Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

bir  xanım  idi.  Gözlərindən  ardı  kəsilmədən  yaş  axır.  Tez-tez  nəfəsi  ağırlaşırdı. 
Qızı isə ürəkdən hönkür-hönkür ağlayırdı. Mayor Səfərli onlara yaxınlaşıb sorğu 
suala başladı. 

Salam.  Allah  rəhmət  eləsin!  İnşallah  yoldaşınız  da  tezliklə  sağalar. 
Mən  cinayət  axtarış  şöbəsindən  Mayor  Yusif    Səfərli.  Əgər  narahat 
etmirəmsə sizə bəzi suallar verərdim. 

Buyurun! - deyən qadın hıçqırtılarla dolu səsi ilə Yusifə baxdı. 

Xanım,  onlar  saat  7-də  hara  gedirdilər?  Siz  nə  isə  şübhəli  şəxss 
gördünüzmü? 

Yoldaşımın şəxssi pul dəyişmə məntəqəsi var. Cavadla hər səhər oranı 
açıb  axşam  9  -  10-a  kimi  işlədirdilər.  Bu  gün  də  həmçinin.  Axı  bu 
vəhşiliyi  kim  edə  bilər?  Ağlıma  heç  kəs  gəlmir.  Sanki  dəhşətli  yuxu 
görürəm.  

Bəs  yoldaşınız  işində,  tanışları  arasında  yola  getmədiyi  və  yaxud 
mübahisə etdiyi kimsə var idi? 

Vallah  nə  deyim?  Əgər varsa  da mən  bilmirəm. Çünki  yoldaşım evdə 
işə  aid,  çöldə  də  evə  aid  bir  kəlmə  kəsməzdi.  Heç  bir  söz  deyə 
bilmərəm. –  qadın başını yellədərək cavab verdi.  

Bəs siz xanım? 
 
Mayor  Səfərli  kənarda  oturub  hönkür-hönkür  ağlayan  cavan  qızdan  yəni 
Fərhad  kişinin  qızından  soruşdu.  Dağınıq  saçları  altından  ağlamaqdan  gözləri 
şişmiş gənc xanım:  

Yox  tanımıram,  bilmirəm,  görməmişəm  eşitməmişəm.....-  deyib 
ucadan ağladı. 
 
Belə acı hadisəni bir anda yaşamaq heç də asan deyildi. Xanımın davranışı 
normal  idi.  Bu  sual-cavabdan  sonra  Yusifə  həkimlə  də  danışmalı  olduğumuzu 
dedim. O da razılaşdı. Lakin bu sual cavabı mənim etməyimi istədi. Və qapının 
ağzında  dayandı. Mən  isə əməliyyat edən  həkimlə danışmaq  üçün  kabinetinə 
girdim. Özümü təqdim etdikdən sonra: 

İstintaqın gedişi üçün sizdən mümkün qədər dəqiq cavab verməyinizi 
xahiş  edirəm.  Mümkünsə  Fərhad  kişinin  yarasının  dərinliyindən  və 
yerləşdiyi yerindən danışardınız. 

Əlbəttə!  Xəstənin  kürəyində,  ürək  nahiyəsindən  cəmi  bir  barmaq 
yuxarıya  11  sm-lik  dərinliyində  bıçaq  yarası  vardır.  Yarası  dərin  idi. 
Lakin  ürəyə  toxunmadığından  və  heç  bir  daxili  qan  axma  baş 
vermədiyindən lazımı tədbir görüldü. 



İnşallah  xəstəniz  tezliklə  gözlərini  açar.  Bizə  məlumat  verməyi 
unutmayın. Çox sağ olun... 

Buyurun. 
 
Xəstəxanadan  bir  başa  şöbəyə  qayıtdıq.  Məmmədzadə  cinayətkarı 
tezliklə  ifşa  etməyimizi  istəyirdi.  Əlimizdəki  məlumatı  onunla  bölüşdük. 
Qovluğu  stola  yeni  qoymuşdum  ki,  içəri  tibbi  ekspertizadan  kapitan  Cəfər 
Cəfərli girdi.  

Xoş  gördük.  –  Cəfərin  içəri  girməyi  ilə  oturmağı  bir  oldu.  -  Əlimizdə 
olan  məlumatlarla  və  tibbi  açıqlamalarla    sizi  də  tanış  edim. 
Mərhumun  üzərində  4  bıçaq  yarası  vardı.  Yaranın  4-ü  də  qarın 
nahiyəsindən.  Hər  bir  yaranın  dərinliyi  isə  7-9  sm-likdir.  Qatil  ara 
vermədən  ardıcıl  zərbələr  endirmişdir.  Yaraların  dərinliyi  qatilin  ya 
var  güclə  vurduğunu,  ya  da  güclü  biri  olduğunu  sübut  edir.  Aldığı 
bıçaq  zərbələrindən    dərhal  sonra  Cavad  yerindəcə  ölmüşdür.  - 
Cəfərli əlindəki ekspertizanın nəticələrini  oxuyub yekunlaşdırdı.  

Cərrahdan  aldığım  ifadəyə  görə-  bu  zaman  mən  danışmağa 
başladım- Fərhad kişinin kürəyindən ürəkdən bir barmaq yuxarıya 11 
sm-lik  dərinliklə  sancılmış  bıçaq  yarası  vardı.  Əlimdəki  ifadəni 
diqqətlə  oxuyaraq  dedim.  Mənim  zənnimcə    cinayət  bir  nəfər 
tərəfindən  eyni  bıçaqla  törədilmişdir.  Hadisə  ilə  bağlı  ətraflı 
məlumatı  şahidlərdən  alacağımıza  əminəm.  Şahidlərdən  ikisi  artıq 
buradadır. 

Onları bir azdan qəbul edərik. Bəs sən nə düşünürsən mayor Səfərli? 
- Məmmədzadə fikirli halda soruşdu. 

Yoldaş  Məmmədzadə,  düşünürəm  ki,  vaxt  itirmədən  Fərhad  kişinin 
pul dəyişmə  məntəqəsinə gedib, oradakı insanlardan ifadələr almaq 
lazımdır.  Hadisə  çox  güman  ki,  pul  zəminində  törədilib.  Qatil  onları 
bir  neçə  gün  güdə,  sonra  planlı  şəkildə  öldürüb  pulları  alıb  qaça  da 
bilər. Onun kimliyi barədə yaralı şahidimiz ayıldığı zaman daha dəqiq 
fikir söyləmək olar. 

Sizə  güvənirəm  yoldaşlar.  Əgər  qətl  pula  görə  olubsa  o  məqsədinə 
nail  olubmu?  Əgər  öldürmək  məqsədi  ilə  gəlmişsə  bəs  niyə  Fərhad 
bəyi  yaralı  halda  qoyub  qaçıb?  Cinayətkar  bilir  ki,  Fərhad  kişinin 
ayılsa onun kimliyini açıqlayacaq. Bəs qətl törətməyə səbəbi nə olub? 
Bax  bunları  dəqiqləşdirmək  lazımdır.  Xəstəxanaya  iki  polis  göndərin 
qoy  Fərhad  kişinin  otağını  gecə-gündüz  qorusunlar.  Otağa  öz 
həkimindən  və  növbətçi  tibb  bacısından  başqa    kənar  kimsəni 
buraxmasınlar. Unutmayın bu bir əmrdir!!!  



Oldu  polkovnik-leytenant!  Şahidləri  dindirməyə  başlayaq?-  deyə 
soruşdum 

Bu işi sənə tapşırıram Qədir!  
Sözünü  yekunlaşdıran  kimi  yoldaş  Məmmədzadə,  Cəfərli  və  Mayor 
Səfərli kabineti tərk etdilər. İfadə almaq isə mənə qaldı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Üçüncü fəsil 
 
 


 
Ayağa  qalxıb  qapını  açdım.  Dəhlizdə  ayaq  üstə  dayanmış  leytenant 
Həsənlini  ifadələri  yazmaq  üçün  yanıma  çağırdım.  Kabinetə  geri  dönərkən 
dəhlizdə əyləşmiş şahidlərdən  birini içəri  dəvət etdim. Dəhlizdə  3 nəfər şahid 
oturmuşdu.  İçəri  sadə  geyimli,  uca  boylu  arıq  qarabəniz  orta  yaşlı  kişi  daxil 
oldu. O yeni köçmüş qonşularımızdan olduğuna görə tanışlığım yox idi. Burada 
tanış oldum. 

Özünüzü təqdim edin. 

Sahib Zülfü oğlu Zülfüqarov. 

Bu hadisə ilə bağlı gördüklərinizi danışın. 

Cənab  müstəntiq  mən  o  vaxtlar  işə  gedərdim.  Elə  hər  səhər  də 
Fərhad  bəy  oğlu  ilə  işə  gedəndə  rastlaşıb    salamlaşardıq.  Atası 
rəhmətlik oğlunu özündən çox sevərdi. 

Cinayət baş verən zaman siz harda idiz? 

Mən  əlimdəki  pulla  daha  doğrusu  qəpiklərimlə  çörək  almağa 
gedirdim. O gün işimdən azad idim. Qızıma ad günü keçirəcəkdim. 1 
ay əvvəldən başımı xarab edirdi ki, ata mənə ad günü keçirt, bəs sinif 
yoldaşlarım da gəlsin. 

Sonra? 

Əlimdə  haradasa  7  çörəklik  qəpiklərim  vardı.  Bu  vaxt  arxamda 
binamızın  blokundan  həmin  ata-oğul  çıxdılar.  Öyünərək  dedim  ki, 
sizdən  fərqli  olaraq  mən  bu  gün  işə  getmirəm.  Özümə  istirahət 
ayırmışam.  Fərhad  bəylə  əl  uzadıb  salamlaşanda  qəpiklərim  yerə 
səpələndi.  Tez  əyilib  onları  yığmağa  başladım.  Haradasa  3  qəpik 
yığmışdım  ki,  Cavadın  Fərhad    bəyin  qarşısında  durub  biri  ilə 
mübahisə etdiyini gördüm.  

O insan necə biri idi? Təsvir edə bilərsən? 

Əlbəttə. Qara  uzun  plaş geyinmişdi. Hündür  boy, enli kürəkli bir  kişi 
idi.  Düşündüm  ki,  özgənin  işinə  qarışmağa  haqqım  yoxdur.  Odur  ki, 
əyilib yerdə səpələnmiş digər qəpiklərimi də yığmağa başladım.  

O şəxss Cavaddan da hündür idi?  

Bir az hə... - Sahib tərəddüdlə cavab verdi. 

Bəs təxminən neçə yaşı vardı? 

Nə bilim cənab müstəntiq üzünü yandan gördüm...  

Saçı necə idi? 

Saçının  rəngi  qara  idi.  Adi  saçı  vardı,  nə  bilim.  Formasına  fikir 
vermədim. 

Demək pulunuzu yığırdınız.....- sualıma davam etdim. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə