Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

Fərhad  bəyi  gözlədim.  Bilirdim  ki,  işə  gedəcək.  Axı  hər  səhər 
rastlaşırdıq.  Ondan  xahiş  etdim  ki,  mənə  bu  məbləği  borca  versin. 
Lakin  Fərhad  bəy  pulu  mənə  yalnız  4  gün  sonra  verə  biləcəyini  dedi. 
Hal-hazırda  isə  o  qədər  milli  pulu  yoxmuş.  Buna  çox  məyus  oldum. 
Yenə də düşündüm ki, bəlkə qumarda uduzduğum şəxslə danışıb, pulu 
4  gün  sonra  verəcəyimə  razı  salım.  Ancaq  o  qəti  dedi  ki,  “Pul  iki  gün 
sonra onda olmalıdır.  Əks  halda dükanını  əbədi unut!  ” Məcbur  qalıb 
getdim  Zərifə  xanımın  sahib  olduğu  zavoda.  Bir  neçə  dəqiqə  sonra 
katibəsi Zərifə xanımın məni bu gün qəbul etməyəcəyini dedi. Yalvar-
yaxar  etdim ki, desin çox vacibdir. Görüşməliyəm. Nəhayət razı oldu. 
Cəmi  iyirmi  beş  dəqiqə  dəhlizdə  ayaq  üstə  gözlədikdən  sonra  məni 
qəbul etdi. Etməz olaydı.  

Niyə? - mən soruşdum. 

Çünki, o  əfi  ilandır. Yox...yox.... Daha  betər. Gürzədir, İblisdir!   İnanın 
ki, başqa yolum yox idi. 

Sözünün qısası....- Məmmədzadə əsəbiləşdi.  

Düşündüm  ki,  Zərifə  xanımla  pulu  ay-ay  vermək  şərti  ilə  danışsam, 
bəlkə mənə lazım olan məbləği verər. Bilirdim ki, onun hər zaman pulu 
var.  Özüm  də  bir  neçə  dəfə  dükanım  üçün  onun  zavodunun  ixrac 
etdiyi mallar almışam. Ona görə Zərifə xanımla tanış idik.  

Dayan! - deyə Muradlı səsləndi :- Dəhlizdən Zərifə xanımı da çağırın. 
İki dəqiqə sonra Zərifə xanım içəri daxil oldu. O Sahibi əlində qandal, polis 
zabitinin  nəzarəti  altında  başı  aşağı  oturduğunu  görəndə  rəngi  dəyişdi.  Zərifə 
xanım şabalıdı saçlı, üzərində iki qalın xətt ağ saçları, şabalıdı gözlü, yumru sifət 
olsa  da  bədən  quruluşuna  görə  qızı  Səbinədən  heç  də  geri  qalmayan,  orta 
boylu,  adı  kimi  zərif,  geyimindən  də  imkanlı  olduğu  nəzərə  çarpan  qadın  idi. 
Səbinənin  doğma  anasına  sevgisi  və  hörməti  elə  burada  da  görünürdü.  Zərifə 
xanım  içəri  keçər-keçməz  Səbinə  oturduğu  yerdən  qalxıb,  yerini  anasına 
göstərdi.  O  da  qızının  üzünə  sevgi  ilə  sığal  çəkib  əyləşdi.  Bu  zaman  polkovnik 
Məmmədzadə: 

Zərifə  xanım,  sizi  görməyimizə  şadıq.  Polkovnik-  leytenant 
Məmmədzadə!  –  özünü  təqdim  etdikdən  sonra  -  ayaq  üstə  duran  şəxs 
mayor  Səfərli  və  mayor  Eyvazov,    pəncərə  önündəki  şəxs  isə  Murad 
Muradlı. 

Tanışlığımıza şadam. 
Zərifə  xanım  bu  ərəfədə  başı  ilə  astaca  salam  verirdi.  Arada  isə  çönüb 
Sahibə baxırdı. Bu zaman polkovnik Muradlı: 

Hə, Sahib! Gəldin Zərifə xanımdan borc almağa. Davam et!.... 



Bəli  cənab!  Zərifə  xanımdan  pul  istəməyə  gəlmişdim.  Dedim  5  min 
manat pul lazımdır. Neçə aya istəsə dükandakı gəlirimlə ödəyərəm. O 
isə.. 

O, nə? 

Elə təhqirlər, elə alçaldıcı sözlər eşitdim ki, dəymişim dura-dura kalım 
töküldü.  
Zərifə xanım yerindən heç tərpənmədən, bir baş Sahibə baxıb: 

Necə  lazım  idi  elə  də  elədim.  Sən  özünə  hörmət  etməyəndən  sonra, 
başqasından nə hörmət gözləyirsən? 

Davam edin. O pulu verdi ya yox? 

Çox and-aman etdim. Əgər bilsəydim ki, pulu yoxudur, istəməzdim! 

Beş  min  manat  onun  üçün  heç  nə  idi.  Amma  o  pul  əvəzində  şərt 
kəsmək istədi.  

Şərt? Nə şərti? 

Dedi  pulu  yalnız  bir şərtlə  verərəm, heç geri də  istəmərəm. Əvəzində 
mən  də  şərtinin  nə  olduğundan  asılı  olmayaraq  razı  oldum.    Kaş  ki, 
olmasaydım.  Biləndə  ki,  beş  min  manat  müqabilində  Fərhad  bəyi 
öldürməyimi istəyir.. 
Bu zaman Səbinə yerindən sıçrayıb: 

Nə? Nə istəyir? 

Mən  beş  min  manatın  müqabilində  Fərhad  öldürməli  idim.  Əvvəlcə 
qorxuya  düşdüm.  Axı  indiyə  kimi  kimsəni  öldürməmişdim.  Əvvəlcə 
düşünərəm deyib evə qayıtdım.  
Səbinə Sahibin etiraflarını eşidib dəhşətə gəlirdi. Anasına gözü yaşla dolu 
baxıb: 

Ana, sən bunu necə edə bildin axı? Bəs Cavadın günahı nə idi? 
Zərifə xanım isə: 

Səbinə sus! Sonra danışarıq. Cavadın  yerinə kaş mən ölərdim. –sonra 
Sahibə baxıb :- Axmaqsan! Gül kimi balama qıydın. 
Məmmədzadə qəzəblənib: 

Dayanın, görək Sahib nə danışır! 

Gecəni  səhərə  kimi  yata  bilmədim.  Ailəmi  düşündüm.  Övladlarımı 
düşündüm.  Çox  pis  vəziyyətə  düşdüm.  Axırda  getdim  düz  Zərifə 
xanımın işinə. Razıyam deyib pulumu istədim. O da dedi ki, get öldür. 
Sonra  pul  sənindi.  Mən  isə  ticarətçi  olduğumdan  pulumu  əvvəldən 
aldım.  Gedib  pulu  qumarda  uduzduğum  şəxsə  verib  dükanımın 


sənədlərini  geri  aldım.  Əslinə  qalsa  nə  Fərhad  ,  nə  də  Cavadın  mənə 
pisliyi dəyməmişdi. Həm də ilk dəfə insan öldürəcəkdim.  
Səbinə qışqıra-qışqıra: 

Allah cəzanızı versin! Qatillər!  

Sakit olun. Mane olursuz! Davam edin! - dedim.  

Gözlədim ki, səhər Fərhad bəy blokdan çıxsın.  Gördüm Cavad da gəlir. 
İnanın  ki,  məcbur  idim.  Nəyisə  dəyişmək  əlimdə  deyildi.  Ardını  da 
özünüz  bilirsiniz.  Onsuz  da  o  andan  yerin  dibinə  batmışam.    Cəzam 
nədirsə onu da çəkməyə hazıram.  

Sizin sözünüz yoxdur Zərifə xanım? Özünüzü bir övlad qatili kimi necə 
hiss edirsiz? - deyən  polkovnik Muradlı ciddi nəzərlərlə Zərifə xanıma 
baxdı.  

Bütün bunları inkar etməyəcəyəm! Düzdür Fərhada ayrıldığımız andan 
nifrət  edirdim.  Bundan  əlavə  iyirmi  il  onun  növbəti  evliliyinə  görə 
oğlum  Cavaddan  da  olmuşdum.  Oğlum  doğma  anası  dura-dura  yad 
birinə  “Ana”  deyirdi.  Mən  Sahibə  Fərhadı  öldürməyi  tapşırmışdım. 
Amma bu alçaq Fərhadı yaralı qoyub gül kimi balama qıydı. Allah sənin 
cəzanı versin! 
Həyəcan dolu səsi ilə sözlərini bitirən Zərifə xanım ayağa qalxıb Sahibə əl-
qol uzatdı. Bu zaman  Məmmədzadə: 

Allahı  deyə  bilmərəm.  Amma  cəzanızı  qanun  mütləq  layiqincə 
verəcək!  Bəs  Fərhadı  necə  oldu  ki  yaralı  qoydunuz?  Buna  açıqlama 
verin ki, ifadənizdə hər şey ətraflı olsun! 

Mənim  də  məqsədim  Fərhadı  öldürmək  idi.  Lakin  onlara  yaxınlaşıb 
bıçağımı  qaldıranda  Cavad  mənə  atasını  qorumaq  üçün  güc  gəldi. 
Odur ki, Cavada qarın hissəsindən heç xatırlamıram da iki ya da üç heç 
də dərinə getmədən bıçaq sancım. Məqsədim şahid buraxmamaq olsa 
da  Cavadın  aldığı  yaradan  sağ  qalacağına  inanırdım.  Bu  ərəfədə 
Fərhad  məni  itələdi.  Cavadı  qolları  arasına  qaldırıb  qışqırıb  köməyə 
çağırmaq  istəyirdi  ki,  cəld  tərpənib  həmin  bıçaqla  düz  onun  ürəyinə 
axıra  kimi  basdım.  Mənə  qaranlıq  qalan  onun  hələ  də  sağ  olmağıdır. 
Bu  necə  ola  bilər,  axı  mən  onun  ürəyinə  bıçağımı  tam  sonunadək 
basmışdım.  
Mayor Səfərli Sahib bəyin sualına açıqlama verdi: 

İş  ondadır  ki,  Sahib  bəy  siz  bıçağı  2  sm  yuxarı  basmışdız..  Cavad  isə 
daxili qanaxmadan ölmüşdü.  
Bu vaxt ekspertizadan cavab da gəldi. Sahibin bıçağının həqiqətən cinayət 
törədilən bıçağın eynisi olmaqla yanaşı, hətta üzərində Fərhad kişinin qurumuş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə