Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

ki,  sanki  ölü  birinə  yenidən  can  verilirdi.  Sevinc  Mələyin  ad  günündən  hesab 
edirdi. Bilirdi ki Əsmər ad günün səhərsi məktubla şəkili göndərəcək. Ona görə 
həmin  günün  üzərinə  3  gün  də  əlavə  etmişdi.  Bilirdi  ki,  məktub  o  poçtdan  bu 
poçta  üç  gün  içində  gələcək.  Həm  də  arada  gecikmə  olurdu.  Amma   bu  dəfə  o 
gecikmənin  olmayacağına  sonsuz  ümidi  vardı.  Budur  addım  səsləri  eşidildi. 
Qarın  üzərindəki  o  addım  səslərinin  Tərlana  aid  olmasını  bütün  qəlbi  ilə 
arzuladı.  Darvaza  iki  dəfə  ara  vermədən  döyüldü.  Budur  Tərlandır.  Onun 
döyüşüdür. Tez qapını açdı:  
- Tərlan, salam!  
-Salam Sevinc. necəsən? 
- Həyəcanla məktubumu gözləyirəm. De görüm almısan məktubu? 
-Hə, budur! - Əlindəki əlcəyi çıxardıb, kurtkasının cibindən bir konvert çıxartdı.  
-Əzilməyib? 
-Yox! Yox! Sən demişdin ki, Mələyin şəkli olacaq içində. Ona görə əzmədim. - 
Bu  sözləri  dedikcə,  Sevincin  gözlərinə  baxırdı.  İlahi!  Göz  bəbəkləri  iki  mirvari 
tək  necə  də  parlayırdı.  "Kaş  bir  dəfə  ona  "Səni  sevirəm"  deyə  biləydim.  Kaş! 
Necə  də  çətindir.  Allahım,  sən  özün  qoru  Sevincimi.  Onun  xoşbəxtliyi  üçün 
əbədi  daşa  çevrilməyə  razıyam.  Təki  onu  xoşbəxt  görüm.  Vahid  sənə  layiq 
deyildi. Mən də Arifəyə."  
- Çox sağol Tərlan. Sən  hər dəfə  məni o qədər sevindirirsən ki, sevincdən sənə 
sağol belə deyə bilmirəm. Dayan açım balamın şəklinə baxım. Sən də baxarsan. 
Getmə! Gəl evə.  
 - Tərlan, ilk dəfə idi ki, Sevincin onu evə dəvət etdiyini eşitdi. Ona görə bir an 
belə tərəddüd etmədən  razılaşdı.  
 
    O  gün  Tərlan  çox  gec  gəlirdi.  Evdə  tək  olan  Arifə  qışın  soyuğundan  sobanın 
bir  yanında  isinirdi.  Bu  günə  kimi  Sevincin  balasından  ayrı  çəkdiklərini  görüb 
tutduğu işdən peşman olmuşdu. Geriyə də yol yox idi. Axı Vahid evli idi. Geriyə 
dönüş  yox  idi.  Tərlanın  Sevincə  olan  sevgisi  isə  bitmək  bilmirdi.  "Bu  necə 
məhəbbətdir, İlahi?" Hər şey edirdi ki, Tərlan onu düşünməsin. Amma nə fayda. 
İnsan ki, mənəvi olaraq sənin deyilsə, ruhu, qəlbi  sənin deyilsə, cismi də də buz 
kimi  olur.  Uşaqları  isə  heç  olmayacaqdı.  Tərlanı  ailəyə  bağlayacaq  tək  vasitə 
uşaq ola bilərdi. Amma Tərlan sonsuz idi. Uşaq olmayacaqdı. Arada fikirlərdən 
ayılıb Tərlanın gecikməsindən nigaran qalırdı.  "Bu niyə gec gəlir görəsən?"  


 
 
  - Ana! Ana, gəl baxaq. 
  - Nolub, bala?  
 -  Gəl  Tərlan.  Keç  içəri.  Ana,  Mələyimin  şəklini  görəcəm.  İstiyirəm  ki,  siz  də 
görəsiz.  Ayağını  soyunub   evə  keçən  Tərlan  bir  qədər  sıxılsa  da  Sevincin  bu 
həyəcanlı  anlarını  gözündən  yayındırmağa  qorxurdu.  Budur  konverti  asta-asta 
açırdı.   Əlini  içinə  salıb   ilk  olaraq  şəkili  götürdü.  Gözlərini  yumub,  dərindən 
nəfəs aldı. Yavaş-yavaş  gözlərini açıb şəkilə baxdı. Bu an son bir ildə Sevincin 
həyatındakı   ən  xoşbəxt  an  idi.  Tərlan  Sevincin  bu  addım-addım  etiyi  hər  bir 
hərəkəti  izlədikcə  qəlbi  alışırdı.  Hələ  şəkilə  ilk  baxanda  necə  də  parıldadı 
gözləri.  Yanağına  iki  damla  yaş  süzüldü.  Çox  təsir  etmişdi  Tərlana.  Sevinc 
bütün bu acıları yaşamamalı idi. O bunlara layiq deyildi.   
 
- Mənim şip-şirin Mələyim! Ana, Tərlan siz də baxın. 
-Elədir qızım. Həqiqətən nəvəm gözəldir. Allah bəxtini gözəl yazsın. Amin. 
- Tərlan, çəkinmə. Sən də bax.  
- Çox gözəl uşaqdır. Sevinc sənə çox oxşatdım. Allah saxlasın. 
 - Çox sağol Tərlan. Allah sənə də bir övlad qismət etsin.  
  Bu sözlər Tərlana çox təsir etdi. Onun uşağı olmayacqdı.   
- Yaxşı, mən gedim. Arifə nigaran qalıb yəqin. 
-Çox sağol bala. Sən ki, hər ay mənim qızımı  belə sevindiririsən. Qoy Allah da 
səni sevindirsin. 
-Çox saolun, Dilarə xala. gecəniz xeyrə qalsın! 
 
 Ayağını  geyinib,  darvazadan  çıxmışdı  ki,  Arifəni  qarşısında  gördü.  Onun 
gözlərindəki kin, qəzəb bir an içində Tərlanı "deşib"  keçdi.  
  


-Sən  bu  vaxtı  burda  neyniyirsən?  Tərlan  səninləyəm.  Mən  neçə  saatdır  sənin 
yolunu gözləyirəm. Sənsə Sevincgildən çıxırsan?  
 Tərlan  heç  bir  söz  demədən  evlərinə  doğru  addımladı.   Arifə  qəzəbindən 
ürəyində  "Sən  ki,  belə  etdin?  Yaxşı  gör  indi  mən  sizin  başınıza  nə  oyun 
açacam!" dedi... 
 
 
Altıncı fəsil 
 
    Hər  zaman  olduğu  kimi  işdən  evə  qayıdan  Fidan  mədəsindəki  göynəmədən 
əziyyət  çəkirdi.  Bütün  günü  özünü  yaxşı  hiss  etməmişdi.  Buna  görə  yolüstü 
əczaçıdan test almışdı. Yoxlayacaqdı. Qəlbində bir ümid vardı. Onun üçün uşaq 
hər kəsdən öndə idi. Vahiddən belə. Tək arzusu uşağın olması idi. Vaxtı ilə ailə 
qurmaq  istəmirdi.  Lakin öz balası olmağını da çox  istiyirdi. Buna  görə Vahidlə 
evlənmişdi.  Mələyə  isə  meylini  sala  bilmirdi.   Çünki  daima  onu  görən  hər  kəs 
Sevinci  xatırlayırdı.  Mələk  belə  anası  Sevincin  adını  Əsmərdən  o  qədər 
eşitmişdi ki, qulağı alışmışdı. Fidan da buna görə Əsmərlə daima savaşa çıxardı. 
Mübahisələri 
heç 
bitməzdi. 
Fidan 
Əsməri 
iki 
üzlülükdə 
günahlandırırdı.   Əsmər   isə  Fidanı  ögeylikdə.   Ona  daim  ögey  olduğunu 
xatırladırdı. Mələyə yaxın durmağa qoymazdı. Mələkdən ötrü Fidanın da "ürəyi 
getmirdi."  Sadəcə  kefi  yaxşı  olanda  onunla  oynamaq  istiyirdi.  Əsmər  Mələyə 
daha  çox  vaxt  ayırsın  deyə  işindən  müvəqqəti  ayrılmışdı.  Fidan  isə  kimsənin 
üzünü  görməsin  deyə  səhər  işə  gedib  axşam  yatmağa  gələrdi.   Zəminə  belə 
Fidanın  son  zamanlar  boş  yerə  yaratdığı  söz  söhbətdən  bezmişdi.  Vahidə  bir 
kəlmə  deyə  bilmirdi.  Zəng  edən  kimi  Vahid  əvvəlcədən  sözün  hara  gedib 
çıxacağını  bilirdi.  Anasına  dəfələrlə  "Fidanı  bəyənsən  də  bəyənməsən  də  o 
mənim  yoldaşımdır.  Bunu  bir  dəfəlik  qəbul  et.  Sevinci  də  bəyənmirdin.  Noldu 
hamı pisdir, sən yaxşı?" 
 
Bu sözləri anasına deyən sanki əvvəlki Vahid deyildi. Özü də bilmirdi neyləsin. 
Əsmər  narazı,  Fidan  narazı,  anası  narazı.  Bütün  mübahisələrdən  əziyyət  çəkən 
isə  günahsız  Mələk  idi.  Vahid  çıxış  yol  tapa  bilmirdi.  Amma  bir  dəfəlik 
Rusiyada  yaşamağı  da  düşünmüşdü.  Fidanı  və  Mələyi  bura  gətirəcəkdi. 
Mələksiz  bir  gün  qala  bilməzdi.  Rusiyada  olduğu  vaxtlar  Əsmərə  zəng  edib 
Mələyin  telefonda  səsini  eşidərdi.   Ona  hər  20  gündən  bir  gələndə  nələr-nələr 
gətirərdi.  Qapıdan  girən  kimi  ilk  Mələyi  axtarardı.  Onsuz  qala  bilmirdi.  Əsmər 
isə  "Rusiyada  yaşasanız  Mələk  mənimlə  qalsın."  deyirdi.  Çünki  Mələyə  Fidan 
heç baxmayacaqdı. Vahid də Mələksiz qala bilmədiyindən Rusiyaya bir dəfəlik 
köçməyi  ağlından  çıxartdı.  Yenə  hər  zaman  olduğu  kimi  20  gündən  ya  15 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə