Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   23   24   25   26   27   28   29   30   ...   60

- Hara gəlirsiz? Ağlın olsun. Bu ifritə səndən doymadı, keçdi mənim ərimə. İndi 
onnan eşqbaşlıq edirlər. Elə bilirsən uşaq səndəndi? Ay axmağın oğlu aç gözünü 
2 ildə sənə uşaq verməyən bir ayda verdi?  
- Bu nə danışıqdır? Ola bilməz! Belə şey mümkün deyil! Mənim Sevincim bunu 
etməz... 
- Edər, niyə etmir! Onsuz da mənim ərim onun dərdindən ölürdü. Bu da səndən 
qayıtdı  gördü  ki  mənlə  evlənib  girdi  aramıza.  İndi  dey  deyib  gülürlər 
mətbəximdə.  Sənsə hələ də  "Sevincim" deyirsən. ... 
    Telefonu  yerinə  necə  asdı  xatırlamdı.     Bir  tək  onu  anladı  ki,  Əsmər  onu 
silkələyib nə baş verdiyini soruşurdu.... 
    
    O  gündən  artıq  aylar  keçirdi.  Sevinc  tezliklə  doğulacaq  balasını  qollarına 
alacağı  günün  həsrətində  idi.  Dilarə  isə  Vahidin  hələ  də  gəlmədiyinə  inana 
bilmirdi. Arifə də "rəfiqə" maskası ilə hər gün gəlib gedirdi. Tərlan isə anasının 
ölümündən  sonra  lap  pis  olmuşdu.  Artıq  8  ay  keçməsinə  baxmayaraq  hələ  də 
barışa  bilmirdi.  Bir  yandan  da  Sevinci  tənha  görməsi  xoşuna  gəlmirdi.  Dayısı 
Cavid  isə  hər  ay  gəlib  Sevinci  danlayıb  gedərdi.  Bunu  da  qəbul  edə  bilmirdi 
Tərlan. Bəzən olurdu ki, Arifə evdə deyinirdi Sevincin arxasınca. O an az qalırdı 
Arifəni  tutub  boğsun.  Özünü,  hisslərini  cilovlaya  bilmirdi.  Arifəyə  nifrət  edirdi 
artıq. Çünki onun əsl üzünü hər gün görür və ömrünü onunla məhv etdiyinə görə 
özünü  qınıyırdı.  Hətta  dəfələrlə  Arfəyə  demişdi  ki,  getsin   atası  evinə.  Qismət 
olar  kimləsə  evlənər  uşaqları  olar.  Onsuz  da  Tərlan  sozsuzdur.  Həyatını  niyə 
çürütsün ki? Həm özünü məhv edirdi, həm də Tərlanı. 
   Sevinc də hər dəfə dayısının kinayəli qəzəbli sözlərindən təngə gəlmişdi. Ona 
borclu  idi.  Hər  şeydə.  Yediyi  yeməyin  50  faizini  dayısı  təmin  edirdi.  İndi  də 
uşaq  olacaq  deyə  iki  qat  tərsliyə  düşmüşdü  ki,"  Səni  özüm  aparacam  Vahidin 
evinə. "  
 
   Sevinc  bunu  istəmirdi.  O  Vahidin  üzr  istəməsini,  arxasınca  gəlməsini  peşman 
olmasını  istiyirdi.  Amma  bunu  görsəydi  də  Vahidi  bağışlamamaqda  israrlı  idi. 
Dayısı Cavid də buna görə qəzəblənirdi. Hər gəlişində də bütün küçəyə yayılırdı 
səsi.  Bu  gəlişlərin  birində  Sevincin  ağrıları  başladı.  Dayısının  sözlərinə  dözə 
bilmədi nə o nə də körpəsi... 
   


 
    - Xəstənin yaxınları kimdir? 
  - Bizik doktor. Balam necədir? 
  - Lap yaxşıdır. Uşaq da ana da hər ikisi sağ salamatdırlar. Gözünüz aydın oldun 
qzı uşağı dünyaya gəldi.  
  - Ay sizi şad xəbər olasız. İlahi sənə şükürlər olsun! Sağol doktor, çox sağol. 
   -  Bax  sənə  son  sözümdür.  -  Cavid  baş  barmağını  silkələyə-silkələyə  Dilarəyə 
deyirdi.-  Sevinc  xəstəxanadan  çıxar  çıxmaz  aparıb  Vahidin  qapısına  qoyacam. 
Sevincə də beləcə çatdır. Ər arvad arasında hər şey olur. Daha  uşaqları da oldu 
barışsınlar. Ağ eləməsinlər. 
    Sevinc artıq ana olmuşdu. Balasını sinəsinə basıb necə ağlamışdısa hamı mat 
qalmışdı.  
   -  Balam,  sən  indi  yəni  mənimsən?   Necə  də  şirinsən.  gözlərin  tamamilə  atana 
bənzəyir.  Burnun  mənə,  Çənən?  Hə...  bildim  o  da  mənə.  Bax  bir  tək  gözlərin 
atana bənzəyir. Körpə balam. Necə də xoş ətrin var....  
   Artıq dörd gün keçmişdi. Həkimlər Sevinci evə buraxdılar. Dilarə nəvəsi üçün 
cürbəcür  paltarlar,  bələklər  hazırlamışdı.  Sevinclə  bir-başa  evə  gələcəkdilər. 
Xəstəxanadan çıxr çıxmaz dayısı Cavid maşınla gəldi: 
  - Sevinc əyləş!   
    Maşında  dayısı  qızı  Cəmilə  də  vardı.   Dilarə  hər  şeyi  anlamışdı.  Sevincin 
alnından opüb sağollaşdı. 
    -Sevinc  də  Vahidi  bağışlamamışdı.  Amma  balasının  xatirinə  gedirdi.  Dayısı 
qızı  Cəmilə  də  yol  boyu  ona  mənəvi  dayaq  olurdu.  Sevinc  bir  an  belə  olsun 
balasından  gözünü  çəkmirdi.  Elə  hey  ürəyində  onunla  danışırdı.   Əllərinin 
qurluşuna, saçının hər telinə, kipriklərinə, qaşına kimi süzürdü balasını. 
    Dayısı qapının zəngini basdı. 
- Gəldim, Gəldim! 
    Budur  Vahiddir.  Onun  səsidir.  Sevinc  həyəcandan  az  qaldı  özünü  itirə.  Qapı 
açıldı: 
  - Sevinc?  


   Təəccüb  dolu  baxışlarla  Sevinci  və  qucağındakı  körpəni  süzdü.  Bir  an  içində 
Arifənin dediklərini xatırladı. Qəzəbləndi. İçində sanki vulkan püskürdü. 
   -  Sən  hansı  üzlə  bu  qapıya  gəlmisən?  Utanmaq  yox  abır  yox,  Namusumu  heç 
nə etdin. Qeyrətimi tapdaladın. Sənin nə azzarın var bu  qapıda? 
   - Vahid?  
    Sevinc  Vahidin  bu  dediklərindən  şok  keçirdirdi.  Onu  heç  vaxt  belə 
görməmişdi.  
   _ Dayan görüm. Bax bala bu sənin yoldaşındı bu da sənin balandı. Barışın hər 
nədir aranızdakı həll edin. 
-  Siz  dayanın,  Cavid  bəy.  Siz  nə  danışırsız  mənim  uşağım  deyil.  Sevinclə  olan 
kəbinimizi pozmuşam. 
 - Necə yəni Mənim uşağım deyil? Vahid sən nə danışırsan?-  
   Sevinc qulaqlarına inana bilmədi. 
 -  Elə  eşitdiyin  kimi  də  danışıram.  Ləzzət  eləmədi?  Bura  bax  onun  bunun 
küçüyünü mənə sığışdırmağa çalışma. Get kimdən qazanmısan ona da götür. 
- İlahi bu nə cür təhqir....  
  Sevinc az qalırdı yerə deyə.  
-  Bəli  Cavid  bəy  sizin  bacınız  qızıyla  olan  kəbinimi  pomuşam.  Onu   görməyə 
gözüm yoxdu. Uşağı da qəbul etmirəm.   
    Qapı ağzında baş verənlər Sevinci üzdüyü üçün dili söz tutmadı daha. Dayısı 
Cavid  də  qəzəbindən  dəli  olmuşdu.  Beynində  bir  an  içində  qərar  verdi:  "Mən 
ömrü  boyu  elə  bacımın  yetiminə  baxmışam.  Bir  də  onun  yetiminin  yetiminə 
baxası gücüm yoxdu."  
    - Bilirsən nə var Vahid, ala tut bu uşağı. Əlvida!  
      Sevinc qollarından zorla alınan balasını son dəfə orda gördü.  
   - İlahi dayı nə edirsən?... 
    - Nə lazımdırsa onu da edirəm... 
    - Balam. Vahid geri qaytar. Ver mənə... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə