Fərhad bəyi gözlədim. Bilirdim ki, işə gedəcək. Axı hər səhər
rastlaşırdıq. Ondan xahiş etdim ki, mənə bu məbləği borca versin.
Lakin Fərhad bəy pulu mənə yalnız 4 gün sonra verə biləcəyini dedi.
Hal-hazırda isə o qədər milli pulu yoxmuş. Buna çox məyus oldum.
Yenə də düşündüm ki, bəlkə qumarda uduzduğum şəxslə danışıb, pulu
4 gün sonra verəcəyimə razı salım. Ancaq o qəti dedi ki, “Pul iki gün
sonra onda olmalıdır. Əks halda dükanını əbədi unut! ” Məcbur qalıb
getdim Zərifə xanımın sahib olduğu zavoda. Bir neçə dəqiqə sonra
katibəsi Zərifə xanımın məni bu gün qəbul etməyəcəyini dedi. Yalvar-
yaxar etdim ki, desin çox vacibdir. Görüşməliyəm. Nəhayət razı oldu.
Cəmi iyirmi beş dəqiqə dəhlizdə ayaq üstə gözlədikdən sonra məni
qəbul etdi. Etməz olaydı.
-
Niyə? - mən soruşdum.
-
Çünki, o əfi ilandır. Yox...yox.... Daha betər. Gürzədir, İblisdir! İnanın
ki, başqa yolum yox idi.
-
Sözünün qısası....- Məmmədzadə əsəbiləşdi.
-
Düşündüm ki, Zərifə xanımla pulu ay-ay vermək şərti ilə danışsam,
bəlkə mənə lazım olan məbləği verər. Bilirdim ki, onun hər zaman pulu
var. Özüm də bir neçə dəfə dükanım üçün onun zavodunun ixrac
etdiyi mallar almışam. Ona görə Zərifə xanımla tanış idik.
-
Dayan! - deyə Muradlı səsləndi :- Dəhlizdən Zərifə xanımı da çağırın.
İki dəqiqə sonra Zərifə xanım içəri daxil oldu. O Sahibi əlində qandal, polis
zabitinin nəzarəti altında başı aşağı oturduğunu görəndə rəngi dəyişdi. Zərifə
xanım şabalıdı saçlı, üzərində iki qalın xətt ağ saçları, şabalıdı gözlü, yumru sifət
olsa da bədən quruluşuna görə qızı Səbinədən heç də geri qalmayan, orta
boylu, adı kimi zərif, geyimindən də imkanlı olduğu nəzərə çarpan qadın idi.
Səbinənin doğma anasına sevgisi və hörməti elə burada da görünürdü. Zərifə
xanım içəri keçər-keçməz Səbinə oturduğu yerdən qalxıb, yerini anasına
göstərdi. O da qızının üzünə sevgi ilə sığal çəkib əyləşdi. Bu zaman polkovnik
Məmmədzadə:
-
Zərifə xanım, sizi görməyimizə şadıq. Polkovnik- leytenant
Məmmədzadə! – özünü təqdim etdikdən sonra - ayaq üstə duran şəxs
mayor Səfərli və mayor Eyvazov, pəncərə önündəki şəxs isə Murad
Muradlı.
-
Tanışlığımıza şadam.
Zərifə xanım bu ərəfədə başı ilə astaca salam verirdi. Arada isə çönüb
Sahibə baxırdı. Bu zaman polkovnik Muradlı:
-
Hə, Sahib! Gəldin Zərifə xanımdan borc almağa. Davam et!....
-
Bəli cənab! Zərifə xanımdan pul istəməyə gəlmişdim. Dedim 5 min
manat pul lazımdır. Neçə aya istəsə dükandakı gəlirimlə ödəyərəm. O
isə..
-
O, nə?
-
Elə təhqirlər, elə alçaldıcı sözlər eşitdim ki, dəymişim dura-dura kalım
töküldü.
Zərifə xanım yerindən heç tərpənmədən, bir baş Sahibə baxıb:
-
Necə lazım idi elə də elədim. Sən özünə hörmət etməyəndən sonra,
başqasından nə hörmət gözləyirsən?
-
Davam edin. O pulu verdi ya yox?
-
Çox and-aman etdim. Əgər bilsəydim ki, pulu yoxudur, istəməzdim!
-
Beş min manat onun üçün heç nə idi. Amma o pul əvəzində şərt
kəsmək istədi.
-
Şərt? Nə şərti?
-
Dedi pulu yalnız bir şərtlə verərəm, heç geri də istəmərəm. Əvəzində
mən də şərtinin nə olduğundan asılı olmayaraq razı oldum. Kaş ki,
olmasaydım. Biləndə ki, beş min manat müqabilində Fərhad bəyi
öldürməyimi istəyir..
Bu zaman Səbinə yerindən sıçrayıb:
-
Nə? Nə istəyir?
-
Mən beş min manatın müqabilində Fərhad öldürməli idim. Əvvəlcə
qorxuya düşdüm. Axı indiyə kimi kimsəni öldürməmişdim. Əvvəlcə
düşünərəm deyib evə qayıtdım.
Səbinə Sahibin etiraflarını eşidib dəhşətə gəlirdi. Anasına gözü yaşla dolu
baxıb:
-
Ana, sən bunu necə edə bildin axı? Bəs Cavadın günahı nə idi?
Zərifə xanım isə:
-
Səbinə sus! Sonra danışarıq. Cavadın yerinə kaş mən ölərdim. –sonra
Sahibə baxıb :- Axmaqsan! Gül kimi balama qıydın.
Məmmədzadə qəzəblənib:
-
Dayanın, görək Sahib nə danışır!
-
Gecəni səhərə kimi yata bilmədim. Ailəmi düşündüm. Övladlarımı
düşündüm. Çox pis vəziyyətə düşdüm. Axırda getdim düz Zərifə
xanımın işinə. Razıyam deyib pulumu istədim. O da dedi ki, get öldür.
Sonra pul sənindi. Mən isə ticarətçi olduğumdan pulumu əvvəldən
aldım. Gedib pulu qumarda uduzduğum şəxsə verib dükanımın
sənədlərini geri aldım. Əslinə qalsa nə Fərhad , nə də Cavadın mənə
pisliyi dəyməmişdi. Həm də ilk dəfə insan öldürəcəkdim.
Səbinə qışqıra-qışqıra:
-
Allah cəzanızı versin! Qatillər!
-
Sakit olun. Mane olursuz! Davam edin! - dedim.
-
Gözlədim ki, səhər Fərhad bəy blokdan çıxsın. Gördüm Cavad da gəlir.
İnanın ki, məcbur idim. Nəyisə dəyişmək əlimdə deyildi. Ardını da
özünüz bilirsiniz. Onsuz da o andan yerin dibinə batmışam. Cəzam
nədirsə onu da çəkməyə hazıram.
-
Sizin sözünüz yoxdur Zərifə xanım? Özünüzü bir övlad qatili kimi necə
hiss edirsiz? - deyən polkovnik Muradlı ciddi nəzərlərlə Zərifə xanıma
baxdı.
-
Bütün bunları inkar etməyəcəyəm! Düzdür Fərhada ayrıldığımız andan
nifrət edirdim. Bundan əlavə iyirmi il onun növbəti evliliyinə görə
oğlum Cavaddan da olmuşdum. Oğlum doğma anası dura-dura yad
birinə “Ana” deyirdi. Mən Sahibə Fərhadı öldürməyi tapşırmışdım.
Amma bu alçaq Fərhadı yaralı qoyub gül kimi balama qıydı. Allah sənin
cəzanı versin!
Həyəcan dolu səsi ilə sözlərini bitirən Zərifə xanım ayağa qalxıb Sahibə əl-
qol uzatdı. Bu zaman Məmmədzadə:
-
Allahı deyə bilmərəm. Amma cəzanızı qanun mütləq layiqincə
verəcək! Bəs Fərhadı necə oldu ki yaralı qoydunuz? Buna açıqlama
verin ki, ifadənizdə hər şey ətraflı olsun!
-
Mənim də məqsədim Fərhadı öldürmək idi. Lakin onlara yaxınlaşıb
bıçağımı qaldıranda Cavad mənə atasını qorumaq üçün güc gəldi.
Odur ki, Cavada qarın hissəsindən heç xatırlamıram da iki ya da üç heç
də dərinə getmədən bıçaq sancım. Məqsədim şahid buraxmamaq olsa
da Cavadın aldığı yaradan sağ qalacağına inanırdım. Bu ərəfədə
Fərhad məni itələdi. Cavadı qolları arasına qaldırıb qışqırıb köməyə
çağırmaq istəyirdi ki, cəld tərpənib həmin bıçaqla düz onun ürəyinə
axıra kimi basdım. Mənə qaranlıq qalan onun hələ də sağ olmağıdır.
Bu necə ola bilər, axı mən onun ürəyinə bıçağımı tam sonunadək
basmışdım.
Mayor Səfərli Sahib bəyin sualına açıqlama verdi:
-
İş ondadır ki, Sahib bəy siz bıçağı 2 sm yuxarı basmışdız.. Cavad isə
daxili qanaxmadan ölmüşdü.
Bu vaxt ekspertizadan cavab da gəldi. Sahibin bıçağının həqiqətən cinayət
törədilən bıçağın eynisi olmaqla yanaşı, hətta üzərində Fərhad kişinin qurumuş
Dostları ilə paylaş: |