyrənib onlara xəbər aparım: Zəngəzura nə zaman
gələcəksiniz? Hamı sizin yolunuzu gözləyir. Mən Qızıl Orduya bələdçilik eləyib
yol göstərə bilərəm. Xaraba qalmış bizim bu yerlər dağlıq, qayalıqdır. Hə, nə isə,
mən kəndlilərə nə xəbər aparım? Vallah, siz Zəngəzura qədəm qoyanda kəndlilər
ayaqlarınızın altında qurbanlar kəsəcəklər.
Gerasimov soruşdu:
- Sən rus dilini hardan belə gözəl bilirsən?
- Bakıda neft mədənlərində işləyəndə öyrənmişəm. Kəndə gələndən hələ
yadırğamışam… Mən Nikolayın əleyhinə fəhlə yığıncaqlarında elə rusca
danışardım ki, qulaq asanların ağzı əyilə qalırdı… Hə, yoldaş komandir, istəsəniz
sizə mütərcim də ola bilərəm…
- Savadın varmı?
- Yox. Atam kasıb olub, oxuda bilməyib. Günüm fəhləlikdə, kəndçilikdə
keçib.
Gerasimov birdən soruşdu:
- Zəngəzur İnqilab Komitəsinin sədri kimdir?
Kəndli özünü eşitməməzliyə vurdu. Gerasimov bunu hiss elədisə də, özünü o
yerə qoymayıb kəndlini içəri dəvət elədi. Hər ikisi otağa girdi. Gerasimov soruşdu:
- Yanında bir sənədin varmı?
- Bəli, var. Yoxsa şübhələnirsən? – O, gülüb əlavə elədi: - Mən çox şadam
ki, bizim qırmızı komandir belə ayıqdır, - kəndli yenə gülə-gülə cibindən bir kağız
çıxarıb Gerasimova uzatdı. – Al, oxu!
Gerasimov oxudu:
«Həmin vəsiqə verilir Vahan Qazaryana ondan ötrü ki, məzkur yoldaş aktiv
partizan olmaqla bərabər, eyni zamanda Zəngəzur Qəza İnqilab Komitəsinin
üzvüdür…».
- Qol çəkənin kim olduğunu oxuya bilmədim, imza qarışıqdır, - deyə
Gerasimov vəsiqəni ona qaytardı.
- Yoldaş komandir, deyəsən axı bir balaca şübhələndin? – deyə kəndli güldü.
– Şübhə, əlbəttə, hərdən pis şey deyil. Həqiqəti meydana çıxartmaq üçün sən doğru
hərəkət elədin. Biz inqilabçılar sadəlövhlük eləyib, hamının sözünə inana bilmərik.
Bu inqilab dövründə özünü min şəklə salan, min dil oxuyan düşmən içimizə
asanlıqla soxula bilər…
Gerasimov bir tərəfdən hissinin onu aldatdığına təəssüf etdisə, ikinci
tərəfdən kəndlini həbs etmədiyinə sevindi. Ancaq nədənsə ürəyi yenə arxayın
olmadı.
- Sizin inqilab komitəsi hansı kənddədir? – deyə soruşdu.
- Demək olar ki, hər kəndin özünün inqilab komitəsi var.
- Mənim sualıma doğru cavab ver. Bu vəsiqəni sənə verən qəza inqilab
komitəsi hardadır? Biz onunla əlaqə saxlamalıyıq…
- Əlaqəni nə cür saxlamaq istəyirsiniz? Bəs mən nə üçün gəlmişəm? Bizim
söhbətimiz canlı əlaqə deyilmi?
246
Gerasimov daha sorğu-sualla məşğul olmaq istəmədi. Həqiqəti
aydınlaşdırmaq üçün onu həbs etməyi qərara aldı. Kəndli isə düşdüyü tələdən xilas
olmaq üçün dedi:
- Mən gedirəm. Qızıl Ordunun tezliklə Zəngəzura daxil olmasını
gözləyirik…
- Gedə bilməyəcəksən! Səni həbs edirəm! – deyə Gerasimov tapançanı
dərhal ona tuşladı.
Kəndli yenə arxayın-arxayın gülərək dedi:
- İkinci vəsiqə səni hər şübhədən qurtarar, yoldaş qırmızı komandir. – O,
əlini qoltuq cibinə salanda Comərdlə Suren içəri girdi… Kəndli onları görcək
başını aşağı saldı.
Comərdlə Suren əlində tapança olan Gerasimovu və onun qarşısında başını
aşağı salaraq dayanmış qara pencəkli, qara şalvarlı, yekə, boz papaqlı kəndlini
görüb təəccübləndilər.
- Bu kəndlini tanıyırsınızmı? – deyə Gerasimov onlara müraciət elədi.
- Bu saat, görək kimdir. – Comərd kəndliyə yaxınlaşdı. – Üzünü niyə
gizlədibsən? – Comərd onun başını yuxarı qaldırdı. – Aha, bu ki, cənab
Şadlinskidir!
Suren də gülərək dedi:
- Yoldaş Gerasimov, bu bizim köhnədən, Nikolay vaxtından «dostumuzdur».
Bu cənab çox «mahir» casusdur…
Comərd Şadlinskinin kim olduğunu Gerasimova danışdı.
Gerasimov tapançanı qoburuna qoyub Şadlinskini axtardı. Cibindən yalançı
vəsiqəni və naqanı çıxartdı, tapançanı stolun üstünə qoyub vəsiqəni Comərdə
verdi:
- Oxu!
Comərd ucadan oxudu, qəhqəhə ilə gülərək:
- «Əhsən» Şadlinski! – dedi. – İnqilab düşməni, inqilab komitəsinin üzvü
imiş… Eybi yoxdur. Su qabı suda sınar. Axır ələ keçdin, cənab Şadlinski. De
görək, indi kimə casusluq edirsən? Nikolay da öldü, müsavat da. Səni Qızıl
Ordunun içinə kim göndərib?
Şadlinski dillənmədi.
Suren dedi:
- Yəqin ki, indi də daşnakların, ya da Antantanın casusudur.
Tələyə düşmüş siçan kimi qurtuluş üçün imkan axtaran Şadlinskinin gözü o
yanı, bu yanı gəzdi. O, bu dəqiqə bir milçək olub havaya uçmaq, bir ilan olub
deşiyə girmək, bir qara daş olub lal, kar yerində qalmaq istərdi. Şadlinski susdu,
danışmaq istəmədi. Lakin qorxu onun dilini açdı.
- Bolşeviklər, mənim sənətim casusluqdur; siz məni ifşa elədiniz… Mən
onsuz da bir gün ələ keçəcəyimi, öləcəyimi bilirdim. Ancaq mən indi heç kimin
casusu deyiləm. Antantanı görməyə gözüm yoxdur. Daşnaklara isə etibarım
yoxdur. Onlardan hökumət olmaz. Casus isə möhkəm bir dövlətə arxalanmasa
işləyə bilməz. Mən aralıqda avara qala bilməzdim. İndi, bu inqilab zamanında
olmasa da, sonralar Şura hökuməti məni ifşa edəcəkdi. Ona görə, bura gəlməkdə
qəsdim, özümü Qızıl Orduya təslim vermək idi. Bu niyyətimi əvvəldən
Dostları ilə paylaş: |