Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

    - Yox daha gecdir...- Dayısı Sevincin qollarından yapışıp pilləkənləri sürüyə-
sürüyə maşına apardı.  
     Sevinc baş verənlərli qəbul edə bilmirdi. Elə hey qışqırırıdı: 
   - Vahid  balamı ver!... Dayı, sən insan deyilsən!... Vahid qızımı ver!... 
 
 Bir an  içində  yaşadığı bütün sarsıntılardan Sevinc özündən getdi. Dayısı Cavid 
isə yolda bir an belə olsun dayanmadan maşını sürətlə kəndə doğru sürdü... 
   
Beşinci fəsil. 
  
 - Ay, Allah! Nə gec oldu... 
   Vahid  evlərinə  ən  yaxın  xəstəxananın  dəhlizində  o  baş  bu  başa  səbirsiz  halda 
gedirdi.  Bir  yanda  körpə  uşağın  dayanmadan  ağlaması,  bir  yandan  anasının 
kinayəli sözləri onu daha da əsəbləşdirirdi. 
-  Vahid,  nahaq  yerə  bura  gəldik.  Bax  sənə  deyirəm.  Sən  bu  uşağın  atası  ola 
bilməzsən.  Həm  noldu  2  il  ər  evində  olmadı,  durdu  ata  evində  hamilə  də  qaldı, 
uşaq da oldu.  Bu nətər işdi. Baş açmıram.  
- Ana, hər nədir, həkim indi deyəcək. İclasda imiş. Bitsin gəlib hər şeyi deyəcək. 
-  Daha  nəyi  deyəcək,  bala?  Heç  uşağın  üzünə  baxmısan?  Ala  de-  Zəminə 
qucağındakı 3 günlük körpəni Vahidə uzatdı.- Bir bax da! Yaxşı yaxşı bax! Gör 
sənə bir yeri bənziyir??? 
      Vahid  bu  əl  boyda  körpənin  onun  olmasını  çox  istiyirdi.  Bu  xəstəxanaya 
gəlişinə də səbəb məhz o idi. Sevincin gözlərindəki o oxuya bilmədiyi acı, kədər 
hamsı  gözünün  önünə  gəlirdi.  Amma  bir  yandan  da  Arifənin  dedikləri:  "Onsuz 
da  mənim  ərim  onun  dərdindən  ölürdü.  Bu  da  səndən  ayrıldı.  Gördü  ki,  Tərlan 
mənlə  evlənib,  girdi  aramıza.  İndi  deyy  deyib  gülürlər  mətbəximdə.  Sənsə  hələ 
də "Sevincim" deyirsən. ..."   
  -Eh bu  nə dərddir  mən düşdüm  ilahi? Bir çıxış  yol olmalı. Kimsə durduq  yerə 
öz  yoldaşına  şər  atmaz  ki.  Arifə  niyə  Tərlana  şər  atsın?  Çox  güman  ki,  Sevinc 
onunla olub. Ya yalan olsa.... Offf....  Bu nədir? Həkimin iclası da bitmək bilmir 
ki, bilmir. Aha deyəsən gəldi... 


  
 -Salam.  Doktor Hüseynov, cavablar bəllidir? 
-  Bəli  Vahid  bəy!  Hal-hazırda  analiz  edilmiş  körpə  həqiqətən  sizin  öz  doğma 
balanızdır. Yəni uşağın atsı sizsiz.  
    
   Həkimin sözlərindən sonra Zəminə az qaldı özündən gedə.  
  -Bu nə deyir?   Ay, doktor! Bəlkə səhv salmısız. Hə? 
 -  Xeyir,  xanım!   Heç  bir  yanlışlıq  ola  bilməz.  Bu  sizlərdən  aldığımız  qan 
nümünələri. Bu da onların cavabları.  Uşaq 99, 9 %- Vahid bəyin qızıdır. 
  
    O gecəni yuxuya gedə bilmirdi. Bacısı Əsmərin köməkliyi ilə körpəni tezliklə 
rahatlayıb  yatızdıra  bildi.  Zəminə  isə  uşağa  yaxın  durmadı.  "O,  hörmətsizin, 
əxlaqsızın  qızı  ondan  artıq  olmayacaq!"-  deyirdi.  Amma  Vahid  çıxılmaz  bir 
vəziyyətdə idi. Boş tavana baxıb elə hey götür qoy edirdi: "Görəsən Sevinci geri 
gətirim?  Eh...  Vahid  ağlını  başına  yığ!  Sən  ki,  xəyanətkar  bir  insanla  ömrünü 
bölüşməyəcəksən. Bəs uşaq? O ki mənim qızımdır. Sevinclə mənim. Offf.... Nə 
olsun  ki.  Ağlı  olardı,  Tərlanla  eşqbazlıq  etməzdi.  İndi  bütün  kənd  onlardan 
danışır.  Mən  hələ  üstəlik  gedib  onu  geri  gətirsəm,  dost-düşmən  içində  biyabır 
olaram.  Yox!  Yaxşısı  budur  uşağı  elə  özüm  böyüdüm.  O  da  Tərlandan  birini 
peydahlayar.  Getsin  həyatını  yaşasın.  Mən  qızımı  böyütməyi  bacararam.  "  Bu 
fikirlərdən sonra qəti qərarını verən Vahid dərin yuxuya getdi.  
  
          O  gecəni  isə  Sevinc  heç  yatmadı.   Axı  necə  yatardı?  Bir  yandan  qızdırma 
verən  sinəsi,  bir  yandan  bala  həsrəti  ilə  çırpınan  ürəyi,  bir  yandan  tapdalanmış 
namusu, qeyrəti, bir yandan da Vahidin böhtanları...  
  
 -  Ya,  Rəbbim!  sən  özün  kömək  ol  balama.  Bu  nə  dərddir  çəkir  bu  yaşında?. 
İlahi.  Mən  nə  deyirəm.  Yox!  Yox!  Şükür  etməli  ikən  gör  nələr  deyirəm.  Sən 
məni  bağışla  Ya  Rəbbim!  Sənə  şükürlər  olsun.  Min  şükür  sənə  İlahi!  Hər  bir 
əzabın sonu vardır. Hər xəstəliyin bir şəfası. Sənin də sınaqların vardır. Hansı ki, 
ondan  çıxış  yolu  biz  bəndələrin  üzərindədir.  Allahım!  Sənə  hər  şey  üçün  min 
şükür! 


  
     Sevinc  anasının  yan  otaqda  səsli  halda  Allaha  dua  etdiyini  eşidirdi.  Əllərini 
açıb  Allaha  dua  etdi.  Tezliklə  balasına  qovuşmaq  ümidi  ilə  duasını  bitirdi.  Və 
yuxusuz gecələrinə beləcə qədəm qoydu... 
  
      Dayısı  Cavidin  həmin  gün  uşağı  Vahidə  verməsinə  səbəbi  Dilarə  sonradan 
güclə  də  olsa  öyrəndi.  Cavidin   dediyinə  görə  Vahid  südəmər  uşağı  anasız 
qoymaz. Mütləq arxasınca gəlib aparacaq. Amma o gündən düz 3 ay keçirdi. Nə 
Vahiddən  bir  xəbər  vardı,  nə  də  gəlib  gedən.  Bu  üç  ayı  Sevinc  canlı  ölü  kimi 
yaşadı.  Nə  kimsəylə  danışar,  nə  də  evdən  çölə  çıxardı.  Körpəsindən  ona  qalan 
tək yadıgar qol yazısı idi. Hansı ki, uşaq doğularkən qoluna bağ vururlar. Beləcə 
ananı və uşağı daha rahat tapa bilirlər deyə. Bu 3 ayı yastığının altında saxladığı 
o kiçik bir bağ onun üçün tək təsəlli idi. Amma cansız, dilsiz, ruhsuz bir təsəlli. 
Hər gün Arifəgildən şəhərə zəng edirdi. Vahidlə Zəminə  evdə olanda Əsmər də 
danışa  bilmirdi.  Lakin  bu  3  ayda  Əsmərdən  tək  öyrəndiyi  o  olmuşdu  ki,  Vahid 
evlənib.  Tamamilə  təsadüfən  rayonlardan  birinə  qonaq  gedib.  Orda  yaşayan  bir 
qızla  evlənib.  İndi  o  yad  qız  Sevincin  qızına  "analıq"  edir.  O  gün  Sevinc  sanki 
ən hündür binadan yerə zərbə ilə dəymişdi.  "Mən ki, ölməmişəm. Balamın anası 
mən  ola-ola  başqa  biri  niyə  "analıq"  etsin  ona?  "  Əsmər  hər  fürsət  düşdükcə 
ayda  bir  dəfə  Sevincə  körpəsi  haqqında  uzun  uzadı  məktub  yazıb,  poçtla 
göndərərdi.  Sevincə  məktubu  isə  Tərlan  gətirərdi.  Çünki   Tərlan  rayonun 
mərkəzində  işləyirdi.  Hər  gün  Sevinc  poçta  gedib  gəlməsin  deyə,  Dilarə  ondan 
xahiş etmişdi. Lakin Tərlan bunu bir sirr kimi Arifədən saxlamışdı. Sevinci çox 
sevirdi. Məktub poçta gələnə kimi Tərlan Sevincin gözünə görsənməzdi. Elə ki, 
məktub əlində  idi,  ildırım sürəti  ilə Sevincgilə  gedərdi. Elə darvazadan Sevincə 
verib gedərdi. Bu bir növ Sevincin gözlərindəki sevinci görmək arzusu idi. Onun 
dərdi Tərlanın dəri idi sanki. Sevincin bu 3 ayda yaşadıqları onun gözü önündən 
getmirdi.  Hər  gün  Arifə də "canı  yanan rəfiqə"  maskası taxıb Tərlanın  yanında 
ondan  danışırdı.  Vahidin  evləndiyini  eşidəndə  Tərlan  az  qalırdı  gedib  Vahidlə 
dalaşsın. "Ay, əclaf!  bu cür yoldaşın balan ola-ola sən hansı ağılla evlənirsən?" 
Tərlan   Vahidin  Sevincdən  ayrılmasına  səbəbi  bilmirdi.  Heç  bunu  Arifə  də 
demirdi. Amma Tərlan Sevinci xoşbəxt görməsindən başqa arzusu yox idi.  
  
  
    -Vahid, oyan da!  
   - Nolub yenə? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə