Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   32   33   34   35   36   37   38   39   ...   60

Fikirli  halda  çayından  bir  qurtum  içmişdi  ki,  qapı  bərk-bərk  döyüldü. 
Amma  gecənin  bu  vaxtında  evə  kim  gəldiyini  anlamadı.  Şirin  yuxuda  olan 
yoldaşı Rəşidi tələsik oyatmağa başladı: 

Rəşid, oyan! Kimsə qapını döyür.  

Gecənin  bu  vaxtında  nə  qapı?  –  gözlərini  ovxalayan  Rəşid  ayağa 
qalxmağa  çalışdı.  Qapı  yenidən  döyüldü.  –  hər  kimdirsə  Allah  xeyrə 
calasın.  

Amin. 
Rəşid  əyninə  yüngül  paltar  geyinib  qapını  açdı.  Qapı  önündə  titrəyən 
halsız  bacısı  Səmanı  görüb  mat  qaldı.  Nə  düşünəcəyini  bilmədi.  Amma  onu 
yenidən gördüyünə çox sevindi. Kiçik bacısını qucaqlayıb bağrına basdı.  

Xoş gəldin, Səma! Gecə vaxtı nə olub niyə belə titrəyirsən? 

Mən o evə bir də qayıtmaq istəmirəm. – Səma dili topuq vuraraq dedi.  
Çox  qorxduğu  ilk  baxışdan  aydın  idi.  Gözlərinin  altı  göyərmiş,  dodağının 
kənarı partlamışdı. Cəmilə Səmanın halsız olduğunu görüb özü ilə yatağa apardı. 
Bir  qədər  yatmağını  xahiş  etdi.  Səmanı  təpiklə  o  qədər  döymüşdülər  ki,  ayağı 
belə  axsayırdı.  Bütün  bədəni  gömgöy  göyərmişdi.  Rəşid  bacısını  əsgər  getdiyi 
gündən sonra ilk  dəfə idi ki, görürdü. Kaş  görməz olaydı. Cəmilənin and amanı 
olmasaydı  Rəşid  elə  gecə  ikən  bacısını  bu  vəziyyətə  salan  alçaq  ərindən  qisas 
almağa gedəcəkdi. Ən azından onları Səmanın halına salacaqdı. Axı hansı qardaş 
bacısını bu vəziyyətdə görmək istəyərdi? Heç kəs...  
Səhərə  kimi  otaqda  sağa-sola  əsəbi  halda  gəzişən  Rəşid,  nəhayət  bir 
küncdə  əyləşdi.  Cəmilə  isə  həm  Səmanın  qayğısına  qalmış,  həm  də  yoldaşına 
səbirli olmağı məsləhət  görmüşdü. Dan yeri söküləndə Rəşid atasını oyatmağa 
getdi.  Bu  ərəfədə  Səma  da  artıq  oyanmışdı.  Ər  evindən  qaçarkən  dəfələrlə 
yıxıldığından    hər  tərəfi  sızıldayırdı.  Tərpənməyə  halı  yox  idi.  Cəmilənin 
yatağının  kənarında  görüb  çox  sevindi.  Onu  yenidən  qucaqlayıb  ağlamağa 
başladı.  Ərindən  və  onun  amansız  uşaqlarından  çəkdiklərini  danışmağa 
başlamışdı ki, qapı taybatay açıldı. Atası ilə anası təlaş içində evə girdi. Əvvəl biri 
sonra  digəri  Səmanı  danlamağa  tənbeh  etməyə  başladılar.  Rəşid  isə  kənarda 
dayanıb bu vəziyyətə çıxış yol axtarmağa başladı. Bir də gördü ki, atası Səmanın 
işgəncələrdən yanmış göyərmiş qolundan dartaraq ər evinə aparmağa çalışır: 

Sənə icazə vermərəm ki, məni camaat içində rüsvay edəsən. Get ərivin 
yanına, canın çıxsın mehriban ol. 



Ata yalvarıram sənə məni ora göndərmə. Orda yaşamaqdansa qapında 
zəncirli it olum bəsimdi.  

Hələ danışmağa dilin də var? –anası da danlamağa başladı - Kişindir də 
bir gün döyər, bir gün sevər. Get otur xarabanda sözə qulaq as. Yoxsa 
südümü sənə halal etmərəm.  

Sənə qurban olub ay ana. Nə olar kömək elə. Mənim halıma acıyın. 

Dayanın! –Rəşid yerindən sıçradı - Bacım heç yerə getməyəcək!  
IV FƏSİL 
 
Rəşidin  qərarından  sonra  ata-anası  ondan  üz  döndərdi.  Sizin  kimi  övlad 
olmaz  olsun  dedilər.  Hər  iki  valideyn  yalnız  özlərinin  cəmiyyətdəki 
mövqeyini  düşünərək  hərəkət  etdilər.  Rəşid  işdə  olduğu  zaman  Səmanı 
güclə  yoldşının  evinə  apardılar.  Səma  çox  qorxurdu.  Atasına  çox 
yalvavırdı. Lakin onu dinləyən yox idi. Yoldaşı pillələri düşüb qaynatasına 
(əslində yaşıd idilər) sağol deyib xanımı Səmanın qolundan tutdu. Ağlayan 
qızını o evdə də qoyub getdilər.  
    Valideynləri şam yeməyinə əyləşmişdilər ki, qapı zərbə ilə açıldı. Rəşid 
Səmanın  məcburən  ər  evinə  aparıldığını  öyrənib  dəliyə  dönmüşdü. 
Atasının yaxasından tutub divara  dirədi.  

Sən  necə  insansan?  Sənin  ata  ürəyin  harda  qaldı?  Bəs  vicdanın  buna 
necə razı oldu?  

Burax məni. Unutma ki, atanla danışırsan. 

Sənin kimi...  
     Rəşid  artıq  özünü  idarə  edə  bilmirdi.  Atasının  sinəsini  buraxıb  iti 
addımlarla evdən çıxdı. Bir  başa Səmanın  evinə getdi. Gördüyü mənzərə 
isə  o  qədər  dəhşətli  idi  ki,  Səmanı  bura  geri  gətirən  atasına  min  dəfə 
söydü. Çünki Səma ölümcül vəziyyətdə idi. Onu gətirildiyi andan o qədər 
vəhşiliklə  döymüşdülər  ki,  nəfəs  belə  ala  bilmirdi.  İnək  damında  bir 
otluğun  üstünə  atmışdılar.  Orda  da  qalmışdı.  Rəşid  göz  yaşları  içində 
bacısının  taxma  saçına  sığal  çəkdi.  Onun  ayılmadığını  görüb  daha  da 
qəzəbləndi.    Ayağa  qalxıb  Səmanı  bu  hala  salanlardan  hesab  almağa 
getdi.  İçəri  girib  qarşısına  keçən  hamıya  bir  sillə  ilişdirdi.  Səmanın 
yoldaşına  isə  o  qədər  vurdu  ki,  kişi  ayaq  üstdəgüclə  dayanırdı.  Əvvəl 
bacısını xəstəxanaya apardı. Sonra Cəmiləyə xəbər göndərdi ki,  bacısının 
yanında  olsun.  Yol  üstü  rayon  polis  idarəsinə  girib  ərizə  yazdı.  Şikayətçi 


olduğunu  bildirdi.  Beləliklə,  bacısı  Səmanın  da  dilindən  ifadə  alındı.  Onu 
bu  hala  salanları  ifadə  üçün  idarəyə  apardılar.  Lakin  heç  bir  fayda 
vermədi. “Ər arvadına əl  qaldırar  da”  deyib  buraxdılar.   Ədalət öz yerini 
tutmasa  da  Rəşid  and  içdi  ki,  onları  boşadacaq.  Beləliklə,  bacısının 
kəbinini  pozdurdu.  Səma  bir  həftə  xəstəxanada  yatdı.  İki  qabırğası 
əzilmişdi. Ağzıdan qan gəlirdi. Çox pis günlər yaşadı. Cəmilə hər gün ona 
qulluq etdi. Atası da anası da qızlarının bu halını görüb etdikləri əməldən 
peşman oldular. Lakin Səma onları görmək istəmirdi.  
       Bir  neçə  ay  keçdi.  Səma  tamamilə  sağalmışdı  və  artıq  bibi  olmuşdu. 
Cəmilə  ilə  Rəşidin  bir  oğlu  doğulmuşdu.  Adını  Əhməd  qoydular.  Səma 
Cəmiləyə  hər  işdə  gömək  edirdi.  Onlarla  birgə  yaşayırdı.  Rəşid  bir  otaqlı 
daxma  evi  3  otaqlı  kürsülü  ev  ilə  əvəz  etmişdi.  Hər  daşı  daş  üstünə 
dostlarının  köməkliyi  ilə  qoymuşdu.    İllər  aylar  ötdükcə    Səma  darıxırdı. 
Nə  isə  etmək  istəyirdi.  Düzdü  evdən  çölə  addım  atdığını  görən  hər  kəs 
onu    təhqir  edirdi.  Saçı  yox,  qulağının  biri  yox.  Digəri  yarımçıq  halda  idi. 
Taxma saç isə bu illər ərzində yetərincə köhnəlmişdi. Ona nə qədər səliqə 
ilə baxsa da  daha istifadəlik halda  deyildi.  Daha Cəmilədən saç istəməyə 
üzü  gəlməzdi.  Haqqı  da  yox  idi.  Səma  özünə  saç  axtarmağa  başladı. 
Əvvəlcə  qonşu  kəndə  yollandı.  Hər  kəsə  elan  etdi  ki,  kim  saçının 
uzunluğundan  bezibsə  kəsdirib  mənə  versin.  Əvəzində  toyuq  verirəm. 
Beləliklə,  bir  neçə  rəngdə  iki  torba  saç  yığdı.  Toyuqları  isə  atasnın 
həyətindən  aparmışdı.  “Buna  haqqım  var”  deyə  düşünmüşdü.  Artıq 
valideynləri  ona  bir  söz  demirdi.  Çünki  yaşadıqlarının  ilk  təqsirkarı  elə 
onlar  idi.  Səma  evə  gəlib  iki  gecə  oyaq  qaldı.  Gecə  gündüz  özünə  yeni 
taxma  saç  düzəltdi.  Bu  dəfə  ilk  işindən  də  gözəl  alındı.  Sözün  əsl 
mənasında bəyənərək istifadə etdi. Hər bir saç rənginə uyğun taxma saç 
düzəltdi.  
      Səmanın  artıq  20  yaşı  var  idi.  Rəşid  onun  evdə  ilk    olaraq  özü  üçün 
tikdiyi  taxma  saçları  çox  bəyənirdi.  Bacısının  tikişə  olan  həvəsini  görüb 
onu  dərzi  yanına  tələbə  kimi  yazdırdı.  Beləliklə,  Səma  dərziliyi  öyrəndi. 
Hər  gün      həvəslə  ustasının  yanına  getdi.  Ondan  hər  bir  tikişin  incəliyini 
öyrəndi.  Parçaların  növündən  tutmuş  sapların  növünə  kimi  nə  lazımsa 
mənimsədi.  Beləliklə,  ustası  onun  kimi  bacarıqlı  tələbəni  itirmək 
istəmədiyindən  yanında  işləməyini  məsləhət  gördü.  Rəşid  heç 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə