qanı aşkar edilmişdi. polkovnik Məmmədzadənin göstərişi ilə Sahib və Zərifə
xanım həbs edildi. Otaqdan çıxmazdan əvvəl Muradlı Zərifə xanıma:
-
Sizə lap yazığım gəlir. Həyat yoldaşınızın öldürülmə cəhdi sizə heç nəyi
vermədi. Əvvəlcə yoldaşınızdan, sonra oğlunuzdan, indi isə sizə bu
qədər sevgi və hörmət bəsləyən qızınızdan məhrum oldunuz.
Bu sözlərdən sonra Zərifə xanımın gözlərindən iki damla yaş axdı. Başını
aşağıya salıb qolları qandallı otağı tərk etdi.
Səkkizinci fəsil
İki gün sonra mayor Səfərli xəbər verdi ki, Fərhad kişi artıq ayılıb və bizə
ifadə vermək istəyir. Odur ki durmadan xəstəxanaya yollandıq. Otağa daxil
olanda çarpayıda uzanmış üzünü saqqal basmış, təxminən orta boylu arıq, qara
saçlı Fərhad sağ əlini qaldırdı. Biz də növbəmizdə salamlaşıb ona şəfa dilədik.
Məhkəmədə əsas şahid kimi çıxış edəcəyini də xəbər verdik. Fərhad bəyin təkidi
ilə ondan elə oradaca ifadəsini alıb Sahibin bir daha qatil olduğunu eşitdik.
Fərhad bəy zahirən sağlam görünsə də, ürəyi qan ağlayırdı...
Qatilin həbsindən artıq üç gün keçmişdi. Polkovnik Murad Muradlı, mayor
Səfərli və mən, polkovnik Məmmədzadənin evində toplaşıb çay içirdik. Muradlı
artıq Rusiyaya qayıtmalı idi. Səfərli Muradlını yenidən gördüyü üçün çox
sevindiyini və ona hər ay məktub yazacağını deyirdi. Məmmədzadə isə otuz beş
illik dostunu yenidən gördüyündən məmnunluq hiss etdiyini və onu evində
görməyə hər zaman şad olduğunu deyirdi. Mən də öz ürək sözlərimi dilə
gətirmək istədikdə, telefon zəng çaldı. Məmmədzadə dəstəyi qaldırdı:
-
Eşidirəm!
-
Yoldaş Məmmədzadə, növbəti qətl hadisəsi baş verib.
-
Yaxşı. Hadisə yerinə ekspertləri göndərin! Prokurorluğu xəbərdar edin.
Mən də gəlirəm.
Dəstəyi asıb üzünü mayor Səfərliyə tutdu:
-
Səfərli sən mənimlə gedirsən. Əziz dostum, təəssüf olsun ki, səni qatar
dayanacağına yola sala bilməyəcəyəm. Mümkünsə incimə. Mayor
Eyvazov səni ötürər. Sonra hadisə baş verən əraziyə gələr.
-
Əlbəttə, sən vəzifəni yerinə yetir. Məndən də nigaran qalma. Rusiyaya
çatar-çatmaz teleqram vuracağam. İndi isə tələs.
-
Etdiyin köməkliklərə görə sənə çox minnətdaram. Növbəti
görüşümüzü səbirsizliklə gözləyəcəyəm. Xudahafiz!
-
Xudahafiz, əziz dostum!
Xəfiyyə Murad Muradlı ilə tanışlıq mənim həyatımda və xüsusilə də
işimdə öz müsbət təsirini göstərdi. Həmin gün onu hava limanından yola saldım.
Vidalaşanda öyrəndim ki, o tədqiqat boyu cib dəftərində yalnız mülahizələrini
və nəyə daha diqqətli olmaq lazım gəldiyini qeyd edirmiş. Hələ yoldaş
Məmmədzadənin
evində
ifadələri
oxuduğumda
Muradlı
Sahibdən
şübhələnirmiş. Mənə bir neçə hikmətli sözü də xatırlatdı. Dedi ki:
-
Qulaq as oğul! Müdriklik və mərdlik - əzəmətin təməlidir. Bunlar
əbədidir və insana əbədiyyət bəxş edir. İnsan daha çox öyrəndikcə,
daha çox insan olur. Müdrik olmasa, müdriklik faydasızdır.
İyun-2008 ci il.
“Xoşbəxtlik həsrəti” (Roman)
Birinci fəsil.
--Musa, qardaş! Təbrik edirəm. Gözəl-göyçək bir qızın doğuldu...
Bu xəbəri artıq beş il idi ki gözləyirdi. Xanımı Dilarə ilə hər gün Allaha dua
edərdilər. Ondan təkcə övlad arzulayardılar. Budur artıq ata olmuşdu. İnana
bilmirdi qulaqlarına. Diz üstə oturub əllərini göyə qaldırdı :
-- Sənə min şükür Ya Rəbbim! Arzularımızı dualarımızı eşitdin... Sənə şükürlər
olsun...
Allaha şükr edən bir insana tamaşa etmək hər insana nəsib olmasa da, Cəmilə
həkimə bu gün qismət olmuşdu. Musanın qızının doğulduğunu eşidib göz yaşları
içində Allaha şükrlər etməsinə özü də qəlbən sevindi.
--Cəmilə xanım, bəs Dilarə necədir? Yaxşıdırmı?
--Əlbəttə, o da qızınız da lap yaxşıdır. Hər ikisi sağlamdırlar. Heç narahat
olmayın. Yaxşısı budur deyin görüm qızınızın adını nə qoyacaqsız?
--Sevinc!
-- Cox gözəl addır. Adıyla böyüsün İnşallah...
Cəmilə həkimin razılığı ilə hər ikisi Dilarəni və yeni doğulmuş uşağı görmək
üçün evə girdilər...
Bütün bu illər Mahmudovlar ailəsinin xatirəsində çox xoş keçdi. Musa
işləyir, Dilarə evdar qadın kimi evi dolandırır Sevinci tərbiyə edirdi. Kəndin ən
hörmətli sakinlərindən biri idi Musa. Yaşından aslı olmayaraq hər kəsi
mehribanlıqla qarşılayar, mehribanlıqla yola salardı. Dilarə də səmimi, gülərüz
xanım-xatın bir qadın idi. Musa ilə uzaqdan uzağa sevmişlər bir-birlərini. Amma
Musa əsgər gedib gəldikdən sonra daha sevgisini gizlətməmiş elçisini
göndərmişdi qapılarına. Bəxtindən atası da Musanı bəyəndiyi üçün vermişdi
yeganə qızını ona. Çox xoşbəxt idilər. Çatışmayan isə tək övladları idi. O da
Allahın qisməti ilə beş il sonra doğuldu. Musa qızının adını Sevinc qoydu.
Çünki, ailəsinə sevinc bəxş etmişdi gəlişi ilə.
On dörd il sonra...
Musa artıq həyatda yox idi. Uzun və mubarizəli xəstəlikdən sonra dünyasını
dəyişdi. Dilarə onun yoxluğuna alışa bilmirdi. Hələ Sevinc yazıq qız atasından
bir an belə ayrı qalmağa dözə bilmirdi, o ki qala ölümünə dözmək. Amma
zamanla hər kəs alışdı. Bütün qonşular, qohumlar, alışmayan tək Dilarə və
Sevinc oldu. Dilarənin qardaşı hər həftə onlara bazarlıq edib gələrdi. Əlavə də
pul verərdi ki, birdən nəsə lazım olsa alsın. Üstəlik də bir sözü sanki əzbər
etmiş kimi hər gəlişində Dilarəyə təkrar-təkrar deyirdi- "Dilarə, mənim evdə bir
sürü külfətim var 4 cü uşaq da yoldadı. Üstəlik də sən və qızın. Ona görə çalış
bir az qənaət et ki, mənə də yük çox düşməsin" Bəli bu sözlərə Dilarə həmişə
eyni cavab verərdi-"Əlbəttə qardaş, səni gözəl başa düşürəm".
Buna baxmayaraq Dilarə boş oturmurdu. Əlindən çox gözəl hörgü və tikiş işi
gəlirdi. Səliqəsinə söz ola bilməzdi. Ona görə dərziliyə başladı. Gecə-gündüz
bilmədən işləyirdi evində. Qonşuların çoxuna tanışlıq üçün nisyə etsə də yenə də
əli dara düşəndə o pul əlinə gələrdi. Hər gününə şükr edərdi. Sevinc də anasına
hər zaman kömək edərdi. Bağdakı bütün kişi işini Sevinc asanlıqla görürdü. Elə
kişi kimi böyümüşdü. Dərsini də yaxşı oxuyardı. Elə imkansızlığa görə ali təhsil
almaq barədə düşünmədi.
Sevincin sevgisindən dəli divanə olan Tərlan həmişə kənardan ona tamaşa
edərdi. Artıq 17 yaşları vardı. Və bir gün ona qəlbini açacağı günü gözləyirdi.
Amma heç cürə onu tək tuta bilmirdi. Həmişə harasa gedəndə ya yanında anası
vardı, ya da qonşu qızı "rəfiqəsi" Arifə. Baxmayaraq ki, Sevinc ona sevgisi
üçün bir səbəb verməmişdi, amma yenə də əlində deyildi. Uşaqlıqdan Sevinclə
oynadığı gizlən-qaçdan bəri sevirdi onu.
Dostları ilə paylaş: |