bir xanım idi. Gözlərindən ardı kəsilmədən yaş axır. Tez-tez nəfəsi ağırlaşırdı.
Qızı isə ürəkdən hönkür-hönkür ağlayırdı. Mayor Səfərli onlara yaxınlaşıb sorğu
suala başladı.
-
Salam. Allah rəhmət eləsin! İnşallah yoldaşınız da tezliklə sağalar.
Mən cinayət axtarış şöbəsindən Mayor Yusif Səfərli. Əgər narahat
etmirəmsə sizə bəzi suallar verərdim.
-
Buyurun! - deyən qadın hıçqırtılarla dolu səsi ilə Yusifə baxdı.
-
Xanım, onlar saat 7-də hara gedirdilər? Siz nə isə şübhəli şəxss
gördünüzmü?
-
Yoldaşımın şəxssi pul dəyişmə məntəqəsi var. Cavadla hər səhər oranı
açıb axşam 9 - 10-a kimi işlədirdilər. Bu gün də həmçinin. Axı bu
vəhşiliyi kim edə bilər? Ağlıma heç kəs gəlmir. Sanki dəhşətli yuxu
görürəm.
-
Bəs yoldaşınız işində, tanışları arasında yola getmədiyi və yaxud
mübahisə etdiyi kimsə var idi?
-
Vallah nə deyim? Əgər varsa da mən bilmirəm. Çünki yoldaşım evdə
işə aid, çöldə də evə aid bir kəlmə kəsməzdi. Heç bir söz deyə
bilmərəm. – qadın başını yellədərək cavab verdi.
-
Bəs siz xanım?
Mayor Səfərli kənarda oturub hönkür-hönkür ağlayan cavan qızdan yəni
Fərhad kişinin qızından soruşdu. Dağınıq saçları altından ağlamaqdan gözləri
şişmiş gənc xanım:
-
Yox tanımıram, bilmirəm, görməmişəm eşitməmişəm.....- deyib
ucadan ağladı.
Belə acı hadisəni bir anda yaşamaq heç də asan deyildi. Xanımın davranışı
normal idi. Bu sual-cavabdan sonra Yusifə həkimlə də danışmalı olduğumuzu
dedim. O da razılaşdı. Lakin bu sual cavabı mənim etməyimi istədi. Və qapının
ağzında dayandı. Mən isə əməliyyat edən həkimlə danışmaq üçün kabinetinə
girdim. Özümü təqdim etdikdən sonra:
-
İstintaqın gedişi üçün sizdən mümkün qədər dəqiq cavab verməyinizi
xahiş edirəm. Mümkünsə Fərhad kişinin yarasının dərinliyindən və
yerləşdiyi yerindən danışardınız.
-
Əlbəttə! Xəstənin kürəyində, ürək nahiyəsindən cəmi bir barmaq
yuxarıya 11 sm-lik dərinliyində bıçaq yarası vardır. Yarası dərin idi.
Lakin ürəyə toxunmadığından və heç bir daxili qan axma baş
vermədiyindən lazımı tədbir görüldü.
-
İnşallah xəstəniz tezliklə gözlərini açar. Bizə məlumat verməyi
unutmayın. Çox sağ olun...
-
Buyurun.
Xəstəxanadan bir başa şöbəyə qayıtdıq. Məmmədzadə cinayətkarı
tezliklə ifşa etməyimizi istəyirdi. Əlimizdəki məlumatı onunla bölüşdük.
Qovluğu stola yeni qoymuşdum ki, içəri tibbi ekspertizadan kapitan Cəfər
Cəfərli girdi.
-
Xoş gördük. – Cəfərin içəri girməyi ilə oturmağı bir oldu. - Əlimizdə
olan məlumatlarla və tibbi açıqlamalarla sizi də tanış edim.
Mərhumun üzərində 4 bıçaq yarası vardı. Yaranın 4-ü də qarın
nahiyəsindən. Hər bir yaranın dərinliyi isə 7-9 sm-likdir. Qatil ara
vermədən ardıcıl zərbələr endirmişdir. Yaraların dərinliyi qatilin ya
var güclə vurduğunu, ya da güclü biri olduğunu sübut edir. Aldığı
bıçaq zərbələrindən dərhal sonra Cavad yerindəcə ölmüşdür. -
Cəfərli əlindəki ekspertizanın nəticələrini oxuyub yekunlaşdırdı.
-
Cərrahdan aldığım ifadəyə görə- bu zaman mən danışmağa
başladım- Fərhad kişinin kürəyindən ürəkdən bir barmaq yuxarıya 11
sm-lik dərinliklə sancılmış bıçaq yarası vardı. Əlimdəki ifadəni
diqqətlə oxuyaraq dedim. Mənim zənnimcə cinayət bir nəfər
tərəfindən eyni bıçaqla törədilmişdir. Hadisə ilə bağlı ətraflı
məlumatı şahidlərdən alacağımıza əminəm. Şahidlərdən ikisi artıq
buradadır.
-
Onları bir azdan qəbul edərik. Bəs sən nə düşünürsən mayor Səfərli?
- Məmmədzadə fikirli halda soruşdu.
-
Yoldaş Məmmədzadə, düşünürəm ki, vaxt itirmədən Fərhad kişinin
pul dəyişmə məntəqəsinə gedib, oradakı insanlardan ifadələr almaq
lazımdır. Hadisə çox güman ki, pul zəminində törədilib. Qatil onları
bir neçə gün güdə, sonra planlı şəkildə öldürüb pulları alıb qaça da
bilər. Onun kimliyi barədə yaralı şahidimiz ayıldığı zaman daha dəqiq
fikir söyləmək olar.
-
Sizə güvənirəm yoldaşlar. Əgər qətl pula görə olubsa o məqsədinə
nail olubmu? Əgər öldürmək məqsədi ilə gəlmişsə bəs niyə Fərhad
bəyi yaralı halda qoyub qaçıb? Cinayətkar bilir ki, Fərhad kişinin
ayılsa onun kimliyini açıqlayacaq. Bəs qətl törətməyə səbəbi nə olub?
Bax bunları dəqiqləşdirmək lazımdır. Xəstəxanaya iki polis göndərin
qoy Fərhad kişinin otağını gecə-gündüz qorusunlar. Otağa öz
həkimindən və növbətçi tibb bacısından başqa kənar kimsəni
buraxmasınlar. Unutmayın bu bir əmrdir!!!
-
Oldu polkovnik-leytenant! Şahidləri dindirməyə başlayaq?- deyə
soruşdum
-
Bu işi sənə tapşırıram Qədir!
Sözünü yekunlaşdıran kimi yoldaş Məmmədzadə, Cəfərli və Mayor
Səfərli kabineti tərk etdilər. İfadə almaq isə mənə qaldı.
Üçüncü fəsil
Ayağa qalxıb qapını açdım. Dəhlizdə ayaq üstə dayanmış leytenant
Həsənlini ifadələri yazmaq üçün yanıma çağırdım. Kabinetə geri dönərkən
dəhlizdə əyləşmiş şahidlərdən birini içəri dəvət etdim. Dəhlizdə 3 nəfər şahid
oturmuşdu. İçəri sadə geyimli, uca boylu arıq qarabəniz orta yaşlı kişi daxil
oldu. O yeni köçmüş qonşularımızdan olduğuna görə tanışlığım yox idi. Burada
tanış oldum.
-
Özünüzü təqdim edin.
-
Sahib Zülfü oğlu Zülfüqarov.
-
Bu hadisə ilə bağlı gördüklərinizi danışın.
-
Cənab müstəntiq mən o vaxtlar işə gedərdim. Elə hər səhər də
Fərhad bəy oğlu ilə işə gedəndə rastlaşıb salamlaşardıq. Atası
rəhmətlik oğlunu özündən çox sevərdi.
-
Cinayət baş verən zaman siz harda idiz?
-
Mən əlimdəki pulla daha doğrusu qəpiklərimlə çörək almağa
gedirdim. O gün işimdən azad idim. Qızıma ad günü keçirəcəkdim. 1
ay əvvəldən başımı xarab edirdi ki, ata mənə ad günü keçirt, bəs sinif
yoldaşlarım da gəlsin.
-
Sonra?
-
Əlimdə haradasa 7 çörəklik qəpiklərim vardı. Bu vaxt arxamda
binamızın blokundan həmin ata-oğul çıxdılar. Öyünərək dedim ki,
sizdən fərqli olaraq mən bu gün işə getmirəm. Özümə istirahət
ayırmışam. Fərhad bəylə əl uzadıb salamlaşanda qəpiklərim yerə
səpələndi. Tez əyilib onları yığmağa başladım. Haradasa 3 qəpik
yığmışdım ki, Cavadın Fərhad bəyin qarşısında durub biri ilə
mübahisə etdiyini gördüm.
-
O insan necə biri idi? Təsvir edə bilərsən?
-
Əlbəttə. Qara uzun plaş geyinmişdi. Hündür boy, enli kürəkli bir kişi
idi. Düşündüm ki, özgənin işinə qarışmağa haqqım yoxdur. Odur ki,
əyilib yerdə səpələnmiş digər qəpiklərimi də yığmağa başladım.
-
O şəxss Cavaddan da hündür idi?
-
Bir az hə... - Sahib tərəddüdlə cavab verdi.
-
Bəs təxminən neçə yaşı vardı?
-
Nə bilim cənab müstəntiq üzünü yandan gördüm...
-
Saçı necə idi?
-
Saçının rəngi qara idi. Adi saçı vardı, nə bilim. Formasına fikir
vermədim.
-
Demək pulunuzu yığırdınız.....- sualıma davam etdim.
Dostları ilə paylaş: |