Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

tutulur.  Bir  kəlmə  də  hisslərindən  deyə  bilmir.  Bu  an  Səyavuş  “Məni 
gözləyərsən?”  soruşur.  Qönçə  hisslərini  idarə  edə  bilmir.  Bu  nə  məna  verirdi 
deyə düşünməyə başlayır. Lakin Səyavuş eyni sualı yenidən təkrarlayır: 
-- Qönçə, məni gözləyərsən? 
-- Hə-ə- ə. 
Bu  kəlmə  dili  tutulmuş  insanın  zorla  dilə  gətirdiyi  ilk  söz  kimi  səslənir. 
Səyavuş aldığı cavabdan çox sevinir.  Heç  gözlənilmədən Qönçənin  yanağından 
öpüb gedir. Qönçə özünü lap itirir. Yalnız bir neçə saat sonra anlayır ki, yanağı 
daha  ona  məxsus  deyil.  Sanki  istilik  vardı  zərif  yanağında.  Bu  istiliyin 
soymağını  heç  istəmirdi.  Bir  həftə  sonra  Səyavuşdan  məktub  alır.  Lakin  orda 
ailəsinə ümumi yazılmış sözlər olur. Qönçə isə özünə aid nə isə bir sətir oxumaq 
istəyirdi.  Sonra  düşündü  ki,  bəlkə  Səyavuş  “Məni  gözləyərsən?”  sualını  başqa 
mənada  verirmiş.  Yəni  bir  bacı  kimi,  ya  dost  kimi  gözləyəcəyini  soruşurmuş?! 
Odur ki, pərt olur. Lakin ona olan sevgisi qəti azalmadı. Günbəgün, anbaan daha 
da  artdı.  Özü  də  qorxurdu  ki,  bir  gün  hisslərini  cilovlaya  bilməz  və  anası  onun 
məktuba  olan  marağından  nə  isə  anlaya  bilər.  Odur  ki,  ehtiyat  edirdi.  Məktubu 
isə bacardıqca hər kəsdən sonra oxuyurdu. On səkkiz ay beləcə həsrət dolu ötüb 
keçir. 
Bir  gün  Qönçə  bağdakı  qızılgülləri  dəst  halında  toplayanda  həyət 
darvazası açılır. Qapıdan  hündür, arıq, buğdayı  gənc oğlan daxil  olur. Bu  gələn 
Səyavuş  idi.  Qönçə  onu  görəndə  özünü  necə  itirirsə  on  dəqiqə  əvvəl  topladığı 
gülləri  əlindən  yerə  düşür.  Səyavuş  iri  addımlarla  Qönçəyə  yaxınlaşır. 
Həyəcandan  az  qalır  qızın  ürəyi  yerindən  qopa.  Budur  artıq  onlar  on  səkkiz 
aydan sonra yenidən üz-üzə göz-gözə durmuşdular. Yenə Qönçənin dili tutuldu. 
Bu an Səyavuş titrək səslə - Məni gözlədiyin üçün çox sağ ol... - bunun mənasını 
hələ  də  anlamayan  Qönçə  bir  az  cəsarət  toplayıb  titrək  səslə  də  olsa  –  Xoş 
gəlmisən! –dedi. 
Zaman  keçdi.  Keçdikcə  də  Səyavuş  ürəyindəkiləri  açmaq  istədi.  Lakin 
qorxdu.  Qönçəni  itirməkdən  çox  qorxdu.  Nəhayət  uzun  müddət  düşündükdən 
sonra  qəlbini  açdı,  amma  Qönçəyə  deyil,  atası  Vahid  Zamana.  Hansı  ki, 
uşaqlıqdan  ona  hər  bir  şeydə  dəstək  olmuş,  bu  yaşına  kimi  əlindən  tutmuş,  öz 
övladı  kimi  böyütmüş,  tərbiyə  vermiş,  hər  zaman  arzuladığı,  lakin  qismətində 
olmayan  oğlu  kimi  sevmişdir.  Vahid  bəy  Səyavuşun  cəsarətlə  qarşısına  çıxıb 
ürəyini açdığına çox sevinmişdi. Onu oğlu kimi sevirdi. Lakin düşünməmişdi ki, 
bir  gün  gələcək  qarşısında  dayanıb  ondan  tək  övladı  olan  Qönçəni  istəyəcək. 
Vahid  bəy Səyavuşa  cavab verməzdən əvvəl  gərək Qönçə  ilə də  məsləhətləşə. 
Onun  da  ürəyindən  keçənləri  bilə.  Odur  ki,  Qönçəni  axşam  yatmazdan  əvvəl 
birinci  mərtəbədəki  iş  otağına  çağırdı.  Onun  bu  məsələ  ilə  bağlı  fikirlərini 
öyrəndi.  Məlum  oldu  ki,  Qönçə  atasından  çox  utansa  da  başını  aşağı  salıb-Ata, 


sən necə istəyirsənsə Səyavuşa elə də cavab ver – dedi. Bu cümlə dilindən çıxar 
-çıxmaz  üzü  qızardı.  Vahid  bəy  o  an  hər  şeyi  anladı.  Anladı  ki,  Qönçə  də 
Səyavuşa  biganə  deyil.  Bununla  da  bir  həftənin  içində  nişanlarını  etdi. 
Səyavuşun  atası  olmadığından  Vahid  bəy  toy  tədarükünü  də  öz  boynuna 
götürüb,  bir  ay  sonra  toylarını  etdi.  Onların  toy  hədiyyəsi  isə  indi  yaşadıqları 
həmin bu iki otaqlı mənzil oldu.  
Bu an Qönçəni xəyallardan ev telefonunun səsi ayırdı. Dəstəyi götürüb: 
-- Alo? 
-- Salam. Qönçə mənəm - danışan Səyavuş idi – necəsən? 
-- Yaxşıyam. 
 -- İşə zəng vurmuşdum. Dedilər icazəlisən. Nə isə olub? 
-- Bir  az  narahat  yatmışam.  Düşündüm  ki,  yuxuya  gedərəm.  Amma  yata 
bilmədim. Ürəyim yaman darıxır. 
-- Niyə? 
-- Bilmirəm. 
-- Darıxma.  Bir  saat  sonra  gəlirəm.  Gedərik  .....–Bir  az  susub  -  İstəsən 
gedərik bağa. Hə? 
-- Nə deyirəm. Gedək. Sən gəlincə hazır olaram. 
-- Oldu. 
Dəstəyi  yerinə  asıb.  Bir  az  dərindən  nəfəs  aldı.  Sanki,  kimsə  ürəyini  iki 
əlli  tutub  sıxırdı.  Heç  rahat  ola  bilmirdi.  Özünə  gəlmək  üçün  vanna  otağına 
keçdi.  Sərin  suyun  altında  bir  qədər  dayandıqdan  sonra  sanki,  yüngülləşdi.  Bu 
narahatlığının  bir  səbəbini  tapa  bilmirdi.  Heç  nə  anlaya  bilmirdi.  Odur  ki, 
yuyunduqdan  sonra  qurulanıb  bir  həftə  əvvəl  aldığı  çit  donunu  əyninə  geyindi. 
Bu geyim Səyavuşun da, atasının da xoşuna gəlirdi. İlk dəfə geyinəndə atası onu 
təbəssümlə  süzmüş-Sən  həqiqətən  şirinsən.  Körpə  vaxtı  necə  idinsə,  indi  də 
eləsən.  Bircə  balan  da  olsaydı.  Dünya  gözü  ilə  nəvəmi  görərdim.  Səhərdən 
axşamadək onunla vaxt keçirərdim. Heç sizə də verməzdim! - demişdi. 
Heç  Qönçə  də  bilmirdi  ki,  atasını  niyə  bu  gün  bu  qədər  çox  xatırlayır?! 
Düşündü ki, bəlkə bir həftədir onu görmür deyə darıxıb? Adətən həftədə iki dəfə 
görüşərdilər.  Qönçənin  işlədiyi  musiqi  məktəbi  atasının  tikinti  şirkətinə  yaxın 


yerdə idi. Odur ki, Vahid bəy hər fürsət tapanda qızını görməyə bura da gələrdi. 
İstəsəydi evə də gedərdi. 
Bu an nədənsə Səyavuşu xatırladı. Axı o düz yarım saat sonra gəlməli idi. 
Odur ki, tələsik üz-gözünə əl gəzdirib, saçını yuxarıdan sadə formada yığdı. On 
dəqiqə sonra Səyavuş Qönçənin mobil telefonuna zəng vurdu: 
-- Qönçə, mən həyətdəyəm. Düşürsən? 
-- Evə çıxmayacaqsan? 
-- Yox... Nə isə istidir. Sən düş. 
-- Yaxşı. 
Telefonu bağlayıb. Əl çantasını götürüb evdən çıxdı.  
Üçüncü fəsil. 
Dənizdən  iki kilometr  məsafədə  yerləşən doqquz  mərtəbəli binanın ikinci 
blokunun qarşısında “Nissan- Altima”  markalı qara  maşın dayanmışdı. Səyavuş 
Qönçəyə zəng etdikdən sonra bir siqaret yandırdı. Nədənsə həmin gecə o özü də 
narahat idi. Növbətçi olmağına baxmayaraq hər dəfə fürsət düşdükcə kabinetinə 
çəkilib  televizorunu  yandırar,  rahat  divanda  uzanıb  səhərini  açardı.  Bəzən  də 
fabrikin  qarşısında  yaşıllaşdırma  işi  ilə  məşğul  olardı.  Lakin  bu  gecə  hər  dəfə 
olduğundan  çox  sıxıntılı  keçdi.  Demək  olar  səhərə  kimi  fabriki  başdan  başa 
dövrə vurmuşdu. Heç özü də bunun səbəbini anlamırdı. Nəyinisə, çox önəmli bir 
şeyi itirmiş insan kimi binanın başına fırlanırdı. Bu hissləri barədə Qönçəyə heç 
nə demək istəmirdi. Bilirdi ki, Qönçə hər şeyi ürəyinə salandı. Qanını qaraltmaq 
istəmirdi.  Sadəcə  onun  da  bu  gecə  narahat  yatmağından  nigaran  qalmışdı.  Heç 
nə anlaya bilmirdi. 
Səyavuşun işi asan idi. Daha doğrusu onun düşüncəsi belə idi. Əslində isə 
o  da  hər  bir  ailə  sahibi  kimi,  ailəsini  dolandırmaq  istəyən  kişi  kimi  iş  görmək 
istəyirdi.  Dayanmadan,  alın  təri  tökə-tökə,  qolunun  gücündən  istifadə  edərək 
qazanmaq  istəyirdi  halal  pulunu.    Əlləri  mazutlu  yorğun  halda  girmək  istəyirdi 
qapıdan.  Öz  doğma  atası  kimi.  Lakin  həyatda  heç  də  hər  şey  insanın  istədiyi 
kimi  olmur.  Səyavuş  toyuq  əti  və  yumurta  istehsal  edən  broylerin  nəzarətçisi 
idi.  Bu işə qayınatasının tanışlığı ilə düzəlmişdi. Maaşı maaş, istirahəti istirahət 
idi.  Əti  də  ət  idi.  Ayda  bir  dəfə  gecə  növbəsində  olmalı  idi.  Bu  heç  də  vacib 
deyildi.  Nə  zaman  istəsə  gecə  növbəsini  tabeliyində  olan  şəxslərə  verə  bilərdi.  
Amma  yenə  də  bu  rahat  iş  rejimi  onun  ürəyincə  deyildi.  Bir  sözlə  gördüyü  bu 
işdən narazı idi Səyavuş. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə